20 İyul 2022 01:13
3632
Mədəniyyət
A- A+
Qüdrətli şah, igid sərkərdə, incə ruhlu şair - Şah İsmayıl Xətai

Qüdrətli şah, igid sərkərdə, incə ruhlu şair - Şah İsmayıl Xətai

 

Haqqında yazılanlarda və söylənilənlərdə tarixi həqiqətlər də, mübaliğələr, yanlış yozumlar da var. Adına elə sağlığında əfsanələr qoşulub. Çünki otuz yeddi illik ömrünə düşmənlərinin belə təsdiqlədikləri misilsiz hünər, böyük əməllər sığdırıb. Tarixin ən çox müzakirə edilən, mübahisələrə səbəb olan bu görkəmli şəxsiyyətinin tam adı Əbül-Müzəffər İsmail ibn Heydər əs-Səfəvi yazılır. Amma ondan daha çox Şah İsmayıl, Şah İsmayıl Səfəvi, I İsmayıl, yaxud da Şah İsmayıl Xətai olaraq bəhs edilir. "Xətai" təxəllüsüdür. Elə sağlığında məşhurlaşan, həm əlyazma, həm də şifahı olaraq yayılıb dillər əzbərinə çevrilən əsərlərini bu təxəllüslə qələmə alıbdı...

 

Səfəvilərin doğma dili Azərbaycan dili olub

 

Onun əcdadlarını - Səfəviləri türk olaraq tanıtmamaq cəhdləri çox olub. Səfəvi sülaləsi türkmənşəli idi. Bir sıra yerli və əcnəbi alimlər bu barədə təkzibedilməz dəlillərə əsaslanaraq yazıblar. Şərqşünas, türkoloq, tarixçi, akademik Vasili Vladimiroviç Bartold bildirib: "Ərdəbil şeyxləri, şübhəsiz, fars mənşəli deyil, türk mənşəli idilər". Şərqşünas, professor İlya Pavloviç Petruşevski Səfəvilər sülaləsinin əslən Cənubi Azərbaycandan, Ərdəbildən, Səfəviyyə sufi-dərviş təriqətinin şeyxləri olduğunu qeyd edib: "İlk Səfəvi şeyxləri Ərdəbildə yaşayırdı, onların doğma dili Azərbaycan dili idi". İsmayılın ulu babası Şeyx Səfinin fars vilayətlərində də Türk oğlu, Türk Piri kimi tanındığı tarixi mənbələrdən bəllidir.

İsmayılın iyirmi beşinci babası Əbülqasım Həmzənin, on beşinci babası Qızılbörk Firuzun Ərdəbil yaxınlığında, Şeyx-Kəhrəlan kəndindəki məzarları hələ də ziyarətgahdır. Mərkəzi Ərdəbildə Səfəviyyə sufi təriqətinin əsasını qoyan İsmayılın altıncı babası Şeyx Səfiəddin İshaqdır (1252-1334). İsmaylın babası Şeyx Cüneyd və atası Şeyx Heydər Səfəvi təriqətinin rəhbəri olub və hər ikisi cavan yaşlarında öldürülüb. Şeyx Heydər heç atasını görməyib. O, dünyaya gəlməmiş Şeyx Cüneyd qətlə yetirilib. Şeyx Heydər atasının yolu ilə gedib. Elə aqibəti də ona bənzəyib. 1488-ci il iyulun 9-da Tabasaranda Şirvanşah qoşunu ilə döyüşdə Qızılbaşlar məğlub olub. Şeyx Heydər öldürülüb. Onun üç oğlu - Sultan Əli, İbrahim və İsmayıl yalnız atasız qalmayıblar, həm də həyatları üçün təhlükə yaranıb.

Anaları Aləmşah bəyim Ağqoyunlu hökmdarı Uzun Həsənin qızı, Sultan Yaqubun bacısı idi. Şeyx Heydər öldürüldükdən sonra Aləmşah bəyim oğulları ilə erməni monastırı Akdamar qalasında, sonra Şiraz yaxınlığındakı İstəxr qalasında həbsdə olublar. Beş il bu minvalla keçib. Onları Uzun Həsənin nəvəsi Sultan Rüstəm azad edib. Məqsədi xeyirxahlıq deyildi. O da siyasi maraqları üçün Səfəvilərdən istifadə etmək niyyətindəydi. Sultan Əli Sultan Rüstəmin köməyi ilə Ərdəbilə müstəqil hakim kimi dönüb. O, çox gənc olsa da, siyasi zəkası, uzaqgörənliyi sayəsində vəziyyəti düzgün dəyərləndirib. Şeyx Sultan Əli həyatda ikən kiçik qardaşı İsmayıl təriqət şeyxliyinə varis təyin olunub. 1492-ci ildə Şeyx Sultan Əlinin və Sultan Rüstəmin birləşmiş qüvvələrinin qalib gəldiyi döyüşdə Ağqoyunlu hökmdarı Sultan Baysunqur öldürülüb. Sultan Rüstəm əsas rəqibinin məğlubiyyətindən sonra Səfəvilərə qarşı siyasətini dəyişib. Ərdəbil yaxınlığı Şəməsi döyüşündə Şeyx Sultan Əli məğlubiyyətə uğradılaraq qətlə yetirilib.

Sırada Şeyx Heydərin digər oğlanları var idi. İbrahimlə İsmayılın yaşları az olsa da, varlıqlarını hakimiyyətləri üçün təhlükə  hesab edənlər  onların da məhvinə qərar verdilər. Uzun Həsənin əmisi nəvəsi, Ağqoyunlu dövlətinin sərkərdəsi Eybə Sultanın dəstələri şəhərə daxil oldular. Sufilər İsmayılla İbrahimi Ərdəbildə gizlətdilər. Rəştə, sonra Lahicana, Gilanın Biyepiş vilayətinin hakimi Gərkiyə Mirzə Əlinin yanına apardılar. Tanınmış alim Şəmsəddin Lahici ərəb və fars dillərini öyrətmək, Quranı-Kərimi oxutmaq üçün onların tərbiyəçisi təyin edildi.

Şeyx Heydərin ortancıl oğlu İbrahimin aqibəti tarixin müəmmalarına qarışdı. Onun  bir müddət Lahicanda qaldığı, anası üçün darıxdığı, Ərdəbilə dönmək istədiyi mənbələrdə  yazılıb. Kiçik qardaşının xəbərdarlığını da dinləməyən İbrahimin qiyafəsi dəyişdirilib, bir nəfərin müşayiəti ilə gizlin Ərdəbilə gedib, anası ilə görüşüb. Bəzi mənbələrin məlumatına görə, İbrahimin bundan sonrakı həyatı müəmmalıdır. Onun Ərdəbildə əcəli ilə öldüyünü də, hələ Gilanda ikən vəfat etdiyini də söyləyənlər olub. İbrahimi düşmənlərinin İsmayıl Gilana sığınmazdan qabaq qətlə yetirdikləri də bildirilib. "Aləmara"da isə onun Şah İsmayılın hakimiyyəti dövründə sağ olduğu, Təbrizdə yaşadığı, hərbi-siyasi hadisələrdə iştirak etdiyi yazılıb. Osmanlı müəllifləri də 1508-ci ildə Ərzincanda osmanlılarla Qızılbaşlar arasında baş vermiş toqquşmadan bəhs edərkən Şah İsmayılın qardaşı İbrahim Mirzənin adını çəkiblər.

 

Şahlığa doğru...

 

Tarix 1499-cu ilində, o isə on iki yaşındaydı. Həmin isti avqust ayının yolçuluğunda İsmayılı tərbiyəçisi və məsləhətçisi olan qızılbaş tayfa başçıları müşayiət edirdi. O, ən yaxınları - Hüseyn bəy Lələ Şamlı, Əbdüləli bəy Dədə, Xadim bəy Xüləfa, Rüstəm bəy Qaramanlı, Bayram bəy Qaramanlı, İlyas bəy Xunuslu və Qarapiri bəy Qacarla qoşun toplamaq üçün gedirdi. Ərdəbilin cənub-qərbinə, Xalxala doğru irəlilədilər. Qışı keçirmək üçün Xəzər dənizi yaxınlığına, Ərçivana gəldilər. 1500-cü ilin yazında Şeyx İsmayıl Ərçivandan Araz çayının şimalındakı dağlıq əraziyə, Göyçə gölünün cənub sahillərinə doğru getdi. Qızılbaşların sıraları getdikcə genişlənirdi. Şeyx İsmayıl Qarabağ, Çuxursəd, Şuragil, Kağızman, Tərcan yolu ilə Ərzincana yetişdi. Ərzincanda keçirilən qızılbaş ağsaqqallarının müşavirəsində Səfəvilərin düşməni Şirvanşah Fərrux Yasarla müharibəyə başlamaq qərarı verildi. Şamlı, rumlu, ustaclı, zülqədər, qacar, təkəli, əfşar, varsaq tayfalarından, Qaradağ sufilərindən ibarət yeddi min qazi toplandı. Şeyx İsmayıl tərəfdarları ilə 1500-cü ilin sonlarında Şirvana hücum etdi. Cabanı döyüşündə məğlub edilən Şirvanşah Fərrux Yasar öldürüldü. Şirvanın şəhərini, qalalarını İsmayıl və qızılbaşlıları tutdular. Şeyx İsmayıl üç gün sonra Şamaxıya qayıtdı. Şəhər əyanları onun pişvazına çıxdılar.

Qışı keçirmək üçün Muğana, Mahmudabada yollandı. Orada xəbər aldı ki, Bakı əhalisi Səfəvilərin nümayəndələrinə itaət etmək istəmir. Bu, qədim, əzəmətli şəhərin sakinləri arxayın görünürdülər. Şirvanın iri şəhərlərindən biri, Xəzər dənizində ticarət mərkəzi sayılmasından çox Bakının fəth edilməz sayılmasına, böyük silah və ərzaq ehtiyatlarına güvənirdilər. Ancaq Qızılbaşların mühasirəsinə uzun müddət tab gətirmədilər. 1501-ci ilin baharında Bakını tutdular.

İsmayıl artıq addım-addım taxta doğru irəliləyirdi. Qoşunu ilə Naxçıvana doğru hərəkətə keçdi. Onun Şirvanşahları məğlub etdiyini eşidən Ağqoyunlu hökmdarı Əlvənd Mirzə özü böyük ordu ilə Təbrizdən Naxçıvana gəldi, hərbi rəisi Məhəmməd Qaracanı isə Gəncə və Qarabağa göndərdi ki, Qızılbaşların Kür çayını keçməsinin qarşısını alsın. Qızılbaşlar Kür çayını keçərək Əlvənd Mirzənin ordusunu məğlub etdilər. Əlvənd Mirzə özü isə Şərur döyüşündə Qızılbaşlara yenildi. Onun 30 minlik ordusu İsmayılın 7 minlik qoşununa üstün gələ bilmədi. 1501-ci ilin payızında İsmayıl qoşunu ilə Təbrizə daxil oldu. O, özünü şah elan etdi. Şah İsmayıl Səfəvilər dövlətinin banisi oldu.

Çox gənc, ancaq olduqca məharətli döyüşçü, bacarıqlı sərkərdə olan Şah İsmayılın şöhrəti aləmə yayıldı. Düşmənləri onun və yolunda hər an ölümə hazır olan qızılbaşlarının qarşısında tab gətirə bilmirdilər. Tabe olmaq istəməyənlərin aqibəti ağır olurdu. 1503-cü il iyunun 21-də Şah İsmayıl Ağqoyunlu hökmdarı Sultan Muradı Həmədan yaxınlığında döyüşdə məğlub etdi. Ağqoyunlu dövləti süquta uğradı.

Çox keçmədi ki, Şah İsmayıl möhtəşəm dövlət qurdu. İran, Azərbaycan, İraq, Şərqi Anadolunu və digər əraziləri əhatə edən Səfəvi dövlətinin gündən-günə güclənməsi Osmanlı sultanlarını təşvişə saldı. Bir yandan da Şah İsmayıla rəğbət bəsləyən Anadoludakı türklər itaətsizlik göstərməyə başladılar.

Sultan II Bəyazid Səfəvilər dövlətinə münasibətdə sülh siyasətini seçmişdi. Oğlu Yavuz Sultan Səlimin 1512-ci ildə hakimiyyəti ələ keçirməsi ilə vəziyyət kəskinləşməyə başladı. Şah İsmayılın məsələni sülh yolu ilə həll etmək cəhdinə baxmayaraq, Sultan Səlim 1514-cü il martın 19-da Səfəvi dövlətinə qarşı hərbi yürüşə başladı. 1514-cü il avqustun 23-də Çaldıran çölü qanlı döyüş meydanına çevrildi.  100 minlik Osmanlı ordusu 40 minlik Səfəvi qoşunları ilə vuruşdu. Osmanlıların Avropadan aldıqları 300-dək  topu vardı. Bu üstünlüklərini nəzərə alan yaxınlarının Sultan Səlimin qoşununa qarşı gizlin hücuma keçmək  təklifini Şah İsmayıl rədd etdi: "Mən karvan basan quldur deyiləm!" - dedi.

Çaldıran döyüşü barədə əsrlər boyu çox yazıldı, danışıldı. Şah İsmayılın və onun topun qarşısına qılıncla gedən qorxmaz, cəsur döyüşçülərinin igidlikləri əfsanələşdi.

 

Çaldıran faciəsi

 

...Çaldıranda qızğın döyüş gedirdi. Şah İsmayıl qüvvətli zərbə ilə topları bir-birinə bağlayan zəncirləri qırıb topu iki yerə ayırdı. Şah düşmənin artilleriyasına hücum çəkdi. Atı büdrəyib yıxıldı. Şah İsmayıla çox oxşayan Sultanəli Mirzə Əfşar özünü irəli atıb haray saldı: "Şah mənəm!" O, şahını əsir düşməkdən qorudu. Yaralı Şah İsmayıl atına mindi. Döyüş meydanından uzaqlaşdı.

Sultan Səlim Çaldıran döyüşündən uzun müddət sonra Şah İsmayıldan qılıncını ona göndərməsini tələb etdi. Şah qılıncı göndərdi. Sultan Səlim dəfələrlə cəhd etsə də, topu kəsə bilmədi. O, şaha məktubunda yazdı: "Sən məni aldadırsan, bu həmin qılınc deyil". Şah Sultana cavab verdi: "Qılınc həmin qılıncdı, qol o qol deyil".

Tarixçilər Çaldıran döyüş meydanında xeyli qadın meyitinin tapıldığını yazıblar. Onlar kişi paltarı geyinib Qızılbaş ərləri ilə birgə vuruşmuş qadınlar idi. Deyilənə görə, Şah İsmayılın həyat yoldaşı Taclı Bəyim döyüşdə əsir düşüb, zinət əşyalarını əsgərlərə verərək qaçıb qurtulub. Onun sonrakı taleyi məlum deyil.

I Sultan Səlim Xoy, Mərənd və Təbriz şəhərlərini işğal etsə də, Səfəvilər paytaxtında çox qala bilmədi. 6 gündən sonra Təbrizi tərk etdi. Apardığı qiymətli qənimətlər arasında Şah İsmayılın tacı, əlbisələri və bəzək əşyaları da vardı.

Çaldıran məğlubiyyətinin sarsıntılarını Şah İsmayıl ömrünün sonunadək unutmadı, bir də heç vaxt ürəkdən gülmədi. Qələmə aldığı şeirlərinə də kədər, qüssə çökdü...

 

Söz taxtında...

 

O, dövlət dili doğma Azərbaycan türkcəsi, paytaxtı Təbriz olan böyük imperiya yaratdı. Dövlət fərmanlarını Azərbaycan dilində imzalayırdı. Hakimiyyətə döyüşərək gələn, çox qanlı vuruş meydanlarında qılınc çalan, Karl Marksın haqqında: "Səfəvilər xanədanının banisi Şah İsmayıl fateh idi. O, on dörd illik hakimiyyəti dövründə on dörd əyalət fəth etmişdi" yazdığı Şah İsmayıl rəiyyətlə rəftarında ədalətli və mülayim olub. Onun dərviş paltarı geyinib məmləkəti gəzib dolaşdığı, xalqın dərd-səri ilə maraqlandığı rəvayət edilir.

Şahlıq səlahiyyətləri ona Azərbaycan milli mədəniyyətinin inkişafına şərait yaratmaq imkanı verdi. Sarayında bir çox istedadlı rəssam, heykəltaraş, xəttat, musiqiçi vardı.

Qanlı döyüşlərdə həm sərkərdə, həm də döyüşçü kimi əvəzsiz idi Şah İsmayıl. Təbi onu şair Xətai edəndə isə:

Yol daşını yol quşuna

Atma, qardaş, kərəm eylə...

- deyirdi. Bu bir çoxunun iddia etdiyi kimi əməllə söz arasındakı ziddiyyət deyildi, əslində. Balaca uşaq ikən, siyasətin məğzini, mənasını anlamadığı yaşda atasını, qardaşını, ya da qardaşlarını öldürənlər, eləcə də Səfəvilər sülaləsinə son nəfəslərinədək sadiq qalanlar İsmayıla bu yolu seçdilər. Səfəvilərin tərəfdarları onu şah etmək istədilər. İsmayıl şahlığa layiq olduğunu göstərdi. Böyük bir dövlət qurub idarə etdi. Ancaq o könül dünyasında şair idi. Aşiqanə qəzəllər yazırdı:

Qızıl gül, bağü bustanım, nə dersən?

Fəda olsun sənə canım, nə dersən?

 

Qərarü səbrü aramım tükəndi,

Kəsildi külli-fərmanım, nə dersən?

 

... Xətai can ilə çün səni sevdi,

Sevən ölsünmü, sultanım, nə dersən?

 

O, sevgi duyğularını belə səmimi ifadə edirdi.

Bəzən isə "Bir söz" rədifli gəraylısında olduğu kimi şairliyi şahlığına üstün gəlirdi:

 

Söz vardır kəsdirər başı,

Söz vardır kəsər savaşı...

 

Yaxşı təhsil almışdı. Çox mütaliə edirdi. İstedadlı idi. Şah İsmayılın rəssamlıq, xəttatlıq bacarıqları vardı. Səsi gözəl idi. Bərbəd adlanan alətdə musiqi ifa edir, oxuyurdu. Şairlik qabiliyyəti isə hökmdarlığına, sərkərdəliyinə bərabərdi. Şeir yazmağa uşaq yaşlarından başlamışdı. Əsərlərini Azərbaycan türkcəsində, qismən fars və ərəbcə yazırdı. Çətin döyüşlər, mürəkkəb dövlət işləri vaxtının çoxunu alsa da, əruz və heca vəznlərində, epik və lirik janrlarda yazdığı əsərləri ilə Azərbaycan ədəbiyyatında  zəngin irs qoyub getdi...

 

Zöhrə FƏRƏCOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

"Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

01:44
20 Dekabr

"Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2025-ci il 9 dekabr tarixli 305-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında

01:44
20 Dekabr

Abşeron rayonu ərazisində avtomobil yollarının əsaslı təmiri ilə bağlı əlavə tədbirlər haqqında

01:42
20 Dekabr

“Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 22 aprel tarixli 91 nömrəli Qərarında dəyişiklik edilməsi barədə

01:37
20 Dekabr

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Xarici texniki kəşfiyyata qarşı fəaliyyətə dair məlumat sisteminin istismarının təşkili Qaydaları”nın və “Xarici texniki kəşfiyyata qarşı fəaliyyətə dair məlumat sistemi daxilində dövlət orqanlarının informasiya resurslarından istifadəyə buraxılış dərəcəsi”nin təsdiq edilməsi barədə” 2020-ci iI 29 yanvar tarixli 22 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında

01:34
20 Dekabr

“Dövlət qulluqçularının reyestrinin aparılması ilə əlaqədar bir sıra məsələlərin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 17 may tarixli 395 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə

01:33
20 Dekabr

“Polis əməkdaşlarının sosial müdafiəsini gücləndirmək və polis orqanlarının maddi-texniki bazasını möhkəmləndirmək məqsədilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xəzinə hesabına köçürülən vəsaitdən istifadə Qaydası”nın təsdiq edilməsi haqqında

01:32
20 Dekabr

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 28 yanvar tarixli 26 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qanın, qan komponentlərinin tədarükü, emalı, saxlanması və bölüşdürülməsi ilə məşğul olan qan xidməti müəssisələrinin (qan banklarının) Siyahısı”nda dəyişiklik edilməsi haqqında

01:28
20 Dekabr

“Azərbaycan”, “Xalq qəzeti”, “Respublika” və “Bakinski raboçi” qəzeti redaksiyalarına maliyyə yardımı barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 30 dekabr tarixli 215 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında

01:26
20 Dekabr

Nizami Kino Mərkəzində “The Oligarch’s Design” sənədli filminin nümayişi olub  

21:58
19 Dekabr

Azərbaycan–ABŞ Strateji Tərəfdaşlıq Xartiyası üzrə Strateji İşçi Qrupunun ilk iclası keçirilib  

21:29
19 Dekabr

Rubio: Rusiya-Ukrayna üzrə danışıqlarda irəliləyiş əldə olunub  

21:13
19 Dekabr

Marko Rubio Ermənistan-Azərbaycan münaqişəsinin həllində ABŞ-ın iştirakından danışıb  

21:09
19 Dekabr

Avropa Parlamenti sülh prosesinə zərbə vurmağa çalışır

21:04
19 Dekabr

Ermənistan vətəndaşlarının məhkəməsi təqsirləndirilən şəxslərin son söz çıxışları ilə davam etdirilib  

20:47
19 Dekabr

Ali Məclisin 2025-ci il payız sessiyasının növbəti iclası keçirilib  

20:36
19 Dekabr

Türk Ədliyyə Təlim Şəbəkəsinə üzv ölkələrin nümayəndələri ilə Baş Prokurorluqda görüş keçirilib  

20:12
19 Dekabr

Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb  

19:49
19 Dekabr

Səhiyyə Nazirliyində beynəlxalq aləmdə yüksək nüfuza malik olan tibb mütəxəssisləri ilə görüş keçirilib  

19:41
19 Dekabr

Milli Məclisdə “İxtisaslı kadr hazırlığı aqrar sektorun inkişafının əsasıdır” mövzusunda ictimai dinləmə keçirilib  

19:31
19 Dekabr

Ali məktəblərə qəbul və buraxılış imtahanlarında iştirak etmək üçün texniki vasitələr hazırlayan və satan təqsirləndirilən şəxslər barədə ibtidai istintaq tamamlanıb  

19:26
19 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!