21 May 2026 16:46
110
CƏMİYYƏT
A- A+
Ombudsman Aparatı ilə AHİK arasında əməkdaşlıq memorandumu imzalanıb

Ombudsman Aparatı ilə AHİK arasında əməkdaşlıq memorandumu imzalanıb


Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) Aparatı ilə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) arasında birgə əməkdaşlığa dair memorandum imzalanıb.

Bu barədə AZƏRTAC-a Ombudsman Aparatından məlumat verilib. Ombudsman Səbinə Əliyeva imzalama mərasimində çıxışı zamanı memorandumun insan hüquq və azadlıqlarının müdafiəsi, xüsusilə əmək və sosial-iqtisadi hüquqların daha effektiv təmini və bu sahədə institusional əməkdaşlığın gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıdığını bildirib.

O, Ombudsman təsisatı ilə həmkarlar ittifaqları arasında əməkdaşlığın insan hüquqlarının, əmək və sosial-iqtisadi hüquqların daha səmərəli müdafiəsi, pozulmuş hüquqların bərpası və hüquq mədəniyyətinin inkişafı baxımından önəm kəsb etdiyini diqqətə çatdırıb.

Səbinə Əliyeva imzalanan memorandumun iki təsisat arasında əməkdaşlığın yeni mərhələsinin əsasını təşkil etməklə, mövcud əməkdaşlıq əlaqələrinin daha da möhkəmlənməsinə və əmək hüquqlarının müdafiəsi sahəsində müsbət təcrübələrin əldə olunmasına mühüm töhfə verəcəyini vurğulayıb.

Görüşdə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Sahib Məmmədov Ulu Öndər Heydər Əliyev tərəfindən ölkəmizdə əsası qoyulan hərtərəfli inkişaf strategiyasının Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirildiyini, insan hüquq və azadlıqlarının, o cümlədən əmək hüquqlarının etibarlı şəkildə qorunduğunu vurğulayıb.


Qeyd edək ki, Ombudsman Aparatı ilə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası arasında imzalanmış memorandum çərçivəsində əmək hüquqları üzrə maarifləndirmə tədbirlərinin keçirilməsi, hüquqi biliklərin artırılması, həssas qrupların hüquqlarının effektiv müdafiəsi, eləcə də əmək qanunvericiliyinin təkmilləşdirilməsi istiqamətində əməkdaşlığın genişləndirilməsi nəzərdə tutulur.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Bu gecə Bakı və və Abşeron yarımadasının bəzi yerlərində yağış yağacaq - XƏBƏRDARLIQ

17:35
21 May

Azərbaycan Respublikası Milli Məclisinin deputatlarının 2026-cı ilin iyun ayında vətəndaşların qəbulu CƏDVƏLİ

17:32
21 May

WUF13: “Böhrandan sonra mənzil bərpa və yenidənqurma işlərinin mərkəzindədir” mövzusunda PANEL  

17:31
21 May

Bakı-Tbilisi marşrutunda bütün siniflər üzrə minimal tariflər açıqlanıb  

17:26
21 May

Nazir: “Yaşanıla bilən Bakı” layihəsi şəhərdə ekoloji mühitin yaxşılaşdırılması baxımından strateji əhəmiyyətə malikdir  

17:21
21 May

“AzerGold” sədri ilə Esvatini Kralı arasında görüş baş tutub

17:19
21 May

Qırğız Respublikasının Prezidenti Sadır Japarovdan  

17:15
21 May

Ukrayna səfiri Azərbaycana göstərilən dəstəyə görə təşəkkür edib

17:13
21 May

Azərbaycan və Tacikistan arasında parlamentlərarası əməkdaşlıq güclənir

17:10
21 May

İspaniyalı ekspert: Urbanizasiyaya sürətli keçid lokal təşəbbüsləri aktual edir

17:07
21 May

BMT rəsmisi: WUF13 ölkələrin bir-birinə dəstəyi baxımından mühüm əhəmiyyət daşıyır

16:57
21 May

UNITAR "ASAN xidmət"lə əməkdaşlığı genişləndirir

16:54
21 May

MDB Parlamentlərarası Assambleya Şurasının Baş katibi Dmitri Kobitskidən və Baş katibin müavini Aydın Cəfərovdan

16:52
21 May

Alissa Bankovska: Evlərin təhlükəsiz şəkildə tikilməsi gələcəkdə yarana biləcək risklər baxımından vacibdir  

16:52
21 May

Azərbaycan nümayəndə heyətinin iştirak etdiyi “EFES – 2026” təlimində “Yüksək Səviyyəli Müşahidəçi Günü” keçirilib  

16:50
21 May

Türk Dövlətləri Parlament Assambleyasının Baş katibi Ramil Həsəndən

16:49
21 May

Avstraliya İttifaqının General-Qubernatoru Samanta Mostindən

16:48
21 May

Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifdən  

16:47
21 May

Ombudsman Aparatı ilə AHİK arasında əməkdaşlıq memorandumu imzalanıb

16:46
21 May

Beynəlxalq Miqrasiya Təşkilatının Baş direktorunun müavini Böyük Qayıdış Proqramını yüksək qiymətləndirib  

16:45
21 May

Trinidad və Tobaqo Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı Kristin Karla Kanqaludan

16:45
21 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!