21 Fevral 2024 09:24
1043
SİYASƏT
A- A+
Qüdrətli ordumuz xəyalları gerçəkləşdirdi

Qüdrətli ordumuz xəyalları gerçəkləşdirdi

 

2020-ci il sentyabrın 27-də səhər saat 6.00 radələrində erməni işğalçıları cəbhənin müxtəlif istiqamətlərindən mövqelərimiz üzərinə hücuma keçdilər. Ordumuzun hissələri bu hücumun qarşısını qətiyyətlə alaraq düşmənə əks-həmlə ilə cavab verdi. Yağıların bu qəfil təxribatı nəticəsində atəşkəslə söndürülmüş Qarabağ müharibəsi yenidən alovlandı. İllərdən bəri susan silahlar bir anın içində dilə gəldi. Mövqelərə od ələndi, səngərlərə güllə və mərmilər dolu kimi yağdırıldı. 
Döyüşlərin elə ilk dəqiqələrindən ordumuzun hissələri düşmənə ciddi müqavimət göstərərək əks-həmlə əməliyyatlarında üstünlük qazandı, qarşı tərəfə sarsıdıcı zərbələr endirdi. İşğalçılar bu dəqiq zərbələrin, güclü əks-həmlələrin qarşısında tab gətirməyərək iyirmi səkkiz ildən bəri əllərində saxladıqları və xeyli möhkəmləndikləri mövqelərdən geri çəkildilər. Azərbaycan əsgərinin yüksək döyüş hazırlığı elə ilk günlərdən özünü göstərdi. Şanlı ordumuzun zabit və əsgərləri Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında uğurlu döyüşləri ilə qəsbkarları qaçmağa məcbur etdi, torpaqlarımız addım-addım işğaldan azad olunmağa başladı. 
Cəbhə bölgələrindən gələn şad xəbərlərdən, qazanılan uğurlardan kədərli çöhrəmizə qələbə sevinci ələndi. Xalqımız müstəqilliyinin təminatçısı olan və  böyük məhəbbət bəslədiyi ordusundan hər gün qələbə xəbərləri eşitdi. Hər gün böyük strateji əhəmiyyətə malik olan yüksəkliklər, kənd və qəsəbələr, rayon mərkəzləri düşməndən azad olundu. Əvvəlki çağlar işğalda qalmış torpaqlarımıza qayıtmağı, o yerlərə ayaq basmağı biz yalnız xəyal edərdik. Amma artıq xəyalların gerçəkləşdiyi zaman idi. Azərbaycan Ordusu hünər və qəhrəmanlığı ilə döyüş meydanlarında böyük zəfərlər qazanaraq 44 gün ərzində bunu bacardı. Silahlı Qüvvələrimizin şəxsi heyəti qanı və canı bahasına uzun illər erməni qəsbkarlarının tapdağında qalmış torpaqlarımızı işğalçılardan azad etdi.

 

Qəsbkarların  arzuları ayaqlar altında tapdalandı

 

1988-ci ildən müharibə şəraitində yaşadığımızdan günlərin birində Qarabağ uğrunda döyüşlərin yenidən alovlanacağı gözlənilən idi. Atəşkəs əbədi sülh demək deyildi. Bir tərəfdən də ermənilər ipə-sapa yatmır, beynəlxalq təşkilatları eşitmir, sülh danışıqlarına gəlmək istəmirdilər. Özlərini anlamazlığa vurub naz edir, sülhə, əmin-amanlığa, beynəlxalq qanunlara arxa çevirirdilər. Ermənistanın baş naziri Nikol Paşinyan havadarlarına, eləcə də dünyanın bir çox xarici dövlətində fəaliyyət göstərən erməni lobbisinin pul-parasına və terror təşkilatlarına arxalanaraq ölkəmizə, xalqımıza meydan oxuyurdu. Qondarma rejim inaqurasiya mərasimini qədim şəhərimiz olan gözəl Şuşamızda keçirirdi. Hələ bu da azmış kimi, terrorçu rejim idarəetmə strukturunu da buraya köçürməyə hazırlaşırdı. 
Bir sözlə, illərdən bəri cəzasız qalan düşmən getdikcə qudurub cızığından çıxır, həddini aşır, heç nəyə məhəl qoymadan qırmızı xətti artıqlaması ilə keçirdi. Təbiidir ki, bütün bunlar sonda genişmiqyaslı müharibəyə gətirib çıxarmalı idi. 
Elə ilk həmlədən uğur qazanacaqlarına, yeni ərazilərimizi işğal edəcəklərinə ümidlər bəsləyən ermənilərin arzuları Azərbaycan əsgərinin dəqiq atəşi ilə güllələndi. Ordumuzun hissələri qısa müddət ərzində işğalçıların qəfil hücumlarının qarşısını qətiyyətlə aldı. Qəsbkarların bütün ümid və niyyətləri puça çıxdı. 
Bir neçə həftə ərzində işğalçılar Cəbrayılın, Füzulinin, Tərtərin, Zəngilanın, Qubadlının, Xocavəndin, Xocalının kəndlərindən sıxışdırılıb çıxarıldı. Müharibənin yeddinci günü - oktyabrın 4-də Cəbrayıl rayonunun mərkəzi və bir neçə kəndi erməni qəsbkarlarından azad edildi. Bir müddət sonra üçrəngli bayrağımız Füzulidə, Zəngilanda, Qubadlıda dalğalandı. Bundan ruhlanan hərbçilərimiz yağıların üzərinə daha da əzmkarlıqla atıldılar. Noyabrın 8-də isə aylı-ulduzlu bayrağımız Şuşaya sancıldı. Hərbçilərimizin döyüş əzmi, savaş ovqatı onları düşmən üzərində növbəti qələbələrə köklədi. Ordumuzun hissələri iştirakçısı olduğu bütün döyüşlərdə düşməni məhv etdi, zəfər çaldı, qələbə qazandı.

Vahid MƏHƏRRƏMOV,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib  

19:20
18 May

AMEA-nın prezidenti: Bəxtiyar Vahabzadənin sənətinə, şəxsiyyətinə, xidmətlərinə böyük ehtiram var  

19:02
18 May

Şəkidə Xalq şairi Bəxtiyar Vahabzadənin 100 illiyi qeyd olunub  

18:35
18 May

Əminə Əliyeva dünya çempionu olub  

17:45
18 May

Azərbaycan Prezidentinin köməkçisi Tehranda Dialoq Forumunda iştirak edir  

16:57
18 May

Ümumdünya Səhiyyə Assambleyası növbəti qlobal pandemiyaya hazırlıq sazişini müzakirə edəcək  

15:55
18 May

FHN bəzi bölgələrdə gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib  

15:12
18 May

Sabah ölkə ərazisində küləkli və yağıntılı hava şəraiti müşahidə ediləcək  

12:51
18 May

Bilmək istəyirəm

09:45
18 May

Vətən torpağını öpən dodaqlar

09:40
18 May

"Xalq Əmanəti" layihəsinin 25-ci nəşri Güney Azərbaycan poeziyasına həsr olunub

09:35
18 May

"Barselona"nın çempionluq paradına 670 min adam qatıldı 

09:30
18 May

64 komandalı dünya çempionatı ideyasına FİFA prezidentindən dəstək

09:25
18 May

FİFA referisi Avropa çempionatının final oyunlarına təyinat alıb

09:20
18 May

Juninyonun "Flamenqo"da işi çətinləşir

09:15
18 May

Abubakar "Qarabağ"a təklif edildi

09:10
18 May

"Neftçi"nin baş məşqçisi iki köməkçisi ilə vidalaşmaq istəyir 

09:05
18 May

"Arzum qəhrəman Azərbaycan əsgərinin obrazını yaratmaqdır"

09:00
18 May

Tariximizin bələdçisi

08:55
18 May

Bu il su ehtiyatlarımız hansı səviyyədədir?

08:50
18 May

Sahibkarlarla kredit təşkilatlarının nümayəndələri Hacıqabulda bir araya gəldilər

08:45
18 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!