08 İyul 2025 08:00
2277
SİYASƏT
A- A+
Qüdrətli dövlət, yüksək sosial rifah

Qüdrətli dövlət, yüksək sosial rifah


Azərbaycanın artan iqtisadi imkanları davamlı inkişaf üçün real zəmin yaradır


Hər bir dövlətin əsas funksiyalarından biri əhalinin sosial müdafiəsini təşkil etmək, maddi nemətlərin ədalətli bölgüsünə nail olmaq, daxili siyasətin sosialyönümlüyünü ön planda saxlamaq, vətəndaşların sosial rifah halını yaxşılaşdırmaqdan ibarətdir. 

Azərbaycanda da dövlət daim öz vətəndaşına qayğı ilə yanaşır, onun rifahının yüksəldilməsini, sosial  problemlərinin həllini prioritet vəzifə kimi görür və bu istiqamətdə məqsədyönlü siyasət həyata keçirir. 

Xüsusilə də şəhid ailələri və Qarabağ müharibəsi əlilləri, onların ailə üzvləri daim dövlətin diqqət və qayğısı ilə əhatə olunurlar. Bu kateqoriyaya aid olan insanlara mənzil və avtomobillər verilir, güzəşt və müxtəlif kompensasiyalarla təmin edilirlər. 

Ölkə əhalisinin layiqli həyat səviyyəsini təmin etmək və sosial rifahını yüksəltmək dövlətin sosial-iqtisadi inkişaf konsepsiyasının prioritetlərindəndir.

Bir tərəfdən düşünülmüş və ardıcıl olaraq həyata keçirilən islahatların nəticəsi, digər tərəfdən isə İlham Əliyevin cəsarətli, inamlı addımları ölkə vətəndaşlarının gələcəyinə hesablanmış qətiyyətli siyasətinin təzahürüdür. 

Dövlət başçısının 2018-2025-ci illər ərzində reallaşdırdığı 5 sosial islahat paketi çərçivəsində imzaladığı sərəncam və fərmanlar, sosial sahədə qəbul olunmuş qərarlar miqyasına, əhatə dairəsinə görə inqilabi qərarlardır. Ümumilikdə 5 sosial paket 4 milyondan çox vətəndaşı əhatə edib. Prezidentin imzaladığı fərman və sərəncamlara əsasən, bu dövrdə sosial ödənişlərdə əhəmiyyətli artımlar baş verib. Belə ki, minimum əməkhaqqı 3,1 dəfə, orta aylıq əməkhaqqı 2 dəfə, minimum pensiya 3 dəfə, orta aylıq pensiya 2,6 dəfə, müavinət və təqaüdlərə ayrılan illik büdcə vəsaiti isə 5 dəfədən çox artırılıb. Bundan əlavə, Prezident İlham Əliyevin rəhbərliyi ilə formalaşan sosial siyasət nəticəsində 2019-cu ildən bəri sosial sahəyə ayrılan büdcə vəsaiti 2,2 dəfə artırılaraq 2025-ci ildə 16,9 milyard manata çatdırılıb. Hazırda bu xərclər ümumi büdcənin 41 faizini təşkil edir.

Bu gün əhalinin sosial müdafiəsinin gücləndirilməsi Azərbaycan dövlətinin qarşısında duran strateji vəzifələrdən biridir. Yəni sosial siyasət dövlət siyasətinin prioritetidir. Bunu dəyərləndirərkən Prezident İlham Əliyev qeyd edib ki, sosial siyasət həmişə prioritet olub və bundan sonra da olacaq. Bütün atılan addımlar bir daha onu göstərir ki, Azərbaycan sosial dövlətdir: "Siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Azərbaycan vətəndaşının maraqları bizim üçün hər şeydən üstündür. Azərbaycanda iqtisadi islahatların həyata keçirilməsi insanların daha da yaxşı yaşamaları məqsədi daşıyır".

Ümumiyyətlə, Azərbaycanda əhalinin sosial rifah halının davamlı şəkildə yüksəldilməsi dövlətimizin daim diqqətindədir. Prezidentin 2 fevral 2021-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər" qarşıdan gələn illərdə sosial-iqtisadi inkişafın təmin olunması məqsədilə ölkə qarşısında həlli vacib olan istiqamətləri özündə əks etdirir. Milli prioritetlər sırasında yer alan vacib istiqamətlərdən biri də məhz dinamik, inklüziv və sosial ədalətə əsaslanan cəmiyyətin qurulmasıdır.

Davamlı və yüksək iqtisadi artımın dinamik və inklüziv cəmiyyətin formalaşmasına yönəlməsi, hər bir vətəndaşın öz həyatında bu inkişafı hiss etməsi, insanların sosial statusundan və yaşadığı ərazidən asılı olmayaraq, iqtisadi imkanlara çıxışının bərabər və ədalətli olması hökumətin bu sahədə əsas hədəflərindəndir. Bu hədəflərin uğurla reallaşdırılması üçün inkişafdan hər bir vətəndaşın bəhrələnməsi, yüksək və ədalətli sosial təminat, inklüziv cəmiyyət, habelə paytaxt və regionların tarazlı inkişafı kimi məsələlər xüsusilə diqqətdə saxlanılan məqamlardır. 

Prezidentin 23 dekabr 2024-cü il tarixli "Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında" Sərəncamına əsasən, yanvarın 1-dən minimum aylıq əməkhaqqının 400 manata, fevralın 1-dən isə minimum pensiya məbləğinin 320 manata çatıdırılması, həmçinin bütün növ pensiyaların ilin əvvəlindən 8,1 faiz indeksləşdirilməklə artırılması təmin edilib.

Ümumilikdə 2018-2025-ci illərdə icra olunan 5 sosial islahat paketi üzrə müavinət və təqaüd ödənişlərinə ayrılan illik vəsait 5 dəfə artıb. Bütövlükdə 5-ci sosial islahat paketi əməkhaqqı üzrə 700 min nəfəri, sosial ödənişlər üzrə 2,3 milyon nəfər olmaqla 3 milyon nəfəri əhatə edib. 5-ci sosial islahat paketinin maliyyə tutumu 1,4 milyard manatdır. Ümumilikdə isə 2018-2025-ci illərdə reallaşdırılan 5 sosial islahat paketinin maliyyə tutumu 7,6 milyard manat təşkil edir.

 Xüsusilə qeyd edilməlidir ki, dövlət büdcəsində sosialyönlü xərclərin ardıcıl artımı hökumətin sosial siyasətinin mühüm nəticəsidir. 

Prezidentin fərmanına əsasən, 5-ci sosial islahat paket çərçivəsində iyulun 1-dən artan bəzi müavinət və təqaüdlərə nəzər yetirək:


* Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü - 1700 manat;

* Vətən Müharibəsi Qəhrəmanlarına Prezidentin aylıq təqaüdü - 2200 manat;

* Milli Qəhrəmanlara Prezidentin aylıq təqaüdü - 2000 manat;

* Şəhid ailəsinə verilən Prezidentin aylıq təqaüdü - 700 manat;

* 20 Yanvar şəhidinin ailəsinə verilən Prezidentin aylıq təqaüdü - 700 manat;

* Əfqanıstanda həlak olan hərbçilərin ailələri üçün - 700 manat;

* Müharibə, 20 Yanvar və Çernobıl hadisələri əlilləri - 600 ( I dərəcə), 500 (II dərəcə), 400 (III dərəcə) manat;

* Uşağın anadan olmasına görə birdəfəlik müavinət - 600 manat;

* Dəfn üçün birdəfəlik müavinət - 600 manat;

* Övladlığa götürülən hər uşağa görə aylıq müavinət - 240 manat;

* Ailə başçısını itirməyə görə aylıq müavinət (hər ailə üzvü üçün) - 140 manat;

* Beşdən çox uşağı olan qadınlara hər uşağa görə aylıq müavinət - 140 manat;

* "Xalq" fəxri adına görə -  300 manat,

* "Əməkdar" fəxri adına görə - 200 manat.


Göründüyü kimi, Prezident İlham Əliyevin təşəbbüsü ilə həyata keçirilən 5-ci sosial islahat paketi dövlətin sosial siyasətində insan amilini əsas götürən strateji yanaşmanın davamlılığını nümayiş etdirir. Bu paket çərçivəsində əməkhaqqı, pensiya, müavinət və təqaüdlərin əhəmiyyətli dərəcədə artırılması yüz minlərlə insanın gündəlik həyatına birbaşa müsbət təsir edən, sosial bərabərliyi gücləndirən və dövlətin sosial funksiyasını daha da möhkəmləndirən fundamental addımdır.

Azərbaycanın sosial siyasəti konstitusiyada qeyd edilən sosial dövlət prinsipinə uyğun olaraq əhalinin rifahını artırmaq və sosial ədaləti təmin etmək məqsədini daşıyır. Bu siyasətin davamlılığı və səmərəliliyi cəmiyyətin sabitliyinə və inkişafına bilavasitə təsir göstərir.

Prezident İlham Əliyevin sosial siyasəti əsasən davamlı sosial rifah artımı, ləyaqətli həyat səviyyəsinin təmin edilməsi, həmçinin rəqəmsallaşdırma və şəffaflıq prinsiplərinə əsaslanır.

İlham Əliyevin sosial siyasətinin prioritetləri əməkhaqqı, pensiya və müavinətlərdə sabit artımlar, büdcədə sosial xərclərin əhəmiyyətli yüksəlişi, məşğulluq və yoxsulluğun azaldılmasıdır. Bu sahələrdə aparılan ciddi islahatlar Azərbaycanı həm sosial rifah, həm də bərabər imkanlara əsaslanan inkişaf modelinə doğru istiqamətləndirir.


Rəşad BAXŞƏLİYEV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azercell abunəçilərinin nəzərinə

01:24
13 Dekabr

Azercell abunəçilərinin nəzərinə 

01:23
13 Dekabr

Bakıda Ümummilli Lider Heydər Əliyevin xatirə gecəsi keçirilib  

23:58
12 Dekabr

Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş anım gecəsi keçirilib  

23:56
12 Dekabr

Təbrizdə Ulu Öndər Heydər Əliyevin xatirəsi yad edilib  

21:33
12 Dekabr

Daha 606 nəfər hərbi qulluqçu mənzillə təmin olunacaq  

21:27
12 Dekabr

Türkiyə XİN nümayəndəsi: Prezident İlham Əliyevin liderliyi ilə sülh yolunda çox vacib addımlar atılır  

21:25
12 Dekabr

Ruben Vardanyanın məhkəməsi sənədlərin tədqiqi ilə davam etdirilib  

21:20
12 Dekabr

Ukrayna Müsəlmanları Ruhani İdarəsində Ümummilli Lider Heydər Əliyevin xatirəsi anılıb

21:17
12 Dekabr

Azərbaycanın müdafiə naziri və Özbəkistanın hərbi nümayəndə heyəti komando hərbi hissəsində olub

20:33
12 Dekabr

Ermənistan Prezidenti: Dövlətlər və xalqlar arasında etimadın möhkəmləndirilməsi sülhün bərqərar olması üçün əsas şərtdir  

20:15
12 Dekabr

DSX-də Ulu Öndərin xatirəsi yad edilib  

19:21
12 Dekabr

"AzerGold" və törəmə şirkətlərinin kollektivi Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib  

19:09
12 Dekabr

Ulu Öndərin əziz xatirəsi İstanbulda da ehtiramla yad edilib

19:09
12 Dekabr

Ulu Öndər Heydər Əliyevin xatirəsi Litvada anılıb  

19:01
12 Dekabr

Energetika naziri Vaşinqtonda bir sıra görüşlər keçirib  

18:53
12 Dekabr

Starteji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin şəxsi heyəti Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin xatirəsini yad edib

18:46
12 Dekabr

Konstitusiya Məhkəməsində Ulu Öndərin xatirəsi yad edilib  

18:41
12 Dekabr

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib  

18:33
12 Dekabr

Ümummili Lider Heydər Əliyevin əziz xatirəsi Parisdə dərin ehtiramla yad edilib  

18:23
12 Dekabr

Əbədi ehtiram ifadəsi 

18:21
12 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!