17 Aprel 2022 00:43
1236
İDMAN
A- A+
Qüdrətli Azərbaycanın qalib idmançıları

Qüdrətli Azərbaycanın qalib idmançıları

 

Azərbaycanda idman mövzusu yenidən aktuallaşmaqdadır. Ölkəmizin idman həyatında böyük bir canlanma hiss olunur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin son günlər ölkə idmançıları ilə görüşləri, proqram xarakterli çıxışları, bu sahədə qarşıya qoyduğu strateji vəzifələr də bunun bariz göstəricilərindəndir.

Ötən həftə dövlət rəhbərimizin Macarıstanda keçirilmiş Güləş üzrə Avropa Çempionatında iştirak edən Azərbaycan millisinin üzvləri ilə görüşü də müasir idman tariximizin maraqlı faktlarından biri kimi yadda qaldı.

 

Böyük nailiyyət

 

Prezident İlham Əliyevin idmançılarla bu görüşü təsadüfi deyildi. Budapeştdə keçirilmiş Avropa çempionatında Azərbaycanın idman şərəfini layiqincə qoruyaraq parlaq qələbələri ilə bayrağımızı yüksəltmiş güləşçilərimizi bu nailiyyət münasibətilə şəxsən təbrik etmək, onları yeni qələbələrə ruhlandırmaq niyyəti daşıyırdı.

Xatırladaq ki, Budapeştdə təşkil olunmuş Güləş üzrə Avropa Çempionatında Azərbaycan idmançıları üç qızıl, altı gümüş və yeddi bürünc olmaqla, ümumən, 16 medal qazanıblar. Bu, qitə çempionatında qardaş Türkiyədən (yeddi qızıl, üç gümüş və yeddi bürünc medal) sonra ən yaxşı nəticə olub. Digər qonşumuz Gürcüstan isə bu turnirdə 11 medalla (2-4-5) üçüncü yeri tutub.

Beləliklə, Azərbaycan sərbəst güləşdə baş məşqçi Namiq Abdullayevin rəhbərliyi altında bir qızıl, dörd gümüş və iki bürünc medal qazanmaqla üçüncü dəfə Avropa çempionu olub.

Prezident İlham Əliyev güləşçilərlə görüşü zamanı bunu böyük qələbə, ciddi nailiyyət kimi dəyərləndirdi: "Avropada birinci olmaq, istənilən idman növündə birinci olmaq böyük uğur hesab edilə bilər. Əlbəttə ki, bir daha Azərbaycan güləşçilərimiz bizim güləşimizi təbliğ etmişlər. Çünki güləş bizim ənənəvi idman növümüzdür. Güləşin çox böyük ənənələri vardır və bu ənənələr yaşayır".

 

İdman ölkəsi

 

Bütün bu nailiyyətlər Azərbaycanın idman ölkəsi kimi öz statusunu qoruduğunu və daha da inkişaf etdirdiyini göstərir. Ölkəmizdə idmanın inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindəndir. Azərbaycan idmanı hər zaman dövlət rəhbərimizin yüksək diqqət və qayğısı ilə əhatə olunub. Prezident İlham Əliyev hələ ötən əsrin 90-cı illərinin sonlarından Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi idman siyasətinin həyata keçirilməsinə yüksək töhfələrini verib. Milli Olimpiya Komitəsinin prezidenti kimi bu sahədə ictimai fəaliyyəti ilə Azərbaycan idmanının inkişafında böyük rol oynayıb. Təsadüfi deyil ki, idmançılarımızın ən böyük qələbələri məhz dölət başçısının bu sahəyə rəhbərliyi illərində qazanılıb.

Azərbaycanda çoxsaylı idman növləri üzrə ən müasir standartlara cavab verən infrastruktur qurulub. Ayrı-ayrı regionlarımızda olimpiya-idman kompleksləri tikilib. İdman federasiyalarının fəaliyyəti, idmançılarımızın problemlərinin həlli dövlətimizin daimi diqqətindədir.

Ölkəmiz son onilliklərdə I Avropa Oyunları, IV İslam Həmrəyliyi Oyunları kimi bir çox mötəbər beynəlxalq idman tədbirlərinə, dünya çempionatlarına evsahibliyi edib. Bütün bunlar Azərbaycanda idmana kütləvi marağı artırmaqla yanaşı, digər sahələrdə də irəliləyişlərə kömək göstərir. Turizmin və mədəniyyətin inkişafına, iqtisadi əlaqələrin genişlənməsinə fayda verir.

 

Mədəniyyət diplomatiyası

 

İdman oyunlarının, olimpiadaların dövlətlərarası uğurlu əlalqələrin, dostluğun, sülhün əsasını təşkil edən amillərdən olduğunu nəzərə alsaq, Azərbaycan dövlətinin idmana olan diqqət və qayğısı tam təbiidir. İdman dövlətimizin beynəlxalq aləmdə uğurla həyata keçirdiyi mədəniyyət diplomatiyasının çox əhəmiyyətli tərkib hissəsidir.

Azərbaycanın idman ölkəsi kimi dünyada tanınması, bu sahədə əldə etdiyi nailiyyətlər beynəlxalq idman ictimaiyyəti tərəfindən yüksək qiymətləndirilir. Bu, respublikada idman sahəsindəki inkişaf proseslərinə beynəlxalq miqyasda göstərilən marağın nümunəsidir. Eyni zamanda dünya ictimaiyyəti bizi idmançılarımızın nailiyyətləri işığında bir daha görüb tanıyır. Azərbaycanı beynəlxalq idman arenalarında yüksəklərə ucalan bayrağımızla görüb kəşf edirlər.

İdman nailiyyətləri həm də istənilən ölkənin inkişaf göstəricilərindəndir. Prezident İlham Əliyev bu xüsusda demişdir: "Bizim idmançılar uzun illərdir Azərbaycanı dünyada təbliğ edirlər. Mən dəfələrlə idman ictimaiyyəti ilə görüşlər əsnasında deyirdim ki, idman bizim dövlət siyasətimizdir və idman hər bir ölkənin qüdrətini əks etdirir. Çünki əgər beynəlxalq yarışlarda, olimpiya oyunlarında ölkələrin reytinqlərinə nəzər salsaq, görərik ki, adətən, inkişaf etmiş ölkələrin nümayəndələri daha da böyük uğurlar qazanırlar. Bu da təbiidir, çünki həm təlim-məşq toplanışlarının keçirilməsi, ümumiyyətlə, hazırlıq işlərinin aparılması, iqtisadi baza - bütün bu amillər önəmli rol oynayır. Əlbəttə ki, dövlət siyasəti burada aparıcı məsələdir və Azərbaycan bu ölkələrin sırasındadır. Biz nəinki iqtisadi və digər sahələrdə, idman sahəsində də qabaqcıl ölkələrin sırasındayıq və bu liderliyi qorumalıyıq".

 

Şəxsi nümunə

 

İdmanın strateji əhəmiyyəti təkcə bununla məhdudlaşmır. İnsan sağlamlığının ölkələr, cəmiyyətlər üçün nə qədər əhəmiyyətli olduğunu xüsusilə pandemiya dövründə hər kəs bir daha görüb anladı. Ona görə də bəşəriyyət bu mövzuda indi daha da həssasdır. Sağlam həyat tərzinin təbliği, insanların idmana kütləvi marağının artması bu gün bütün dünyada müşahidə edilən müsbət bir tendensiyadır. İdman cəmiyyətin fiziki və mənəvi sağlamlığına xidmət edir. İnsanda rahatlıq hissi, müsbət enerji yaradır. İş qabiliyyətini, məhsuldarlığı artırır. Uzunömürlülüyə kömək göstərir. Fərdlərin onlara əta edilmiş ömrü müxtəlif xəstəliklərin gətirdiyi əzabla deyil, məmnunluq içində yaşamasına şərait yaradır.

Azərbaycanda da idmanın kütləviliyi təbliğ olunur. Onun müxtəlif növləri ilə məşğul olan və fiziki formasını mükəmməl şəkildə qoruyan dövlət rəhbərimiz rəsmiyyətdən uzaq bir çox məqamlarda bununla bağlı cəmiyyətimizə şəxsi nümunə göstərir. İnsanlarımızı bədən tərbiyəsi ilə məşğul olmağa, sağlam həyat tərzi keçirməyə həvəsləndirir. Vətəndaşlarımızın idmanla rahat şəkildə məşğul ola bilmələri üçün zəruri infrastruktur formalaşdırılır. Bir tərəfdən, idman sahəsində özəl sahibkarlıq fəaliyyəti təşviq edilir, sahibkarlar insanların idmana kütləvi marağının getdikcə artdığını, yüksək tələbin yarandığını nəzərə alaraq bu sahədə uğurlu biznes qurur, müasir tələblərə cavab verən idman məkanları yaradırlar. Digər tərəfdən, dövlət özü də vətəndaşlarımızın heç bir ödəniş etmədən açıq havada idmanla məşğul ola bilmələri üçün ictimai yerlərdə - parklarda müxtəlif idman qurğuları quraşdırır. İdman kütləvi informasiya vasitələrində geniş təbliğ edilir. Bakıda və regionlarımızda mütəmadi olaraq müxtəlif idman tədbirləri keçirilir. Bu sahədə istedadlı gənclərimiz aşkar edilir və onların inkişafına zəruri şərait yaradılır.

 

Gənc nəslin fiziki və mənəvi sağlamlığı

 

İdman gənc nəslin sağlam mühitdə yetişməsi baxımından da çox önəmlidir. Gənclərin zərərli vərdişlərdən, mənfi çevrələrdən qorunması, onların asudə vaxtlarının səmərəli təşkili bu gün qlobal dünyamızda aktual problemdir. Azərbaycanda idmanın prioritet hesab edilməsində bu amilin böyük rolu var. İdman həmçinin gənclərin vətənpərvərlik tərbiyəsində çox mühüm rol oynayır. İdmançılarımızın qələbələri, bunun insanlarımızda yaratdığı mənəvi ruh cəmiyyətdə milli birliyi daha da gücləndirir. Vətəndaşlarımızı milli-dövlətçilik idealları ətrafında səfərbər edir.

Tarixi qələbəmizlə tamamlanan 44 günlük Vətən müharibəsi gedişində Azərbaycan gənclərinin necə böyük ruhla, əzmlə cəbhəyə can atdıqlarına hər birimiz şahidlik etdik. Gənclər kütləvi şəkildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli qurumlarına axın edir, könüllü şəkildə cəbhəyə yazılır, döyüşlərə təcili göndərilmək istəyirdilər. Azərbaycan gənci hərbi əməliyyatlar zamanı dağlıq şəraitində günlərlə piyada yol gedir, kəndirlə qayalardan dırmanır, əlindəki yüngül silahla düşmənin tankının, topunun üzərinə atılır, yanındakı döyüş yoldaşı yaralananda belə onu çiyinlərində daşıyaraq yenə döyüşlərə davam edirdi. Belə bir fiziki hazırlıq idmana olan maraqdan, onun daimi həyat tərzinə çevrilməsindən irəli gəlir.

Azərbaycan gəncliyindəki bu vətənpərvərlik ruhunun formalaşmasında ölkəmizin son onilliklərdəki idman qələbələrinin müstəsna rolu var. Torpaqlarımızı işğaldan dövlət rəhbərimiz İlham Əliyevin yetişdirdiyi Azərbaycan gəncliyi azad etdi. Gənclərimizin vətənpərvərlik ruhunda yetişməsində bu sahənin böyük əhəmiyyətini dövlət başçımız belə ifadə etmişdir: "Gənc nəsil də mütləq vətənpərvərlik ruhunda tərbiyə almalıdır, milli ruhda tərbiyə almalıdır, milli dəyərlər əsasında tərbiyə almalıdır və Azərbaycan dövləti buna nail olmaq üçün bütün imkanlardan istifadə edir. Vətənpərvərliyi daha da gücləndirən amillərdən biri əlbəttə ki, tarixi-hərbi Zəfərimizdir və eyni zamanda idman uğurlarımızdır. Əminəm ki, Azərbaycan vətəndaşları - həm idmansevərlər, həm də idmanla o qədər də maraqlanmayan vətəndaşlar həmişə idman arenalarında əldə edilmiş qələbələrin xəbəri gələndə sevinirlər. Hamımız sevinirik, çünki sevinirik ki, siz buna nail olmusunuz".

Bu mənada ölkəmizdə idmanın inkişafı və nailiyyətlərimiz təkcə Azərbaycanın idman şöhrəti deyil, cəmiyyətdə vətənpərvərlik hisslərinin gücləndirilməsinin, Vətənə olan sədaqətin, fədakarlığın mənəvi qaynağıdır.

 

Müzəffər xalqın təmsilçiləri

 

Prezident İlham Əliyev gənc idmançıları böyük qələbələrə ruhlandırır. Onları əzmkarlığa, öz qabiliyyətlərini təkmilləşdirməyə, peşəkarlıqlarını daim artırmağa, heç zaman ruhdan düşməməyə səsləyir. Cəmiyyətimizin hər zaman onların yanında olduğunu idmançılarımıza hiss etdirir. Eyni zamanda tarixi qələbəmizdən sonra idmançılarımızın artıq başqa bir Azərbaycanı təmsil etdiklərini, yarış meydanlarına qalib gəlmiş müzəffər bir xalqın təmsilçiləri kimi çıxdıqlarını onlara xatırladır: "Siz gənclər artıq başqa Azərbaycanı təmsil edirsiniz. Siz qalib gəlmiş müzəffər xalqı təmsil edirsiniz. Əminəm ki, o arenaya çıxanda sizin ürəyinizdə mütləq bu duyğular olmalıdır. Təkcə Azərbaycan vətəndaşları yox, bütün dünya azərbaycanlıları bu gün özlərini əmin hiss edirlər, yaşadıqları ölkələrdə Azərbaycan həqiqətlərini çatdıraraq, o cümlədən İkinci Qarabağ müharibəsi haqqında qürur hissi ilə danışırlar".

Bu kəlmələr Azərbaycan idmançılarının qalibiyyət uğrunda əzmkarlıq göstərmələri, özlərini yorulmadan, usanmadan qələbələrə hazırlamaları üçün böyük ruhdur. İdman arenasına qalib xalqın təmsilçisi kimi çıxmaqda bu qələbə uğrunda canını fəda etmiş şəhidlərimizin, torpaqlarımızı misilsiz fədakarlıqlar hesabına düşməndən təmizləmiş qəhrəmanlarımızın, üçrəngli bayrağımızı azad yurdlarımızda dalğalandırmış igidlərimizin qarşısında mənəvi məsuliyyət hissi də var. Ona görə də idmançılarımız məşqlər zamanı bu məsuliyyət hissini heç zaman unutmamalıdırlar. Öz peşəkar imkanlarını daim artırmalıdırlar ki, rəqiblərindən bir addım öndə olsunlar.

 

Ləyaqət meyarı

 

Azərbaycan Vətən müharibəsini yüksək ləyaqətlə apardı, ulularımızdan bizə miras qalmış comərdliyi qorudu. Mülki əhaliyə, kütləvi şəkildə təslim bayrağı qaldırıb əsir düşən düşmən hərbçilərinə əl qaldırmadı. Ermənistanın mülki əhalimizə qarşı ən azğın davranışları, böyük şəhərlərimizi raket atəşinə tutub yüzlərlə mülki vətəndaşımızın ölümünə bais olduğu anlarda da xalqımız yenə ləyaqət hissini qorudu. Azərbaycan Prezidentinin idmançılarımızdan əsas gözləntisi də yarışlarda hər zaman ləyaqətli davranmaqdır: "Ədalət, eyni zamanda mərhəmət, məğlub edilmiş tərəfə müəyyən dərəcədə mərhəmət hisslərinin göstərilməsi də xalqımıza xas olan xüsusiyyətlərdən biridir. Əsas odur ki, biz düşməni və ya idman rəqibini məhz qaydalar çərçivəsində, ləyaqət prinsipi əsasında məğlub etməliyik. Bunu görərkən mən bir daha əmin oldum ki, Azərbaycan xalqının gələcəyi bundan sonra da çox parlaq olacaq, bundan sonra da istənilən idman növündə".

Prezident İlham Əliyev "Qarabağ" Futbol Klubunun baş məşqçisi Qurban Qurbanovun bir müddət əvvəl "Qarabağ"-"Olimpik Marsel" komandalarının qarşılaşması zamanı öz oyunçumuzun mübahisəli qolunu ləğv etdirməsi faktını buna nümunə göstərdi: "Bizim məşhur məşqçimiz Qurban Qurbanov çox ləyaqətli hərəkət etmişdir və qol sayıla biləcək vəziyyətdə demişdir ki, yox, bu, bizə lazım deyil, bizə saxta nailiyyət lazım deyil, qazanılmamış uğur lazım deyil. Nəyi qazanmışıqsa, öz əməyimizlə qazanmışıq. O cümlədən Qarabağ məsələsini də öz əməyimizlə, gücümüzlə, zəkamızla həll etmişik".

Azərbaycanı bundan sonra da həyatın müxtəlif sahələrində ləyaqətli qələbələr gözləyir.

 

İradə ƏLİYEVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Quru Qoşunlarında “Konstitusiya və Suverenlik İli” ilə bağlı tədbirlər keçirilib  

19:26
15 Dekabr

Ali Məclisin payız sessiyasının növbəti iclası keçirilib  

19:24
15 Dekabr

Baş prokuror Qətərdə işgüzar səfərdədir  

19:21
15 Dekabr

ADSEA abonentlərə müraciət edib  

19:20
15 Dekabr

Cəlilabadda vətəndaşların daşınmaz əmlakla bağlı müraciətlərinə baxılıb  

19:10
15 Dekabr

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi BMT Sivilizasiyalar Alyansının 11-ci Qlobal Forumuna tərəfdaşlıq edib  

18:26
15 Dekabr

Suveren yaşıl istiqrazlar üzrə İşçi Qrupun ilk iclası keçirilib  

18:23
15 Dekabr

UNESCO-nun mənzil-qərargahında memar Əcəmi Naxçıvaninin 900 illiyinə həsr edilmiş sərgi açılıb  

18:16
15 Dekabr

Hakan Fidan: Türkiyə vasitəçilik sahəsində dünya liderləri sırasındadır  

18:11
15 Dekabr

Azərbaycanda pambıq yığımı yekunlaşır, sahələrdən 356 min tona yaxın xam pambıq yığılıb  

17:43
15 Dekabr

"Sualtı Hücum Dəniz Xüsusi Təyinatlısı" kursunun buraxılış mərasimi keçirilib  

17:41
15 Dekabr

Agentliyin əməkdaşları qan verdilər  

17:35
15 Dekabr

Ukrayna ilə bağlı sülh planı ətrafında nə baş verir?

17:26
15 Dekabr

İdmanımızın yeni ulduzu

17:25
15 Dekabr

Xalq yazıçısı Elmira Axundovanın Ulu Öndərə həsr olunmuş “Sizin aranızda ən böyük dissident mən idim” adlı ikicildlik kitabının təqdimatı keçirilib  

17:16
15 Dekabr

Dövlət Gömrük Komitəsinin sədri Zaqatalada vətəndaşlarla görüşüb  

17:07
15 Dekabr

“Azəriqaz”: 5 kənd və 11 massiv qazın verilməsi ərəfəsindədir 

17:06
15 Dekabr

Azərbaycanda bu il İKT sektorunda göstərilmiş xidmətlərin ümumi dəyəri 8,1 faiz artıb  

17:02
15 Dekabr

Misli Premyer Liqasında XV turun növbəti oyunu keçirilib  

16:44
15 Dekabr

Şəxsiyyət vəsiqəsi, pasport, sürücülük vəsiqəsi və nəqliyyat vasitələrinin qeydiyyatı üzrə xidmətlər onlayn təqdim ediləcək  

16:42
15 Dekabr

Osman Mert: Bakıda keçirilmiş Birinci Türkoloji Qurultay türk dilçiliyinin inkişafı üçün xüsusi əhəmiyyət kəsb edib  

16:39
15 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!