25 Oktyabr 2024 08:40
634
İQTİSADİYYAT
A- A+
Qubadlının işğalından 31 il ötmür, Zəfərindən 4 il keçir

Qubadlının işğalından 31 il ötmür, Zəfərindən 4 il keçir


Zəfər tariximizin 29-cu günü Qubadlı şəhəri düşməndən azad olundu. Qəhrəman əsgərlərimiz ilk növbədə ermənilərin müntəzəm olaraq hərbçilərimizə atəş açdıqları yüksəklikləri götürdülər. 

Düşmən həmin yüksəklikdə illərlə mövqe tutmuşdu. Təbii ki, onların bu mövqedən atdığı atəşlər Azərbaycan Ordusunun irəliləməsinə mane ola bilməzdi. Əksinə, erməni əsgərləri qorxubilməz hərbçilərimizin gücü qarşısında geri çəkilməyə məcbur oldular.

Xüsusi peşəkarlıq və fədakarlıq tələb edən hərbi əməliyyat nəticəsində Qubadlı cəmi bir neçə günə işğalçılardan təmizləndi. Azərbaycan Ordusu 2020-ci il oktyabrın 25-də Qubadlı şəhərini düşmənin əlindən aldı, onları qaçmağa, diz çökməyə məcbur etdi. O günədək şəhid olanların, əsir götürülənlərin, uzun illər həsrət içində yaşayan məcburi köçkünlərin, bütövlükdə Aərbaycan xalqının qisası alındı və bu azadlıq böyük Zəfəri bir addım da yaxınlaşdırdı. 

Qubadlı rayonu inzibati ərazi kimi 1933-cü ildə eyniadlı kəndin əsasında yaradılıb. 1963-cü ildə ləğv edilərək ərazisi Zəngilan ilə birləşdirilib. 1964-cü ildə isə yenidən ayrıca rayon olub. Qubadlı rayonu şimaldan Laçın, cənubdan Zəngilan, şərqdən Xocavənd və Cəbrayıl rayonları, qərbdən isə Ermənistanla həmsərhəddir. İnzibati bölgüsünə 1 şəhər, 93 kənd, 31 inzibati-ərazi dairəsi aid olan rayonun səthi əsasən dağlıq, iqlimi mülayim isti və quru subtropikdir. Bərgüşad, Həkəri, Kiçik Həkəri, Meydandərəsi çayları və çoxlu bulaqlar rayonun əsas su mənbəyidir. Bu çaylar suvarma və su-elektrik stansiyası üçün əlverişlidir.

Qubadlı rayonu Ermənistan silahlı qüvvələri tərəfindən 1993-cü il avqustun 31-də işğal olunmuşdu. İşğal nəticəsində rayondan 30 min məcburi köçkün respublikanın müxtəlif yaşayış məntəqələrində müvəqqəti yerləşdirilmişdi. İşğal dövründə 94 yaşayış məntəqəsi, 7278 fərdi yaşayış evi, 64 inzibati bina, 148 sosial obyekt, 161 mədəniyyət obyekti, 7 məscid, 16 körpü dağıdılmış və ya yararsız vəziyyətə salınmışdı. 1080 kənd təsərrüfatı obyekti, 650 kilometr avtomobil yolu, 2 su anbarı, 150 kilometr magistral su xətti, 4830 kilometr elektrik xətti, 165 kilometr magistral qaz boru xətti, 9 tikinti idarəsi, 4 yol idarəsi, 18 dəyirman, 4 su-nasos stansiyası, 120 elektrik yarımstansiyası və transformatorlar tamamilə dağıdılmışdı.

Qubadlı kənd təsərrüfatı rayonudur. Burada işğala qədər taxıl, üzüm, tütün, bostan məhsulları becərilir, heyvandarlıqla məşğul olunurdu. Rayonun Yazı düzü, Gəyən və Məzrə adlanan düzləri bol-məhsullu torpaqlar idi. Tütünçülük rayonun iqtisadiyyatında mühüm yerlərdən birini tuturdu. Əsas əkin sahələri Gəyən və Yazı düzlərində, dağ-ətəyi meşə zonasında, Bərgüşad və Həkəri çaylarının vadisində yerləşirdi. 

İşğaladək rayon ərazisində müxtəlif növ ağaclardan ibarət 13 min 160 hektar dövlət meşə fondu mövcud idi. Qubadlıda nadir növlərdən ibarət 10-dan artıq iridiametrli ağaclar təbiət abidəsi kimi qorunurdu. Dəniz səviyyəsindən 1600 metr yüksəklikdə yerləşən və sahəsi 20 min hektar olan, zəngin flora və faunaya malik Qubadlı Dövlət Təbiət Yasaqlığında nəsli kəsilməkdə olan bir çox heyvan və quş növləri mühafizə olunurdu. Amma erməni işğalçıları tərəfindən bütün bunlar da məhv edildi, vəhşicəsinə istismar olundu. Bunlar çox ağrılıdır.

2020-ci il oktyabrın 25-də Prezident İlham Əliyev özünün tvitter ("X") hesabında yaydığı Qubadlının azad olunması xəbəri ilə bu ağrılara məlhəm çəkilmiş oldu. Dövlət başçısı bir gün sonra xalqa müraciətində bir aya yaxın davam edən Vətən müharibəsində düşmənin məhv edilmiş və qənimət götürülmüş silah və texnikasının sayını açıqladı, eyni zamanda Azərbaycan Ordusunun Qubadlı şəhəri ilə yanaşı, rayonun Padar, Əfəndilər, Yusifbəyli, Çaytumas, Xanlıq, Sarıyataq, Mollabürhan, Zəngilan rayonunun Birinci Alıbəyli, İkinci Alıbəyli, Rəbənd, Yenikənd, Cəbrayıl rayonunun Qovşudlu, Sofulu, Dağ Maşanlı, Kürdlər, Hovuslu və Çələbilər kəndlərinin işğalına son qoyulduğunu bəyan etdi. 

Bu gün Qubadlı azaddır və rayonda böyük quruculuq işləri həyata keçirilir. Qubadlı şəhəri və işğaldan azad edilən kəndlər yenidən qurulur. Bütün yaşayış məntəqələri müasir dövrün tələbləri əsasında inşa edilir. Çox keçməz ki, kəndlərin, Qubadlı şəhərinin yeni görkəmi göz oxşayacaq. Çünki qələbədən sonra rayonda aparılan tikinti-abadlıq işləri hazırlanmış baş plan əsasında ən müasir normalara uyğundur, rayonun təbiəti və tarixi keçmişi nəzərə alınır. Növbəti 20 il ərzində şəhər ərazisinin 505 hektara, əhali sayının isə 14 min nəfərə çatdırılması planlaşdırılır. 

Zəfərdən sonra Prezident İlham Əliyev Qubadlıya 4 dəfə səfər edib. İlk səfəri 2020-ci il dekabrın 23-də oldu. Müzəffər Ali Baş Komandan və Birinci vitse-prezident Mehriban xanım Əliyeva Ermənistanın qanunsuz məskunlaşma apardığı Xanlıq kəndində hərbçilərlə görüşdülər. Dövlət başçısının ikinci səfəri 2021-ci il oktyabrın 25-nə təsadüf etdi. Həmin gün Qubadlının azad olunmasının birinci ildönümü kimi qeyd olunurdu. Xanlıq-Qubadlı yolunun təməlqoyma mərasimində, "Azərenerji" ASC-nin sistem əhəmiyyətli "Qubadlı" yarımstansiyasının, Dövlət Sərhəd Xidmətinin yeni hərbi hissə kompleksinin açılışlarında iştirak edən Prezident bir il sonra - oktyabrın 19-da yenidən Qubadlıya səfər etdi. Bu dəfə dövlət başçısı "Bərgüşadçay" və "Zabuxçay" su anbarlarının layihələri ilə tanış oldu, Qubadlı Elektrik Şəbəkəsinin Rəqəmsal İdarəetmə Mərkəzinin təməlini qoydu. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Qubadlıda "İşğal" və "Zəfər" muzeylərinin təməlqoyma mərasimlərində də iştirak etdilər. 2023-cü il may ayının 4-də Qubadlı rayonuna növbəti səfəri zamanı Prezident Zilanlı və Mahruzlu kəndlərinin, eyni zamanda Qubadlı şəhərində 91 çarpayılıq Mərkəzi Xəstəxana binasının, 600 şagirdlik tam orta məktəb binasının, həmçinin Qubadlı şəhərində tikiləcək inzibati binanın təməlinin qoyulması mərasimlərinə qatıldı. Səfər zamanı dövlət başçısı ümumi sahəsi 2,6 hektara yaxın olan və ümumilikdə 156 mənzilin tikintisi nəzərdə tutulan ilk yaşayış məhəlləsinin də təməlini qoydu. 

Hazırda Mahruzlu və Zilanlı kəndlərində tikinti və yenidənqurma işləri aparılır. Zilanlı kəndi rayon mərkəzindən 20 kilometr məsafədə yerləşir. Kəndin 43,5 hektar ərazisində birinci mərhələdə görülən işlər - 193 ev, məktəb binası, uşaq bağçası, Ailə-sağlamlıq mərkəzi, inzibati bina, klub-icma və İdman mərkəzi 926 nəfərin məskunlaşması ilə nəticələnəcək. Zilanlı və Mahruzluda tikilən evlər 2,3,4 və 5 otaqlıdır. Kəndlərin birinci faza üzrə nəzərdə tutulan inşaat işlərinin bu ilin sonunadək yekunlaşdırılması və tikilən evlərə əhalinin ilk köçü planlaşdırılır. İlkin olaraq Zilanlı kəndinə 134, Mahruzluya isə 93 ailənin köçürülməsi nəzərdə tutulur.

Azərbaycan bu dilbər guşəsini 31 il əvvəl itirmişdi. İllərlə xalqımızın qəlbində gəzdirdiyi bu itkidən yaranmış ağır yara 2020-ci il oktyabrın 25-də sağaldı. Bu gün şəhərin işğaldan azad edilməsinin dördüncü ilidir. Və biz indi böyük qürur və fəxarət hissi ilə deyirik: Qubadlının işğalından 31 il ötmür, Zəfərindən 4 il keçir!


Züleyxa ƏLİYEVA, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Ölkələrimiz arasında intensiv qarşılıqlı səfərlər və aktiv diplomatik təmaslar əməkdaşlıq imkanlarının genişlənməsinə xidmət edir

08:30
19 Dekabr

Prezident İlham Əliyevin Əbu-Dabiyə səfəri ikitərəfli əlaqələrimizi daha da gücləndirəcək 

08:25
19 Dekabr

Azərbaycan-BƏƏ enerji əməkdaşlığına "yaşıl işıq"

08:20
19 Dekabr

20 min məhkumun azadlığını özündə ehtiva edən tarixi amnistiya təşəbbüsü 

08:15
19 Dekabr

Heydər Əliyev və Azərbaycanın Əsas Qanunu

08:10
19 Dekabr

"Ulu Öndər Heydər Əliyev yolunun Müzəffər davamçısı"

08:05
19 Dekabr

ÖZ YOLU İLƏ GEDƏN AZƏRBAYCAN

08:00
19 Dekabr

"Azərbaycan Respublikası Milli Məclisi Daxili Nizamnaməsinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

01:43
19 Dekabr

Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu əməkdaşlarının "Tərəqqi" medalı ilə təltif edilməsi haqqında

01:43
19 Dekabr

Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 4 oktyabr tarixli 283 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin döyüş bayraqlarının təsviri"ndə dəyişiklik edilməsi haqqında

01:41
19 Dekabr

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 10 oktyabr tarixli 1627 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Nazirlər Kabinetinin iş qaydası"nda dəyişiklik edilməsi haqqında

01:41
19 Dekabr

"Su obyektlərindən xüsusi məqsədlər üçün istifadəyə icazənin verilməsi Qaydası"nın təsdiq edilməsi haqqında

01:40
19 Dekabr

Azərbaycan Memarlıq və İnşaat Universiteti əməkdaşlarının təltif edilməsi haqqında

01:39
19 Dekabr

“Beynəlxalq ikili diplom proqramlarının həyata keçiriləcəyi xarici tərəfdaş ali təhsil müəssisələrinin, ixtisaslar üzrə təhsil proqramlarının və təhsil səviyyələrinin seçimi Qaydası”nın təsdiq edilməsi haqqında

01:38
19 Dekabr

“Beynəlxalq ikili diplom proqramlarının həyata keçirilməsinin maliyyələşdirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında

01:37
19 Dekabr

"BANK RESPUBLİKA" ASC SƏHMDARLARININ NƏZƏRİNƏ!

01:36
19 Dekabr

BİLDİRİŞ

01:36
19 Dekabr

Azercell abunəçilərinin nəzərinə

01:35
19 Dekabr

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 29 oktyabr tarixli 322 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının hava limanlarında xüsusilə mühüm şəxslər (VİP) və rəsmi nümayəndə heyətləri salonlarının xidmətlərindən istifadə hüququ olan Azərbaycan Respublikasının vəzifəli şəxslərinin Siyahısı”nda dəyişiklik edilməsi haqqında

01:34
19 Dekabr

Leyla Əliyeva “ASAN Məktub” sosial proqramının 10 illiyinə həsr olunan tədbirdə iştirak edib  

22:05
18 Dekabr

Ruben Vardanyanın məhkəməsində prokuror çıxış edib, təqsirləndirilən şəxsin ömürlük azadlıqdan məhrum olunmasını təklif edib  

21:39
18 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!