20 Yanvar 2026 08:10
476
DÜNYA
A- A+
Qrenlandiya böyük güclərin "şahmat taxtası"na çevrilir

Qrenlandiya böyük güclərin "şahmat taxtası"na çevrilir


Qrenlandiya ətrafında diplomatik gərginlik artır. ABŞ Prezidenti Donald Trampın Qrenlandiya məsələsini yenidən gündəmə gətirməsi şimal qütbünü qlobal güclərin toqquşma poliqonuna çevirib. Arktikadakı nəhəng resurslar və strateji mövqe uğrunda mübarizə artıq gizli danışıqlardan çıxaraq açıq qarşıdurma müstəvisinə keçib. ABŞ Prezidenti Donald Tramp bildirib ki, Qrenlandiyanın ilhaqının vaxtı çatıb. Onun sözlərinə görə, Danimarka hökuməti 20 il ərzində Rusiya tərəfindən Qrenlandiyaya qarşı yaradılan təhlükəni aradan qaldıra bilməyib: "NATO 20 ildir Danimarkaya deyir ki, Qrenlandiyaya qarşı Rusiya təhlükəsini aradan qaldırmalısınız. Təəssüf ki, Danimarka bununla bağlı heç nə edə bilmədi". 

Tramp Qrenlandiya məsələsində taktikasını dəyişərək Avropadakı müttəfiqlərinə qarşı iqtisadi təzyiqləri də işə salıb. O bəyan edib ki, ABŞ-yə Qrenlandiyanı almağa icazə verilənə qədər Avropa ölkələrinə qarşı gömrük rüsumlarını artıracaq. Trampın sözlərinə görə, fevralın 1-dən etibarən Danimarka, Norveç, İsveç, Fransa, Almaniya, Niderland, Finlandiya və Böyük Britaniyadan idxal olunan mallara əlavə 10 faiz gömrük rüsumu tətbiq ediləcək. Ağ Ev rəhbəri xəbərdarlıq edib ki, əgər Qrenlandiyanın ABŞ-yə satılması ilə bağlı razılıq əldə olunmasa, iyunun 1-dən bu rüsumlar 25 faizə qaldırılacaq. Niderlandın xarici işlər naziri David van Vil deyib ki, ticarət rüsumlarından siyasi və ya hərbi təzyiq aləti kimi istifadə edilməsi qəbuledilməzdir. 

ABŞ-nin maliyyə naziri Skott Bessent NBC telekanalında çıxışı zamanı bildirib ki, Avropanın "zəifliyi" qlobal sabitliyin təmin olunması üçün Qrenlandiyaya nəzarəti zəruri edir. Onun sözlərinə görə, Qrenlandiya Rusiya və Çinlə aparılan geosiyasi qarşıdurmada mühüm əhəmiyyət daşıyır. Bessent bildirib ki, Qrenlandiyanın ABŞ-nin nəzarətinə keçməsi bu "geosiyasi şahmat oyunu"nda Vaşinqton üçün həlledici addımdır. 

ABŞ Konqresində isə Tramp administrasiyasının Qrenlandiya ilə bağlı siyasətinə qarşı narazılıqlar səsləndirilib. Kentukki ştatından olan respublikaçı senator Rend Pol bildirib ki, Qrenlandiyada fövqəladə vəziyyət olmadığı halda gücdən istifadəni əsaslandırmaq absurddur. Onun fikrincə, fövqəladə vəziyyətin qarşısını almaq üçün fövqəladə səlahiyyətlərin elan edilməsi məntiqsizdir.  

NATO-nun Baş katibi Mark Rutte ABŞ Prezidenti Donald Trampla Qrenlandiyanın təhlükəsizlik vəziyyəti və Arktika regionu barədə danışıb. Rutte bu barədə "X" sosial şəbəkəsində paylaşım edib: "ABŞ Prezidenti ilə Qrenlandiya və Arktikadakı təhlükəsizlik məsələsini müzakirə etdik. Davosda onunla görüşü səbirsizliklə gözləyirəm". 

Avropa İttifaqına üzv ölkələr isə Qrenlandiya məsələsi ilə əlaqədar ABŞ-yə qarşı 93 milyard avro həcmində cavab tədbirlərinin tətbiqi imkanını nəzərdən keçirirlər. "Financial Times" nəşrinin məlumatına görə, Aİ-nin cavab addımlarının ikinci variantı Amerika şirkətlərinin vahid Avropa bazarına çıxışının məhdudlaşdırılmasını nəzərdə tutur. 

Qrenlandiya məsələsi Davosdakı görüşün gündəliyini də dəyişib. Qərb ölkələrinin liderlərinin milli təhlükəsizlik üzrə müşavirləri Dünya İqtisadi Forumu çərçivəsində Davosda keçiriləcək görüşlərin gündəliyinə Qrenlandiya məsələsinin daxil edilməsi üçün dəyişiklik ediblər. İlkin olaraq görüşün Ukraynadakı münaqişənin nizamlanmasına həsr olunması nəzərdə tutulurdu. Lakin sonradan planlar yenilənib və müşavirlərin Qrenlandiya mövzusunu da müzakirə etməsi qərara alınıb. 

Qeyd edək ki, Danimarkanın muxtar ərazisi olan Qrenlandiya və Danimarka rəsmiləri adanın satılmadığını və ABŞ-nin tərkibinə keçmək niyyətində olmadıqlarını dəfələrlə bəyan ediblər. Tramp isə adanın mülkiyyət hüququndan aşağı heç bir təkliflə razılaşmayacağını israrla vurğulayır.


İsmayıl QOCAYEV, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Türkmənistan Naxçıvana dron hücumu ilə bağlı narahatlığını bildirib

11:23
07 Mart

Prezident İlham Əliyev dəstəyə görə Qazaxıstan Prezidentinə təşəkkür edib

11:01
07 Mart

Azərbaycan və Belarus arasında qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib

10:38
07 Mart

Prezident İlham Əliyev prinsipial mövqeyinə və həmrəyliyə görə Slovakiya Prezidentinə minnətdarlığını bildirib

10:27
07 Mart

BƏƏ Federal Milli Şurasının sədri Azərbaycan ərazisinə qarşı əsassız hücumları pisləyib

10:19
07 Mart

Bilmək istəyirəm

09:30
07 Mart

"Çovdar nekropolu" kitabı ictimaiyyətə təqdim edilib

09:25
07 Mart

Qusarda mərmər bağacığına qarşı mübarizə gücləndirilir

09:23
07 Mart

Enerji və texnologiyada irəliləyiş, dünya bazarında qiymət dəyişmələri

09:20
07 Mart

YAP Göygöl rayon təşkilatının yaradılmasının 33 illiyi qeyd edilib

09:15
07 Mart

Qazax rəsmən Azərbaycanın "İdman Paytaxtı" oldu

09:10
07 Mart

Komitə sədri Uşaq Səfirlər Məclisinin Neftçala rayonu üzrə nümayəndə və fəalları ilə görüşüb

09:05
07 Mart

Əlləri torpağa, ümidi gələcəyə bağlı kənd qadınının hekayəsi

09:00
07 Mart

Bizim Natalya

08:55
07 Mart

"Hər birinizi evimə qonaq dəvət edirəm"

08:50
07 Mart

Azərbaycan qadını müdrikliyin, fədakarlığın və gücün rəmzidir

08:45
07 Mart

Qadın istərsə...

08:40
07 Mart

Şəfqət bacımız

08:35
07 Mart

Zəriflərin Zəfəri

08:30
07 Mart

Qadın fəallığı - cəmiyyətin modernləşmə kodu

08:25
07 Mart

Azərbaycana verilən beynəlxalq dəstək və həmrəylik mesajları ölkəmizin nüfuzunu və haqlı olduğunu göstərir

08:20
07 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!