22 May 2025 09:55
2837
Oxucu məktubları
A- A+
Qoyun sürülərimizi yaylaqlara çıxara bilmirik

Qoyun sürülərimizi yaylaqlara çıxara bilmirik


Bizim ata-babalarımız əli iş tutandan qoyunçuluqla məşğul olublar. İndi bu peşəni biz davam etdiririk. Hələ sovet dövrü - kolxoz zamanı yayı Kəlbəcər yaylaqlarında, qışı isə doğma Bərdədə keçirərdik. Varımız, dövlətimiz aşıb-daşırdı, bərəkət, bolluq ölçüyə gəlməzdi. 

Namərd qonşularımızın xəyanəti hesabına 30 il yaylaqlara həsrət qaldıq. Şükür Allaha, Ali Baş Komandan İlham Əliyevin, şanlı ordumuzun qəhrəmanlığı nəticəsində düşmən məğlub edildi. Qələbəyə hamıdan çox sevinən bəlkə də biz olduq. Axı 30 ildən sonra doğma yurd yerlərimizə, gül-çiçəkli yaylaqlarımıza qovuşmuşduq.

Hörmətli redaksiya, indi arzumuzu gözümüzdə qoyublar. Yüz bəhanə gətirib bizi yaylaqlara buraxmırlar. Uzun illər boyu sürülərimizi yay mövsümündə Kəlbəcərin Keti, Sarı yer, Qara arxac, Pişikli, Çəlik qayası, Əyri qar, Taxta düzü deyilən ərazilərində bəsləmişik. Bu yerlərin hər qarışına, hər addımına bələdik. O dağlarda qəbiristanlıq da salmışıq. Yaylaq mövsümündə dünyasını dəyişən əzizlərimizi daha Bərdəyə gətirməyib elə orada torpağa tapşırmışıq. Çünki oranı da yurd bilmişik.

Dəfələrlə Kənd Təsərrüfatı Nazirliyinə, əlaqədar dövlət qurumlarına müraciət etmişik. Amma bir nəticə yoxdur, bizi müxtəlif bəhanələrlə dağa-daşa salırlar. Biz çobanıq, istədiyimiz odur ki, bizə şərait yaradın, qayğı, diqqət göstərin, biz də əvəzində bolluq yaradaq. Nəyə görə xaricdən ət, yağ, pendir almalıyıq? Vallah, işləri yaxşı təşkil etsələr, əngəllər yaratmasalar, kiməsə möhtac olmarıq, süfrəmizin ehtiyacını özümüz ödəyə bilərik.

Hörmətli redaksiya, xeyli vaxtdır yaylaq mövsümü başlayıb. Biz isə hələ də arandayıq. Səlahiyyət sahibi olan məmurlardan xoş xəbər gözləyirik. Xahiş edirik, bizə köməyinizi əsirgəməyəsiniz, səsimizi həmin məmurlara çatdırasınız. 


Bərdə rayon sakinləri:

Məmmədov Əfqan Əli oğlu

Məmmədov Ağamməd Süleyman oğlu

Əmralıyev Fariz Bəşir oğlu

Nadirov Hilal Ədil oğlu

Əhmədov Telman Süleyman oğlu

Cəmi: 30 imza

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

“ChatGPT” daha da təkmilləşir  

13:51
19 Dekabr

Mədəni sərvətlərin korlanmasına görə cərimələr artırılır  

13:49
19 Dekabr

ABŞ-də fəaliyyət göstərən Hyuston-Bakı Qardaşlaşmış Şəhərlər Assosiasiyasının və Azərbaycan Mərkəzinin rəhbəri İradə Axundovadan  

13:48
19 Dekabr

ABŞ-də fəaliyyət göstərən Yuta Azərbaycan Dostluq Təşkilatının rəhbəri Əsmər Gəraydan  

13:47
19 Dekabr

Rusiyanın “Komsomolskaya pravda” media qrupunun baş redaktoru və baş direktoru Olesya Nosovadan  

13:45
19 Dekabr

Türk Dövlətləri Parlament Assambleyasının Baş katibi Ramil Həsəndən  

13:44
19 Dekabr

Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenkodan  

13:42
19 Dekabr

Qazaxıstan Respublikasının birinci Prezidenti Nursultan Nazarbayevdən  

13:41
19 Dekabr

Rusiya Federasiyası Hökumətinin Sədri Mixail Mişustindən  

13:39
19 Dekabr

Ukraynanın Prezidenti Volodimir Zelenskidən  

13:37
19 Dekabr

Türkmənistanın Prezidenti Sərdar Berdiməhəmmədovdan

13:36
19 Dekabr

Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkodan  

13:35
19 Dekabr

Vüqar Qurbanov: Cərrahi əməliyyatlar və prosedurlar üzrə 342 min 195 əməliyyat icra edilib

13:34
19 Dekabr

Bolqarıstan Respublikasının Prezidenti Rumen Radevdən  

13:32
19 Dekabr

Amnistiya təşəbbüsü uzunmüddətli dövlətçilik strategiyasının tərkib hissəsidir ŞƏRH  

13:31
19 Dekabr

Çin Xalq Respublikasının Sədri Si Cinpindən  

13:30
19 Dekabr

Milli Məclis “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında qərar layihəsini təsdiqləyib  

13:28
19 Dekabr

Tyerri Mariani: Avropa Parlamenti Azərbaycan və Ermənistan liderlərinin cəsarətli səylərini dəstəkləməlidir  

13:26
19 Dekabr

FETÖ liderinin qardaşı oğlu İstanbulda saxlanılıb  

13:26
19 Dekabr

“Əmək bazarı” işçi qrupu növbəti iclasını keçirib  

12:41
19 Dekabr

Milli Məclis Avropa Parlamentinin qətnaməsi ilə bağlı bəyanat qəbul edib

12:39
19 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!