17 Dekabr 2023 10:00
926
İQTİSADİYYAT
A- A+
"Qordi düyünü"nü kəsən siyasi həmlə

"Qordi düyünü"nü kəsən siyasi həmlə

 

Prezident İlham Əliyev bununla Azərbaycanın böyük güclərin çəkişmə meydanına çevrilməsinə imkan vermədi

 

Dünya tarixindən  məlumdur ki,  dövlətlər arasında ticarət yollarına nəzarət uğrunda həmişə qanlı müharibələr baş verib. İndi də belədir. Hazırda dünyada ticarətin 80 faizi okean və dənizlər üzərindən həyata keçirilir. Bu marşrutlara ABŞ donanması nəzarət etsə də, bununla barışmayan ölkələr var və onlar ara-sıra mövcudluqlarını göstərirlər. 
Su yolu ilə yüklərin daşınmasında boğazlar və kanallar mühüm rol oynayır.  O üzdən dünya ticarətində önəmli rol oynayan Panama və Süveyş kanalları ərazisindən keçdiyi dövlətlərin deyil, beynəlxalq güclərin nəzarəti altındadır. Uzun illərdir ki, həmin güclər Türkiyənin müstəqil nəzarət etdiyi Bosfor boğazını ələ keçirməyə çalışırlar. Bu səbəbdən Qərb hər dəfə fürsət düşdükcə  boğaza nəzarəti ələ keçirmək üçün Türkiyəyə təsir göstərir. Sonuncu dəfə belə həmlə Rusiya-Ukrayna müharibəsi başlayanda oldu. ABŞ və digər Qərb ölkələri hərbi donanmanı boğazdan keçirib Qara dənizə aparmaq istədilər. Rusiya da boğaz üzərindən müharibə zonasına əlavə gəmilər aparmağa cəhd etdi. Əgər bu iki düşmən cəbhəsinin gəmiləri Qara dənizə daxil olsaydı, hər an dənizdə müharibə başlaya bilərdi. Türkiyə isə buna imkan vermədi, Qərb və Rusiya inadından vaz keçməli oldular.
44 günlük Vətən müharibəsindən sonra imzalanan üçtərəfli Bəyanata uyğun olaraq Ermənistan Azərbaycandan Naxçıvana yüklərin və sərnişinlərin sərbəst keçidi üçün Zəngəzur dəhlizini açmalı idi. Lakin bu, hələlik baş verməyib. İlk növbədə elə görünürdü ki, dəhlizin açılmaması Ermənistanın siyasi kaprizi və danışıqlarda özünə əlavə dividendlər qazandırmaq üçün etdiyi siyasi gedişidir. Sonradan məlum oldu ki, bu, Qərbin Rusiya və Çinlə apardığı iqtisadi mübarizənin bir parçasıdır. Sadə dildə desək, Qərb dünyanın önəmli ticarət marşrutunun keçidi olacaq Zəngəzur dəhlizinə Rusiyanın nəzarət etməsini istəmir. 
Çin dəniz ticarətinin önəmli bir hissəsini dəmir yolu ilə həyata keçirmək istəyir. Səbəbi dəniz ticarətində risklərin olması və malın son ünvana çatmasında vaxt itkisidir. Dəmir yolu ilə yüklərin daşınmasında isə risklər yox dərəcəsindədir, üstəlik, qiymət və vaxt baxımından da əlverişlidir. Çin məhz bu səbəbdən "Bir kəmır, bir yol" layihəsinin həyata keçirilməsinə 3 trilyon dollara yaxın vəsait ayırmağa qərar verib.
ÇXR-in təmkinli, gələcəyə hesablanmış xarici və iqtisadi siyasət həyata keçirdiyini hər kəs bilir. Çinlilər uzun illərə hesablanmış siyasi və iqtisadi planlarını heç vaxt açıqlamırlar və  üstəlik, görəcəkləri hər cür işi bütün incəliyinə qədər öyrənirlər. Biz bunu "Bir kəmər, bir yol" layihəsinin həyata keçirilməsindən də aydın görürük. Onlar bu layihənin icrasında açar ölkənin Azərbaycan olduğunu müəyyən ediblər. Layihənin təqdimatı üçün keçirilən konfransa dəvət olunan az sayda dövlət başçısı arasında Prezident İlham Əliyevin də yer alması bununla bağlıdır. Çin rəhbəri Si Cinpinin konfransdan öncə Prezident İlham Əliyevlə görüşüb məsləhətləşməsi də təsadüfi deyildi. ÇXR dövlətimizin başçısının təşəbbüsü ilə beynəlxalq standartlara uyğun Bakı-Tbilisi-Qars nəqliyyat marşrutunun tikilməsini bilirdi. Üstəlik, həmin layihəyə qarşı olan maneələrin aradan qaldırılmasında Prezident İlham Əliyevin qətiyyətli qərarından da xəbərdar idi.
Qərb isə bu layihənin icrasının qarşısını almaq üçün iki cəbhədən həmləyə keçdi. Çinin "Bir kəmər, bir yol" layihəsinə qarşı Qərb tələm-tələsik "Hindistan-Yaxın Şərq-Avropa İqtisadi Dəhlizi" (İMEC) adlanan yeni nəqliyyat dəhlizinin yaradılması barədə qərar qəbul etdi. Yeni dəhlizin yaradıcı ölkələri Hindistan, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, İordaniya və İsraildir. Bu yol həmin ölkələrdən Yunanıstana, oradan da digər Avropa ölkələrinə keçməlidir.
İndi dünyanın bir çox nüfuzlu ekspertləri HƏMAS-İsrail müharibəsini bununla əlaqələndirirlər. Adıçəkilən ölkələrin müharibədə tutduğu mövqe də bunu aydın göstərir. Məsələn, Rusiya ilə Çin birbaşa, yaxud dolayısı HƏMAS-ı dəstəkləyir, Qərb isə birmənalı olaraq İsraili. Bu yaxınlarda Hindistan da açıq şəkildə İsrailin yanında olduğunu bəyan etdi. Görünən odur ki, iki xalq arasında başlanan bu qanlı müharibədə hərə öz məqsədi üçün istifadə edir. Azərbaycana gəldikdə, ölkəmizdən çox uzaqlarda gedən bu müharibənin Zəngəzur dəhlizi ilə bağlılığını görməmək mümkün deyil. Odur ki, ermənilər də Qərbin bu təhrikedici oyununa gedib Zəngəzur dəhlizindən siyasi manipulyasiya üçün istifadə etmək istəyir.
Bu yerdə türk qardaşlarımızın bir deyimi yada düşür: "Evdəki hesabla çarşıdakı (bazardakı) hesab tutmadı". Bəli, Ermənistan Prezident İlham Əliyevin siyasi gedişlərini hesablaya bilməmişdi. Azərbaycan Zəngəzur dəhlizində beynəlxalq güclərin və regional ölkələrin siyasi çəkişməsində tərəf olmaq əvəzinə "Araz dəhlizi"nin açılması barədə İranla razılaşdı. Baxmayaraq ki, həmin dövrdə bizim qonşu ölkə ilə siyasi əlaqələrimiz çox gərgin idi, dövlətimizin başçısı uzaq hədəfləri əsas tutaraq lazım olan düzgün qərarı qəbul etdi. Təsadüfi deyil ki, Prezidentin bu addımı Qərbdə və Ermənistanda şok effekti yaratdı. 
Bundan sonra N.Paşinyan özü Zəngəzur dəhlizinin açılması barədə tez-tez danışmağa başladı. Gördü ki, böyük siyasətdə "qırmızı xətt" deyilən heç nə yoxdur. Başladı özündən "sülh kəsişməsi" deyilən bir layihə uydurmağa, ancaq hələlik heç bir reaksiya yoxdur. Xüsusilə Azərbaycan açıq şəkildə hiss etdirir ki, "Araz keçidi" ilə istəyini təmin edib. Bu marşrut həm də Çinin və Rusiyanın ürəyincədir. Çünki Ermənistandan fərqli olaraq beynəlxalq güclər "Bir kəmər, bir yol" və "Şimal-Cənub" dəhlizlərinin işlək olmasına görə İrana təzyiq göstərə bilməyəcəklər. İran Ermənistan deyil, öz milli maraqlarından vaz keçməz.
Prezident İlham Əliyev "Euronews" televiya kanalına verdiyi müsahibəsində ölkəmizi nəqliyyat-kommunikasiya imnkanları barəsində demişdir: "Əlbəttə, bağlantı layihələrindən böyük həcmdə mənfəət əldə olunacaq. Artıq qeyd etdiyim kimi, biz "Şimal-Cənub" və "Şərq-Qərb" nəqliyyat dəhlizlərindən Azərbaycan ərazisindən keçən, müxtəlif istiqamətlərə daşınan 10 milyonlarla ton əlavə yük gözləyirik. Bu, məşğulluq, əlavə vəsait, Azərbaycanın geosiyasi əhəmiyyəti deməkdir. Regionumuzun, Avrasiyanın xəritəsinə baxsanız görərsiniz ki, bütün əsas nəqliyyat marşrutları bizim ərazidən keçir. Biz ən müasir nəqliyyat infrastrukturunu yaratmışıq. Bu da əlavə imkanlar yaradacaq".
Dövlət başçısı bu müsahibəsində Zəngəzur dəhlizi barəsində heç nə deməmişdir. Bununla Ermənistana və onun arxasında dayanan güclərə açıq şəkildə bildirmişdir ki, biz öz problemimizi həll etmişik və sizin siyasi oyunlarınızda tərəf deyilik.

Rüstəm KAMAL,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Avropa Parlamentinin növbəti riyakarlığı

18:07
19 Dekabr

Elm və təhsil naziri Ağcabədidə vətəndaşların müraciətlərini dinləyib  

18:06
19 Dekabr

Milli Məclisin növbəti iclasında hansı məsələlər müzakirə ediləcək?  

17:34
19 Dekabr

Putin: Biz də gələn il sülh içində yaşamaq istərdik  

17:33
19 Dekabr

Energetika naziri Pərviz Şahbazov Zərdabda vətəndaşların müraciətlərini dinləyib  

17:31
19 Dekabr

Azərbaycan yanacağını daşıyan qatar Ermənistana çatıb  

17:28
19 Dekabr

17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası yekunlaşıb  

17:25
19 Dekabr

Baş nazir Əli Əsədov BMMT-nin Baş katibi ilə görüşüb  

17:23
19 Dekabr

Vladimir Putin: Prezident Tramp Ukrayna münaqişəsinə son qoymaq üçün ciddi səylər göstərir  

16:46
19 Dekabr

“Qərbi Azərbaycan folkloru” seriyasından növbəti kitab çapdan çıxıb

16:45
19 Dekabr

Kürdəmirdə özünüməşğulluq proqramı çərçivəsində yaradılan təsərrüfatlara baxış olub

16:44
19 Dekabr

Azərbaycanla İraq arasında dini-mənəvi əlaqələrin inkişafı istiqamətində müzakirələr aparılıb  

16:42
19 Dekabr

Vladimir Putin Aİ-də Rusiya aktivlərinin ələ keçirilməsi cəhdlərini soyğunçuluq adlandırıb  

16:41
19 Dekabr

“Euronews” kanalı Şuşa ilə bağlı reportaj təqdim edib  

16:40
19 Dekabr

QMİ sədri G20 Dinlərarası Forum Assosiasiyasının prezidenti ilə görüşüb  

16:37
19 Dekabr

Vladimir Putin iqtisadi artımın yavaşlamasını düşünülmüş addım adlandırıb  

16:35
19 Dekabr

Misli Premyer Liqası: Qərb derbisini “Turan Tovuz” qazanıb

16:35
19 Dekabr

Əmək və əhalinin sosial müdafiəsi naziri Kürdəmirdə vətəndaşların müraciətlərini dinləyib

16:34
19 Dekabr

BMT ilə DİM-lərin lokallaşdırılması istiqamətində fəaliyyətlərin davam etdirilməsi müzakirə olunub  

16:33
19 Dekabr

Anar Eyvazov: Dezinformasiyaların qarşısının alınması məqsədilə operativ informasiya fəaliyyəti yüksək peşəkarlıqla təmin olunub  

16:30
19 Dekabr

Azərbaycan və Türkiyənin ali təhsil müəssisələri arasında əməkdaşlıq imkanları müzakirə edilib  

16:29
19 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!