16 Dekabr 2021 01:42
2448
DÜNYA
A- A+
Qlobal istiləşmə həyatımızı necə dəyişir?

Qlobal istiləşmə həyatımızı necə dəyişir?

 

BMT Arktikada qeydə alınan yeni temperaturu həyəcan siqnalı adlandırır

 

2020-ci ilin yayında Verxoyanskda Arktika üçün ən yüksək temperatur - Selsi üzrə 38 dərəcə isti qeydə alınıb. Bunu dekabrın 14-də Ümumdünya Meteoroloji Təşkilatı təsdiq edib.

 

2021-ci ildə Saxada meşə yanğınları güclənib

 

Qütb dairəsindən 115 kilometr şimalda yerləşən Rusiyanın Verxoyansk şəhərində  2020-ci il iyunun 20-də havanın temperaturu Selsi şkalası ilə +38 dərəcə olub. BMT-nin Ümumdünya Meteoroloji Təşkilatı (ÜMT) xəbər verir ki, bu, Arktika üçün yeni temperatur rekordudur.

Təşkilatın saytında bildirilir ki, cari ilin yayında Sibirin Arktika zonasında orta temperatur normadan 10 dərəcə çox olub. Nəticədə Saxa Respublikasında (Yakutiya) təbii yanğınlar güclənib, dəniz buzu əriməyə başlayıb.

 ÜMT-nın baş katibi Petteri Taalas bildirib ki, Arktika üçün yeni olan bu rekord təşkilatın ekstremal meteoroloji və iqlim hadisələri barədə məlumatlar arxivinə daxil edilmiş və iqlim dəyişikliyinin həyəcan siqnalına çevrilmiş müşahidələr seriyasında növbəti göstəricidir.

 

Temperatur rekordları

 

P.Taalasın dediyinə görə, 2020-ci ildə həm də Antarktika qitəsi üçün yeni temperatur rekordu qeydə alınıb - 18,3 dərəcə. İndi ÜMT daha iki temperatur göstəricilərini yoxlayır. Ötən il Kaliforniyadakı “Ölüm vadisi”ndə qeydə alınmış 54,4 və bu yay İtaliyanın Siciliya adasında qeydiyyatdan keçmiş 48,8 dərəcə isti olub. Bu göstəricilər müvafiq olaraq bütün dünya və Avropa üçün rekord kimi tanına bilər.

Bildirilir ki, ÜMT-nin ekstremal meteoroloji və iqlim hadisələri haqqında məlumat arxivi hələ heç vaxt eyni zamanda bu sayda tədqiqatlar aparmayıb.

Sayı daim artan müxtəlif təbii fəlakətlərin fonunda təsəvvür yarana bilər ki, dünya təbii kataklizmlər qarşısında acizdir. Lakin bu, belə deyil. Quraqlıq və daşqınlar göstərir ki, istiləşmə dərəcəsini hətta ondabir hissədə azaltmaq mümkün olarsa, bu, milyonlarla insanı xilas edəcək. Bununla yanaşı, cox böyük sahələr dağılmaqdan, xeyli sayda bitki və heyvan növləri məhv olunmaqdan müdafiə olunacaq.

İqlimin dəyişməsi üzrə hökumətlərarası ekspertlər qrupunun (IPCC) son hesabatına əsasən, sənaye inqilabından bəri Yer kürəsində orta temperatur 1,07 faiz artıb. Bunun fəsadları artıq indidən hiss olunur.

 

Okean səviyyəsinin 10 sm qalxması milyonlarla insan həyatını təhlükəyə atacaq

 

İqlimin dəyişməsi üzrə hökumətlərarası ekspertlər qrupunun məlumatına görə, dünya okeanının səviyyəsi 20 santimetr qalxıb. İlk baxışdan burada elə bir təhlükə yoxdur. Ancaq bunun fəsadları bütün dünyada insanları evlərini tərk etməyə məcbur edir. Məsələn, Banqladeşdə yüz minlərlə insan daşqın səbəbindən evlərindən məhrum olmuş və ölkənin digər yerlərinə köçmək məcburiyyətində qalmışdır.

Digər bir kədərli hadisə Almaniyanın qərbindəki Ar vadisində baş vermişdi. Orada daşqın nəticəsində yüzdən artıq insan həlak olmuş, onlarca yaşayış məntəqəsi və infrastruktur obyektləri dağılmışdı.

 İqlim dəyişikliyinə dair məlumatları təhlil edən Britaniyanın “Carbon Brief” saytı xəbər verir ki, hətta Yer kürəsində temperatur cəmi 1,5 dərəcə qalxsa belə bu, dünya okeanının səviyyəsinin 48 santimetr, 2 dərəcədə isə 56 santimetr qalxmasına səbəb olacaq. Dünya okeanının səviyyəsinin yüksəlməsi ilə bağlı məlumatları toplamaq üçün “Carbon Brief” 70 elmi araşdırmanın nəticələrini təhlil edərək qiymətləndirib. Onların hamısı dərc olunana qədər müstəqil ekspertlər tərəfindən yoxlanılıb.

Məlum olub ki, hətta dünya okeanının səviyyəsinin 8 santimetrlik qalxması belə milyonlarla insanın doğma yerlərini tərk etməsi ilə nəticələnəcək. IPCC-nin hesablamalarına görə, əgər bu göstərici 10 santimetr təşkil edərsə, nəticələr bütün dünyada təxminən 10 milyon insana təsir edəcək.

 

Temperaturun yüksəlməsi yağıntıların miqdarının artmasına səbəb olacaq

 

Bəşəriyyət sənaye inqilabına qədər 10 ildə bir dəfə ekstremal yağıntılarla üzləşib. IPCC-nin hesabatına görə, indi leysan yağışları 30 faiz olur və tez-tez müşahidə edilir. Planetdə temperaturun 1,5 dərəcə yüksəlməsi ilə artım 50 faiz təşkil edəcək ki, bu da havanın rütubətliyinin 10,5 faiz çoxalmasına səbəb olacaq. Əgər temperatur 2 dərəcə qalxsa, ekstremal hava şəraiti sənaye inqilabından əvvəl olduğundan 70 faiz tez-tez müşahidə olunacaq. Havanın rütubəti isə 14 faiz artacaq.

Bundan əlavə, Yerdəki temperaturun 1,5 dərəcə artması ilə daşqınların və sunamilərin vura biləcəyi iqtisadi zərər indi olduğundan 3,5 dəfə, 2 dərəcədə  isə 5 dəfə yüksək olacaq.

BMT-nin məlumatına görə, yaxın illərdə bütün ölkələrdə təcili tədbirlər həyata keçirilməsə, yüzilliyin sonuna qədər  planetimizdə orta temperatur 2,7 dərəcə yüksələcək.

 

Rizvan CƏFƏROV,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Madaqaskarda dövlət çevrilişi və Prezidentə qarşı sui-qəsd cəhdinin qarşısı alınıb

09:40
04 Aprel

Bilmək istəyirəm

09:35
04 Aprel

Mina terrorçuluğu bütün bəşəriyyət üçün ağrılı problemdir

09:30
04 Aprel

Zivər bəy Əhmədbəyov - qaranlıq dövrün işıqlı memarı

09:25
04 Aprel

Bakı - Şərqlə Qərbin ortaq şəhəri

09:20
04 Aprel

Bənəniyar su anbarını qidalandıran kanalın yenidən qurulması davam edir

09:15
04 Aprel

İdman həm də sağlam sabahdır

09:10
04 Aprel

SDU tələbələrinin layihəsi maraq doğurub

09:05
04 Aprel

Gəncədə Aprel şəhidlərinin ailələri ziyarət olunub 

09:00
04 Aprel

Qlobal çağırışlar fonunda Azərbaycanın regional inkişaf modeli

08:55
04 Aprel

Neft qiymətləri öz tarixi rekordunu yeniləyə bilərmi?

08:50
04 Aprel

Noyabr zəfəri Aprel qələbəsinin davamı idi

08:45
04 Aprel

Aprel döyüşləri Azərbaycanın hərbi gücünün ilkin təsdiqi oldu

08:40
04 Aprel

TDT ölkələri arasında ticarət dövriyyəsini artırmaq üçün böyük potensial var

08:35
04 Aprel

TDT mühüm əməkdaşlıq platformasına çevrilib

08:30
04 Aprel

Türk Dövlətləri Təşkilatı sağlam təməl üzərində qurulur

08:25
04 Aprel

TDT-nin Bakı görüşü gələcəyin strategiyasını müəyyən etdi

08:20
04 Aprel

Türk dünyasının geosiyasi özünüdərki və yeni güc mərkəzinə çevrilməsi

08:15
04 Aprel

Azərbaycanın humanitar diplomatiyası sərhəd tanımır

08:10
04 Aprel

"Heydər Əliyev ideyaları müasir Azərbaycanın Zəfər yoludur"

08:05
04 Aprel

Ölkəmizin öndərliyi ilə TDT qlobal güc mərkəzinə çevrilir

08:00
04 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!