04 Aprel 2026 08:45
134
SİYASƏT
A- A+
Noyabr zəfəri Aprel qələbəsinin davamı idi

Noyabr zəfəri Aprel qələbəsinin davamı idi


Bu günlər 10-cu ildönümünü qeyd etdiyimiz 2016-cı ilin Aprel döyüşləri çağdaş tariximizin şərəfli və qürurverici səhifələrindəndir. 10 il öncə aprelin 2-dən 5-dək davam edən qanlı döyüşlərdə Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Milli Ordusu düşmənin "məğlubedilməzlik" mifini tarixin gedər-gəlməzliyinə  göndərdi.  Xalqın birliyi və ordumuzun qazandığı uğur 30 ildən artıq davam edən erməni işğalına birdəfəlik son qoyulması üçün açar rolunu oynadı.

Döyüşlərin ikinci günü  işğalçı Ermənistanın silahlı qüvvələrinin təxribatlarına cavab olaraq, Azərbaycan Ordusu sürətli əks-hücum əməliyyatı ilə düşməni ağır məğlubiyyətə uğradaraq Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının işğal altındakı ərazilərinin 2000 hektardan çox hissəsini azad etdi. Azərbaycan Ordusu dördgünlük Aprel döyüşləri ilə 24 ildən sonra xalqımıza qələbə sevinci yaşatdı. 

Aprelin əvvəllərində Füzuli, Ağdam, Tərtər istiqamətlərində dinc əhalinin sıx məskunlaşdığı kəndlər ağır artilleriya atəşinə məruz qalırdı. Xain düşmən yenə ənənəvi taktikasını tətbiq edərək məktəbləri, xəstəxanaları, mülki vətəndaşların yaşadıqları evləri hədəf seçirdi. Əhalinin təhlükəsizliyini təmin etmək, düşmən qüvvələrinə sarsıdıcı zərbə endirərək atəş nöqtələrini susdurmaq zərurəti yarandı. Ali Baş Komandanın qəti tapşırığı əsasında ordu bölmələrimiz ildırım sürətli əks-hücum əməliyyatına başladılar. Yüksək dəqiqliyə malik silah sistemlərinin tətbiqi, xüsusi təyinatlı dəstələrin şücaəti işğalçıları çaş-baş saldı. Cəbhənin şimal və cənub istiqamətlərində qazanılan taktiki qələbələr strateji üstünlüyə çevrildi. 

Cənub cəbhəsində - Füzuli rayonu istiqamətində yerləşən Lələtəpə yüksəkliyi hərbi baxımdan müstəsna əhəmiyyət daşıyırdı. Həmin coğrafi mövqe uzun illər boyunca işğalçı qüvvələrə Arazboyu əraziləri, xüsusən Horadiz şəhərini daim təhlükə altında saxlamaq imkanı verirdi. Təcavüzkarlar Lələtəpədən istifadə edərək mülki infrastrukturu mütəmadi olaraq artilleriya atəşinə tutur, dinc insanların həyatını kabusa çevirirdi. Xüsusi təyinatlılarımızın həyata keçirdiyi əməliyyat nəticəsində həmin strateji yüksəklik ələ keçirildi. Düşmənin canlı qüvvəsi, eyni zamanda ağır texnikası tamamilə məhv edildi. Cəbhənin şimal istiqamətində - Tərtər rayonunun Talış kəndi ətrafında yerləşən dominant yüksəkliklər də azad edildi. Talış dağlarının nəzarətə götürülməsi Naftalan, Goranboy, eyni zamanda Tərtər rayonlarının təhlükəsizliyinin təmin olunması baxımından həyati əhəmiyyət kəsb edirdi. 

Əldə edilmiş qələbənin siyasi mənasını ən mükəmməl izah edən vacib məqam dövlət başçısının həmin hadisələrə verdiyi yüksək qiymətdir: "Aprel döyüşləri bizim şanlı hərbi qələbəmizdir, dövlətimizin, xalqımızın, ordumuzun gücünü göstərən qələbədir". Aydın görünür ki, cəbhə xəttində düşmənə vurulan ağır zərbə yalnız taktiki gediş hesab edilmir, bütövlükdə dövlət mexanizminin, ictimai şüurun, hərbi potensialın sıx vəhdətinin nümayişi kimi dəyərləndirilir. Bu hərbu uğur eyni zamanda beynəlxalq müstəvidə yaranmış psixoloji baryerlərin tamamilə aradan qalxması demək idi. İllərboyu ədalətsizliyin hökm sürdüyü diplomatik dəhlizlərdə Azərbaycanın haqlı mövqeyi artıq dəstəklənirdi.

Aprel döyüşlərində qazanılan qələbədə Xüsisi Təyinatlı Qüvvələrin müstəsna rolu olmuşdur. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev 2022-ci il aprelin 30-da - XTQ-nin yaradılmasının 23-cü ildönümü münasibətilə "N" saylı hərbi hissənin şəxsi heyəti qarşısında çıxışı zamanı deyib: "Bizim Aprel döyüşlərindəki qələbəmizdə xüsusi təyinatlıların çox böyük xidmətləri olmuşdur. Ancaq əfsuslar ki, Aprel hadisələri işğalçılar üçün dərs olmadı. Onlar işğalı əbədiləşdirmək üçün öz səylərini davam etdirdilər və işğalı əbədi etmək üçün Azərbaycana, Azərbaycan Silahlı Qüvvələrinə hədə-qorxu gəlməyə davam etdilər..."  Xüsusi təyinatlılara verilən tapşırıqlara əsasən, onlar dağlıq, meşəlik və sərt iqlim şəraitində, düşmən arxasında, gizli şəkildə yüksəksəviyyəli tapşırıqları uğurla yerinə yetirərək öz peşəkarlıqlarını sübut ediblər. 

Ekspertlərin fikrincə, torpaqlarımızın işğaldan azad olunmasına gedən yolda Lələtəpə, eləcə də Talış ətrafındakı uğurlar doğma yurda qayıdışın başlanğıcı hesab edilir. Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi bu qayıdışın simvoludur. Strateji yüksəkliklərin işğalçılardan təmizlənməsi sözügedən kənddə insanların təhlükəsiz yaşamasını təmin etdi. Qısa müddət ərzində dövlət tərəfindən həyata keçirilən bərpa-quruculuq işləri Böyük qayıdışın reallaşmış pilot layihəsi idi. Bütün dünya gördü ki, Azərbaycan xalqı viran qalmış əraziləri qısa zamanda cənnətə çevirməyə, qurub-yaratmağa tam qadirdir. 


Rəhman SALMANLI,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Madaqaskarda dövlət çevrilişi və Prezidentə qarşı sui-qəsd cəhdinin qarşısı alınıb

09:40
04 Aprel

Bilmək istəyirəm

09:35
04 Aprel

Mina terrorçuluğu bütün bəşəriyyət üçün ağrılı problemdir

09:30
04 Aprel

Zivər bəy Əhmədbəyov - qaranlıq dövrün işıqlı memarı

09:25
04 Aprel

Bakı - Şərqlə Qərbin ortaq şəhəri

09:20
04 Aprel

Bənəniyar su anbarını qidalandıran kanalın yenidən qurulması davam edir

09:15
04 Aprel

İdman həm də sağlam sabahdır

09:10
04 Aprel

SDU tələbələrinin layihəsi maraq doğurub

09:05
04 Aprel

Gəncədə Aprel şəhidlərinin ailələri ziyarət olunub 

09:00
04 Aprel

Qlobal çağırışlar fonunda Azərbaycanın regional inkişaf modeli

08:55
04 Aprel

Neft qiymətləri öz tarixi rekordunu yeniləyə bilərmi?

08:50
04 Aprel

Noyabr zəfəri Aprel qələbəsinin davamı idi

08:45
04 Aprel

Aprel döyüşləri Azərbaycanın hərbi gücünün ilkin təsdiqi oldu

08:40
04 Aprel

TDT ölkələri arasında ticarət dövriyyəsini artırmaq üçün böyük potensial var

08:35
04 Aprel

TDT mühüm əməkdaşlıq platformasına çevrilib

08:30
04 Aprel

Türk Dövlətləri Təşkilatı sağlam təməl üzərində qurulur

08:25
04 Aprel

TDT-nin Bakı görüşü gələcəyin strategiyasını müəyyən etdi

08:20
04 Aprel

Türk dünyasının geosiyasi özünüdərki və yeni güc mərkəzinə çevrilməsi

08:15
04 Aprel

Azərbaycanın humanitar diplomatiyası sərhəd tanımır

08:10
04 Aprel

"Heydər Əliyev ideyaları müasir Azərbaycanın Zəfər yoludur"

08:05
04 Aprel

Ölkəmizin öndərliyi ilə TDT qlobal güc mərkəzinə çevrilir

08:00
04 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!