01 İyul 2020 22:05
1310
Elm və texnika
A- A+
Qlobal istiləşmə 6500 illik soyuqlaşmanı “ləğv etdi”

Qlobal istiləşmə 6500 illik soyuqlaşmanı “ləğv etdi”


Paleoiqlimşünaslar müəyyən ediblər ki, qlobal istiləşmə Yer kürəsinə sonuncu buzlaşma dövrü başa çatdıqdan sonrakı ən isti dövr üçün səciyyəvi olan iqlim rejimini qaytarıb. Beləliklə, istiləşmə son 6500 ildə davam etmiş soyuqlaşmanın təsirlərini aradan qaldırıb. Alimlərin gəldiyi nəticə "Scientific Data” jurnalında dərc edilib.

AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, tədqiqatın müəlliflərindən biri – Şimali Arizona Universitetinin professoru Darell Kaufmanın sözlərinə görə, qlobal istiləşməyə qədər temperatur Yer üzündə düşürdü. Planetin iqlimi XIX əsrin ortalarına qədər azı min il ərzində daha soyuq olub. Cari və əvvəlki paleoiqlim tədqiqatlarının nəticələrinin təhlili göstərdi ki, bu soyuqlaşma 6500 il əvvəl başlayıb.

Son buz dövrü təqribən 2,6 milyon il əvvəl başlayıb. Dövrün başlıca xüsusiyyəti ondan ibarət idi ki, buzlaşma sahəsi və Yer səthinin temperaturu daimi deyildi. Kəskin soyuqlaşmalar və istiləşmələr səbəbindən hər bir neçə on min ildən bir buzlaqlar yaranır və geri çəkilirdi. Sonuncu belə "mülayimləşmə” təqribən 13 min il əvvəl başlanıb.

İndi də davam edən bu "mülayimləşmə”də temperatur Holosen "iqlim optimumu”nda maksimum həddə çatıb. Həmin vaxt intervalı təqribən 9 min il əvvəl başlayıb və 5 min il əvvəl qurtarıb.

Holosen "iqlim optimumu”nda Yer kürəsinin qütblərinə yaxın yerlərdə temperatur bütün buz dövrü üçün səciyyəvi olan iqlimlə müqayisədə 4-9 °С, Şimal yarımkürəsinin mülayim enliklərində 2–3 °С qalxıb. Sonralar atmosferdə istixana qazları çoxalsa da, temperatur düşməyə başlayıb.

Bu cür ziddiyyət paleoiqlimşünaslar arasında mübahisələrə səbəb olub. Alimlər arasında Holosen "iqlim optimumu”nun nə vaxt başa çatması, soyuqlaşmanın səbəbi və davametmə müddəti barədə fikir ayrılığı yaranıb.

Kaufman və onun həmkarları bu suallara cavab verməyə çalışaraq, son 12 min il ərzində Yer üzündə iqlim dəyişikliyinə dair fikirləri yenidən formalaşdırıblar. Bunun üçün dünyanın 670 guşəsindən toplanmış 1,3 mindən çox məlumatı birləşdiriblər. Onlar qədim tozcuqların və qədim göllərin dibində digər çöküntülərin analizlərinin nəticələrini, foraminiferlərin qabığında müxtəlif izotop və elementlərin qarşılıqlı əlaqəsini, habelə keçmişdə Yer üzündə hökm sürən temperaturdan xəbər verən onlarca digər iqlim indikatorlarını təqdim ediblər.

Beş müxtəlif iqlim təhlili metodundan istifadə edən Kaufman və onun həmkarları müəyyən ediblər ki, Holosen "iqlim optimumu” təqribən 6,5 min il əvvəl başa çatıb. O zaman Yer üzündə orta illik temperaturun artması dayanıb və XIX əsrin ortalarınadək hər min ildən bir 0,1 °С düşməyə başlayıb.

Alimlər güman edirlər ki, bu, Yer oxunda periodik dəyişmələr və onun orbit üzrə hərəkət xarakteri ilə əlaqəli olub. Bu səbəbdən də Şimal yarımkürəsinə daha az gün işığı düşüb və atmosferdə CO₂ qatılığının artmasına baxmayaraq temperatur düşməyə başlayıb.

Tədqiqatçılar hesab edirlər ki, təqribən 150 il əvvəl insan fəaliyyəti nəticəsində atmosferə daha çox karbon qazı buraxılanda soyuqlaşma tendensiyası başa çatıb və əks proses başlanıb. Vəziyyət davam edərsə, Yer kürəsi yaxın yüz ildə 125 min il əvvəlki, yəni Mikulin buzlaqarası dövrdəki olduğu vəziyyətə qayıdacaq. Həmin era başlananda Yer üzündə orta illik temperatur sənayeyə qədər olan həddən 1–2 °С yüksək, okean suyunun səviyyəsi indikindən 10 metr yüksək idi. O dövrün iqliminin tədqiqi alimlərə bəşəriyyətin qlobal istiləşmə müharibəsini uduzacağı təqdirdə planeti nə gözlədiyini anlamağa kömək edəcək.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Quru Qoşunlarında “Konstitusiya və Suverenlik İli” ilə bağlı tədbirlər keçirilib  

19:26
15 Dekabr

Ali Məclisin payız sessiyasının növbəti iclası keçirilib  

19:24
15 Dekabr

Baş prokuror Qətərdə işgüzar səfərdədir  

19:21
15 Dekabr

ADSEA abonentlərə müraciət edib  

19:20
15 Dekabr

Cəlilabadda vətəndaşların daşınmaz əmlakla bağlı müraciətlərinə baxılıb  

19:10
15 Dekabr

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi BMT Sivilizasiyalar Alyansının 11-ci Qlobal Forumuna tərəfdaşlıq edib  

18:26
15 Dekabr

Suveren yaşıl istiqrazlar üzrə İşçi Qrupun ilk iclası keçirilib  

18:23
15 Dekabr

UNESCO-nun mənzil-qərargahında memar Əcəmi Naxçıvaninin 900 illiyinə həsr edilmiş sərgi açılıb  

18:16
15 Dekabr

Hakan Fidan: Türkiyə vasitəçilik sahəsində dünya liderləri sırasındadır  

18:11
15 Dekabr

Azərbaycanda pambıq yığımı yekunlaşır, sahələrdən 356 min tona yaxın xam pambıq yığılıb  

17:43
15 Dekabr

"Sualtı Hücum Dəniz Xüsusi Təyinatlısı" kursunun buraxılış mərasimi keçirilib  

17:41
15 Dekabr

Agentliyin əməkdaşları qan verdilər  

17:35
15 Dekabr

Ukrayna ilə bağlı sülh planı ətrafında nə baş verir?

17:26
15 Dekabr

İdmanımızın yeni ulduzu

17:25
15 Dekabr

Xalq yazıçısı Elmira Axundovanın Ulu Öndərə həsr olunmuş “Sizin aranızda ən böyük dissident mən idim” adlı ikicildlik kitabının təqdimatı keçirilib  

17:16
15 Dekabr

Dövlət Gömrük Komitəsinin sədri Zaqatalada vətəndaşlarla görüşüb  

17:07
15 Dekabr

“Azəriqaz”: 5 kənd və 11 massiv qazın verilməsi ərəfəsindədir 

17:06
15 Dekabr

Azərbaycanda bu il İKT sektorunda göstərilmiş xidmətlərin ümumi dəyəri 8,1 faiz artıb  

17:02
15 Dekabr

Misli Premyer Liqasında XV turun növbəti oyunu keçirilib  

16:44
15 Dekabr

Şəxsiyyət vəsiqəsi, pasport, sürücülük vəsiqəsi və nəqliyyat vasitələrinin qeydiyyatı üzrə xidmətlər onlayn təqdim ediləcək  

16:42
15 Dekabr

Osman Mert: Bakıda keçirilmiş Birinci Türkoloji Qurultay türk dilçiliyinin inkişafı üçün xüsusi əhəmiyyət kəsb edib  

16:39
15 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!