Qlobal çağırışlara rəğmən, ölkəmizdə heç bir sosial layihə təxirə salınmır
Azərbaycanın postmüharibə və mövcud pandemiya dövründə də böyük işlər görməyə iqtisadi gücü var
Hazırda əsas diqqət işğaldan azad edilmiş ərazilərimizin bərpa-quruculuq işlərinə yönəldilib. Bununla belə, ölkəmizin digər şəhər və rayonlarında da bir çox infrastruktur layihələri uğurla həyata keçirilir.
2020-ci ilin yekunlarına həsr olunmuş müşavirədə Prezident İlham Əliyev qeyd etmişdir ki, 2021-ci ildə görüləcək işlərimiz çoxdur. Bunlar həm ənənəvi, dövlət investisiya proqramında təsbit olunmuş, həm də azad edilmiş ərazilərdə görüləcək işlərdir.
Son illər Azərbaycanda böyükmiqyaslı infrastruktur layihələri gerçəkləşdirilib. Qazlaşdırma, elektrik enerjisi ilə təminat, yeni yolların çəkilişi, torpaqların suvarılması və digər sahələrdə əsaslı işlər görülüb. Bu istiqamətlərdə nəzərdə tutulmuş qalan tədbirlər də plan üzrə gedir. Beləliklə, ölkəmizin heç bir bölgəsi yaddan çıxmayıb, hər bir vətəndaşın rahatlığı, müasir infrastrukturdan istifadə etməsi dövlətin diqqət mərkəzindədir.
Bakının Pirşağı qəsəbəsində yenidənqurma tədbirlərinə start verilməsi və təmir-bərpa işlərinin təməlinin qoyulması deyilənlərə aydın misaldır. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tədbirdə iştirak ediblər. Xatırladaq ki, Prezidentin göstərişinə əsasən, 2019-cu ildən Bakı şəhərinin və Abşeron rayonunun qəsəbələrində xüsusi abadlaşdırma işlərinə başlanıb. Balaxanı qəsəbəsində bu iş böyük müvəffəqiyyətlə aparılıb. Bibiheybət, Novxanı, Əmircan, Ramana qəsəbələrində eyni işlər davam edir. Cari ildə Mərdəkan, Buzovna və Maştağa qəsəbələrinin də bu prosesə qoşulacağı gözlənilir.
Yenidənqurma nəticəsində Pirşağı qəsəbəsi özünün tarixi simasını saxlamaqla xeyli cavanlaşacaq. Həyata keçirilən tədbirlərin əsas məqsədi əlbəttə, buradakı insanların yaşayış şəraitinin daha da yaxşılaşdırılmasıdır. Məlumdur ki, Pirşağı qədimdən iqlim terapiyası üçün əlverişli zona hesab olunub. Ona görə ekoloji vəziyyətin yaxşılaşdırılması da hədəf kimi qarşıya qoyulub. Bir sözlə, postpandemiya dövründə qəsəbə cəlbedici turizm məkanlarından birinə çevriləcək. Burada tələbata uyğun məhsulların istehsalı da istisna edilmir.
Pirşağıda abadlaşdırma işləri, eləcə də məşğulluğun təminatına müsbət təsir göstərir. Bu işlərdə çalışanlar əsasən yerli sakinlərdir.
Bakının Ağ şəhər ərazisində isə su təchizatı və kanalizasiya infrastrukturunun təkmilləşdirilməsi tədbirləri davam edir. Burada “Azərsu” ASC tərəfindən layihənin baş planı çərçivəsində beynəlxalq tikinti normaları və qaydalarına uyğun olaraq yağış suları ötürücüləri məişət suları ötürücülərindən ayrı layihələndirilərək inşa edilir. Küçə və prospektlərdə yolun hərəkət hissəsinə yığılan yağış sularının kənarlaşdırılması üçün ötürücülər çəkilərək yeni barmaqlıqlar quraşdırılır. Layihənin davamı olaraq Nobel prospekti boyunca dəmir-beton borularla tikilmiş kollektor bu prospektlə Nəcəfqulu Rəfiyev küçəsinin kəsişməsindən Ağ şəhər bulvarına tərəf dəmir-beton qutu kollektor vasitəsilə davam etdirilib. Beləliklə, ərazidəki yağış sularının kanalizasiya sularına qarışmadan kənarlaşdırılması mümkün olacaq. Qoşulmanın həyata keçirilməsi həmçinin Ağ şəhərə qonşu ərazilərdə də yol səthindən yağış sularının kənarlaşdırılaraq kollektora yönəldilməsini təmin edəcək.
Ümumiyyətlə, son illər “Bakı Ağ şəhər” layihəsi çərçivəsində şəhər sakinlərini narahat edən yağış sularının kollektora ötürülməsi üçün uzunluğu 20 kilometrdən çox müxtəlif diametrli borular çəkilib və uzunluğu 1,2 kilometrdən artıq yağış suyu kollektorları tikilib.
Xatırladaq ki, “Bakı Ağ şəhər” layihəsi Prezident İlham Əliyevin 28 sentyabr 2006-cı il tarixli sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006-2010-cu illər üçün Kompleks Tədbirlər planı” çərçivəsində həyata keçirilir.
Hazırda dövlət başçısının tapşırığı ilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) yol infrastrukturunun daha da müasirləşdirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirir. Bu məqsədlə palçıq vulkanları yerləşən ərazinin turizm potensialı nəzərə alınaraq aidiyyəti qurumlar tərəfindən xüsusi turizm konsepsiyası hazırlanıb. Abşeron rayonunda yerləşən palçıq vulkanlarının ərazisində müasir turizm infrastrukturuna gedən avtomobil yolunun tikintisi işləri icra olunur.
Paytaxtdan cəmi 20-25 kilometr aralıda Arbani adlı palçıq vulkanları yerləşən ərazidə salınması nəzərdə tutulan turizm kompleksinə gediş-gəlişi asanlaşdırmaq məqsədilə çəkilən yol tərtib olunmuş qrafiklə və yüksək keyfiyyətlə inşa olunur. Bunun üçün əraziyə lazımi sayda canlı qüvvə və texnika cəlb edilib.
Qala-Pirallahı avtomobil yolunun 3.6-cı kilometrində isə yeni yerüstü piyada keçidi inşa olunub. Müasir görünüşü ilə fərqlənən keçidin uzunluğu 76,7 metrdir. Keçid iki giriş-çıxışdan ibarətdir. Burada fiziki məhdudiyyətli insanların rahatlığını təmin etmək üçün iki müasir lift quraşdırılıb. Piyada keçidi təhlükəsiz istismarı, ətraf mühitin qorunmasını, həmçinin partlayış-yanğın təhlükəsizliyini təmin edən normalara, təlimatlara və dövlət standartlarına uyğun olaraq inşa edilib.
Bu ərazidə yolun hər iki tərəfində yaşayış massivi, orta məktəb və avtobus dayanacağı yerləşdiyindən keçid sağ və sol tərəflərə maneəsiz və təhlükəsiz gedişi təmin edəcək.
Qeyd edək ki, təkcə keçən il ölkəmizin ümumi istifadədə olan avtomobil yollarında və Bakı şəhərində 9 piyada keçidi istifadəyə verilib.
Bütün bu və digər infrastruktur layihələrinin həyata keçirilməsi postmüharibə və mövcud pandemiya dövründə də bizim böyük işlər görməyə gücümüz çatır. Hətta qlobal çağırışlara rəğmən heç bir sosial layihəmiz ixtisar olunmayıb.
Flora SADIQLI,
“Azərbaycan”
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
İranın mədəniyyət naziri Azərbaycana səfər edəcək
29 Aprel
İtaliyanın baş naziri Avropa Parlamentinə seçkilərdə namizəd olacaq
29 Aprel
Sabah bəzi dağlıq ərazilərə dolu düşəcək
29 Aprel
Hindistan 10 ildə silah ixracını 35 dəfə artırıb
29 Aprel
Növbəti köç karvanı Füzuliyə çatıb
29 Aprel
ABŞ dövlət katibinin Yaxın Şərqə səfəri başlayır
29 Aprel
Azərbaycan ABŞ-də multikulturalizm festivalında uğurla təmsil olunub
29 Aprel
İranın Şərqi Azərbaycan əyalətində baş verən partlayışlarda 10 nəfər yaralanıb
29 Aprel
PSJ 12-ci dəfə Fransa çempionu olub
29 Aprel
Azərbaycanın iki gimnastı Serbiyada beş medal qazanıb
29 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!