11 İyun 2025 08:45
725
İQTİSADİYYAT
A- A+
Qızıl birinci...

Qızıl birinci...


Qeyri-neft məhsullarının ixracı 18 faiz artıb


İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) "İxrac icmalı"nın növbəti sayını təqdim edib. İcmala əsasən, cari ilin yanvar-aprel aylarında Azərbaycanın qeyri-neft sektoru üzrə ixracının dəyəri ötən ilin müvafiq dövrü ilə müqayisədə 18 faiz artaraq 1,1 milyard dollar təşkil edib. 

Bu dövrdə yeyinti məhsullarının ixracının dəyəri 12,1 faiz artaraq 300,8 milyon dollara bərabər olub. İxrac olunan kimya sənayesi məhsullarının dəyəri ötən ilin müvafiq dövrünə nisbətən 42,5, şəkər 25,8, qara metallar və onlardan hazırlanan məmulatlar 16,7, meyvə-tərəvəz 14,8, alüminium və ondan hazırlanan məmulatlar 9,8, pambıq iplik isə 5,3 faiz artıb. Cari ilin ilk dörd ayında ixrac olunan aqrar məhsullarında 14, aqrar-sənaye məhsullarında 7,9 faiz artım müşahidə olunub. Bütövlükdə aqrar və aqrar-sənaye məhsullarının birgə ixracında 12,2 faiz artım qeydə alınıb. 

Həmin dövr ixrac edilmiş qeyri-neft sektoruna aid malların siyahısında qızıl birinci, pomidor (tomat) ikinci, karbamid üçüncü olub. Aprel ayı ərzində isə ixrac edilmiş qeyri-neft sektoruna aid malların siyahısında yenə də qızıl birinci, pomidor ikinci yerdə qərarlaşıb. Üçüncü isə pambıq olub. 

Cari ilin ilk dörd ayında Rusiya Federasiyasına 321,4 milyon, Türkiyəyə 187,7 milyon, Gürcüstana 105,8 milyon, İsveçrəyə 100,5 milyon, Ukraynaya 63 milyon dollarlıq qeyri-neft məhsulları ixrac olunub. Cari ilin aprel ayında isə Rusiya Federasiyasına 88,5 milyon, Türkiyəyə 53,3 milyon, İsveçrəyə 30,9 milyon, Gürcüstana 25,1 milyon, Qazaxıstana 14,2 milyon dollar dəyərində qeyri-neft sektoruna aid məhsul satılıb.

Hesabat dövrü üzrə hazırlanmış qeyri-dövlət ixracatçı subyektlərin reytinqində ilk onluqda "MKT İstehsalat Kommersiya" MMC, "Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkəti"nin Azərbaycan Respublikasındakı nümayəndəliyi, "UNİTED ALLİANCE GROUP LTD" şirkətinin Azərbaycan Respublikasındakı filialı, "Baku Steel Company" QSC, "Avrora", "P-AQRO", "Export Stream" MMC-lər, "BİNƏ AQRO" QSC, "Sahdag Sy", "LEPIN LM" MMC-lər təmsil olunublar. Qeyri-neft sektoru üzrə ixrac əməliyyatlarında iştirak edən dövlətə məxsus olan şirkətlərin siyahısına isə ARDNŞ-nin Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi başçılıq edir. Daha sonra siyahıda "SOCAR Polymer" MMC, "AzerGold" QSC, "Azəralüminium" MMC, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Qaz İxrac İdarəsi, "Azərpambıq Aqrar Sənaye Kompleksi" MMC, "Azərbaycan Hava Yolları" QSC, "Azərenerji" ATSC, Naxçıvan MR Dövlət Energetika Xidməti, "Qaradağ Şüşə Zavodu" ASC yer alıblar.

Yanvar-aprel aylarında Azərbaycan Respublikasının Kosmik Agentliyi ("Azərkosmos") 5,6 milyon dollar dəyərində telekommunikasiya xidməti ixrac edib. "Azərkosmos"un xidmətlərindən istifadə edən ölkələrin sayı isə 40-dır. Aprel ayında isə "Azərkosmos" tərəfindən dünyanın 38 ölkəsinə 1,6 milyon dollar dəyərində xidmət göstərilib. İlin ilk dörd ayı ərzində "Azərkosmos"un peyk telekommunikasiya xidmətlərindən istifadə edən ölkələrin ilk beşliyində 1,5 milyon dollarla Birləşmiş Krallıq, 1,2 milyon dollarla Lüksemburq, 255 min dollarla Nigeriya, 238,6 min dollarla Misir və 238,5 min dollarla Türkiyə təmsil olunublar. 


Rüstəm KAMAL,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Ukrayna ilə bağlı sülh planı ətrafında nə baş verir?  

17:26
15 Dekabr

İdmanımızın yeni ulduzu

17:25
15 Dekabr

Xalq yazıçısı Elmira Axundovanın Ulu Öndərə həsr olunmuş “Sizin aranızda ən böyük dissident mən idim” adlı ikicildlik kitabının təqdimatı keçirilib  

17:16
15 Dekabr

Dövlət Gömrük Komitəsinin sədri Zaqatalada vətəndaşlarla görüşüb  

17:07
15 Dekabr

“Azəriqaz”: 5 kənd və 11 massiv qazın verilməsi ərəfəsindədir 

17:06
15 Dekabr

Azərbaycanda bu il İKT sektorunda göstərilmiş xidmətlərin ümumi dəyəri 8,1 faiz artıb  

17:02
15 Dekabr

Misli Premyer Liqasında XV turun növbəti oyunu keçirilib  

16:44
15 Dekabr

Şəxsiyyət vəsiqəsi, pasport, sürücülük vəsiqəsi və nəqliyyat vasitələrinin qeydiyyatı üzrə xidmətlər onlayn təqdim ediləcək  

16:42
15 Dekabr

Osman Mert: Bakıda keçirilmiş Birinci Türkoloji Qurultay türk dilçiliyinin inkişafı üçün xüsusi əhəmiyyət kəsb edib  

16:39
15 Dekabr

Dünya Türk Dili Ailəsi Gününün qeyd olunması Türk dünyasının beynəlxalq miqyasda artan gücünün və nüfuzunun ifadəsidir 

16:36
15 Dekabr

Azərbaycan Prezidenti “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan olunması təşəbbüsünü irəli sürüb  

16:34
15 Dekabr

Avstraliya İttifaqının Baş naziri Zati-aliləri cənab Entoni Albanizə  

16:33
15 Dekabr

Azərbaycan nümayəndə heyəti BMT-nin Ətraf Mühit Assambleyasının 7-ci sessiyasında iştirak edib VİDEO  

16:31
15 Dekabr

Prezident İlham Əliyev Azərbaycan ilə Qazaxıstan arasında energetika sahəsində strateji tərəfdaşlıqla bağlı Sazişi təsdiqləyib  

16:17
15 Dekabr

Xarici dövlətlərlə Azərbaycanın iqtisadi əlaqələrində xidmətlərin həcmi 14 milyard dollar təşkil edib  

16:16
15 Dekabr

Avropa İttifaqı Ukraynanın yenidən qurulması xərclərini təkbaşına ödəyə bilməyəcək  

16:15
15 Dekabr

Qlobal geosiyasi mübarizə sona çatmayınca neftin qiyməti qeyri-sabit qalacaq  

16:12
15 Dekabr

Prezident İlham Əliyev Azərbaycan və Maldiv arasında viza tələbinin qarşılıqlı ləğv edilməsi haqqında Sazişi təsdiqləyib

16:11
15 Dekabr

Dövlət maliyyəsinin idarə olunması, rəqəmsal islahatlar və növbəti dövr üçün qarşıda duran vəzifələr müzakirə olunub  

16:06
15 Dekabr

Azərbaycanla Moldova arasında məxfi məlumatın mübadiləsi və mühafizəsi haqqında Saziş təsdiq edilib  

16:03
15 Dekabr

Azərbaycanın və Qazaxıstanın Daxili İşlər nazirlikləri əməkdaşlıq edəcəklər  

15:39
15 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!