19 Dekabr 2021 00:17
1428
Elm və texnika
A- A+
“Qızıl alma”

“Qızıl alma”

 

Bu gün insanların çox sevdiyi, vitaminlərlə zəngin sitrus meyvələrinin “əcdadlarının” tarixi milyon illər əvvələ gedib çıxır. Yer üzündə ən çox yayılmış kənd təsərrüfatı bitkilərindən olan sitrus meyvələrinin təkamül mənşəyi və növləri arasında əlaqə var.

Sitrus növünün genomlarının tədqiqi nəticəsində məlum olub ki, bu növün ortaq “əcdadı” təxminən 8 milyon il əvvəl Çinin Yunnan bölgəsində, Himalay dağlarının ətəyində yaşayıb. Daha sonra Avstraliyaya və dünyanın müxtəlif ölkələrinə, o cümlədən Asiyanın qalan hissəsinə yayılıb. Beləliklə, bu bitkilərin Avstraliyada təkamül keçməsi və daha sonra Asiyaya gəlməsi ilə bağlı fərziyyə təkzib olunub.

 

Portağal naringidən əmələ gəlib

 

Alimlərin apardığı araşdırmalarda naringi (mandarin) və şirin portağalların bir-biri ilə xüsusilə çox yaxından əlaqəli olduğu və onların birlikdə inkişaf etdiyi üzə çıxıb. Pomelo bitkisinin də bu təkamül prosesində tez-tez iştirak etdiyi aşkar edilib. Pomelo genləri naringinin dadına böyük töhfə verib.

Araşdırmaların nəticələrinə görə, bütün növ sitrus meyvələrinin kökündə 10 bitki var. Bunlardan üçü sitron, naringi və pomelodur.  Limon, portağal və qreyfrut kimi daha məşhur olan bitkilər bu üç növün qarışması nəticəsində təkamül prosesindən keçib. Başqa sözlə desək, portağal naringidən əmələ gələn bir meyvə kimi ortaya çıxır.

 

Avropaya portağal və naringini gətirənlər portuqallar olub

 

Portağalların gen mərkəzi Himalay dağlarının cənub-şərq ətəkləri, Hindistanın Assam vilayətinin şərq hissəsi, Myanmanın şimalı və Çinin Yunnan əyalətini əhatə edən bölgələrdir. Portağalın bu ərazilərdən dünyaya yayılması ilk yazılı mənbələrdə də öz əksini tapıb. Bu meyvənin Avropaya gətirilmə tarixi ilə bağlı fərqli məlumatlar var. Bəziləri portağalın Roma imperiyası dövründə tacirlər tərəfindən Avropaya gətirildiyini deyirlər. Həmin zamanlarda portağallar Hindistandan Romaya daşınıb.

Başqa məlumatlarda isə portağalın Avropada XV əsrdə yayıldığı açıqlanır. Mənbələr yazır ki, Avropaya portağal və naringini ilk tanıdanlar portuqal dənizçiləri olub. Təbii ki, bunun portuqaliyalıların Asiyanın bir çox yerində koloniyalar yaratması ilə birbaşa əlaqəsi var. Onların sayəsində Siciliya krallığı portağal ilə IX əsrdə tanış olub. Bu portağalın dadı yəqin ki, indi yediyimiz şirin, portağal kimi deyildi. Portağalın dadının dəyişməsi əsrlərlə çəkib. Məlumatlara görə, şirin portağal XIV əsrə qədər insanlara məlum deyildi. Yəni acı portağalın yerinin şirin portağalların tutması üçün 500 il lazım olub.

Siciliyalılar və portuqallar Aralıq dənizi ətrafına portağal ağacları gətirdikdən sonra həmin ərazilərdə bu meyvələrin yetişdirilməsinə başlanılıb. İspanlar və hollandlar portağalı XVI əsrdə Anadoluya gətiriblər. Almanara isə portağalı türklər tanıdıblar.

XV əsrdə portağalı yalnız adlı-sanlı insanların süfrəsində görmək olardı, çünki o zamanlar bu meyvə çox baha idi. Portağalın bizə mifologiyadan məlum olan “qızıl alma” olduğu da deyilir. Portağalı müalicə məqsədilə də istifadə edirdilər. İnsanlar hesab edirdilər ki, taun xəstəliyinin müalicəsi zamanı bu meyvədən istifadə edilməsi çox faydalıdır.

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Ölkələrimiz arasında intensiv qarşılıqlı səfərlər və aktiv diplomatik təmaslar əməkdaşlıq imkanlarının genişlənməsinə xidmət edir

08:30
19 Dekabr

Prezident İlham Əliyevin Əbu-Dabiyə səfəri ikitərəfli əlaqələrimizi daha da gücləndirəcək 

08:25
19 Dekabr

Azərbaycan-BƏƏ enerji əməkdaşlığına "yaşıl işıq"

08:20
19 Dekabr

20 min məhkumun azadlığını özündə ehtiva edən tarixi amnistiya təşəbbüsü 

08:15
19 Dekabr

Heydər Əliyev və Azərbaycanın Əsas Qanunu

08:10
19 Dekabr

"Ulu Öndər Heydər Əliyev yolunun Müzəffər davamçısı"

08:05
19 Dekabr

ÖZ YOLU İLƏ GEDƏN AZƏRBAYCAN

08:00
19 Dekabr

"Azərbaycan Respublikası Milli Məclisi Daxili Nizamnaməsinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

01:43
19 Dekabr

Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu əməkdaşlarının "Tərəqqi" medalı ilə təltif edilməsi haqqında

01:43
19 Dekabr

Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 4 oktyabr tarixli 283 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin döyüş bayraqlarının təsviri"ndə dəyişiklik edilməsi haqqında

01:41
19 Dekabr

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 10 oktyabr tarixli 1627 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Nazirlər Kabinetinin iş qaydası"nda dəyişiklik edilməsi haqqında

01:41
19 Dekabr

"Su obyektlərindən xüsusi məqsədlər üçün istifadəyə icazənin verilməsi Qaydası"nın təsdiq edilməsi haqqında

01:40
19 Dekabr

Azərbaycan Memarlıq və İnşaat Universiteti əməkdaşlarının təltif edilməsi haqqında

01:39
19 Dekabr

“Beynəlxalq ikili diplom proqramlarının həyata keçiriləcəyi xarici tərəfdaş ali təhsil müəssisələrinin, ixtisaslar üzrə təhsil proqramlarının və təhsil səviyyələrinin seçimi Qaydası”nın təsdiq edilməsi haqqında

01:38
19 Dekabr

“Beynəlxalq ikili diplom proqramlarının həyata keçirilməsinin maliyyələşdirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında

01:37
19 Dekabr

"BANK RESPUBLİKA" ASC SƏHMDARLARININ NƏZƏRİNƏ!

01:36
19 Dekabr

BİLDİRİŞ

01:36
19 Dekabr

Azercell abunəçilərinin nəzərinə

01:35
19 Dekabr

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 29 oktyabr tarixli 322 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının hava limanlarında xüsusilə mühüm şəxslər (VİP) və rəsmi nümayəndə heyətləri salonlarının xidmətlərindən istifadə hüququ olan Azərbaycan Respublikasının vəzifəli şəxslərinin Siyahısı”nda dəyişiklik edilməsi haqqında

01:34
19 Dekabr

Leyla Əliyeva “ASAN Məktub” sosial proqramının 10 illiyinə həsr olunan tədbirdə iştirak edib  

22:05
18 Dekabr

Ruben Vardanyanın məhkəməsində prokuror çıxış edib, təqsirləndirilən şəxsin ömürlük azadlıqdan məhrum olunmasını təklif edib  

21:39
18 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!