28 Avqust 2022 00:57
793
Elm və texnika
A- A+

Qiymətli kürülər

 

Bütün balıqlar çoxalmaq üçün kürü tökürlər. Lakin hər balığın kürüsü yeməli hesab edilmir. Daha çox tələbat olan kürülər nərəkimilər dəstəsinə mənsub olan beluqa, osetrin və sevruqa sortlarından əldə edilir. 
Hazırda qızılbalıq, tuna balığı və sairə balıq növlərindən hazırlanan kürülər də var. Kürünün qara, qırmızı, ağ və qızılı növləri mövcuddur. Qara kürü nərəkimilərdən, qırmızı kürü qızılbalıqkimilərdən, ağ kürü isə sazan, alabalıq, durnabalığı, treska, siyənək və digər balıq növlərindən əldə olunur. Ən qiymətli kürü növü isə qızılı kürüdür ki, o da nərəkimilərin albinos növlərindən əldə edilir. 
Təbii balıq kürüsündən əlavə, ona oxşar süni yolla əldə olunan kürü növlərinə də rast gəlinir. Bu məqsədlə jelatin, yumurta zülalı, dəniz yosunları, boya maddələri, bitki yağları və aromatizatorlardan istifadə edilir. Təbii kürüdən fərqli olaraq, süni kürü kəskin balıq qoxusuna malikdir və üzərinə qaynar su əlavə etdikdə rəngin suya qarışması, kürü dənələrinin əriməsi prosesi müşahidə olunur. 
Kürü insan sağlamlığı üçün böyük əhəmiyyət kəsb edən qidalı maddələr, o cümlədən asan mənimsənilən zülallar, yağlar, vitaminlər, fermentlər, minerallar və digər bioloji aktiv maddələrlə zəngindir. 

Aydan XƏLİLOVA,
"Azərbaycan"
 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video