23 May 2024 01:34
1695
Nazirlər Kabineti
A- A+

“Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının 2023-cü il 8 dekabr tarixli 1052-VIQ nömrəli Qanununun icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi və “Qiymətləndirmə standartları və normaları, peşəkar qiymətləndiricilərin hazırlanması Qaydaları haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 27 iyun tarixli 107 nömrəli Qərarının ləğv edilməsi barədə

 

№ 269

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

 

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının 2023-cü il 8 dekabr tarixli 1052-VIQ nömrəli Qanununun icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli 167 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 9, maddə 693 (Cild I); 2024, № 1, maddələr 110, 111; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 27 mart tarixli 182 nömrəli Qərarı) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın 86-cı hissəsində aşağıdakı dəyişikliklər edilsin:

1.1. ikinci abzasın ikinci cümləsində “səriştəli şəxslərin rəyinə əsasən” sözləri “qiymətləndirici tərəfindən” sözləri ilə əvəz edilsin;

1.2. beşinci abzasın ikinci cümləsində “Qiymətləndiricinin əməyinin haqqını” sözləri “Qiymətləndirməyə görə xidmət haqqını” sözləri ilə əvəz edilsin.

2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 18 aprel tarixli 69 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 4 (II kitab), maddə 211 (Cild I) ilə təsdiq edilmiş “Müsadirə edilmiş, sahibsiz qalmış, vərəsəlik hüququ əsasında dövlət mülkiyyətinə keçən əmlakın və dəfinələrin uçotu, qiymətləndirilməsi, saxlanılması, istifadəsi və satışı barədə Əsasnamə”nin 2.2-ci bəndinin ikinci cümləsinə “hesabatda” sözündən sonra “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.2-ci maddəsində göstərilən məlumatlarla yanaşı” sözləri əlavə edilsin.

3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 16 aprel tarixli 66 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, № 4, maddə 392 (Cild I); 2024, № 1, maddə 105) ilə təsdiq edilmiş “Karantin rejiminin tətbiqi və ya zərərli orqanizmlərin ləğvi, xüsusi təhlükəli heyvan xəstəliklərinin profila-ktikası, diaqnostikası, müalicəsi və ləğvi zamanı hüquqi və fiziki şəxslərə dəymiş maddi ziyanın əvəzinin ödənilməsi Qaydaları”nın 3.1-ci və 4.1-ci bəndlərində “qiymətləndirmə fəaliyyəti ilə bağlı xərclər də” sözləri “qiymətləndirməyə görə xidmət haqqı da” sözləri ilə əvəz edilsin.

4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 6 avqust tarixli 343 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 8, maddə 1450 (Cild I); 2024, № 2, maddə 209) ilə təsdiq edilmiş “Özünüməşğulluğa cəlb olunmuş şəxsdən geri alınmış əmlakın açıq hərracda satılması Qaydası”nın 3.16-cı bəndində “qiymətləndirilməsi və ekspertizadan keçirilməsi ilə bağlı xərclər” sözləri “ekspertizadan keçirilməsi ilə bağlı xərclər və qiymətləndirməyə görə xidmət haqqı” sözləri ilə əvəz edilsin.

5. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 30 dekabr tarixli 516 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, № 12 (V kitab), maddə 1617 (Cild I) ilə təsdiq edilmiş “Xüsusi müsadirə edilmiş əmlakın dövlət nəfinə verilməsi Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin:

5.1. 2.4-cü bəndin ikinci cümləsinə “əmlakın” sözündən sonra “məcburi” sözü əlavə edilsin;

5.2. 2.5-ci bənd aşağıdakı redaksiyada verilsin:

“2.5. Qiymətləndirməyə görə xidmət haqqı “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 17.2-ci maddəsinə uyğun olaraq ödənilir.”;

5.3. 2.7-ci bəndə “hesabatda” sözündən sonra “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.2-ci maddəsində göstərilən məlumatlarla yanaşı” sözləri əlavə edilsin.

6. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 28 dekabr tarixli 484 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023, № 12 (II kitab), maddə 1819 (Cild I) ilə təsdiq edilmiş “Radiotezliklərin müddətli ayrılmasına keçid ilə əlaqədar olaraq, radiotezlik istifadəçilərinə vurulan zərərə görə kompensa-siyanın verilməsi şərtləri və mexanizmi”nin 3.4.4-cü yarımbəndində “edilməsində əlavə mütəxəssis rəyinə ehtiyac” sözləri “edilməsi zərurəti” sözləri ilə əvəz edilsin.

7. “Qiymətləndirmə standartları və normaları, peşəkar qiymət-ləndiricilərin hazırlanması Qaydaları haqqında” Azərbaycan Respub-likası Nazirlər Kabinetinin 2000-ci il 27 iyun tarixli 107 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 6, maddə 472 (Cild I) ləğv edilsin.

8. Bu Qərar 2024-cü il iyulun 1-dən qüvvəyə minir.

 

Əli Əsədov

Azərbaycan Respublikasının Baş naziri

Bakı şəhəri, 21 may 2024-cü il

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video