19 Oktyabr 2023 10:50
3987
Səhiyyə
A- A+

Qida zəhərlənmələri

 

9 ayda 216 nəfər zərər çəkib, bir nəfər ölüb

 

2023-cü ilin 9 ayı ərzində baş vermiş qida zəhərlənmələrinin statistikası açıqlanıb. Statistikaya əsasən, qida zəhərlənməsilə əlaqədar 869 nəfər qeydiyyata alınıb. Zəhərlənmədən ölüm sayı isə bir nəfərdir.
Ümumiyyətlə, payız-qış mövsümündə, əsasən göbələk və konservləşdirilmiş turşulardan zəhərlənmə hallarına rast gəlinir. Ərzaq məhsullarının düzgün şəraitdə saxlanılmaması zəhərlənmələrin digər bir səbəbidir. Qida zəhərlənmələrinin simptomlarını və ilk yardımın göstərilməsi qaydalarını bilmək bəzən insanın sağlamlığını və hətta həyatını xilas edir.
Qida zəhərlənmələri tərkibində bioloji və qeyri-bioloji toksinlər saxlayan ərzaqların istifadəsi zamanı meydana gəlir. Qidanın saxlanması, hazırlanması və istifadəsi zamanı sanitar-gigiyenik normaların pozulması ərzaqlarda toksinlərin toplanmasına səbəb olur.

 

Bu mövsümdə qida zəhərlənmələrinə daha çox rast gəlinir

 

Qida zəhərlənmələri ilə bütün mövsümlərdə rastlaşmaq mümkündür. Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov deyir ki, şöbəyə son aylarda müxtəlif qida zəhərlənmələri ilə bağlı müraciətlər daxil olub, ölüm halı isə qeydə alınmayıb. Müraciətlər arasında dərman, sirkə turşusu, göbələk zəhərlənmələri, həmçinin allergik reaksiyalar yer alıb. 
"Bu mövsümdə, əsasən göbələk və konservləşdirilmiş qida zəhərlənmələrinə rast gəlirik. Göbələk mürəkkəb zülallı qida məhsulu olduğuna görə hər insanın mədə-bağırsağı onu həzm edə bilmir. İnsanlara məsləhət görürəm ki, yol qırağından yığılıb satılan göbələkləri almasınlar, özləri də bunu yığıb yeməsinlər. Marketlərdə satılan isə göbələyin zəhərsiz növüdür. Həmin göbələklərdən istifadə etmək olar, amma bu zaman onun istifadə müddətinə baxılmalıdır", - deyə şöbə müdiri bildirib.

 

Zəhərlənmədən sonra bir müddət pəhriz saxlanılmalıdır

 

A.Maqsudov qeyd edir ki, qida zəhərlənməsi zamanı mədə-bağırsaqda ağrı, köp, ürəkbulanma, qusma, hərarətin qalxması və ishal halları müşahidə olunur: "Bu əlamətləri gördükdə mütəxəssisə müraciət etmək lazımdır. Zamanında müdaxilə edilməzsə, xəstənin vəziyyəti ağırlaşar, hətta huşunu itirə bilər. İlk yardım olaraq mədə yuyulmalı, botulizm əlamətləri olduğu təqdirdə isə zərdab vurulmalıdır. Bununla da həyati təhlükənin qarşısı alına bilər. Qida zəhərlənməsindən sonrakı dövrdə mütləq qida rasionuna nəzarət edilməli, pəhriz saxlanılmalıdır".
Həkim deyir ki, qida zəhərlənmələri uşaqlar, yaşlılar və xroniki xəstəlikləri olanlar üçün daha təhlükəli hesab olunur. Belə ki, onların orqanizmləri və müqavimətləri daha zəif olur.
"Bəzən eyni qidadan, yeməkdən 7-8 nəfər yeyir, onlardan yalnız 2-3 nəfəri zəhərlənir. Bunun səbəbi məhsulun zəhərli hissəsinin həmin şəxslər tərəfindən qəbul edilməsidir", - deyə A.Maqsudov bildirib.

Ülkər XASPOLADOVA,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video