31 İyul 2025 08:30
487
İQTİSADİYYAT
A- A+
Qeyri-neft sektorundan dövlət büdcəsinə daxilolmaların həcmi artıb

Qeyri-neft sektorundan dövlət büdcəsinə daxilolmaların həcmi artıb


Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsi istiqamətində aparılan islahatlar öz bəhrəsini verir. Xüsusilə qeyri-neft-qaz sektorunda sənaye məhsulunun həcmi ildən-ilə artır. İstehsal olunan məhsulların bir hissəsi ölkənin daxili tələbatının ödənilməsinə sərf edilir, digər hissəsi ixraca yönəldilir. 

Beləliklə, qeyri-neft-qaz sektorunun inkişafı ölkənin gəlirlərini artırır. Bu sektordan dövlət büdcəsinə daxilolmaların və vergi ödənişlərinin həcmində müsbət dinamika müşahidə edilir. Cari ilin yanvar-iyun aylarında dövlət büdcəsinin qeyri-neft-qaz sektoru üzrə daxilolmaların səviyyəsi 51,9 faiz olmuşdur ki, bu da proqnozla müqayisədə 4,7 faiz artım deməkdir. 

Qeyri-neft-qaz sektorunun inkişafı həm də dövlətə ödənilən vergilərin artmasında özünü göstərir. Hesabat dövründə bu sektordan dövlət büdcəsinə 8 milyard 703,7 milyon manata yaxın vəsait daxil olub. Bu da proqnoza 105,7 faiz əməl edilməsi və ötən ilin müvafiq dövrü ilə müqayisədə 5,1 faiz artım deməkdir. Cari ilin 6 ayı ərzində ödənilən vergilərin 73,8 faizi qeyri-neft-qaz, 26,2 faizi isə neft-qaz sektorlarının payına düşüb.  

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) "İxrac icmalı"nın iyun sayını təqdim edib. İcmala əsasən, cari ilin yanvar-may aylarında ölkənin qeyri-neft sektoru üzrə ixracı ötən ilin müvafiq dövrü ilə müqayisədə 11,6 faiz artaraq 1,4 milyard dollar təşkil edib. Bu dövrdə yeyinti məhsullarının ixracı 14,4 faiz artaraq 417,7 milyon dollara bərabər olub. Yanvar-may aylarında ixrac olunan kimya sənayesi məhsulları ötən ilin müvafiq dövrünə nisbətən 45,9, şəkər 30,1, pambıq iplik 14,5, meyvə-tərəvəz 19,1, qara metallar və onlardan hazırlanan məmulatlar 11,3 faiz artıb. Sözügedən dövrdə aqrar məhsullar üzrə ixrac 17,2 faiz yüksəlib. Cari ilin yanvar-may ayları ərzində yeyinti məhsullarının ixracı 3, aqrar-sənaye məhsulları üzrə ixrac isə 5,9 faiz artıb. Bütövlükdə aqrar və aqrar-sənaye məhsullarının birgə ixracı 14 faiz çoxalıb. Qeyd olunan dövrdə ixrac edilmiş qeyri-neft sektoruna aid malların siyahısında qızıl  birinci, pomidor ikinci, pambıq üçüncü yerdə qərarlaşıb. May ayında isə ixrac edilmiş qeyri-neft sektoruna aid malların siyahısında pomidor (tomat) birinci, pambıq ikinci, qızıl üçüncü olub. 

Cari ilin ilk beş ayında ən çox Rusiya Federasiyasına, Türkiyəyə, İsveçrəyə, Gürcüstana və Ukraynaya qeyri-neft sektoruna aid mal ixrac edilib. 

İlin ilk 6 ayında hazırlanmış qeyri-dövlət ixracatçı subyektlərin reytinqində ilk onluqda aşağıdakı şirkətlər təmsil olunublar: "MKT İstehsalat Kommersiya" MMC, "Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkəti"nin Azərbaycan Respublikasındakı Nümayəndəliyi, "Baku Steel Company" QSC, "Avrora", "P-AQRO", "Export Stream", "Khan-El", "Azərbaycan Şəkər İstehsalat Birliyi", "Sahdag SY", "Green Tech" MMC-lər. Qeyri-neft sektoru üzrə ixrac əməliyyatlarında iştirak edən dövlətə məxsus olan şirkətlərin siyahısına ARDNŞ-nin Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi başçılıq edir. Daha sonra siyahıda aşağıdakı şirkətlər təmsil olunublar: "SOCAR Polymer" MMC, "AzerGold" QSC, "Azəralüminium" MMC, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Qaz İxrac İdarəsi, "Azərpambıq Aqrar Sənaye Kompleksi" MMC, "Azərbaycan Hava Yolları" QSC, Naxçıvan MR Dövlət Energetika Xidməti, "İstisu" mineral su zavodu MMC və "Azəripək". 

2025-ci ilin yanvar-may aylarında Azərbaycan Respublikasının Kosmik Agentliyi ("Azərkosmos") 7 milyon dollar dəyərində telekommunikasiya xidməti ixrac edib. Qeyd edək ki, yeni nəsil xidmət ixracı hesab edilən peyk telekommunikasiya xidmətləri xidmət ixracının şaxələnməsi istiqamətində mühüm rola malikdir. Həmin aylarda "Azərkosmos" tərəfindən dünyanın 40 ölkəsinə 7 milyon dollar dəyərində peyk telekommunikasiya xidmətləri ixrac edilib. "Azərkosmos"un xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 65 faizinə bərabər olub. May ayında isə "Azərkosmos" dünyanın 33 ölkəsinə 1,4 milyon dollar dəyərində xidmət ixrac edib. Hesabat dövründə peyk telekommunikasiya xidmətlərinin ixracının ilk beşliyində Birləşmiş Krallıq, Lüksemburq, Nigeriya, Türkiyə və Misir qərarlaşıb.


Rüstəm KAMAL,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Ukrayna ilə bağlı sülh planı ətrafında nə baş verir?  

17:26
15 Dekabr

İdmanımızın yeni ulduzu

17:25
15 Dekabr

Xalq yazıçısı Elmira Axundovanın Ulu Öndərə həsr olunmuş “Sizin aranızda ən böyük dissident mən idim” adlı ikicildlik kitabının təqdimatı keçirilib  

17:16
15 Dekabr

Dövlət Gömrük Komitəsinin sədri Zaqatalada vətəndaşlarla görüşüb  

17:07
15 Dekabr

“Azəriqaz”: 5 kənd və 11 massiv qazın verilməsi ərəfəsindədir 

17:06
15 Dekabr

Azərbaycanda bu il İKT sektorunda göstərilmiş xidmətlərin ümumi dəyəri 8,1 faiz artıb  

17:02
15 Dekabr

Misli Premyer Liqasında XV turun növbəti oyunu keçirilib  

16:44
15 Dekabr

Şəxsiyyət vəsiqəsi, pasport, sürücülük vəsiqəsi və nəqliyyat vasitələrinin qeydiyyatı üzrə xidmətlər onlayn təqdim ediləcək  

16:42
15 Dekabr

Osman Mert: Bakıda keçirilmiş Birinci Türkoloji Qurultay türk dilçiliyinin inkişafı üçün xüsusi əhəmiyyət kəsb edib  

16:39
15 Dekabr

Dünya Türk Dili Ailəsi Gününün qeyd olunması Türk dünyasının beynəlxalq miqyasda artan gücünün və nüfuzunun ifadəsidir 

16:36
15 Dekabr

Azərbaycan Prezidenti “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan olunması təşəbbüsünü irəli sürüb  

16:34
15 Dekabr

Avstraliya İttifaqının Baş naziri Zati-aliləri cənab Entoni Albanizə  

16:33
15 Dekabr

Azərbaycan nümayəndə heyəti BMT-nin Ətraf Mühit Assambleyasının 7-ci sessiyasında iştirak edib VİDEO  

16:31
15 Dekabr

Prezident İlham Əliyev Azərbaycan ilə Qazaxıstan arasında energetika sahəsində strateji tərəfdaşlıqla bağlı Sazişi təsdiqləyib  

16:17
15 Dekabr

Xarici dövlətlərlə Azərbaycanın iqtisadi əlaqələrində xidmətlərin həcmi 14 milyard dollar təşkil edib  

16:16
15 Dekabr

Avropa İttifaqı Ukraynanın yenidən qurulması xərclərini təkbaşına ödəyə bilməyəcək  

16:15
15 Dekabr

Qlobal geosiyasi mübarizə sona çatmayınca neftin qiyməti qeyri-sabit qalacaq  

16:12
15 Dekabr

Prezident İlham Əliyev Azərbaycan və Maldiv arasında viza tələbinin qarşılıqlı ləğv edilməsi haqqında Sazişi təsdiqləyib

16:11
15 Dekabr

Dövlət maliyyəsinin idarə olunması, rəqəmsal islahatlar və növbəti dövr üçün qarşıda duran vəzifələr müzakirə olunub  

16:06
15 Dekabr

Azərbaycanla Moldova arasında məxfi məlumatın mübadiləsi və mühafizəsi haqqında Saziş təsdiq edilib  

16:03
15 Dekabr

Azərbaycanın və Qazaxıstanın Daxili İşlər nazirlikləri əməkdaşlıq edəcəklər  

15:39
15 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!