30 Yanvar 2026 17:23
299
İQTİSADİYYAT
A- A+
Qeyri-neft sektoruna böyük təkan verən infrastruktur: Sumqayıt Sənaye Parkı  

Qeyri-neft sektoruna böyük təkan verən infrastruktur: Sumqayıt Sənaye Parkı  


Azərbaycanda qeyri-neft sektorunun inkişaf etdirərək iqtisadiyyatın şaxələndirilməsi istiqamətində atılan addımlardan biri də Sumqayıt Sənaye Parkının yaradılması olub.

AZƏRTAC xəbər verir ki, 2011-ci ildə Prezident İlham Əliyevin müvafiq Fərmanı ilə yaradılan və 2013-cü ildə təməli qoyulan Sumqayıt Kimya Sənaye Parkı bu gün şəhərin sənaye sahəsində ən önəmli mərkəzlərindən biri kimi çıxış edir. Parkın yaradılmasında əsas məqsəd ölkədə innovativ və yüksək texnologiyalara əsaslanan, rəqabətqabiliyyətli sənaye istehsalının inkişafına münbit şərait yaratmaq, sahibkarlığı dəstəkləmək, qeyri-neft sektorunu gücləndirmək və əhalinin məşğulluğunu artırmaq olmuşdur.

Azərbaycan Respublikası Prezidentinin 8 sentyabr 2025-ci tarixli Fərmanı ilə Sumqayıt Kimya Sənaye Parkı Sumqayıt Sənaye Parkı adlandırılıb.

Görülən işlər, tətbiq olunan strategiyalar və planlı inkişaf nəticəsində Sumqayıt Sənaye Parkı qısa zamanda Cənubi Qafqazın ən böyük sənaye parkına çevrilib. Park 640 hektarlıq ərazidə yerləşir və burada 40 rezident fəaliyyət göstərir. Layihələrin ümumi dəyəri 6,7 milyard manat, faktiki investisiya həcmi isə 5,5 milyard manatdır. İqtisadi layihələr çərçivəsində 8800-ə yaxın yeni iş yerinin yaradılması nəzərdə tutulur və burada faktiki olaraq artıq 6135 nəfər işlə təmin olunub. Rezidentlərin ümumi satış həcmi 15,4 milyard manata çatıb ki, bunun 5,7 milyard manatı ixracın payına düşür. Parkda istehsal olunan məhsullar dünyanın 70-dən çox ölkəsinə çatdırılır ki, bu da Sumqayıt Sənaye Parkının beynəlxalq səviyyədə tanınan və rəqabətqabiliyyətli bir sənaye mərkəzi olduğunu göstərir. Parkda fəaliyyət göstərən müəssisələr Azərbaycan iqtisadiyyatının müxtəlif sahələrini əhatə edir. Burada inşaat kimyəviləri, əlvan metallar və ferroərintilər, karbamid istehsalı, “SOCAR Polymer” layihəsi çərçivəsində inşa edilən polipropilen zavodları, tibbi maska və qoruyucu vasitələrin istehsalı, vərəqə şüşə istehsalı, tütün məmulatları, karton və qutu taraları istehsalı və polipropilen, laminatlı kisə istehsalı üzrə müəssisələr fəaliyyət göstərir. Bu müəssisələr yalnız ölkə bazarını təmin etmir, həm də Azərbaycan məhsullarının dünya bazarına çıxarılmasında mühüm rol oynayır.

Yüksəksəviyyəli mühafizə sistemi ilə təmin olunan parkın ərazisinə daxil olarkən diqqəti təhlükəsizlik haqqında lövhələr çəkir. Park ərazisində fəaliyyət göstərən rezidentlərinin hər birinin özünə məxsus təhlükəsizlik qaydaları var ki, bunlara da əməl olunması vacibdir.

Bu gün ölkədə qeyri-neft sektorunun inkişaf etdirilməsi ilə yanaşı əhalinin sosial-iqtisadi vəziyyətinin daha da yaxşılaşdırılması, iş yerlərinin açılması dövlətin prioritet iqtisadi siyasətinin tərkib hissəsini təşkil edir. Buna görə də sahibkarlıqla məşğul olanlara güzəştli kreditlər və imkanlar yaradır. Prezident İlham Əliyev yanvarın 27-də Sumqayıt Sənaye Parkında yeni yaradılan istehsal müəssisələrinin açılışında iştirak edib.

Bu imkanlardan istifadə edən “Azermirror” MMC-dir. MMC sənaye parkının 1 hektar ərazisində fəaliyyət göstərir, burada 30 nəfər işlə təmin olunub və ildə 900 min kvadratmetr güzgü vərəqəsi istehsal ediləcək. Layihənin investisiya dəyəri 6,13 milyon manatdır və müəssisəyə İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Biznesinin İnkişafı Fondu tərəfindən 1,5 milyon manat güzəştli kredit ayrılıb.

Digər bir müəssisə “Karton və Qutu Fabriki” MMC-dir ki, bu da Parkın 3 hektara yaxın ərazisində karton və qutu taralarının istehsalı müəssisəsini qurub. Türkiyə və Çin texnologiyalarından istifadə edilən müəssisədə il ərzində 55 milyon kvadratmetr karton və qutu tarası istehsal olunacaq. Birinci mərhələdə karton və qutu istehsalı, ikinci mərhələdə isə karton istehsalı üçün tələb olunan yerli xammalın təkrar emalı planlaşdırılır. Müəssisənin investisiya dəyəri 20 milyon manatdır, burada 64 daimi iş yeri yaradılıb və İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Biznesinin İnkişafı Fondu tərəfindən 2 milyon manat güzəştli kredit ayrılıb.

Ötən il rezident statusu verilən “Nun” MMC isə polipropilen və laminatlı kisə istehsalı üzrə müəssisənin tikintisinə başlayıb. 1 hektar ərazidə yerləşən zavodda Almaniya texnologiyası istifadə olunacaq və illik istehsal gücü 1680 ton laminatlı kisə, 1440 ton polipropilen kisə olmaqla ümumilikdə 3120 ton təşkil edəcək. Məhsullar əsasən daxili bazarın tələbatını ödəyəcək, burada 140 daimi iş yeri yaradılacaq. Müəssisənin investisiya həcmi 11,2 milyon manatdır və İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Biznesinin İnkişafı Fondu tərəfindən 3 milyon manat güzəştli kredit ayrılıb.

Bütün bu istehsal müəssisələri Azərbaycanın sosial vəziyyətin inkişafı ilə yanaşı Azərbaycanın ixrac potensialını artırır, ölkəyə valyuta daxil olmasını təmin edir ki, bu da iqtisadi inkişafın başlıca şərtlərindən biridir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

2 Fevral – Azərbaycan Gəncləri Günü münasibətilə “Könüllü Təşkilatlarının Dayanıqlı İnkişaf Forumu II” keçirilib

18:41
30 Yanvar

RİNN və bp süni intellekt, kibertəhlükəsizlik və rəqəmsallaşma sahələrində əməkdaşlıq edəcək  

18:23
30 Yanvar

Azərbaycan və ABŞ arasında strateji tərəfdaşlıq məsələləri müzakirə edilib  

18:22
30 Yanvar

Bakı və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun inkişafı: 2025–2030-cu illər üçün Dövlət Proqramının strateji baxışı  

18:21
30 Yanvar

Azərbaycan və BƏƏ-nin Birgə Hərbi Əməkdaşlıq Komitəsinin iclası keçirilib  

18:20
30 Yanvar

Fəal gənclər mükafatlandırılıblar  

18:19
30 Yanvar

Türkiyənin Ordu şəhərindəki muzeydə Azərbaycan tarixi və Zəfərimizlə bağlı guşələr yaradılacaq  

18:17
30 Yanvar

Aqrar Xidmətlər Agentliyinin sədri Xocalıda vətəndaşların müraicətlərini dinləyib  

18:16
30 Yanvar

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib  

18:15
30 Yanvar

İqtisadi Şuranın iclası keçirilib  

18:14
30 Yanvar

Rusiya XİN: İrəvanın dəmir yollarının bərpası ilə bağlı müraciəti nəzərdən keçirilir  

18:13
30 Yanvar

Qiyməti 164 milyon manat olan narkotik vasitələr məhv edilib  

18:12
30 Yanvar

2026-cı il Gənclər üçün Prezident mükafatlarının verilməsi haqqında

18:09
30 Yanvar

Zelenski: Enerji atəşkəsi dövründə Rusiya ordusu zərbələri logistikaya yönəldib  

17:39
30 Yanvar

Qeyri-neft sektoruna böyük təkan verən infrastruktur: Sumqayıt Sənaye Parkı  

17:23
30 Yanvar

Cahangir Həsənzadə: PSJ ilə müqayisədə, “Nyukasl” “Qarabağ” üçün ən optimal variant idi  

17:03
30 Yanvar

Azərbaycan nümayəndə heyəti Vyetnamın Hoşimin və Vunqtau şəhərlərində olub  

16:58
30 Yanvar

“Şəhərsalma və Memarlıq İli” ilə bağlı Tədbirlər Planı təsdiqlənib SƏRƏNCAM  

16:41
30 Yanvar

Misli Premyer Liqasında XVIII tura start verilib  

16:39
30 Yanvar

Kreml Trampın Kiyevə hücum etməmək barədə Putinə müraciət etdiyini təsdiqləyib  

16:38
30 Yanvar

Beynəlxalq Olimpiya Komitəsi MOK-a idmançıların hüquq və vəzifələrindən ibarət bəyannamə göndərib  

16:38
30 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!