30 Yanvar 2026 18:16
237
CƏMİYYƏT
A- A+
Aqrar Xidmətlər Agentliyinin sədri Xocalıda vətəndaşların müraicətlərini dinləyib  

Aqrar Xidmətlər Agentliyinin sədri Xocalıda vətəndaşların müraicətlərini dinləyib  


Aqrar Xidmətlər Agentliyinin (AXA) sədri Sərdar Hacıyev Xocalı rayonunun Ballıca kəndində Xocalı rayonundan olan vətəndaşların müraciətlərini dinləyib, ərizə və şikayətlərinə baxıb.

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildirilib ki, işğaldan azad edilmiş ərazilərdə ilk dəfə olaraq keçirilən qəbul zamanı vətəndaşların müraciətləri əsasən təsərrüfatların yaradılması və genişləndirilməsinə dəstək, bağ sahələrinin icarəyə verilməsi, əkin sahələrinə su xəttinin çəkilməsi, kənd təsərrüfatı texnikaları ilə təminat, süni mayalanma texniklərinin hazırlanması və digər məsələlərlə bağlı olub.

AXA sədri hər bir vətəndaşın müraciətini diqqətlə dinləyərək qaldırılan məsələlərin hərtərəfli araşdırılması və qanunvericiliyin tələblərinə uyğun olaraq qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verib.

Sərdar Hacıyev vətəndaşlarla görüş zamanı dövlət başçısının kənd təsərrüfatının inkişafı ilə bağlı imzaladığı sərəncamların aqrar sahədə fəaliyyət göstərən istehsalçıların rifah halının yaxşılaşdırılmasına və bu sahənin ölkə üzrə inkişafına mühüm töhfə verdiyini vurğulayıb.

Qəbula gələn vətəndaşlar isə doğma yurdlarında yaşamaqdan məmnunluqlarını ifadə edərək, onlara yaradılan şəraitə, göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Görüşdə Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşı da iştirak edib.

Vətəndaş qəbulu başa çatdıqdan sonra Agentliyin sədri Sərdar Hacıyev Xocalı rayonunun Ballıca kəndində Məmmədov Fəxri Seymur oğluna, eləcə də Daşbulaq kəndində Əliyev Kərim Bakir oğluna məxsus heyvandarlıq təsərrüfatlarına baxış keçirib və baramaçılığın inkişafı məqsədilə “İntensiv tipli tut bağı” layihəsi çərçivəsində görülmüş işlərlə tanış olub, təsərrüfat rəhbərləri ilə görüşüb.

Görüşlər zamanı heyvandarlıq təsərrüfatlarında aparılan profilaktik peyvəndləmə tədbirləri, heyvanların saxlanma və bəslənmə şəraiti, yemlənməsi, tut plantasiyalarında həyata keçirilən aqrotexniki tədbirlər, həmçinin fermerlərə göstərilən aqrar xidmətlər barədə fikir mübadiləsi aparılıb, təsərrüfatların daha da inkişaf etdirilməsi ilə bağlı müvafiq məsləhət və tövsiyələr verilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

2 Fevral – Azərbaycan Gəncləri Günü münasibətilə “Könüllü Təşkilatlarının Dayanıqlı İnkişaf Forumu II” keçirilib

18:41
30 Yanvar

RİNN və bp süni intellekt, kibertəhlükəsizlik və rəqəmsallaşma sahələrində əməkdaşlıq edəcək  

18:23
30 Yanvar

Azərbaycan və ABŞ arasında strateji tərəfdaşlıq məsələləri müzakirə edilib  

18:22
30 Yanvar

Bakı və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun inkişafı: 2025–2030-cu illər üçün Dövlət Proqramının strateji baxışı  

18:21
30 Yanvar

Azərbaycan və BƏƏ-nin Birgə Hərbi Əməkdaşlıq Komitəsinin iclası keçirilib  

18:20
30 Yanvar

Fəal gənclər mükafatlandırılıblar  

18:19
30 Yanvar

Türkiyənin Ordu şəhərindəki muzeydə Azərbaycan tarixi və Zəfərimizlə bağlı guşələr yaradılacaq  

18:17
30 Yanvar

Aqrar Xidmətlər Agentliyinin sədri Xocalıda vətəndaşların müraicətlərini dinləyib  

18:16
30 Yanvar

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib  

18:15
30 Yanvar

İqtisadi Şuranın iclası keçirilib  

18:14
30 Yanvar

Rusiya XİN: İrəvanın dəmir yollarının bərpası ilə bağlı müraciəti nəzərdən keçirilir  

18:13
30 Yanvar

Qiyməti 164 milyon manat olan narkotik vasitələr məhv edilib  

18:12
30 Yanvar

2026-cı il Gənclər üçün Prezident mükafatlarının verilməsi haqqında

18:09
30 Yanvar

Zelenski: Enerji atəşkəsi dövründə Rusiya ordusu zərbələri logistikaya yönəldib  

17:39
30 Yanvar

Qeyri-neft sektoruna böyük təkan verən infrastruktur: Sumqayıt Sənaye Parkı  

17:23
30 Yanvar

Cahangir Həsənzadə: PSJ ilə müqayisədə, “Nyukasl” “Qarabağ” üçün ən optimal variant idi  

17:03
30 Yanvar

Azərbaycan nümayəndə heyəti Vyetnamın Hoşimin və Vunqtau şəhərlərində olub  

16:58
30 Yanvar

“Şəhərsalma və Memarlıq İli” ilə bağlı Tədbirlər Planı təsdiqlənib SƏRƏNCAM  

16:41
30 Yanvar

Misli Premyer Liqasında XVIII tura start verilib  

16:39
30 Yanvar

Kreml Trampın Kiyevə hücum etməmək barədə Putinə müraciət etdiyini təsdiqləyib  

16:38
30 Yanvar

Beynəlxalq Olimpiya Komitəsi MOK-a idmançıların hüquq və vəzifələrindən ibarət bəyannamə göndərib  

16:38
30 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!