30 Yanvar 2026 16:27
942
İQTİSADİYYAT
A- A+
ADY ilə Gürcüstanın aparıcı logistika şirkəti və limanları arasında əməkdaşlıq imkanları müzakirə edilib  

ADY ilə Gürcüstanın aparıcı logistika şirkəti və limanları arasında əməkdaşlıq imkanları müzakirə edilib  


“AZCON Holding”in şirkətlərindən olan “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) sədri Rövşən Rüstəmov Gürcüstanın aparıcı logistika şirkəti olan, Poti Limanında terminal idarəçiliyini həyata keçirən “PACE Group”un və Batumi Dəniz Limanının rəhbərlikləri ilə görüşlər keçirib.

ADY-dən AZƏRTAC-a bildirilib ki, görüşlərdə iki ölkənin logistika şirkətləri və dəniz limanları arasında əməkdaşlığın genişləndirilməsinin əhəmiyyəti vurğulanıb.

Limanların fəaliyyəti ilə tanış olan ADY nümayəndə heyətinə Qara dənizdə strateji mövqeyə malik Batumi və Poti limanlarının çoxsaylı yük növlərinin emalı baxımından aparıcı infrastruktura malik olması barədə məlumat verilib.

ADY sədri Rövşən Rüstəmov bildirib ki, Azərbaycanda dəmir yolu–liman əməliyyatları artıq vahid idarəetmə prinsipi əsasında təşkil edilir. Ötən il Bakı Beynəlxalq Dəniz Limanının ADY-yə uğurla inteqrasiyası limanın yükaşırma nəticələrinə də müsbət təsir göstərib. Belə ki, 2025-ci ildə Bakı Limanında rekord həcmdə – 107 min TEU-dan çox konteyner yükü aşırılıb, bu da 2024-cü illə müqayisədə 40 faiz artım deməkdir.

Görüşlərdə Bakı və Gürcüstan limanları arasında əməkdaşlığın dərinləşdirilməsi və təcrübə mübadiləsinin Orta Dəhliz üzrə artan yükdaşımaların daha da səmərəli həyata keçirilməsinə imkan verəcəyi xüsusi vurğulanıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Prezident İlham Əliyev Türkiyənin daxili işlər nazirini qəbul edib  

11:56
09 Aprel

Azərbaycan Prezidenti İlham Əliyev Litvanın Baş nazirini qəbul edib

11:46
09 Aprel

Litvanın Baş naziri Bakıda şəhidlərin xatirəsini anıb

11:34
09 Aprel

MSK nümayəndə heyəti Macarıstanda parlament seçkilərini müşahidə edəcək

11:30
09 Aprel

Qarabağ Universiteti “Study in Azerbaijan” beynəlxalq təhsil sərgisində təmsil olunub  

09:43
09 Aprel

ABŞ Prezidenti və NATO-nun Baş katibi görüşüblər

09:36
09 Aprel

Vens: İrana Livanın atəşkəsə daxil edilməsi ilə bağlı vəd verilməyib

09:36
09 Aprel

Təbiətin sərt dönüşü

09:35
09 Aprel

Azərbaycan mədəniyyəti Belçikada təbliğ olunur

09:33
09 Aprel

"Azərenerji" Naxçıvanın enerji sistemini beynəlxalq standartlara uyğunlaşdırır

09:30
09 Aprel

Təmiz məsləkli insan

09:25
09 Aprel

Miroşnik: Rusiya Ukrayna ilə bağlı danışıqların bərpasını təxirə salmayacaq  

09:23
09 Aprel

Bakının simasını dəyişən memar

09:20
09 Aprel

Gecikən məhəbbət

09:17
09 Aprel

Çempionlar Liqası: PSJ “Liverpul”u, “Atletiko Madrid” “Barselona”nı məğlub edib  

09:16
09 Aprel

Milli-mənəvi dəyərlərin dəyərsizləşmə təhlükəsi

09:15
09 Aprel

Ağstafalı fermerlərin yaz qayğıları başdan aşır

09:10
09 Aprel

Goranboyda kütləvi səpin başa çatıb

09:07
09 Aprel

Şəmkir: rayon iqtisadiyyatına qoyulan investisiya davamlı inkişafa təkan verir

09:05
09 Aprel

Jurnalist Mixail Qusman təcrübəsini və xatirələrini bölüşüb

09:01
09 Aprel

Sumqayıtda Göz Mərkəzi açılıb

09:00
09 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!