11 Fevral 2025 20:11
550
DÜNYA
A- A+
Qeyri-hökumət təşkilatı Fransada korrupsiya ilə bağlı vəziyyətin son dərəcə pisləşdiyini açıqlayıb

Qeyri-hökumət təşkilatı Fransada korrupsiya ilə bağlı vəziyyətin son dərəcə pisləşdiyini açıqlayıb


“Transparency International” qeyri-hökumət təşkilatının (QHT) 2024-cü il qlobal reytinqinə görə, Fransa əvvəlki illə müqayisədə beş pillə geriləyərək, 25-ci yerdə qərarlaşıb.

AZƏRTAC xəbər verir ki, qeyri-hökumət təşkilatı özünün Korrupsiya Qavrama İndeksində (CPI) Fransada vəziyyətin təhlükəli olduğunu və görünməmiş dərəcədə pisləşdiyini açıqlayıb.

Fransa dünya reytinqində əvvəlki illə müqayisədə 5 pillə geriləyərək Almaniyadan 10 pillə geridə - 25-ci yerdədir. Hazırda ölkə korrupsiyaya nəzarəti itirmək riski altında olanlar arasında təsnif edilir. “Bu vəziyyət 1995-ci ildə indeksin yaradılmasından bəri görünməmiş bir hadisədir”, - deyən QHT qeyd edir ki, Fransanın mövqeyi on ildir durğunluq vəziyyətindədir. QHT hesab edir ki, bu xəbərdarlıq siqnalı institusional böhran kontekstində Fransada dürüstlüyə qarşı hücumların artdığını nümayiş etdirir. 2017-ci ildən bəri 26 nazir siyasi-məhkəmə işlərinə cəlb olunub. Bu yaxınlarda hökumətin əsas xadimləri - Aleksis Kohlerə irəli sürülən ittiham prezident administrasiyası daxilində nümunəvilik prinsiplərinin zəiflədiyini əks etdirir. Təhqiqat altında olan nazirin istefası tələb olunduğu halda o, ilkin olaraq Fransa prezidenti tərəfindən tamamilə müdafiə olunub. Bu vəziyyət fransızları daha da qəzəbləndirib.

QHT, həmçinin 2007-ci il prezidentlik kampaniyasının Liviya maliyyələşdirməsinə dair məhkəmə prosesini və Milli Maliyyə Prokurorluğu tərəfindən 2017 və 2022-ci illərdə Emmanuel Makronun kampaniya hesabları ilə bağlı iki məhkəmə araşdırmasının açılmasına istinad edərək, Fransada siyasi həyat məsələsinin yenidən gündəmə gətirildiyini bildirir. Bundan əlavə, QHT hesab edir ki, 2024-cü ildə bir neçə ay ərzində Antikorun (Anticor- anti-corruption) yenilənməməsi dövlət orqanları tərəfindən təhlükəli kənara çıxmaları göstərir. O, “Milli Maliyyə Prokurorluğunun resurslarının gücləndirilməsinə çağırış edib.

“Transparency International” Fransa hökumətini korrupsiyaya və həqiqətə hücumlara qarşı mübarizədə təcili, partiyalararası tədbirlər görərək bu böhrana cavab verməyə çağırıb.

QHT, eyni zamanda, Təşviqat Hesabatları və Siyasi Maliyyələşdirmə üzrə Milli Komissiyanın monitorinq səlahiyyətlərinin genişləndirilməsini tövsiyə edib və Milli Maliyyə Prokurorluğunun resurslarının gücləndirilməsinə çağırışlar edib

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Novruz bayramı münasibətilə Azərbaycan xalqına təbrik

16:44
18 Mart

2025-ci il üzrə vəkillik fəaliyyətinin statistik hesabatı 

15:42
18 Mart

“ASAN xidmət” BMT-nin İnsan Hüquqları Şurası çərçivəsində qabaqcıl təcrübə kimi qiymətləndirilib  

15:34
18 Mart

İraq Ceyhan limanı ilə neft ixracına başlayıb

15:33
18 Mart

Sənaye zonalarına 7 milyard manat sərmayə yatırılıb

15:31
18 Mart

KOBİA-da vətəndaşların müraciətləri dinlənilib

15:31
18 Mart

Komitə sədri: Ailə, qadın və uşaq məsələləri bütün cəmiyyətlər üçün prioritetdir  

15:30
18 Mart

Bəhreyn indiyədək İrana məxsus 130 raketi və 234 PUA-nı zərərsizləşdirib  

15:29
18 Mart

Azərbaycandan polietilen ixracı 31 faizədək artıb

15:28
18 Mart

Xarici işlər naziri Ceyhun Bayramov Səudiyyə Ərəbistanına yola düşüb  

15:27
18 Mart

Dövlət Vergi Xidməti vergiödəyicilərinə müraciət edib

15:26
18 Mart

WUF13 Kiyevdə təqdim olunub

15:25
18 Mart

Almaniyada hərbi xidmətə müraciətlərin sayı xeyli artıb

15:01
18 Mart

Görkəmli şair Əli Kərimin 95 illiyi münasibətilə elektron məlumat bazası hazırlanıb  

14:40
18 Mart

Dövlət Su Ehtiyatları Agentliyinin sədri Abşeron rayonunda vətəndaşların müraciətlərini dinləyib  

14:34
18 Mart

Azərbaycanın İrana göndərdiyi humanitar yardımı daşıyan yük maşınları sərhəddən keçib 

14:32
18 Mart

Pedaqoji səriştənin və psixoloji-metodik yanaşma bacarıqlarının yetərli olmaması ciddi problemdir

13:57
18 Mart

Şavkat Mirziyoyev: Azərbaycan və digər ölkələrin mütəxəssisləri İslam Sivilizasiyası Mərkəzinin yaradılmasında fəal iştirak ediblər  

13:57
18 Mart

Polad Bülbüloğlu: İstedadlı uşaqları tapmaq, kəşf etmək və onlara imkan yaratmaq lazımdır 

13:55
18 Mart

Baş prokuror yanında Elmi-Məsləhət Şurasının üzvləri təkliflər irəli sürüblər  

13:33
18 Mart

Sabah bəzi yerlərdə az çiskin və yağıntı olacaq, arabir duman müşahidə ediləcək

13:31
18 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!