18 Mart 2026 13:33
159
CƏMİYYƏT
A- A+
Baş prokuror yanında Elmi-Məsləhət Şurasının üzvləri təkliflər irəli sürüblər  

Baş prokuror yanında Elmi-Məsləhət Şurasının üzvləri təkliflər irəli sürüblər  


Azərbaycan Respublikasının Baş prokuroru yanında fəaliyyət göstərən Elmi-Məsləhət Şurasının növbəti iclası keçirilib.

Bu barədə AZƏRTAC-a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, iclası Baş prokuror, Elmi-Məsləhət Şurasının sədri Kamran Əliyev açaraq ölkəmizdə həyata keçirilən dövlət siyasətinin əsas istiqamətləri, hüquqi dövlət quruculuğunun möhkəmləndirilməsi, eləcə də qanunvericiliyin təkmilləşdirilməsi sahəsində görülən işlər barədə məlumat verib. O, çıxışında Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə 2026-cı ilin ölkəmizdə “Şəhərsalma və Memarlıq İli” elan edilməsinin əhəmiyyətini də vurğulayıb.

Çıxış zamanı qeyd olunub ki, müstəqil Azərbaycan dövlətinin təməli Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulub, Ulu Öndərin müəyyən etdiyi inkişaf strategiyası bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlətimizin başçısının həyata keçirdiyi ardıcıl və məqsədyönlü siyasət nəticəsində ölkəmizdə sabitlik təmin olunub, Azərbaycanın inkişafı yeni mərhələyə qədəm qoyub.

Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin beynəlxalq münasibətlər sistemində artan nüfuzu, həyata keçirilən genişmiqyaslı beynəlxalq əməkdaşlıq və regionda sabitlik və inkişafın təmin olunmasına yönəlmiş siyasətin əhəmiyyəti xüsusi vurğulanıb.

Eyni zamanda qeyd edilib ki, Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi ilə sosial, humanitar və mədəni sahələrdə həyata keçirilən çoxşaxəli layihə və təşəbbüslər ölkəmizin inkişafına, milli-mənəvi dəyərlərin qorunmasına və beynəlxalq humanitar əməkdaşlığın genişlənməsinə mühüm töhfə verir.

Daha sonra iclasın gündəliyinə uyğun olaraq hüquq tətbiqi təcrübəsində aktual olan bir sıra məsələlər müzakirə edilib. Müzakirələr zamanı cinayət və inzibati qanunvericiliyin tətbiqi ilə bağlı məsələlər, istintaq hərəkətlərinin həyata keçirilməsi zamanı qarşıya çıxan çətinliklər, eləcə də məhkəmə nəzarətinin həyata keçirilməsi prosesində yaranan problemlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Belə ki, Vəkillər Kollegiyasının Rəyasət Heyətinin üzvü İlhamə Həsənova Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 264-cü maddəsi ilə müəyyən edilən və yol-nəqliyyat hadisəsi yerindən qaçmadan bəhs edən norma, Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin rəisi Fazil Həsənəliyev ifadənin yerində yoxlanılması istintaq hərəkətinin sübutetmə prosesində əhəmiyyəti və bu istintaq hərəkətinin yerinə yetirilməsi zamanı qarşıya çıxan çətinliklər, Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsinin rəisi Elnur Musayev Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində korrupsiya xarakterli, lakin cinayət tərkibi yaratmayan əməllər üçün dəqiq normalar və sanksiyaların təsbit edilməsinə dair məsələlər, Baş Prokurorluğun Prokurorluqda istintaqa nəzarət idarəsinin rəisi Mahir Abbasov məhkəmə nəzarətinin həyata keçirilməsi prosesində ortaya çıxan problemlər barədə çıxış edib.

Qeyd olunanlardan əlavə, iclasda cinayət təqibi sahəsində mövcud problemlərin elmi və praktiki baxımdan araşdırılmasına həsr olunmuş “Yetkinlik yaşına çatmayan şəxslərlə bağlı aparılan cinayət təqibinin xüsusiyyətləri və mövcud problemlər” və “Cinayət təqibi üzrə icraatın dayandırılmasının aktual problemləri” adlı metodik vəsaitlər təqdim olunub, Şura üzvləri tərəfindən həmin vəsaitlərin hüquqtətbiqetmə təcrübəsinin təkmilləşdirilməsi və hüquq mühafizə orqanlarının fəaliyyətində praktiki əhəmiyyət daşıdığı vurğulanıb.

İclas çərçivəsində gündəlikdə duran digər aktual məsələlər üzrə də fikir mübadiləsi aparılıb, Şura üzvləri tərəfindən bir sıra təkliflər irəli sürülüb.

İclasın sonunda Elmi-Məsləhət Şurasının sədri yekun nitqi ilə çıxış edərək aparılmış müzakirələrin hüquq sisteminin inkişafına və qanunvericiliyin təkmilləşdirilməsinə mühüm töhfə verəcəyini qeyd edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Görkəmli şair Əli Kərimin 95 illiyi münasibətilə elektron məlumat bazası hazırlanıb  

14:40
18 Mart

Dövlət Su Ehtiyatları Agentliyinin sədri Abşeron rayonunda vətəndaşların müraciətlərini dinləyib  

14:34
18 Mart

Azərbaycanın İrana göndərdiyi humanitar yardımı daşıyan yük maşınları sərhəddən keçib 

14:32
18 Mart

Pedaqoji səriştənin və psixoloji-metodik yanaşma bacarıqlarının yetərli olmaması ciddi problemdir

13:57
18 Mart

Şavkat Mirziyoyev: Azərbaycan və digər ölkələrin mütəxəssisləri İslam Sivilizasiyası Mərkəzinin yaradılmasında fəal iştirak ediblər  

13:57
18 Mart

Polad Bülbüloğlu: İstedadlı uşaqları tapmaq, kəşf etmək və onlara imkan yaratmaq lazımdır 

13:55
18 Mart

Baş prokuror yanında Elmi-Məsləhət Şurasının üzvləri təkliflər irəli sürüblər  

13:33
18 Mart

Sabah bəzi yerlərdə az çiskin və yağıntı olacaq, arabir duman müşahidə ediləcək

13:31
18 Mart

Azərbaycanın 23 vətəndaşı Almaniyadan geri qəbul olunub

13:31
18 Mart

İrandan xarici vətəndaşların təxliyəsi davam edir

13:01
18 Mart

Ali Məhkəmə: Əlillərə pensiya ömürlük təyin edilməlidir

12:53
18 Mart

Çanaqqala döyüşlərindən 111 il ötür

12:43
18 Mart

Media: Yaxın Şərqdə gərginlik başlayandan bəri Hörmüz boğazından təxminən 90 gəmi keçib

12:31
18 Mart

Türkiyənin baş konsulu: Çanaqqala zəfəri təkcə türk tarixinə deyil, dünya tarixinə böyük təsir göstərib 

12:21
18 Mart

Nazir: Sağlam mühit uğurun əsas şərtlərindən biridir

12:17
18 Mart

Kolumbiyanın sərhəd bölgələrində bombardmanlar nəticəsində azı 27 nəfər ölüb

12:10
18 Mart

Naxçıvanda telefon rabitəsinin 100 illiyinə həsr olunmuş yubiley tədbiri keçirilib -

11:58
18 Mart

“Brent” neftinin qiyməti ilin əvvəlindən bəri 70 faizədək bahalaşıb

11:44
18 Mart

Ukraynalı ekspert: Azərbaycan etibarlılığını daim sübut edib

11:44
18 Mart

Bəzi yerlərdə yağıntılı hava şəraiti davam edir, dağlıq ərazilərə qar yağır – FAKTİKİ HAVA

11:42
18 Mart

Amerikalı politoloq İranın gələcəyinə dair dörd ssenari irəli sürüb  

11:39
18 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!