19 Aprel 2014 12:04
158
CƏMİYYƏT
A- A+
Qeyrətli qız həm də arxa, dayaqdır

Qeyrətli qız həm də arxa, dayaqdır

 

Azərbaycan dili və ədəbiyyatı müəllimiyəm. Mətbuatı müntəzəm izləyirəm. Xüsusilə "Azərbaycan " qəzetini həvəslə oxuyuram. Maraqlı materiallar çox olur. Bu günlərdə "Təbiətin nizamladığı qaydanı pozmayaq" adlı məqalə isə sözün tam mənasında sarsıtdı məni. Yurdumuzun gülü-çiçəyi sayılan qızlara bəzi ailələrdə olan ögey münasibət, hələ ana bətnində ikən onlara qarşı edilən amansız rəftar,  UZİ-lərin, bəzi nadan həkimlərin əli ilə körpə fidanların məhv edilməsi insanlığa sığmayan hərəkətdir.

Məqalə maraqlı faktlar üzərində qurulub, real vəziyyətə uyğun konkret təhlil aparılıb. Demə, ölkədə qəribə vəziyyət yaranıb. Ana olmağa hazırlaşan xanımlar UZİ-yə müraciət edir, görsün ki, körpə oğlandır, yoxsa qız? Əgər  qızdırsa, onu məhv etməkdən çəkinmirlər!

Əslində, bu barədə danışmağın, düşünməyin özü belə insanlığa hörmət gətirmir. Xalqımız tarixən hər bir  körpəyə - istər qız, istərsə də oğlan olsun -  müqəddəs varlıq kimi baxıb. İndi qızların bilə-bilə məhv edilməsi heç bir insanlıq  hədlərinə sığışmır. Azərbaycan  xalqına oğlanlar da lazımdır, qızlar da! Tarixən abırlı-ismətli, kişi qeyrətli qızlarımızın fədakar işləri ilə fəxr etmişik. Böyük  vüqarla, iftixarla "oğul arxadırsa, qız yaraşıqdır" - demişik. Ədalət naminə onu da deməliyik ki, qeyrətli qız el-obaya həm də arxa, dayaqdır.

Beş  qız anasıyam, beşi ilə də fəxr edirəm. Erməni işğalı dövründə Kəlbəcərdən Gəncəyə köçmüşük. İyirmi il  humanitar kollecin yataqxanasında  yaşamışıq. Atamı, həyat yoldaşımı vaxtsız itirmişəm. Beş qızın hər biri mənə oğul əvəzi, arxa, dayaq olub. Böyük qızım Günay ailə qurub, Bəsti də köçüb. Şərafət nişanlıdır, Türkan Gəncə Dövlət Universitetinin  tarix fakültəsində oxuyur, Fidan isə hələ balacadır, orta məktəbə gedir.

Ataları olmasa da, mən onları sevgi ilə, məhəbbətlə böyütmüşəm. İndi artıq  nəvələrim də var. İstər balalarımın, istərsə də nəvələrimin hər biri mənim üçün bir  oğul əvəzidir. Ömrümdə özümə dərd etməmişəm ki, kaş onların biri oğlan olaydı. Qızlarımdan birinə Bəsti adını vermişəm deyə atam mənə bərk hirslənmişdi. Dedi, niyə uşağın adını Bəsti qoydun, qızlardan bezmisən?! Dedim, yox ata, Səməd Vurğunun qəhrəman Bəsti Bağırovaya həsr etdiyi poemanı oxuyanda bu ad mənə çox xoş gəlmişdi.

Bu yaxınlarda dövlət başçısı İlham Əliyev bizə təzə qəsəbədə ev verib. Qızım Günay da elə bu binada mənzil alıb. Qəsəbənin açılışı zamanı Prezident  İlham Əliyev bizim evə gəlmişdi. Bir xeyli söhbət etdik. İndi bu müqəddəs otağa, hər axşam süfrə başına balalarım, nəvələrim yığışırlar.

Bir-birindən yaraşıqlı gül balalara fərəhlə baxır və iftixarla deyirəm ki, Allahın verdiyi paya min şükür! UZİ-lərə, tibb müəssisələrinə, həkimlərə qara niyyətlə üz tutan ailələrə tam səmimiyyətlə deyirəm: "Bu bəd niyyətdən əl çəkin. Xalqın ad-sanını ləkələməyin. İstər oğul olsun, istər qız, bunların hər biri müstəqil  dövlətimizin vətəndaşıdır. Allahın istəyinə, taleyin işlərinə, təbiətin qanunlarına  qarışmayın. Azərbaycanın genefondu həmişə təmiz, taraz olub. Qoy belə də qalsın. Hər bir övlad - istər qız, istər oğlan - təki ağıllı, ismətli, hünərli olsun.

 

Ofelya MƏMMƏDOVA,

Kəlbəcərdən olan məcburi köçkün, çoxuşaqlı ana

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Xəzər dənizində zəlzələ olub

21:28
13 Dekabr

Ölkə ərazisinin bəzi yerlərində küləkli hava şəraiti müşahidə edilir  

20:48
13 Dekabr

Azərbaycanın ilk milli tankerinin istismara verilməsindən 6 il ötür  

19:23
13 Dekabr

Ümummilli Lider Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilib

18:47
13 Dekabr

Premyer Liqa: “Şamaxı” “Zirə”yə, “Sabah” “Turan Tovuz”a qalib gəlib  

18:32
13 Dekabr

Qərbi Azərbaycan İcmasının Ağsaqqallar Şurasının ilin yekunlarına dair hesabat yığıncağı keçirilib  

17:59
13 Dekabr

Milli Aviasiya Akademiyasında Böyük Britaniya ilə əməkdaşlığın genişləndirilməsinə dair görüş keçirilib  

17:06
13 Dekabr

Qahirədə 8-ci beynəlxalq İdman Sənayesi və İnvestisiya Forumu işə başlayıb  

16:55
13 Dekabr

Hərbi attaşelərlə cari ilin yekununa dair toplantı keçirilib

16:25
13 Dekabr

Prezident Ərdoğan: Rusiya ilə Ukrayna arasında sülh uzaqda deyil və biz bunu görürük  

16:09
13 Dekabr

Ukrayna saytında Ümummilli Lider Heydər Əliyevin anım günü ilə bağlı məqalə dərc edilib  

15:45
13 Dekabr

Rumıniyada məhkəmə sistemində kəskin islahatlar gözlənilir  

15:31
13 Dekabr

Ali Məclisin Hüquq siyasəti komitəsinin iclası keçirilib

15:09
13 Dekabr

Analitik: Avropa Ukraynadan başlayaraq strateji muxtariyyətini bərpa etməlidir

15:01
13 Dekabr

Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb  

14:36
13 Dekabr

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir - XƏBƏRDARLIQ

14:31
13 Dekabr

DGK: Mobil telefonda gizlədilmiş qızıl külçələr aşkarlanıb

14:19
13 Dekabr

Ümummilli Lider Heydər Əliyevin anım günü ilə bağlı Belarus Milli Kitabxanasının binası videoproeksiya edilib

13:57
13 Dekabr

Bakıda “16-cı NATO günləri” keçirilib  

13:45
13 Dekabr

QMİ sədri BMT Sivilizasiyalar Alyansının XI Qlobal Forumunda iştirak edəcək

13:42
13 Dekabr

Azərbaycanla ABŞ arasında enerji əməkdaşlığının yeni mərhələyə yüksəldilməsi müzakirə edilib

13:13
13 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!