27 Noyabr 2022 02:04
1704
SİYASƏT
A- A+
Qətiyyətli və prinsipial mövqe

Qətiyyətli və prinsipial mövqe

 

Azərbaycan heç bir ölkə ilə, heç bir beynəlxalq qurumla Qarabağdan danışmaq fikrində deyil

 

44 günlük müharibədə torpaqlarını işğaldan azad edən Azərbaycanın yaratdığı əsas reallıqlardan biri Dağlıq Qarabağ münaqişəsinə son qoyulmasıdır. 
Münaqişənin başa çatması ilə 30 ilə yaxın müddətdə bir iş görməyən, əslində isə işğal siyasətinə dəstək verən Minsk qrupunun ömrü başa çatdı. Artıq yeni reallıqlar müstəvisində nə Qarabağın, nə də keçmiş Minsk qrupunun adı çəkilir.

 

Azərbaycanın daxili işi müzakirə predmeti deyil

 

ATƏT-in Minsk qrupunun edə bilmədiklərini Azərbaycan güc yolu ilə təmin etdi. Artıq Azərbaycan ərazi bütövlüyünü təmin edib. 30 ilə yaxın bir müddətdə öz vəzifələrini yerinə yetirə bilməyən Minsk qrupunun  da fəaliyyətinə ehtiyac yoxdur və müharibənin başa çatmasından sonra bu missiya faktiki olaraq dayanıb. Bununla belə zaman-zaman, xüsusən də Fransa tərəfindən Minsk qrupu gündəmə gətirilsə də, artıq bu format dəfn olunub, tarixə qovuşub. 
İndiyə qədər istər Rusiyanın, istər Avropa İttifaqının vasitəçilyi ilə keçirilən görüşlərdə yalnız və yalnız Azərbaycanla Ermənistan arasında  münasibətlərin normallaşdırılmasından, İrəvanın üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsindən bəhs olunub. 
Ermənilərin iddia etdikləri Qarabağa status məsələsi də müzakirə mövzusu deyil. Bu görüşlərdə  keçmişdə qalmış Minsk qrupunun da adı çəkilmir. Məsələn, son olaraq Soçi görüşündə imzalanan bəyanat da göstərdi ki, Azərbaycan Vətən müharibəsindən sonra yaranmış yeri reallıqlardan irəli gələrək maraqlarını qətiyyətlə təmin edir. Görünən odur ki, Prezident İlham Əliyevin yürütdüyü diplomatiya nəticəsində müharibənin başa çatmasından sonra yaranan bu reallıqlar siyasi mərkəzlər tərəfindən qəbul edilir. 
Bəli, Vətən müharibəsində torpaqlarımızın işğaldan azad edilməsi ilə status söhbətləri də birdəfəlik bağlandı. Ölkəmizin ərazisində yaşayan ermənilərin məsələsi isə Azərbaycanın öz daxili işidir. Noyabrın 25-də ADA Universitetində keçirilən "Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat" mövzusunda beynəlxalq konfransda iştirakçıların suallarını cavablandıran Prezident İlham Əliyev bir daha bu mövzuya toxunaraq deyib: "İkinci Qarabağ müharibəsindən sonra Ermənistanda müəyyən illüziya yaranıb ki, onlar bizimlə Qarabağla bağlı danışmağa davam edəcəklər. Biz əvvəldən demişdik ki, bu, qətiyyən mümkün deyil. Biz heç bir ölkə ilə, heç bir beynəlxalq qurumla Qarabağdan danışmaq fikrində deyilik. Qarabağ münaqişəsi həll olunub, bu, bizim ərazimizdir, hamı tərəfindən tanınır və bizim daxili işimizdir". 
Xatırladaq ki,  noyabrın 17-də Avropa İttifaqının Şərq Tərəfdaşlığı üzrə xüsusi elçisi Dirk Şuebelin rəhbərlik etdiyi, Avropa İttifaqının və bir sıra üzv ölkələrin Şərq Tərəfdaşlığı üzrə məsul şəxslərinin daxil olduğu nümayəndə heyətini qəbul edərkən də Prezident İlham Əliyev qeyd etmişdi ki, Ermənistanın Azərbaycanda erməni azlığına aid məsələləri sülh sazişinə salmaq istəməsi mümkün deyil, ölkəmiz buna razılıq verməyəcək.

 

Sülh prosesinin pozulması Ermənistana baha başa gələcək

 

Azərbaycanın Ermənistanla münasibətlərin normallaşdırılması ilə bağlı mövqeyi aydın və dəqiqdir.  Bu məsələdə Azərbaycanın mövqeyi beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanır, sülhün əldə olunmasına xidmət edir. Lakin üzərinə götürdüyü öhdəliklərə və üçtərəfli görüşlərdəki razılaşmalara rəğmən Ermənistan normallaşma prosesinə və bölgədə sülhün bərqərar olması səylərinə maneçilik törədir. Ermənistana pozuculuq fəaliyyətində əsas  dəstək verən isə Fransadır.
Qeyd edək ki, oktyabrın 6-da keçirilən Praqa görüşü və Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanıması ölkəmizin Vətən müharibəsindən sonra növbəti diplomatik qələbəsi oldu.  Lakin görünən odur ki, Fransa Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması ilə razılaşmaq istəmir, yaxud bu prosesdə Azərbaycanın uğurlarını həzm edə bilmir. Çünki Fransa Prezidentinin Praqa görüşündən 6 gün sonra verdiyi müsahibəni başqa cür şərh etmək mümkün deyil. Fransa Senatının və Milli Assambleyasının təxribatçı addımları isə yalnız vəziyyətin gərginləşməsinə xidmət edir, sülh gündəliyinin həyata keçirilməsinə, iki ölkə arasında münasibətlərin normallaşmasına zərbə vurur. Bu cür qərəzli addımlar Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması prosesinə qeyri-adekvatdır. 
Bütün bunlar bir daha təsdiq edir ki, Fransanın Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesində hansısa formada iştirakı, ümumiyyətlə, mümkün deyil. Bunu Ermənistanda da dərk edirlər. Ona görə Ermənistanın baş naziri N.Paşinyanın dekabrın 7-də Brüsseldə keçirilməli olan görüşdə  Fransa Prezidentinin iştirakını da istəməsi danışıqları pozmaqdan başqa bir şey deyil. Noyabrın 25-də ADA Universitetində keçirilən "Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat" mövzusunda beynəlxalq konfransda Praqa görüşündən sonra Fransanın təxribatlarını diqqətə çatdıran Prezident İlham Əliyev bəyan etdi ki, belə bir şəraitdə Fransa Azərbaycan və Ermənistan arasında sülh danışıqlarında iştirak edə bilməz: "Onları bu formatdan kənarlaşdıran biz yox, özləri oldu. Çünki nə Rusiya, nə də Amerika, keçmiş Minsk qrupunun hansısa həmsədri heç vaxt rəsmən, yəni müharibədən sonrakı dövrdə tərəf tutmayıb, yalnız Fransa tutub. Deməli, bu o deməkdir ki, dekabrın 7-də Brüssel görüşü baş tutmayacaq və baxaq görək, hansı alternativimiz olacaq, vasitəçi kim olacaq, platforma harada olacaq. Mən Ermənistanın baş nazirinin bu qərarını sülh prosesini pozmaq cəhdi hesab edirəm, çünki onlar təsəvvür edə bilərdilər ki, biz buna qarşı olacağıq". 
Azərbaycan Vətən müharibəsindəki yeni reallıqlar müstəvisində maraqlarını qətiyyətlə təmin edir. İndiyədək keçirilmiş görüşlərin məntiqi sonluğu sülh sazişi olmalıdır. Bu prosesdə isə ermənilərin Qarabağla bağlı iddialarına yer yoxdur. Ona görə Prezident İlham Əliyevin qeyd etdiyi kimi, ola bilsin ki, Ermənistan tərəfi heç bir nəticəyönümlü ssenari olmadan prosesi sonsuz etmək üçün işğal zamanı da istifadə etdiyi köhnə taktikadan istifadə etmək qərarına gəlib. 
Ermənistanın köhnə taktikasının sonu isə Vətən müharibəsindən yaxşı məlumdur.  Bu mənada sülh prosesinin pozulması Ermənistana baha başa gələcək.

Rəşad CƏFƏRLİ,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Nizami Kino Mərkəzində “The Oligarch’s Design” sənədli filminin nümayişi olub  

21:58
19 Dekabr

Azərbaycan–ABŞ Strateji Tərəfdaşlıq Xartiyası üzrə Strateji İşçi Qrupunun ilk iclası keçirilib  

21:29
19 Dekabr

Rubio: Rusiya-Ukrayna üzrə danışıqlarda irəliləyiş əldə olunub  

21:13
19 Dekabr

Marko Rubio Ermənistan-Azərbaycan münaqişəsinin həllində ABŞ-ın iştirakından danışıb  

21:09
19 Dekabr

Avropa Parlamenti sülh prosesinə zərbə vurmağa çalışır

21:04
19 Dekabr

Ermənistan vətəndaşlarının məhkəməsi təqsirləndirilən şəxslərin son söz çıxışları ilə davam etdirilib  

20:47
19 Dekabr

Ali Məclisin 2025-ci il payız sessiyasının növbəti iclası keçirilib  

20:36
19 Dekabr

Türk Ədliyyə Təlim Şəbəkəsinə üzv ölkələrin nümayəndələri ilə Baş Prokurorluqda görüş keçirilib  

20:12
19 Dekabr

Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb  

19:49
19 Dekabr

Səhiyyə Nazirliyində beynəlxalq aləmdə yüksək nüfuza malik olan tibb mütəxəssisləri ilə görüş keçirilib  

19:41
19 Dekabr

Milli Məclisdə “İxtisaslı kadr hazırlığı aqrar sektorun inkişafının əsasıdır” mövzusunda ictimai dinləmə keçirilib  

19:31
19 Dekabr

Ali məktəblərə qəbul və buraxılış imtahanlarında iştirak etmək üçün texniki vasitələr hazırlayan və satan təqsirləndirilən şəxslər barədə ibtidai istintaq tamamlanıb  

19:26
19 Dekabr

Ombudsman Aparatında milli amputant futbol komandasının uğurları müzakirə olunub  

19:03
19 Dekabr

Beynəlxalq “AnewZ” televiziya kanalı “The Oligarch’s Design” sənədli araşdırma filmini təqdim edəcək 

18:57
19 Dekabr

Azərbaycan Respublikası Dövlət Neft Fondunun Müşahidə Şurasının iclası keçirilib 

18:53
19 Dekabr

Bu il Müdafiə Nazirliyinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinə 72 min 703 vətəndaş müraciəti daxil olub

18:44
19 Dekabr

Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevdən  

18:25
19 Dekabr

Müdafiə Nazirliyində media nümayəndələri ilə seminar keçirilib  

18:23
19 Dekabr

Ağdamda Manas Dastanı Günü və Beynəlxalq Dağlar Günü qeyd edilib  

18:16
19 Dekabr

Avropa Parlamentinin növbəti riyakarlığı

18:07
19 Dekabr

Elm və təhsil naziri Ağcabədidə vətəndaşların müraciətlərini dinləyib  

18:06
19 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!