23 Dekabr 2025 11:34
184
SİYASƏT
A- A+
Qətiyyətli Lider!  

Qətiyyətli Lider!  


Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə xalqımız misilsiz nailiyyətlərə imza atmışdır. Ötən dövrdə həyata keçirilmiş ardıcıl və məqsədyönlü siyasi kurs ölkəmizin sürətli və dayanıqlı inkişafını, güclü iqtisadi potensialın formalaşmasını, müasir cəmiyyət quruculuğunu, vətəndaşların rifahını, təhlükəsizlik və müasir ordu quruculuğu kimi məsələlərin effektiv həllini təmin etmiş, ölkəmizin beynəlxalq nüfuzu yüksəlmiş, dünyada strateji əhəmiyyəti artmışdır.

Prezident İlham Əliyev Ulu öndər Heydər Əliyevin şah əsəri olan Azərbaycanın quruculuq salnaməsini inkişaf etdirən, yeni uğurlar yazan, daim Zirvəyə daşıyan və müasir siyasətimizdə alternativi olmayan yeganə Liderdir. O, Azərbaycanın milli qürur mənbəyi, dövlətçiliyimizin simvoludur. Azərbaycan Onun Siyasi uzaqgörənliyinin, müdrik dühasının və əsl lider məharətinin sayəsində müstəqil, suveren dövlət kimi adını müasir tarixinizə qızıl hərflərlə yazdırmışdır. 

Cənab İlham Əliyev 1995-2000-ci illərin əvvəlində yetkin siyasi lider, böyük siyasətə hazır şəxsiyyət kimi regional və planetar statusda qəbul edilirdi. Heydər Əliyev kimi nəhəng strateqin unikal idarəçilik məktəbində yetişməsi növbəti mərhələdə Azərbaycanın dövlət idaretmə institutunun qeyd-şərtsiz Ona həvalə edilməsini şərtləndirirdi. Ulu öndər 2003-cü il oktyabrın 1-də Azərbaycan xalqına müraciətində prezident seçkilərində öz namizədliyini İlham Əliyevin xeyrinə geri götürərəkən nikbin tərzdə bildirirdi ki, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası Sədrinin I müavini İlham Əliyev qarşıda duran bütün məsələləri başa çatdıracaq: “O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”.

Xalq Heydər Əliyev yolunun yeganə əmanəti olan cənab İlham Əliyev ətrafında yekdilliklə birləşərək 2003-cü il oktyabrın 15-də keçirilən prezident seçkilərinə dərin etimadını nümayiş etdirdi. Bununla da Azərbaycanın ictimai-siyasi həyatında əlamətdar hadisə, yeni mərhələ başlandı. 

Prezident İlham Əliyev çalışdığı mötəbər dövlət vəzifəsində hər zaman xalqa arxalanıb, güc alıb, xalqın iradəsi ilə irəliyə addımlayıb. Atdığı hər addımda milli maraq və mənafeləri, vətəndaşların həyatını uca tutub, siyasi ömrünü dövlətimizə və xalqımıza fəda edib. Dövlətin ali kürsüsündə ölkənin qarşısında dayanan bütün məsələlərin necə və hansı yolla həll edilməsini hər kəsdən yaxşı bilirdi. Onun ən ali amalı, müqəddəs ideyası, bir nömrəli vəzifəsi torpaqlarımızı erməni işğalından azad etmək idi. Oktyabrın 31-də andiçmə mərasimində də bu taleyüklü məsələni ən birinci manifesti kimi elan etdi: “Biz Azərbaycanı zəngin, qüdrətli dövlətə çevirəcəyik, iqtisadi potensialı ordumuzun ən yüksək standartlara cavab verməsinə və qarşıda duran bütün vəzifələri yerinə yetirməsinə yönəldəcəyik. Azərbaycan öz doğma torpaqlarını nəyin bahasına olursa-olsun, azad edəcəkdir”.

Cənab İlham Əliyev ali vəzifəsinə başladığı ilk gündən bütün gücünü və vaxtını müqəddəs arzusu olan torpaqlarımızın erməni tapdağından azad edilməsinə sərf etdi, ölkəmizin güclənən iqtisadi potensialı ardıcıl olaraq peşəkar ordu quruculuğuna yönəltdi. Eyni zamanda, bütün Azərbaycan cəmiyyətini vahid amal ətrafında səfərbər etdi. Beynəlxalq təşkilatların ədalətsizliyi, riyakarlığı, hətta təzyiq və təxribatları qarşısında əyilməz vüqarı ilə dik durdu. O, təkcə Ermənistanla deyil, onun havadarları ilə siyasi-diplomatik, informasiya cəbhəsində mübarizə aparırdı. 

Prezident İlham Əliyev mahir siyasət və idarəretmə ustası, uzman diplomat, etibarlı və etimadı yüksək olan şəxsiyyətdir. Adı və nüfuzu Azərbaycanın hüdudlarını aşaraq planetar miqyas aldığından ölkəmizin dostlarının sayı qat-qat artmışdır. Onun siyasi müdrikliyi Azərbaycana etibarlı beynəlxalq tərəfdaşlar qazandırıb. Türk Dövlətləri Təşkilatı, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, MDB və digər qurumlarda Azərbaycanın haqq səsinə qoşulan yaxın müttəfiqlərinin sayını artırıb. O, dünyada haqsızlıqlara rəğmən, beynəlxalq ali tribunalardan Ermənistana sonu yaxşı olmayacaq xəbərdarlığını bəyan edirdi. 

Cənab Prezident 17 il ərzində heyrətamiz təmkinini qorusa da yenilməz qətiyyətlə, möhkəm iradə ilə yekun bəyanatını verdi: “Biz heç vaxt bu işğalla barışmayacağıq. Azərbaycan ərazilərində ikinci erməni dövləti yaradılmayacaq. Bizim səbrimizin də həddi var!”.

Ali Baş Komandan hərbi-diplomatik zəkası və fədakarlığı sayəsində qurduğu nümunəvi orduya, yenilməz Silahlı Qüvvələrimizə güvənərək Zəfər hərəkatına başladı, cəmi 44 gün ərzində düşmənin illərlə yaratdığı “məğlubedilməz ordu” mifini bütün dünyanın gözü qarşısında fiaskoya uğratdı. 23 saatlıq peşəkar manevrlərlə Xankəndidəki terror yuvasının kökünü kəsərək erməni faşizminin Azərbaycan ərazilərində əbədi məhvinə səbəb oldu.  O, Azərbaycan xalqının qürurunu bərpa etdi, başını ucaltdı. Dünyanın hər yerində azərbaycanlılar başı dik, ləyaqətlə gəzir. 

Prezident İlham Əliyev təkcə 10 milyon Azərbaycan vətəndaşının rəhbəri deyil. O, 50 milyonluq Dünya Azərbaycanlılarının lideridir. O, Azərbaycanın tarixinin siyasi yaddaşı, dövlətçiliyimizin Simasıdır. Cənab İlham Əliyev son 200 illik tariximizdə yeganə şəxsiyyət, siyasi lider kimi adını düşmən tərəfindən işğal olunmuş ərazilərin azad edilməsinə və geri qaytarılmasına nail olan Xilaskar kimi yazdırmaqla Azərbaycan tarixinin Zəfər salnaməsidir.

Müasir gənclik, gələcək nəslin nümayəndələri məhz Ali Baş Komandanın Zəfər manifesti sayəsində əbədi dinclik, əmin-amanlıq tapıb, gələcək xoş və əbədi səadətini qurmaqdadır. Bu gün 86.6 min kv.km ərazisinin hər bir nöqtəsində müqəddəs Azərbaycan Bayrağının dalğalanması Müzəffər Ali Baş Komandanını əsl Sərkərdə qabiliyyətinin, Böyük Qəhrəmanlığının rəmzi hesab edilə bilər. 

Qalibiyyət missiyasının növbəti səhifəsini azad ərazilərdə davam etdirən cənab Prezident 5 ildir ki, Böyük Qayıdışın yeni uğurlarını yazır, eyni zamanda regionun böyük bir əməkdaşlıq quruculuğu arxitekturasını qurur, geosiyasi landşaftının dəyişməsinə səbəb olmaqdadır. Onun siyasi istedadı və potensial imkanları Cənubi Qafqaz və yaxın regionla məhdudlaşmır və hədsiz böyük bir siyasi coğrafiyanı əhatə edir. Praktik olaraq siyasi sistemə gətirdiyi yeni davranış modeli qlobal səviyyədə qəbul olunur. Onunla beynəlxalq səviyyədə, ən mötəbər siyasi arenalarda hesablaşırlar, məsləhətləşirlər, məsləhət alırlar, birgə xoşniyyətli yollar cızırlar.

Təvazökarlıqdan uzaq olsa da etiraf etmək lazımdır ki, bəzi dövlət başçıları Ona oxşamağa çalışır, Ondan öyrəndiklərini etiraf edirlər. Serbiya Prezidenti Aleksandr Vuçiçin dəfələrlə Prezident İlham Əliyevin dövlət başçısı kimi məharətinə heyranlığını xatırlatmaq yerinə düşür. Cənab Vuçiç qeyd edir ki, “Prezident İlham Əliyevin sözünə istənilən imzadan daha çox etibar etmək olar”. Yaxud, Macarıstanın baş naziri Viktor Orban beynəlxalq arenada necə və daha çox uğur qazanmağın yollarının İlham Əliyevdən öyrənilməli olduğunu söyləyib. “Mən son on ildə Prezident Əliyevdən o qədər çox şey öyrənmişəm ki, olduqca mürəkkəb mühitdə ölkəyə necə yaxşı rəhbərlik etmək lazımdır. Mən ondan beynəlxalq arenada mülayim şəkildə necə daha da uğurlu olmağı öyrənməliyəm”.

Qardaş Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğanın fikrincə, İlham Əliyevin rəhbərliyi sayəsində Azərbaycan bölgədə cazibə mərkəzinə çevrilib. Digər ölkələrin rəhbərləri də Azərbaycan Prezidentinin nadir siyasi keyfiyyətlərinə heyranlıqlarını ifadə ediblər. Hətta bəzi xarici siyasi liderlər Onun bu qədər geniş hüdud alan siyasi qüdrətindən, qlobal təşəbbüskarlığından, geriçəkilməz prinsipial diplomatik hünərindən ehtiyat edərək qısqanırlar. Bəzi hallarda Ona qarşı açıq müşayiət edilən ədalətsiz davranışların səbəbi də məhz İlham Əliyevin siyasi nəhəngliyindən, bənzərsiz Liderliyindən, qlobal coğrafiyada Sözünə və İmzasına sadiqliyindən qaynaqlanır. 

Xalqımız möhtərəm Prezidentimizin möhtəşəm siyasi qüdrətindən, zəngin idarəçilik irsindən uzun illər bəhrələnmək və öz gələcək firavanlığını qorumaq üçün 2024-cü il fevralın 7-də keçirilən növbədənkənar prezident seçkilərində   Onu dəstəkləyərək dərin etimadını nümayiş etdirdi. Bu düzgün seçimlə ölkəmizin yeni inkişaf mərhələsi başlandı.

Prezidentin mizanı pozulmuş dünya siyasətində gətirdiyi müasir baxış və mütərəqqi yanaşmalar və məharətlə irəliyə daşıdığı humanist diplomatiya regional və beynəlxalq həmrəyliyə töhfələr verməkdədir. Biz bunun növbəti qürurverici anını ötən ilin noyabr ayında ölkəmizdə keçirilən COP29 sessiyasında gördük, dünya liderləri Onun peşəkar təşkilatçılıq qabiliyyətini iqlim diplomatiyasında dönüş nöqtəsi kimi qiymətləndirdi. 

Cənab İlham Əliyev son 22 ildə çoxşaxəli fəaliyyəti, siyasi qətiyyət və iradəsi, həyata keçirdiyi müstəqil siyasət kursu ilə hər bir Azərbaycanlının arzu və istəyini gerçəkləşdirib. Onun tarixi-siyasi statusu, Lider kimi Azərbaycan qarşısında gördüyü işlərin miqyası 22 illik tariximizdən daha böyükdür. Hər bir azərbaycanlı qəti əmindir ki, müstəqil Azərbaycan Prezident İlham Əliyevin liderliyi ilə daha böyük zəfərlər qazanacaq! 

 

Samir VƏLİYEV,

Milli Məclisin deputatı

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Rusiyanın “VTB Bank” Publik Səhmdar Cəmiyyətinin prezidenti, İdarə Heyətinin sədri Andrey Kostindən  

15:37
23 Dekabr

Beynəlxalq Cüdo Federasiyasının prezidenti Marius Vizerdən  

14:58
23 Dekabr

Baş Prokurorluq Mingəçevirdə regional konfrans keçirib  

14:55
23 Dekabr

Prezident İlham Əliyev Xankəndinin Kərkicahan qəsəbəsində olub FOTOLAR YENİLƏNİB

13:58
23 Dekabr

Mənzil-kommunal Təsərrüfatı Müəssisəsinin Nümunəvi Nizamnaməsi təsdiq edilib  

13:53
23 Dekabr

Ədliyyə orqanları işçilərinin qulluq illərinin hesablanması qaydasında dəyişiklik edilib  

13:47
23 Dekabr

İçərişəhər və Qala qoruqlarında mədəni irsin mühafizəsi və təbliği istiqamətində görülən işlər təqdim olunub - YENİLƏNİB  

13:42
23 Dekabr

Naxçıvanda Dövlət qurumlarının İT rəhbərlərinin VII Zirvə toplantısı keçirilib - YENİLƏNİB  

13:41
23 Dekabr

Sabah bəzi yerlərdə yağış yağacaq  

13:19
23 Dekabr

Milli Məclisin növbəti iclasının vaxtı məlum olub

13:18
23 Dekabr

İKTA internet provayderlərinin internet sürət göstəricilərini dərc edib  

13:17
23 Dekabr

Bakı-Tbilisi-Ceyhan kəməri ilə Türkiyə ərazisindən nəql olunan neftin həcmi açıqlanıb  

13:16
23 Dekabr

“Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Qanuna dəyişiklik edilib  

13:15
23 Dekabr

Azərbaycan-Türkmənistan strateji tərəfdaşlıq münasibətləri 2025-ci ildə daha da möhkəmlənib  

13:14
23 Dekabr

“Ümumi təhsil haqqında” Qanuna təklif edilən dəyişikliklər üçünü oxunuşda təsdiqlənib  

13:13
23 Dekabr

Avropa Azərbaycanlıları Konqresinin fəxri prezidenti Natiq Ağamirovdan  

13:08
23 Dekabr

Rusiya Federasiyasının senatoru İlyas Umaxanovdan  

13:05
23 Dekabr

Rusiya Federasiyasının Həştərxan vilayətinin qubernatoru İqor Babuşkindən  

13:02
23 Dekabr

BDYPİ: Piyada keçidlərində diqqətsizlik ağır nəticələrə yol açır

13:01
23 Dekabr

Azərbaycan və Oman diplomatik, xüsusi və xidməti pasport sahibləri üçün viza rejimini ləğv edir  

12:53
23 Dekabr

Nazir müavini: Qarabağ, Şərqi Zəngəzur və Naxçıvanın yaşıl enerji potensialının reallaşdırılması üçün infrastrukturun yenilənməsi əsas prioritetlərimizdəndir  

12:44
23 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!