23 Dekabr 2025 08:40
190
SİYASƏT
A- A+
Avropa Parlamenti bölgədə sülhün və təhlükəsizliyin təmin edilməsinə zərbə vurmağa çalışır

Avropa Parlamenti bölgədə sülhün və təhlükəsizliyin təmin edilməsinə zərbə vurmağa çalışır


Avropa Parlamentinin (AP) deputatları çox yaxşı bilirlər ki, Azərbaycanda yaşayan bütün vətəndaşlara, onun milli, etnik və dini mənsubiyyətindən asılı olmayaraq, bərabər münasibət sərgilənir, hüquqları qorunur və azadlıqlar təmin olunur.

Prezident İlham Əliyevin qanunvericilik təşəbbüsü qaydasında irəli sürdüyü və Milli Məclis tərəfindən qəbul edilən "Konstitusiya və Suverenlik İli" münasibətilə amnistiya elan edilməsi haqqında Milli Məclisin qərarı da dövlətin öz vətəndaşına göstərdiyi humanist və bərabər münasibətin göstəricisidir. 

Bu barədə "Azərbaycan" qəzetinə açıqlamasında məlumat verən Milli Məclisin deputatı, parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Azər Badamov bildirib ki, müstəqilliyimizin möhkəmlənməsini, dövlətimizin güclənməsini və xalqımızın sabitlik və rifah içində yaşamasını istəməyən, bundan narahat olan dairələr hər zaman olduğu kimi, yenə də öz repertuarını dəyişmək istəmir: "Avropa Parlamenti Azərbaycanı qəsdən hədəf almaqdan əl çəkmir. Özü də reallıqları kontekstdən çıxardaraq, maraqlarına cavab verən formada hərəkətə keçir. Sual  olunur, niyə məhz son zamanlar Azərbaycana qarşı sərt ritorika və addımlar yenidən aktuallaşıb? AP-nin 18 dekabr 2025-ci il tarixli qətnaməsi qərəzdən, iftiradan, milli heysiyyatımıza toxunmaqdan başqa bir şey deyil". 

Deputat  qeyd edib ki, AP Azərbaycana qarşı qondarma "siyasi məhbus" iddiası ilə çıxış edir, milli zəmində qarşıdurma yaratmaq kimi çirkin məqsəd güdür: "Azərbaycanda siyasi motivli və yaxud da hansısa etnik kimliyə malik olma faktı üzrə məhbus yoxdur. Bundan heç söhbət də gedə bilməz. AP hətta bir az belə ədalətli olsaydı, bu günlərdə 20 min nəfərə şamil olunan amnistiya aktının qəbulunu təqdir edərdi. Onlara Azərbaycan vətəndaşının haqqının müdafiəsi maraqlı deyil. Görünən odur ki, avropalı parlamentarilər sadəcə onların Azərbaycana uzadılan əllərinin kəsilməsindən narahatdırlar. Təbii ki, dövlətə və dövlətin qanunlarına əks gedən hər bir kəs qanun qarşısında məsuliyyət daşımalıdır". 

Azər Badamovun sözlərinə görə, AP-nin bu addımı həmçinin vətəndaş cəmiyyəti nümayəndələri vasitəsilə möhkəmləndirilməyə çalışılan etimad mühitinin gedişatına zərbədir. Avropa Parlamenti bu ritorika vasitəsilə gələcək tərəfdaşlıq müqaviləsində ehtiva ediləcək məsələləri artıq təzyiq əsasında formalaşdırmağa çalışır, şərt qoyur, şantaj edir. Bu təşkilat qəbul etdiyi qətnamədə səsləndirilən ritorika ilə Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələri vasitəsilə möhkəmləndirilməyə çalışılan etimad mühitinin gedişatının qarşısını almağa çalışır.  AP-nin bu münasibəti yalan və qərəz, iftiradan başqa bir şey deyildir, proseslərin gedişatını kontekstdən uzaqlaşdırmaq cəhdi daşıyır. Bu, bölgədə sülhün və təhlükəsizliyin təmin edilməsi amalına vurulan zərbə olmaqla yanaşı, sifarişli tərəflərin, maraqlı qüvvələrin təxəyyülünün məhsuludur.

"Azərbaycana qarşı qərəzli qətnamələr qəbul edən Avropanın özündə azad fikir ifadə edən insanların təqib edildiyini, etirazını bildirmək üçün aksiyalara qoşulanların atların təpikləri altına salındığını və itlərin etirazçıların üstlərinə buraxılması hallarını az müşahidə etməmişik. Avropalı parlamentarilər, həqiqətən, insan haqlarından danışırsa, niyə öz ərazilərində haqları pozulan avropalıların hüquqlarının müdafiəsindən heç vaxt bəhs etmirlər?

AP-nin Azərbaycan haqqında qəbul etdiyi qərəzli qətnamə ilə bağlı Milli Məclis bəyanat qəbul edib. Avropalı parlamentarilər Ermənistanda uzun illər ərzində vətəndaşların tapdalanmış haqları haqqında heç vaxt səslərini çıxarmayıblar. Amma Azərbaycana qarşı qərəzli münasibət daim fəailiyyətlərində əsas xətt təşkil edib. Azərbaycan Respublikası Milli Məclisi avropalı deputatların öz müstəqlliyini təmin edərək firavan və təhlükəsiz həyat təmin etmiş ölkəmizə diktə ritorikası ilə ittiham etmək istəklərini kəskin pisləmişdir.

Deputat qeyd edib ki, AP-nin qəbul etdiyi kağız parçaları xalqımızı və dövlətimizi yolundan və özünün ədalətli mövqeyindən heç vaxt çəkindirə bilməz. Əksinə, belə qərəz və ikili standartlarla qarşılaşmağımız bizi daha da birləşdirir və mübariz edir.


Rəşad CƏFƏRLİ,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Vəkillər Kollegiyası intizam pozuntusuna yol verən 6 vəkillə bağlı qərar qəbul edib  

17:04
23 Dekabr

Xocalının Ballıca kəndində ofis mebelləri və mebel aksesuarlarının istehsalı müəssisəsi açılıb YENİLƏNİB  

16:55
23 Dekabr

Prezident İlham Əliyev Kərkicahan qəsəbəsində buraya köçən sakinlərlə görüşüb YENİLƏNƏCƏK 

16:53
23 Dekabr

“Xankəndi-1” elektrik yarımstansiyası istismara verilib YENİLƏNİB  

16:52
23 Dekabr

Rusiyanın “SAFMAR” Qrupu” Səhmdar Cəmiyyətinin prezidenti Mixail Qutseriyevdən  

16:50
23 Dekabr

Ədliyyə nazirinin müavini bölgələrdə yaşayan vətəndaşların müraciətlərini dinləyib

16:41
23 Dekabr

Ermənistan vətəndaşlarının məhkəməsi təqsirləndirilən şəxslərin son söz çıxışları ilə davam etdirilir  

16:39
23 Dekabr

Dövlətimizin başçısı Qarabağ Universitetinin Biznes və iqtisadiyyat fakültəsinin binasının açılışında iştirak edib YENİLƏNİB  

16:28
23 Dekabr

Cevdet Yılmaz: Türkiyə COP31-in keçirilməsində Azərbaycanın təcrübəsindən istifadə edəcək  

16:27
23 Dekabr

Kənd təsərrüfatı nazirinin müavini Şəkidə vətəndaşların müraciətlərini dinləyib  

16:26
23 Dekabr

Viktor Orban: Ukrayna ilə bağlı ABŞ-Rusiya danışıqları sülhlə nəticələnə bilər  

16:25
23 Dekabr

Kərkicahan qəsəbə 1 nömrəli tam orta məktəbin binası əsaslı təmirdən sonra istifadəyə verilib YENİLƏNİB  

16:24
23 Dekabr

Azərbaycan və Mərakeş uşaqların rəqəmsal mühitdə müdafiəsi üzrə əməkdaşlığı gücləndirir  

16:22
23 Dekabr

Bölgələrdə yeni DOST mərkəzləri tikilir  

16:21
23 Dekabr

Prezident İlham Əliyev Xankəndidə Qarabağ Universitetinin Mühəndislik fakültəsinin binasının təməlini qoyub YENİLƏNƏCƏK  

16:20
23 Dekabr

Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifdən  

16:00
23 Dekabr

İran tərəfi ailə, qadın və uşaq məsələləri üzrə Azərbaycanla birgə əməkdaşlıq təklif edib  

15:59
23 Dekabr

Azərbaycan QHT-ləri ABŞ-ın Lemkin İnstitutunu üzr istəməyə çağırır  

15:56
23 Dekabr

Azərbaycan ilə Türkiyə arasında dini sahədə əməkdaşlıq məsələsi müzakirə olunub  

15:55
23 Dekabr

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvlərindən

15:53
23 Dekabr

Rusiya Federasiyası Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedevdən  

15:52
23 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!