23 May 2025 08:35
1111
SİYASƏT
A- A+
Qətiyyət ədaləti təmin etdi

Qətiyyət ədaləti təmin etdi


Diplomatik əlaqələr haqqında Vyana Konvensiyasının tələblərinə əsasən, diplomatik missiya və ya səfirliyin təhlükəsizliyinin təmin edilməsi məsələsi onların yerləşdiyi dövlətin üzərinə düşür. Eyni zamanda səfirliyə qarşı edilmiş hücum və ya həyata keçirilmiş terror aktına görə cəzanın tətbiq edilməsi də müvafiq olaraq həmin ölkə tərəfindən həyata keçirilməlidir. 27 yanvar 2023-cü ildə Azərbaycanın Tehrandakı səfirliyində baş vermiş qanlı olayın günahkarı və icraçısının ədalətli şəkildə ən yüksək cəzaya məhkum edilməsi rəsmi Bakının ilk gündən üzərində dayandığı qəti mövqeyi idi. 

Dövlət vətəndaşdan başlayır. Bu prinsipin aliliyinin qorunması ölkə rəhbərinin fəaliyyətinin və həyata keçirdiyi siyasətin başlıca amalıdır. Azərbaycanın problemə yanaşması beynəlxalq hüququn tələb və prinsiplərinə əsaslanmaqla yanaşı, həm də ədalətin bərqərar olması istəyindən irəli gəlirdi. Bölgəmizdə sülh və əmin-amanlıqdan, regional təhlükəsizlikdən, mehriban qonşuluq münasibətlərindən danışılırsa, dərin tarixə əsaslanan dövlətlərarası əlaqələrin daha sağlam məcrada davam etməsi üçün bu kimi cinayətləri törədənlərin cəzalandırılması və ədalətin bərpası mütləqdir. Məhz bu səbəbdəndir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə problemlə bağlı həyata keçirilən qətiyyətli, eyni zamanda səbirli, davamlı və ardıcıl siyasət ədalətin bərqərar olmasına və məntiqlə dövlətlər arasındakı çoxşaxəli münasibətlərə kölgə salacaq terror aktının icraçısının cəzalandırılmasına yönəlmişdir. 

Terroru həyata keçirənin ən yüksək cəzaya məhkum edilməsi Azərbaycan dövlətinin və Prezident İlham Əliyevin hər bir vətəndaşının yanında olduğunu, istənilən fərdin təhlükəsizliyinin təminatı məsələsinin ən ali vəzifə hesab edildiyinin bariz nümunəsidir. Prezident İlham Əliyevin bu kimi məqamlara həssas və dönməz reaksiyası bir daha sübut edir ki, Azərbaycan dövlətinin əsasını onun vətəndaşı formalaşdırır. Vətəndaşın firavan yaşayışı, hüquqlarının təmin olunması və sosial rifahı Əsas Qanunumuz - Konstitusiyamız ilə təsbit edilmiş hüquqlarıdır.  

Prezident İlham Əliyev dövlət rəhbəri kimi daim vətəndaşının hüquqlarının öz fəaliyyətinin ən əsas və prioritet amalı olduğunu nümayiş etdirib. Söhbət istər Tehrandakı səfirliyimizə edilmiş hücum nəticəsində həlak olmuş və yaralanmış vətəndaşlarımızdan getsin, istərsə də daha geniş anlamda bütün xalqımızın təhlükəsizliyindən. Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlətimizin, Müzəffər Ordumuzun torpaqlarımızın Ermənistan tərəfindən illərlə davam edən işğalına son qoyması Azərbaycan xalqının tapdanmış və beynəlxalq aləm tərəfindən qulaqardına vurulmuş fundamental hüquqlarının bərpasıdır. 30 ilə yaxın davam edən işğal və istibdad yüzminlərlə azərbaycanlını yurdsuz-yuvasız, evsiz-eşiksiz qoyaraq onların öz ölkəsində qorxmadan və firavan yaşayışı, əmək fəaliyyəti kimi hüquq və azadlıqlarının pozulması demək idi. Onminlərlə soydaşımızın qətlə yetirilməsi Azərbaycan xalqının genofonduna qarşı yönəlmiş qəsd və soyqırımı aktıdır.

İşğal dövründə Azərbaycan öz vətənində yurdundan didərgin düşmüş və məcburi köçkün statusu ilə yaşayan vətəndaş sayına görə ən yüksək göstəriciyə malik ölkə idi. Bu, insan hüquqlarının kütləvi şəkildə pozulması ilə yanaşı, beynəlxalq hüququn tapdaq altında olması, ona qarşı hörmətsizlik və saymazlığın aşkar göstəricisi idi. Azərbaycan Prezidentinin qətiyyəti yalnız öz vətəndaşlarının hüquqlarının deyil, həm də beynəlxalq hüququn statusunun bərpasıdır. Başqa sözlə, fərd kimi vətəndaşın və toplum, cəmiyyət olaraq xalqın təhlükəsizliyi və hüquqlarının aliliyi müasir Azərbaycan dövlətinin elan və icra etdiyi prioritet prinsipdir ki, onun reallaşmasının əsas təminatçısı da dövlət başçısıdır. 

Tehranda səfirliyimizə hücum etmiş terrorçunun edam edilməsi onu göstərir ki, Azərbaycan dövləti üçün hətta bir və ya bir neçə vətəndaşın həyatı və hüquqları digər dövlət və ya dövlətlərlə münasibətlər kimi miqyaslı prosesin mərkəzi amili rolunda çıxış edə bilər. Azərbaycan o dövlətdir ki, hətta dövlətlərarası kimi qlobal anlayışa görə bir vətəndaşının mənafeyini belə güzəştə getməyəcək qədər qətiyyətə malikdir. Bu davranış, bu xətt yalnız güclü dövlətlər tərəfindən nümayiş etdirilə bilər. Dünyanın müasir tarixində onlarca bu kimi hal var ki, qətlə yetirilmiş, girov götürülmüş və ya yoxa çıxmış vətəndaşın aqibəti dövlətin zəifliyi, qətiyyətisliyi səbəbindən naməlum qalmışdır. Diplomatik münasibətlərin kəsilməsinə belə səbəb olan xeyli sayda tarixi nümunə var ki, bunlar prinsipiallığın olmamasından həm gərginliyə yol açmış, həm də qaranlıq qalmış, çözülməmiş düyün olaraq tarixə düşmüşdür. Bu baxımdan Azərbaycan dövlətinin dünyadakı çəkisi, nüfuzu və imici yalnız siyasi gücü, iqtisadi nailiyyətləri və hərbi qüdrəti ilə deyil, həm də vətəndaşına olan münasibəti, onun təhlükəsizliyi və rifahına dair həssaslığı ilə ölçülür. Vətəndaşının hüquqlarına biganə olan dövlətə kim etimad göstərə bilər? 

Terrorçunun ən yüksək cəzaya məhkum edilməsi Azərbaycan dövlətinin məsələ ilə bağlı dönməz və dəyişilməz münasibəti ilə yanaşı, həm də regional təhlükəsizlik, mehriban qonşuluq və dövlətlərarası münasibətlərin sülhprəvər gündəminə sadiqliyindən irəli gələn yanaşmadır. Azərbaycanla İran arasında tarixə, ümumi mədəniyyət və dinə əsaslanan əlaqələrin davam etdirilməsi, daha da inkişafı üçün bu kimi faktorların neytrallaşdırılması, yəni cinayəti törədən şəxsin cəzaya məhkum edilməsi mütləq şərtdir. Bu şərtin həyata keçirilməsi həm də dövlətlər və xalqlar arasındakı isti münasibətlərin davam etdirilməsi üçün tələb olunan zəmindir. 

Mütləq halda qeyd edilməlidir ki, hadisə ilə bağlı bügünkü reallıq həm də İranın yeni Prezidenti Məsud Pezeşkianın Azərbaycanla əlaqələrə verdiyi önəmin göstəricisidir. Pezeşkianın İranın dövlət başçısı vəzifəsinə seçildiyi andan ikitərəfli münasibətlərin normallaşmasına dair verdiyi pozitiv reaksiyalar hazırkı gerçəkliyin bərqərar olmasında ciddi rola sahibdir. İranın siyasi liderinin Bakıya etdiyi uğurlu səfər xalqlarımızın mehriban qonşuluq tarixinə yeni ab-hava gətirmiş, müsbət çalarlar əlavə etmişdir. Bu səfər iki ölkə arasında olan münasibətlərin bütün sferalarına - siyasətdən tutmuş mədəniyyətə, iqtisadiyyatdan humanitar sahəyədək əlaqələrin inkişaf dinamikasına bir təkan olacaq. Biz buna Bakıda hər iki dövlət başçısının verdiyi pozitiv bəyanatlarda, səmimi ünsiyyət və münasibətlərin nümayişində əmin olduq. Məhz bu baxımdan terror olayı kimi qaranlıq məqamın, münasibətlərə ləkə olan bir faktorun aradan qaldırılmasına dövlətlərarası əlaqələrin yeni gündəmi prizmasından da baxmaq lazımdır. Əgər bir dövlət fərddən başlayırsa, dövlətlər arasındakı münasibətlər də onların qarşılıqlı olaraq bir-birlərinin vətəndaşlarına hörmətindən irəli gəlməli, təhlükəsizliklərinə verdikləri önəm üzərində qurulmalıdır. Bu gün Bakı və Tehran məhz bu prinsipin aliliyini nümayiş etdirməklə ölkələr arasındakı gələcək təmasların möhkəm təməlini qoymuş oldular. 


İradə ƏLİYEVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

“ChatGPT” daha da təkmilləşir  

13:51
19 Dekabr

Mədəni sərvətlərin korlanmasına görə cərimələr artırılır  

13:49
19 Dekabr

ABŞ-də fəaliyyət göstərən Hyuston-Bakı Qardaşlaşmış Şəhərlər Assosiasiyasının və Azərbaycan Mərkəzinin rəhbəri İradə Axundovadan  

13:48
19 Dekabr

ABŞ-də fəaliyyət göstərən Yuta Azərbaycan Dostluq Təşkilatının rəhbəri Əsmər Gəraydan  

13:47
19 Dekabr

Rusiyanın “Komsomolskaya pravda” media qrupunun baş redaktoru və baş direktoru Olesya Nosovadan  

13:45
19 Dekabr

Türk Dövlətləri Parlament Assambleyasının Baş katibi Ramil Həsəndən  

13:44
19 Dekabr

Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenkodan  

13:42
19 Dekabr

Qazaxıstan Respublikasının birinci Prezidenti Nursultan Nazarbayevdən  

13:41
19 Dekabr

Rusiya Federasiyası Hökumətinin Sədri Mixail Mişustindən  

13:39
19 Dekabr

Ukraynanın Prezidenti Volodimir Zelenskidən  

13:37
19 Dekabr

Türkmənistanın Prezidenti Sərdar Berdiməhəmmədovdan

13:36
19 Dekabr

Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkodan  

13:35
19 Dekabr

Vüqar Qurbanov: Cərrahi əməliyyatlar və prosedurlar üzrə 342 min 195 əməliyyat icra edilib

13:34
19 Dekabr

Bolqarıstan Respublikasının Prezidenti Rumen Radevdən  

13:32
19 Dekabr

Amnistiya təşəbbüsü uzunmüddətli dövlətçilik strategiyasının tərkib hissəsidir ŞƏRH  

13:31
19 Dekabr

Çin Xalq Respublikasının Sədri Si Cinpindən  

13:30
19 Dekabr

Milli Məclis “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında qərar layihəsini təsdiqləyib  

13:28
19 Dekabr

Tyerri Mariani: Avropa Parlamenti Azərbaycan və Ermənistan liderlərinin cəsarətli səylərini dəstəkləməlidir  

13:26
19 Dekabr

FETÖ liderinin qardaşı oğlu İstanbulda saxlanılıb  

13:26
19 Dekabr

“Əmək bazarı” işçi qrupu növbəti iclasını keçirib  

12:41
19 Dekabr

Milli Məclis Avropa Parlamentinin qətnaməsi ilə bağlı bəyanat qəbul edib

12:39
19 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!