05 May 2026 08:45
172
SİYASƏT
A- A+
Qərəzin və korrupsiyanın ünvanı olan Avropa strukturu

Qərəzin və korrupsiyanın ünvanı olan Avropa strukturu


Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin Ermənistan tərəfindən qeyri-qanuni işğalına son qoyulması istiqamətində heç bir konstruktiv addım atmayan Avropa Parlamenti (AP) uzun illər ərzində işğalın legitimləşdirilməsinə çalışıb, həmin ərazilərə Azərbaycan tərəfinin icazəsi olmadan parlament üzvləri səfərlər ediblər. Ümumiyyətlə, AP son illərdə mandatından kənar, dövlətlərin daxili işlərinə qarışmaqla məşğuldur. 

Avropa Parlamenti Azərbaycana qarşı davamlı şəkildə, əsassız iddialar irəli sürür, həqiqəti əks etdirməyən narrativlər yayır və hətta təzyiq xarakterli mövqe nümayiş etdirir. Bu hallar xüsusilə İkinci Qarabağ müharibəsi dövründə daha qabarıq müşahidə olunub. 

Milli Məclisin deputatı Pərvanə Vəliyeva qəzetimizə açıqlamasında bildirib ki, Aİ ölkəmizin məhkəmə sistemini sual altına almaqla daxili işlərimizə müdaxilə edir. Onun sözlərinə görə, Avropa Parlamentinin bu qeyri-sabit davranışlarını izah edən bir sıra məqamlar mövcuddur: "Avropa İttifaqı daxilində, xüsusilə xarici siyasət məsələlərində, üç əsas institut arasında vahid və ardıcıl mövqe yoxdur. Avropa parlamenti daxilində üçüncü tərəflərin mövqelərini səsləndirən maraq qrupları və lobbiçilər fəaliyyət göstərir. Son illərdə baş vermiş müxtəlif korrupsiya qalmaqalları bu qurumda şəffaflıqla bağlı ciddi suallar doğurur. Bu qalmaqallar fonunda diqqətçəkən məqam ondan ibarətdir ki, vaxtilə Azərbaycanı müəyyən məsələlər üzrə ittiham edən bəzi deputatlar sonradan özləri istintaqa cəlb olunublar. Bu faktlar institutun özünün etibarlılığını itirdiyini və daxildə müəyyən problemlərlə üzləşdiyini göstərir". 

Deputat qeyd edib ki, zaman-zaman Rusiya ilə şübhəli əlaqələr də bu qurumun nüfuzuna xələl gətirib. Digər tərəfdən, AP-də təmsil olunan qruplar seçici qarşısında məsuliyyət daşımırlar, çünki onlar əsasən öz ölkələrində seçkilərdə uğursuz olmuş siyasətçilərdir. 

Azərbaycanın Avropa Parlamentinin ikili standartları ilə üzləşən yeganə ölkə olmadığını qeyd edən P.Vəliyeva əlavə edib ki, bu qurum ölkəmizə qarşı bir daha əsassız, birtərəfli və həqiqəti əks etdirməyən iddialar irəli sürməyə çalışıb. Bu cür yanaşmalar regionda sabitlik və əməkdaşlığa xidmət etmir. "Avropada islamofobiya, irqçilik, ksenofobiya və digər diskriminasiya növləri geniş yayılsa da, Avropa Parlamentinin üzvlərinin bir çoxu nəinki bu meyillərlə mübarizə haqda düşünür, əksinə, bunu təsdiqləyir, təbliğ edirlər. Müstəmləkəçiliyi XXI əsrdə də davam etdirən Avropanın kolonial gücləri bir dəfə də olsun koloniyalarda baş verən insan hüquq və azadlıqlarının pozuntusu barədə məsələ qaldırmır. Məqsədli assimilyasiyaya məruz qalan ərazilərdə insanların suverenlik, öz müqəddəratını həll etmək kimi çağırışlarına məhəl qoyulmur, dinc aksiyaların vəhşiliklə qarşısı alınır, yüzlərlə hüquq müdafiəçiləri və aktivistlər həbs edilirlər. AP bu barədə hesabatları görməzdən gəlir".

Pərvanə Vəliyeva Marina Kaljurandın Avropa Parlamentinin üzvü kimi fəaliyyəti dövründə Azərbaycanla bağlı müzakirələrdə obyektivlikdən uzaq, açıq şəkildə qərəzli mövqe sərgiləmiş siyasətçilərdən biri kimi tanındığını  diqqətə çatdıraraq xatırladıb ki, o, Azərbaycana qarşı mütəmadi olaraq yönəlmiş qətnamə layihələrini dəstəkləmiş, insan hüquqları və siyasi azadlıqlar mövzularında selektiv yanaşma nümayiş etdirərək birtərəfli və siyasi sifarişli ritorika ilə çıxış etmişdir. Xüsusilə Qarabağ məsələsində Kaljurandın yanaşması beynəlxalq hüququn əsas prinsiplərinə - dövlətlərin ərazi bütövlüyü və suverenliyinə açıq ziddiyyət təşkil edib. Bu selektiv susqunluq Kaljurandın insan hüquqları diskursundan siyasi alət kimi istifadə etdiyini açıq şəkildə ortaya qoyur. Eyni zamanda Kaljurandın regional proseslərə dair mövqelərinin müəyyən hallarda Rusiyanın Cənubi Qafqazdakı maraqları ilə üst-üstə düşməsi, onun "dəyərlər siyasəti" adı altında geosiyasi məqsədlərə xidmət edən xətti təbliğ etdiyini göstərən ciddi suallar doğurur.

P.Vəliyeva Avropa Parlamentində Azərbaycana qarşı qərəzli mövqeyi ilə seçilən digər simalardan birinin isə Avstriyadan olan keçmiş deputat Ulrike Lunacek olduğunu vurğulayıb. Yaşıllar/Avropa Azad Alyansı fraksiyasının aparıcı üzvlərindən biri kimi Lunacek uzun illər Azərbaycan əleyhinə kampaniyaların fəal iştirakçısı kimi çıxış edib. Lunacek, həmçinin Azərbaycan ərazilərinin işğalı faktını, dağıdılmış şəhər və kəndləri, məcburi köçkünlərin hüquqlarını gündəmdən kənarda saxlayaraq, manipulyativ şəkildə söz və mətbuat azadlığı arqumentlərindən istifadə edib, bu əsasla Avstriya rəsmilərini Azərbaycana səfərdən çəkindirməyə çağırıb. "Avropa İttifaqının keçmiş rəsmisi Cozef Borelin Okampo kimi erməni diasporunun siyasi aləti olan şəxsin komandasında yer alması da yüksəksəviyyəli məmurların korrupsiya əməllərinin hansı həddə çatdığını ifşa etdi. İnsan hüquqları anlayışının siyasi silaha çevrilməsi erməni lobbisinin və onların maraqlarına xidmət edən informasiya mühitinin formalaşmasına şərait yaradır", - deyə o əlavə edib.

Deputat qeyd edib ki, Azərbaycan bu günədək öz milli maraqlarını qətiyyətlə müdafiə edib, heç bir beynəlxalq təzyiq qarşısında öz məqsədlərindən geri çəkilməyib. Daxili işlərimizə qarışanlara hər zaman layiqli cavablar verilib. Bu baxımdan, Avropa Parlamentinin qərar və qətnamələrinin ölkəmiz üçün heç bir əhəmiyyəti yoxdur. Ona görə də Milli Məclis tərəfindən ölkəmiz əleyhinə qərəzli və əsassız kampaniyaların məkanına çevrilmiş AP və onun aidiyyəti strukturları ilə münasibətlərin dayandırılması doğru qərardır. 

Azərbaycanın regionda sabitlik və sülhün təmin olunmasına sadiq qaldığını vurğulayan P.Vəliyeva bildirib ki, Prezident İlham Əliyev əsas məqsədin Cənubi Qafqazda uzunmüddətli sülhün təmin edilməsi olduğunu dəfələrlə vurğulayıb. Mövqeyimiz aydındır: Cənubi Qafqazda sülh, sabitlik və əməkdaşlıq - hər kəs üçün əsas prioritet məhz bu olmalıdır.


Əsmər QARDAŞXANOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Televiziya məkanında ictimaiyyətin narazılığına səbəb olan məsələlər diqqətdə saxlanılır

09:05
05 May

İlmə-ilmə toxunan həyat

09:00
05 May

Gənclər siyasəti dövlətin inkişaf strategiyasının əsas istiqamətlərindən biridir

08:55
05 May

Bakı Şəhər İcra Hakimiyyətində ənənəvi elmi-praktik konfrans keçirilib

08:50
05 May

Qərəzin və korrupsiyanın ünvanı olan Avropa strukturu

08:45
05 May

Avropa Parlamentində korrupsiyaya bulaşmış deputat çoxdur

08:40
05 May

Qətiyyətli cavab

08:35
05 May

Avropanın Azərbaycana artan marağı qarşılıqlı strateji tərəfdaşlığa əsaslanır

08:30
05 May

Sülhə qarşı hibrid hücumlar da iflasa məhkumdur

08:27
05 May

Böyük Qayıdış: Heydər Əliyev ideyalarının təntənəsi

08:25
05 May

AİB-nin 59-cu illik toplantısının rəsmi açılış mərasimi keçirilib

08:20
05 May

Bütöv Azərbaycana gedən yolun təməllərini yaradan lider

08:15
05 May

Naxçıvanın xilaskarı

08:10
05 May

Heydər Əliyev siyasi irsi: inkişafımızın təməli

08:05
05 May

Avropaya ünvanlanan mesajlar

08:00
05 May

"Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Millətlər Təşkilatı arasında 2026-cı ildə Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun on üçüncü sessiyası ilə əlaqədar təşkilati tədbirlər və maliyyə məsələləri barədə əlavə Saziş"in təsdiq edilməsi haqqında

05:01
05 May

Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 1 iyul tarixli 463 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Hüquqi aktların Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi qaydaları haqqında Əsasnamə"də və 2023-cü il 6 oktyabr tarixli 2328 nömrəli Fərmanı ilə təsdiq edilmiş "İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının layihələrinin hazırlanması, razılaşdırılması, qəbul edilməsi və dərc edilməsi qaydası haqqında Əsasnamə"də dəyişiklik edilməsi barədə

05:01
05 May

Azərbaycan xalçaçılarının "Tərəqqi" medalı ilə təltif edilməsi haqqında

05:00
05 May

“Azərbaycan Respublikasının Milli Yaşıl Taksonomiyası”nın təsdiq edilməsi haqqında

04:59
05 May

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 noyabr tarixli 500 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edilməsi haqqında

04:58
05 May

“İstilik enerjisindən istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında

04:57
05 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!