05 May 2026 08:10
176
SİYASƏT
A- A+
Naxçıvanın xilaskarı

Naxçıvanın xilaskarı


Naxçıvan Muxtar Respublikasının yüksəlişində və tərəqqiyə qovuşmasında xalqımızın Ümummilli Lideri  Heydər Əliyevin tarixi xidmətləri olmuşdur. 1990-cı ildə Naxçıvanda yaşayıb fəaliyyət göstərdiyi dövrdə Ümummilli Liderin reallaşdırdığı müdrik və qətiyyətli tədbirlər sayəsində qısa müddətdə muxtar respublikanın etibarlı müdafiəsi təmin edilmiş, dövlət müstəqilliyi ilə bağlı mühüm addımlar atılmışdı. Bu tarixi reallıqları dəyərləndirən Azərbaycan Prezidenti İlham Əliyev demişdir: "O illərdə ancaq Ulu Öndər Heydər Əliyevin əzmkarlığı, qətiyyəti və siyasi bacarığı Naxçıvanı böyük bəlalardan qorudu... Naxçıvanlılar Heydər Əliyevi qorudular, Heydər Əliyev isə Naxçıvanı qorudu".

Ümummilli Lider Heydər Əliyevin 1990-cı ilin iyul ayında Naxçıvana gəlməsi, burada yaşayıb siyasi fəaliyyət göstərməsi blokada nəticəsində iqtisadi və siyasi böhran məngənəsində çırpınan, erməni yaraqlılarının hücumları ilə təkbətək qalan muxtar respublikanı məhv olmaq təhlükəsindən xilas etdi. O günlərdə üçrəngli bayrağımızın ilk dəfə Naxçıvan Ali Məclisində qaldırılması, qonşu Türkiyə və İranla zəruri əlaqələr yaradılması Ulu Öndərin təkcə Naxçıvan deyil, bütövlükdə, xalqımız qarşısında misilsiz tarixi xidmətləri idi. Naxçıvanı qoruyub, onu işğaldan, məhv olmaqdan xilas edən Ümummilli Liderimiz bununla bağlı deyirdi: "Mən 3 il Naxçıvanda yaşamağımı və sizinlə, muxtar respublikanın əhalisi ilə birlikdə işləməyi həyatımın, deyə bilərəm ki, ən parlaq, ən şərəfli bir dövrü hesab edirəm".

Ulu Öndər Heydər Əliyev Naxçıvanda siyasi fəaliyyət göstərdiyi qısa zaman kəsiyində müstəqil, demokratik və dünyəvi dövlət yaradılması üçün mühüm siyasi və ideoloji amilə çevrilən tarixi qərarlar qəbul etdi. Azərbaycanın müstəqil dövlət kimi sonrakı fəaliyyətinin bir sıra konseptual istiqamətləri məhz bu dövrdə işlənib hazırlandı. İlk dəfə olaraq Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı dövlət bayrağı kimi qəbul olundu. "Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinin qeyd edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 30 dekabr 2023-cü il tarixli sərəncamında da deyildiyi kimi: "Naxçıvanın davamlı inkişafında Ümummilli Lider Heydər Əliyevin böyük xidməti vardır. Ulu Öndər hakimiyyətə gəldiyi vaxtlardan etibarən daim Naxçıvanı diqqətdə saxlamış, muxtar respublikanın gələcəyi ilə bağlı ən vacib qərarların təşəbbüskarı olmuşdur. 

Məhz Heydər Əliyevin uzaqgörənliyi sayəsində 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikasının ali qanunverici orqanında Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağının dövlət rəmzi olaraq qəbul edilməsi dövrün mürəkkəb ictimai-siyasi proseslərinə həlledici təsir göstərmiş və Azərbaycanı müstəqilliyə sürətlə yaxınlaşdırmışdır".

Ümummilli Liderin daimi diqqəti, himayəsi, yerli potensialın hərəkətə gətirilməsi ilə ölkədə ilk dəfə Naxçıvanda başlatdığı aqrar islahatlar uğurla həyata keçirildi. Mövcud sənaye müəssisələri özəlləşdirildi və yenidən quruldu. Yerli ehtiyatlara əsaslanan müasir istehsal sahələri yaradıldı. Naxçıvan şəhərində, rayon mərkəzlərində, yaşayış məntəqələrində əsaslı quruculuq işlərinə başlandı. Təhsil, səhiyyə və digər sahələrin inkişafı prioritet vəzifəyə çevrildi. Əhalinin elektrik enerjisi, qaz, içməli su problemi aradan qaldırıldı. Kommunikasiyalar təzələndi, genişləndi. Rabitə-nəqliyyat şəbəkəsi müasirləşdirildi, tələbata uyğun quruldu. Muxtar respublikanın etibarlı müdafiəsi təmin olundu, hərbi quruculuq məsələləri diqqət mərkəzində saxlanıldı. Həyata keçirilən misilsiz işlərin hamısında əsas istiqamət məmləkətimizin hərtərəfli tərəqqisinə, insana qayğıya, əhalinin maddi-rifah halının, yaşayış səviyyəsinin və şəraitinin daha da yaxşılaşdırılmasına yönəlmişdi. 

Ümummilli Liderimizin Naxçıvana gəlişi, əhalinin təkidli tələbi və istəyi ilə muxtar respublikanın rəhbəri seçilərək son dərəcə ağır vəziyyətdə olan bu ulu diyarı mətanətlə qoruması, əsl nicat yoluna çıxararaq hərtərəfli yüksəlişə qovuşdurması böyük əhəmiyyət daşımaqla, bütövlükdə, ölkəmiz üçün mühüm bir hadisəyə çevrilmişdi. Dahi şəxsiyyətin Naxçıvanın xilaskarı kimi göstərdiyi misilsiz xidmətlərindən biri də o idi ki, Ulu Öndər hələ sağlığında Naxçıvanla bağlı arzularının gələcəkdə gerçəkləşməsi, quruculuq xəttinin sonrakı dövrlərdə də uğurlu davam etdirilməsi qayğısına da qalmışdı. Prezident  İlham Əliyevin dediyi kimi: "Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin Naxçıvana həmişə böyük diqqət və qayğısı var idi. Xüsusilə 1990-cı illərin əvvəllərində naxçıvanlılar Heydər Əliyevi özlərinə rəhbər seçəndən sonra. Həmin ağır, çətin vəziyyətdə Naxçıvanda sabitliyin təmin olunması, Naxçıvanda inkişafın təmin olunması məhz Heydər Əliyevin və naxçıvanlıların birgə fəaliyyəti nəticəsində mümkün olmuşdur. Naxçıvanlılar bu çətin sınaqdan şərəflə çıxdılar və o illər ərzində təməli qoyulmuş layihələr, işlər bu gün öz bəhrəsini verməkdədir".

Tarix boyu başı çox bəlalar çəksə də, dəfələrlə yüksəliş dövrü yaşamış, zəngin mədəni irsi olan qədim Naxçıvan bugünkü inkişafı ilə daha xoş sabahlara doğru irəliləyir. Tarixin yeni Naxçıvanı dostlarımızı sevindirir, düşmənlərə isə gözdağı verir. Vətən, yurd sevgisi üzərində müasir Naxçıvan ucaldılır. Xalqımızın böyük oğlu Heydər Əliyev əsl vətəndaş olmaq üçün ləyaqət göstərməyi, xalq, Vətən naminə çalışmağı, Vətən sevgisini, doğma torpağa, doğma yurda bağlılığı əməli işlə nümayiş etdirməyi tövsiyə edirdi: "Həyatın mənası çox və yaxud az yaşamaqdan ibarət deyil. Onun əsas mənası bu həyatda öz yerini tutmaq, mövqeyini müəyyən etmək, ləyaqət göstərmək və başqaları üçün nümunə olmaqdır". Əldə olunmuş uğurlar dahi rəhbərin yoluna sədaqətin nəyə qadir olduğunun daha bir göstəricisinə çevrilmişdir. Naxçıvanda bütün istiqamətlərdə başlanan yeni islahatlar praktik şəkildə özünü doğruldur və  muxtar respublikanın davamlı inkişafını təmin edən düzgün yol seçilib. Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyinin rəhbərliyi ilə cənab İlham Əliyevin qarşıya qoyduğu tapşırıq və tövsiyələr vaxtında və layiqincə icra olunur.

Azərbaycan xalqı bu gün çoxəsrlik tarixinin şərəfli mərhələsini yaşayır, bütün dünya azərbaycanlıları qürur və sevinc hissləri keçirirlər. Tariximizə 44 günlük Vətən müharibəsi kimi daxil olan qələbə nəticəsində Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazi bütövlüyü təmin edildi. Ölkəmizin sosial-iqtisadi cəhətdən davamlı və dinamik inkişafı, regionda aparıcı dövlətə çevrilməsi, Prezident, Ali Baş Komandan İlham Əliyevin Vətənimizin tərəqqisi, dövlətimizin beynəlxalq aləmdə nüfuzunun durmadan yüksəldilməsi, 30 ilə yaxın müddətdə işğal altında qalan doğma Qarabağın azad olunması istiqamətində möhtəşəm fəaliyyəti hər bir vətəndaşımız, yetişməkdə olan hər bir gəncimiz üçün böyük vətənpərvərlik nümunəsi, vətənpərvərlik məktəbidir. 

İndi işğaldan azad edilmiş ərazilərdə böyük quruculuq işləri gedir. Ərazilər minalardan təmizlənir, yollar salınır, körpülər, tunellər tikilir, yeni elektrik stansiyaları qurulur, innovativ layihələr həyata keçirilir. Bu gün Azərbaycan ərazi bütövlüyünü təmin etmiş, işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı quruculuq işləri aparan dövlət olaraq gücünü həm dosta, həm də düşmənə göstərməkdədir. Bir çox dünya ölkələri tərəfindən də maraqla izlənilən bu tədbirlər Azərbaycan dövlətinin iqtisadi gücünü, nüfuzunu göstərir. 

Ötən dövr ərzində Prezident  İlham Əliyevin rəhbərliyi ilə qazanılan hər bir uğur göstərir ki, dahi şəxsiyyət Heydər Əliyevin şah əsəri  olan Azərbaycan həm etibarlı əllərdə, həm də dinamik yüksəliş yolundadır. Azərbaycanı tarixinin ən qüdrətli dövlətinə çevirən, torpaqlarımızın işğaldan azad olunmasını və ərazi bütövlüyümüzün bərpasını təmin edən Prezident cənab İlham Əliyev bununla həm də Ulu Öndər Heydər Əliyevin arzularını və vəsiyyətini layiqincə yerinə yetirdi. Bu tarixi uğurlar göstərir ki, Heydər Əliyev ideyaları Prezident  İlham Əliyevin liderliyi ilə layiqincə davam etdirilir. 

Prezident  İlham Əliyevin diqqət və qayğısı ilə inkişafının yeni mərhələsinə qədəm qoyan muxtar respublikada həyata keçirilən islahatlar cəmiyyət həyatının bütün sahələrinə dinamizm, canlanma gətirib, inkişafı daha da sürətləndirib. Azərbaycanın və onun Naxçıvan Muxtar Respublikasının inkişafının əsasında Heydər Əliyev siyasi xətti dayanır. Şübhəsiz ki, dahi rəhbərin yoluna sədaqət qarşıda dayanan vəzifələrin uğurlu icrasını təmin edəcəkdir. Cənab İlham Əliyevin də dediyi kimi: "Bizim inkişafımızın təməlində Ulu Öndər Heydər Əliyev siyasəti dayanır. Biz bu siyasətə sadiqik, tutduğumuz yoldan dönməyəcəyik, daim irəli gedəcəyik".


Aysel DÜNYAMALIYEVA,

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Televiziya məkanında ictimaiyyətin narazılığına səbəb olan məsələlər diqqətdə saxlanılır

09:05
05 May

İlmə-ilmə toxunan həyat

09:00
05 May

Gənclər siyasəti dövlətin inkişaf strategiyasının əsas istiqamətlərindən biridir

08:55
05 May

Bakı Şəhər İcra Hakimiyyətində ənənəvi elmi-praktik konfrans keçirilib

08:50
05 May

Qərəzin və korrupsiyanın ünvanı olan Avropa strukturu

08:45
05 May

Avropa Parlamentində korrupsiyaya bulaşmış deputat çoxdur

08:40
05 May

Qətiyyətli cavab

08:35
05 May

Avropanın Azərbaycana artan marağı qarşılıqlı strateji tərəfdaşlığa əsaslanır

08:30
05 May

Sülhə qarşı hibrid hücumlar da iflasa məhkumdur

08:27
05 May

Böyük Qayıdış: Heydər Əliyev ideyalarının təntənəsi

08:25
05 May

AİB-nin 59-cu illik toplantısının rəsmi açılış mərasimi keçirilib

08:20
05 May

Bütöv Azərbaycana gedən yolun təməllərini yaradan lider

08:15
05 May

Naxçıvanın xilaskarı

08:10
05 May

Heydər Əliyev siyasi irsi: inkişafımızın təməli

08:05
05 May

Avropaya ünvanlanan mesajlar

08:00
05 May

"Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Millətlər Təşkilatı arasında 2026-cı ildə Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun on üçüncü sessiyası ilə əlaqədar təşkilati tədbirlər və maliyyə məsələləri barədə əlavə Saziş"in təsdiq edilməsi haqqında

05:01
05 May

Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 1 iyul tarixli 463 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Hüquqi aktların Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi qaydaları haqqında Əsasnamə"də və 2023-cü il 6 oktyabr tarixli 2328 nömrəli Fərmanı ilə təsdiq edilmiş "İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının layihələrinin hazırlanması, razılaşdırılması, qəbul edilməsi və dərc edilməsi qaydası haqqında Əsasnamə"də dəyişiklik edilməsi barədə

05:01
05 May

Azərbaycan xalçaçılarının "Tərəqqi" medalı ilə təltif edilməsi haqqında

05:00
05 May

“Azərbaycan Respublikasının Milli Yaşıl Taksonomiyası”nın təsdiq edilməsi haqqında

04:59
05 May

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 noyabr tarixli 500 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edilməsi haqqında

04:58
05 May

“İstilik enerjisindən istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında

04:57
05 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!