09 Mart 2024 13:38
486
SİYASƏT
A- A+
Qərbin “azad media” prinsipləri ilə pərdələnmiş şəbəkələr ifşa edilir

Qərbin “azad media” prinsipləri ilə pərdələnmiş şəbəkələr ifşa edilir

 

Azərbaycanın antiterror tədbirləri nəticəsində qazandığı qələbədən sonra daha da radikallaşan Qərb institutları müxtəlif şəbəkələr vasitəsi ilə ölkəmizə qarşı total qarayaxma kampaniyasına başlayıblar. “Toplum TV” ilə bağlı ortaya çıxan həqiqətlər Qərbin ölkəmiz əleyhinə məkrli kampaniyasında antiazərbaycançı şəbəkənin elementi olan  bu “media strukturu”ndan böyük "uğurla" istifadə etdiyini təsdiqləyir. Araşdırmalar göstərir ki, “Toplum TV”nin maliyyə mənbələri naməlumdur və ölkə qanunvericiliyinə tamamilə ziddir. Milli təhlükəsizlik məsələlərinin prioritet olduğu Azərbaycanda bu kimi təxribatçı addımların hər zaman olduğu kimi, yenə də uğursuzluğa düçar olacağı şübhə doğurmur.

Bu mövzu ilə bağlı qəzetimizə danışan Milli Məclisin deputatı Bəhruz Məhərrəmov deyib ki, ölkədə bəzi media qurumları ətrafında həyata keçirilən əməliyyat-axtarış tədbirləri heç bir formada media azadlığı kontekstində qiymətləndirilə bilməz. Müsahibimizin sözlərinə görə, hüquq-mühafizə orqanları “Toplum TV”də də səhihliyi şübhə doğurmayan faktlara və təkzibedilməz dəlillərə əsaslanaraq aidiyyəti tədbirləri həyata keçirib.

“Media sahəsində fəaliyyətin azadlığı hər kəsin qanuni yolla informasiya proseslərində iştirak hüququna dövlət tərəfindən təminat verilməsinə əsaslanır. Azərbaycan Respublikasında media azaddır və hər kəsin informasiya ilə təmin olunması üçün şərait, o cümlədən bütövlükdə media sahəsində fikir müxtəlifliyi və fəaliyyət azadlığı tam təmin edilib. Buna baxmayaraq, ölkədə bəzi “media qurumlar”ı beşinci kolon funksiyasını yerinə yetirərək bir sıra Qərb dövlətləri və təsisatlarının imperialist niyyətlərinin aləti kimi çıxış edirlər. Ölkəmiz əleyhinə qarayaxma kampaniyasında iştirak edən belə təsisatların əksəriyyəti uzun müddət "azad media" prinsipləri altında pərdələnərək təxribatçılıqla məşğul olublar. Azərbaycan dövləti isə qərəzli kampaniyalara təmkinlə yanaşır, təxribatçılıqla məşğul olsa belə, yerli mediada "yaradıcı" prosesə müdaxilə etmirdi. Lakin milli təhlükəsizlik məsələləri hər bir dövlət üçün prioritetdir və Azərbaycan ölkənin fiziki sərhədlərini aşa bilməyən düşmənin daxildən beşinci kolon vasitəsilə milli təhlükəsizliyi təhdid etməsinə imkan verə bilməzdi”, - deyə deputat qeyd edib.

Bəhruz Məhərrəmov söyləyib ki, bu tip media qurumları daha çox Qərbin təsir aləti kimi formalaşdığı üçün onlar barəsində görülən qanuni və hüquqi tədbirlər Qərbin qeyri-adekvat reaksiyaları ilə müşahidə olunur: “Təbii ki, bu təsisatların, ələlxüsus xəyanətkar şəbəkənin formalaşdırılmasında müstəsna rola malik USAID başda olmaqla, bir sıra Qərb fondlarının, hüquq-müdafiə adı altında fəaliyyət göstərən təşkilatların iç üzü Azərbaycana bəllidir. Çox da uzaq olmayan periodlarda bu təsisatların elə MDB məkanında həyata keçirdikləri dağıdıcı xarakterli təxribatlarını yaxşı xatırlayırıq. Təsadüfi deyil ki, USAID-in əvvəlki rəhbərlərindən fərqli olaraq Samanta Pauer Azərbaycana və bütövlükdə Türk-İslam dünyasına nifrətini gizlətmir. Belə bir məqamda Qərb şəbəkəsinə daxil olan subyektlərin aktivləşəcəyi də gözlənilən idi. Ssenari isə dəyişməyib - yerli uzantılar vasitəsilə daxildə qarışıqlıq yaradılır, əgər təxribat baş tutarsa, bu prosesin, yox əgər dövlət adekvat tədbirlərlə təxribatın qarşısını almağı bacararsa, bu halda isə "medianın təzyiqlərə məruz qalması" mövzusu ətrafında anti-Azərbaycan kampaniyasına başlanır”.

Deputat heç bir auditoriyası və fərqli media fəaliyyəti olmayan “Toplum TV”də əməliyyat-axtarış fəaliyyətinin həyata keçirilməsinin bəzi Qərb paytaxtlarında rəsmi reaksiyalara səbəb olduğunu deyib: “Maraqlıdır, görəsən bu reaksiyaları verənlər bütövlükdə “Toplum TV”nin fəaliyyəti  barədə hər hansı məlumata malikdirmi?! Aydındır ki, verilən reaksiyalar öncədən hazırlanaraq paylanan anti-Azərbaycan kampaniyasının bir hissəsi olan tezislərdir. Əgər USAID başda olmaqla, Qərb təsisatları media azadlığı və jurnalist fəaliyyəti ilə bağlı həssasdırlarsa, 30 il davam etmiş işğal nəticəsində Qarabağ və Şərqi Zəngəzurun dağıdılmış və əmlakı talan edilmiş media strukturlarının taleyi barədə niyə bir kəlmə də olsun danışmayıb, yaxud üç il öncə eyni gündə mina terroruna qurban gedən azərbaycanlı jurnalistlərin taleyini görməzdən gəlib?! Azad media ideallarından dəm vuranların Edvard Snouden, Culian Asanc kimi şəxslərin başına hansı oyunlar açdığı hər kəsə bəllidir. Elə ABŞ-nin özündə müxalif mövqeyinə görə Donald Trampın əsas müraciət platforması olan "tvitter" sosial hesabı niyə bloklanmışdı?! Yəni biz proseslərdən agahıq və Qərbin riyakar oyunları və saxta ssenariləri bizi yolumuzdan döndərə bilməz”.

Bəhruz Məhərrəmov yekunda vurğulayıb ki, Qərbin uzun illərdir Azərbaycanda qurduğu şəbəkələrin aranı qızışdırmaq cəhdləri bundan sonra da fiaskoya məhkumdur: “Azərbaycan bərabərtərəfli əməkdaşlığa açıqdır, lakin heç bir qüvvə qalib ölkəmizlə  diqtə dilində danışa, təhlükəsizlik adası olan Azərbaycanda daxili sabitliyə xələl gətirə bilməz. Azərbaycan suveren və maraqlarını təmin etməyə qadir qüdrətli dövlət olaraq milli maraqlarımızı hədəfə alan istənilən təhdidə qarşı qanuni mübarizədə barışmazdır və anti-Azərbaycan şəbəkələrinə, habelə onların yerli dayaqlarının fəaliyyətinə imkan vermir”.

Nəzrin QAFARZADƏ,
“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Xəzər dənizində zəlzələ olub

21:28
13 Dekabr

Ölkə ərazisinin bəzi yerlərində küləkli hava şəraiti müşahidə edilir  

20:48
13 Dekabr

Azərbaycanın ilk milli tankerinin istismara verilməsindən 6 il ötür  

19:23
13 Dekabr

Ümummilli Lider Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilib

18:47
13 Dekabr

Premyer Liqa: “Şamaxı” “Zirə”yə, “Sabah” “Turan Tovuz”a qalib gəlib  

18:32
13 Dekabr

Qərbi Azərbaycan İcmasının Ağsaqqallar Şurasının ilin yekunlarına dair hesabat yığıncağı keçirilib  

17:59
13 Dekabr

Milli Aviasiya Akademiyasında Böyük Britaniya ilə əməkdaşlığın genişləndirilməsinə dair görüş keçirilib  

17:06
13 Dekabr

Qahirədə 8-ci beynəlxalq İdman Sənayesi və İnvestisiya Forumu işə başlayıb  

16:55
13 Dekabr

Hərbi attaşelərlə cari ilin yekununa dair toplantı keçirilib

16:25
13 Dekabr

Prezident Ərdoğan: Rusiya ilə Ukrayna arasında sülh uzaqda deyil və biz bunu görürük  

16:09
13 Dekabr

Ukrayna saytında Ümummilli Lider Heydər Əliyevin anım günü ilə bağlı məqalə dərc edilib  

15:45
13 Dekabr

Rumıniyada məhkəmə sistemində kəskin islahatlar gözlənilir  

15:31
13 Dekabr

Ali Məclisin Hüquq siyasəti komitəsinin iclası keçirilib

15:09
13 Dekabr

Analitik: Avropa Ukraynadan başlayaraq strateji muxtariyyətini bərpa etməlidir

15:01
13 Dekabr

Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb  

14:36
13 Dekabr

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir - XƏBƏRDARLIQ

14:31
13 Dekabr

DGK: Mobil telefonda gizlədilmiş qızıl külçələr aşkarlanıb

14:19
13 Dekabr

Ümummilli Lider Heydər Əliyevin anım günü ilə bağlı Belarus Milli Kitabxanasının binası videoproeksiya edilib

13:57
13 Dekabr

Bakıda “16-cı NATO günləri” keçirilib  

13:45
13 Dekabr

QMİ sədri BMT Sivilizasiyalar Alyansının XI Qlobal Forumunda iştirak edəcək

13:42
13 Dekabr

Azərbaycanla ABŞ arasında enerji əməkdaşlığının yeni mərhələyə yüksəldilməsi müzakirə edilib

13:13
13 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!