03 İyul 2023 15:34
1067
CƏMİYYƏT
A- A+
Qərbi Zəngəzurda ən qədim xristian məbədləri – Qızılkilsə və Qarakilsə

Qərbi Zəngəzurda ən qədim xristian məbədləri – Qızılkilsə və Qarakilsə

 

Müasir Ermənistan ərazisindəki qədim yer-yurd adları bu ərazinin əzəli sakinlərinin Azərbaycan türkləri olduğunu sübut edir. Yalnız son yüz ildə Qərbi Azərbaycan ərazisində qondarma Ermənistan dövləti yaradıldıqdan sonra İrəvan “Yerevan”, Göyçə “Sevan”, Zəngəzur “Sünik”, Dərələyəz “Vayodzor”, Basarkeçər “Vardenis”, Alagöz “Araqats” kimi saxta adlarla əvəz edildi. Zəngəzurun ən böyük rayonu olan Qarakilsə rayonu da bu cür erməni saxtakarlığına məruz qaldı. Qarakilsə rayonu Qərbi Zəngəzurun ərazisinə görə ən böyük rayonudur. Rayonun mərkəzi olan Qarakilsə şəhərinin adı burada hündür təpənin üzərində VII əsrdə boz tuf daşından inşa edilmiş Qarakilsə xristian məbədinin adı ilə bağlı olaraq yaranıb. 1590-cı ildə tərtib edilmiş “İrəvan əyalətinin müfəssəl dəftəri”ndə Qarakilsə kəndinin adı qeyd edilib.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında AMEA-nın A.A.Baxıxanov adına Tarix İnstitutunun böyük elmi işçisi Ramin Əlizadə deyib. Onun sözlərinə görə, Qarakilsə rayonu ərazisində ən qədim xristian abidəsi V əsrdə inşa edilmiş Qızılkilsə məbədidir. Ərəfsə kəndi yaxınlığında yerləşən bu məbədin bir hissəsi hazırda dağılmış vəziyyətdədir. Qızılkilsə qədim Alban kilsəsidir. Qızılkilsə məbədində Alban xaç təsviri və kilsənin yaxınlığında qədim Alban məzarlığı aşkar edilib. Hazırda Ermənistan hakimiyyəti yanlış olaraq Qarakilsə rayonu ərazisindəki bir çox Alban məbədi kimi Qızılkilsə məbədini də erməni abidəsi kimi təqdim edir. Ermənistanın bu yalanını həm Qızılkilsə adının, həm də bu məbədin yerləşdiyi ərazidə qədim yer-yurd adlarının Azərbaycan türkcəsində olması bir daha ifşa edir. Azərbaycan xalqı tərəfindən uzun illər Qızılkilsə adlandırılan bu abidəni hazırda ermənilər xristianlığaqədərki bütpərəstlik tanrısı hesab edilən Anahitin şərəfinə Tanaat adlandırırlar. Özlərini xristian dünyasına əzabkeş toplum kimi təqdim edən ermənilərin bu dini məbədə bütpərəstlik tanrısının adını verməsi onların həqiqi xristian olmadığının açıq-aydın təsdiqidir.

Ramin Əlizadə bildirib ki, Qərbi Zəngəzurun ən böyük xristian abidələrindən biri olan Qarakilsə məbədi Qarakilsə rayonunun mərkəzində hündür təpənin üzərində VI-VII əsrlərdə inşa edilib. Bu məbəd boz tuf daşından tikildiyindən yağıntılı havada islandığı zaman çöl divarları qara rəngdə görünür. Buna görə də, bu məbəd yerli əhali arasında Qarakilsə adı ilə tanınıb. XIX əsrin birinci yarısında Zəngəzura köçürülmüş ermənilər uzun müddət bu məbədi Azərbaycan türkcəsində olduğu kimi “Qarakilsə” adlandırdılar. Qarakilsə məbədinin divarında Zəngəzurun Qıpçaq türk soyundan olan hakimi Göysoylu xanın, həmçinin xristian müqəddəslərinin rəsmi və “İncil”dən dualar təsvir olunub. Farslar bu Qıpçaq xristian xanını Kayozad adlandırıblar. 1931-ci ildə baş vermiş zəlzələ nəticəsində Qarakilsə məbədi ciddi dağıntıya məruz qaldı. 1940-50-ci illərdə erməni memarları bu məbədin memarlıq quruluşunda erməni-qriqorian elementləri daxil edərək əvvəlki görkəmini dəyişdirdilər. Ermənilər bu məbədin ön divarları üzərindəki iki pəncərəni daşla hörüb, məbədin divarı üzərində erməni dilində saxta yazılar həkk ediblər. Qarakilsə məbədinin həyətində qədim türk tayfalarının elat həyat tərzini əks etdirən daş sənduqələr, qoç daşları və Alban məzarlığı var idi. Ermənilər bu abidələrin böyük bir qismini məhv edərək yerində yeni erməni qəbiristanlığı salıblar. Bu məbədin ətrafında olan qoç daşları isə hazırda Qarakilsə rayonunun Tarix Muzeyinin həyətində baxımsız vəziyyətdə saxlanılır. 1961-ci ildə Qarakilsə məbədi erməni-qriqorian kilsəsinə çevrildi. Azərbaycan xalqının zəngin mədəniyyətinin mühüm tərkib hissəsi olan bu məbədin hazırkı görünüşü erməni memarları tərəfindən saxta elementlərin daxil edilməsi ilə ciddi saxtakarlığa məruz qalıb.

Qədim mənbələrdə Qarakilsə adı ilə tanınan yaşayış məntəqəsi XIX əsr xəritələrində də öz adı ilə qeyd edilirdi. Hətta Ermənistan SSR-nin yeni ərazi bölgüsü təşkil ediləndə 1930-cu il sentyabrın 9-da Qarakilsə rayonu yaradıldı. Lakin qısa müddətdən sonra erməni şovinistləri bu rayonun adını ləğv etdilər. 1940-cı il martın 2-də Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin qərarı ilə Qarakilsə adı qondarma “Sisian” adı ilə əvəz edildi.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Alimlər adi buzdan 10 dəfə möhkəm yeni material hazırlayıblar  

20:17
13 Oktyabr

Azərbaycan–Kamboca münasibətlərinin inkişafı daha da sürətlənəcək  

19:52
13 Oktyabr

İspaniyada neandertallara aid taxta alətlərin izləri aşkar edilib  

19:45
13 Oktyabr

  Papa XIV Lev əməliyyata hazırlanır

19:35
13 Oktyabr

Laos Prezidenti Milli Məclisdə olub  

19:28
13 Oktyabr

Kosmetik vasitələrin gözlərdə ciddi zədələnmələrə səbəb olduğu üzə çıxıb   

19:18
13 Oktyabr

Mərkəzi Bank: İpoteka portfeli üzrə QİK əmsalı aşağı səviyyədədir

19:03
13 Oktyabr

Türkiyə Prezidenti Səudiyyə Ərəbistanı ilə həmrəy olduğunu bəyan edib

18:53
13 Oktyabr

Azərbaycanla Mərkəzi Asiya ölkələri arasında iqtisadi inteqrasiya genişlənir  

18:42
13 Oktyabr

Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb  

18:31
13 Oktyabr

Kredit tarixçəsi olmayanlara da şans  

18:30
13 Oktyabr

Mərkəzi Bank: Əhalinin borc yükü artıb

18:19
13 Oktyabr

Kamboca Krallığının birinci xanımı Piç Çanmoni İçərişəhərlə tanış olub  

18:17
13 Oktyabr

Alimlər hüceyrələrin cavanlaşdırılmasına nail olublar  

18:13
13 Oktyabr

İşğaldan azad edilmiş ərazilərdə 100 minə yaxın insan məskunlaşıb  

18:07
13 Oktyabr

Beynəlxalq Cüdo Federasiyasının prezidenti dünya çempionatının yüksək səviyyədə təşkilinə görə Azərbaycana təşəkkür edib  

18:01
13 Oktyabr

İqtisadi Şuranın növbəti iclası olub

17:58
13 Oktyabr

QMİ sədri: Bəzi insanlardan dövlətə qarşı istifadə etmək istəyənlər var

17:56
13 Oktyabr

Azərbaycanın müdafiə naziri Kamboca Krallığının Baş naziri ilə görüşüb

17:56
13 Oktyabr

Panamada 6 maqnitudalı zəlzələ baş verib  

17:52
13 Oktyabr

Müharibə nəticəsində Ukrayna və Rusiyada 940 uşağın ölüm faktı təsdiqlənib  

17:43
13 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!