08 Dekabr 2025 10:51
269
SİYASƏT
A- A+
Qərbi Azərbaycan İcması ötən üç ildə hansı hədəflərinə nail olub?  

Qərbi Azərbaycan İcması ötən üç ildə hansı hədəflərinə nail olub?  


Prezident İlham Əliyevin “Mədəni irs və qayıdış hüququ” mövzusunda keçirilən III beynəlxalq konfrans iştirakçılarına müraciətində Qərbi Azərbaycan İcmasının fəaliyyətinə dair sözlər, xüsusilə də “Deportasiya və qırğınlardan birbaşa əziyyət çəkən insanları özündə birləşdirən Qərbi Azərbaycan İcmasının təmkinli, konstruktiv yanaşması, barışıq və dialoqa açıq olması, öz fəaliyyətini beynəlxalq hüquqa uyğun qurması, dövlətlərin ərazi bütövlüyünə və suverenliyinə hörmət etməsi təqdir olunmalıdır” fikri İcmanın bugünkü missiyasının dövlət səviyyəsində yüksək qiymətləndirildiyini göstərir.

Bunu AZƏRTAC-a açıqlamasında Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri və Milli Məclisin deputatı Əziz Ələkbərli söyləyib.

O bildirib ki, dövlətimizin başçısının verdiyi bu qiymət həm böyük qürur, həm də böyük məsuliyyət yaradır. Prezident İlham Əliyevin “İnanırıq ki, Qərbi Azərbaycan İcmasının sülhsevər üzvləri öz ata-baba yurdlarına qayıdacaq” fikri soydaşlarımızın qayıdışına olan yüksək inamın göstəricisidir.

Ə.Ələkbərli xatırladıb ki, qayıdışın bütün detallarını Prezident İlham Əliyev hələ 2022-ci il dekabrın 24-də İcmada etdiyi tarixi çıxışda açıqlamışdı. Daha sonra AMEA-nın yubileyində və bu son müraciətdə həmin mövqenin yenidən vurğulanması Qərbi Azərbaycana qayıdış məsələsinin Azərbaycan üçün həm ümummilli, həm də dövlət əhəmiyyətli məsələ olduğunu bir daha ortaya qoyur.

“Azərbaycan sülh və barışıq tərəfdarıdır, lakin bu sülh kağız üzərində yox, real həyatda olmalıdır. Ermənistanda revanşist və şovinist qüvvələr prosesə mane olur və Ermənistan cəmiyyətinin bu baxışlardan təmizlənməsi vacibdir. Azərbaycan xalqına qarşı cinayət törədənlərin cəzalandırılması isə həm beynəlxalq hüququn, həm də ədalətin tələbidir. Erməni xalqı düşmənçilik düşüncəsini formalaşdıran siyasi və ideoloji dairələrin, əslində, özlərinə də ziyan vurduğunu anlamalıdır", - deyə İcma sədri vurğulayıb.

Fəaliyyətin gələcək mərhələsindən danışan deputat bildirib ki, Qərbi Azərbaycan İcması ilk üç ildə əsas hədəflərinə nail olub: Qayıdış Konsepsiyası qəbul edilib, İcma təşkilatlanma mərhələsini tamamlayıb, qayıdış məsələsi ümummilli məna kəsb edən mövzuya çevrilib və beynəlxalq müstəviyə çıxarılıb.

“İndi isə yeni mərhələ başlayır. Bu mərhələdə həm görülən işlərin daha sistemli davamı, həm də qayıdışı təmin edəcək ölkədaxili hüquqi bazanın formalaşdırılması əsas vəzifə kimi qeyd olunur. Hazırda bu istiqamətdə xüsusi qanunvericilik yoxdur, buna görə də ya mövcud “Qaçqınların və məcburi köçkünlərin statusu haqqında” Qanun Konsepsiyaya uyğunlaşdırılmalı, ya da “Qərbi Azərbaycan qaçqınlarının statusu haqqında” yeni qanun qəbul edilməlidir”, - deyə Əziz Ələkbərli vurğulayıb.

O, həmçinin Ermənistan rəhbərliyi ilə ilkin danışıqların başlanmasını və soydaşlarımızın qayıdış hüququnun Ermənistan tərəfindən rəsmən tanınmasını növbəti hədəf kimi göstərərək deyib: “Bu məqsədə çatmaq mümkündür, çünki irəli sürülən bütün tələblər beynəlxalq hüquqa əsaslanır və həm azərbaycanlı qaçqınların, həm də Ermənistanın və erməni xalqının maraqlarına uyğundur”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

ABŞ gərginliyin azaldılması yolu ilə Rusiya ilə Avropa arasında etimadı gücləndirməyi planlaşdırır  

11:24
25 Yanvar

Tramp: Çinlə razılaşma əldə olunarsa, ABŞ Kanadaya 100 faiz tarif tətbiq edəcək  

11:10
25 Yanvar

Antimilli qüvvələr dezinformasiya kampaniyalarında alət kimi istifadə olunur

11:01
25 Yanvar

Uitkoff gələn həftə BƏƏ-də danışıqların davam etdiriləcəyini təsdiqləyib  

10:59
25 Yanvar

ABŞ Putin və Zelenski arasında görüşün tezliklə baş tuta biləcəyinə inanır  

10:56
25 Yanvar

Milli Məclisin sədri Sahibə Qafarova Bəhreyn Krallığına səfər edib  

10:27
25 Yanvar

Liviya Enerji və İqtisadiyyat Sammiti çərçivəsində xarici şirkətlərlə müqavilələr imzalanıb  

23:11
24 Yanvar

İraq Suriya ilə sərhəd boyunca beton divarın tikintisini yekunlaşdırır  

22:08
24 Yanvar

Laçının sağlamlıq keşikçiləri: doğma yurda qayıdışla başlayan məsuliyyətli xidmət  

20:00
24 Yanvar

Zelenski Əbu-Dabi danışıqlarını konstruktiv adlandırıb  

19:23
24 Yanvar

Misli Premyer Liqası: "Kəpəz" "Qarabağ"ı məğlub edib

18:56
24 Yanvar

“Həm evimiz var, həm işimiz” - Kəlbəcər sakininin qayıdış sevinci 

18:47
24 Yanvar

NATO Baş katibinin müavini: Azərbaycanla qarşılıqlı faydalı olan sahələrdə əməkdaşlığı davam etdirməyi planlaşdırırıq

18:09
24 Yanvar

Ötən il DOST mərkəzlərində 887 min vətəndaşa xidmət göstərilib  

17:57
24 Yanvar

Danimarkanın Baş naziri Trampın NATO-nun Əfqanıstan missiyası barədə sözlərini pisləyib  

17:32
24 Yanvar

Misli Premyer Liqasında XVII turun daha bir oyunu keçirilib

16:10
24 Yanvar

Ali Məhkəmə Plenumunun 2025-ci ilin yekunlarına həsr olunmuş iclası keçirilib

16:01
24 Yanvar

İraq İŞİD-dən olan əcnəbi məhbusları ölkələrinə təhvil verməyə başlayır

15:53
24 Yanvar

Braziliya Çin vətəndaşları üçün vizanı ləğv edir

15:39
24 Yanvar

Əbu-Dabidə Rusiya, ABŞ və Ukraynanın iştirakı ilə danışıqlar davam edir

14:52
24 Yanvar

Astanada Konstitusiya islahatları komissiyasının ilk iclası keçirilir

13:49
24 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!