Qəhrəmanların xatirəsi əbədi yaşayır
Goranboyun bol-bərəkətli, şanlı-şöhrətli yurd yerlərindən biri də Qızılhacılı qəsəbəsidir. Əhalisinin sayı 10 min nəfərə çatır. Bu oğuz yudrunun tarixi qədim, ənənəsi zəngindir.
Milli istiqlal uğrunda mübarizədə qızılhacılılılar həmişə öz sözlərini deyiblər - XIX əsrin sonlarında da, ötən yüzilliyin əvvəllərində, ölkənin, millətin ən ağır günlərində qəsəbədən perikən, köçüb gedən olmayıb. Əksinə, silaha sarılıb düşmənə, təcavüzkara mərdliklə sinə gəriblər. Onların iştirakı ilə Gülüstan-Ağcakənd bölgəsi namərd ermənilərin caynağından xilas edilib. Bu döyüşlərdə Qızılhacılının igid oğulları hünər göstərib, canlarından keçiblər.
O qanlı-qadalı günlərdə qəsəbə 18 şəhid verib. Onlardan üç nəfəri Azərbaycanın Milli Qəhrəman adına layiq görülüb. Bu qəhrəmanlardan biri qubadlılı Kazımağa Kərimovdur. O, jurnalist idi. Qubadlının işğalından sonra ailəsi ilə birlikdə Qızılhacılı qəsəbəsinə köçmüşdü. Elə ilk gündən də özünümüdafiə batalyonuna yazılmışdı. Hünərinə, bacarığına görə batalyon komandirinin müavini təyin olunmuşdu.
Kazımağa Erkəc, Mənəşli, Qaraçinar, Şəfəq əməliyyatlarında və başqa döyüşlərdə öndə gedib. Meşəli ərazisində ağır yaralanıb. Bakıya çatdırsalar da, onu xilas etmək mümkün olmayıb. Prezidentin sərəncamı ilə K.Kərimova Azərbaycanın Milli Qəhrəmanı adı verilib.
Digər Milli Qəhrəmanlar - Yunis Əliyev və Fikrət Hacıyev isə Qızılhacılı qəsəbəsinin yetirmələridir. Hər ikisi Şəfəq, Zeyvə, Qaraçinar və digər yaşayış məntəqələrinin erməni quldurlarından müdafiəsində iştirak edib və taleləri də eyni olub: Talış kəndi ətrafında keçirilən əməliyyat zamanı şəhidlik zirvəsinə ucalıblar. Hər ikisinə Azərbaycanın Milli Qəhrəmanı adı verilib. Fikrət Hacıyevin 27, Yunis Əliyevin 33 yaşı vardi...
Xalqımız, qəsəbə əhli qədirbiləndir, qəhrəman oğullarının xatirəsini daim əziz tutur. Mədəniyyət evi Kazımağa Kərimovun, 3 saylı uşaq bağçası Yunis Əliyevin, qonşu Ballıqaya kənd məktəbi Fikrət Hacıyevin adını daşıyır. 2 saylı məktəbin həyətində şəhidlərin şərəfinə abidə ucaldılıb. Məktəblərdə, mədəniyyət ocaqlarında sərgilər, xatirə guşələri düzəldilib. Oktyabrın 9-u Milli Qəhrəman Yunis Əliyevin doğum günüdür. Yaşasaydı 60 yaşına qədəm qoyacaqdı. Rayonda, eləcə də qəsəbədə onun xatirəsi növbəti dəfə qürurla anılıb, yeniyetmə və gənclərin, eləcə də müharibə veteranlarının, qazilərinin iştirakı ilə tədbirlər keçirilib.
Hər bir şəhidimizin xatirəsi xalqımızın qəlbində və tarixində əbədi yayaşacaq, yaşadılacaqdır.
Rəsul QURBANOV,
Qızılhacılı qəsəbə sakini, müharibə veteranı
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Son 8 ayda 9,9 faizlik inflyasiya
28 Aprel
İlk ali təhsilli Azərbaycan heykəltaraşı
28 Aprel
Şuşa ədəbi mühitindən bəzi nümunələr
28 Aprel
Muzeylər tarixi keçmişimizin saxlanc yeridir
28 Aprel
BP bəyan edir: "Strategiyamız gələcəyin enerji sisteminə sərmayə qoymaqdır"
28 Aprel
Emal sənayesi: dayanıqlı inkişafın lokomotivi
28 Aprel
ABŞ qərəzli hesabatları ilə Azərbaycana təzyiq göstərmək istəyir
28 Aprel
Avropa Parlamentinin "qoca qitə"nin özündə belə nüfuzu qalmayıb
28 Aprel
Azərbaycanın "yaşıl gündəliyi" artıq bəllidir
28 Aprel
Şəxsiyyəti də, peşəsi də işıqlı idi
28 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!