Qazaxda çiyələk yetişdiriləcək
Kənd təsərrüfatının inkişafı istiqamətində həyata keçirilən məqsədyönlü tədbirlər, fermerlərə göstərilən diqqət və qayğı aqrar sahədə çalışan insanlar üçün geniş imkanlar açmışdır.
Bu istiqamətdə Qazax rayonunda da nəzərəçarpacaq dərəcədə irəliləyişə nail olunmuş, son iki ildə yüz hektarlarla torpaq sahəsi əkin dövriyyəsinə daxil edilmiş, kənd təsərrüfatı məhsulları istehsalı xeyli çoxalmışdır. Xüsusilə istixanaların genişləndirilməsi sayəsində fermerlərin gəlirləri əvvəlki illərə nisbətən daha da artmışdır. Bu, yeni iş yerlərinin yaradılmasına da imkan vermişdir. Təkcə onu demək kifayətdir ki, keçən il rayonda yaradılan 1700 yeni iş yerinin 350-si istixanaların payına düşmüşdür.
Bu il Qazax fermerləri çiyələk yetişdirməyi də qərara almışlar. Onlardan biri Çaylı kəndinin sakini Nüsrət Aşırovdur. O, söhbət zamanı dedi ki, çiyələk istehlakçıların ən çox maraq göstərdikləri giləmeyvələrdəndir. Bunu nəzərə alaraq cari ildə 4 hektar sahədə çiyələk yetişdirməyi qərara alıb. Bu məqsədlə çiyələyin yetişdirilməsi təcrübəsini öyrənmiş, kənd ərazisində məhsuldarlığı yüksək, saxlama müddəti çox olan "Albion” sortlu çiyələk şitilləri əkmişdir. Hazırda həmin şitillər sellofan altındadır və onlara aqrotexniki qaydalarla qulluq edilir.
N.Aşırov onu da qeyd etdi ki, çiyələk əkilən sahələrdə işlər ilboyu aparılır. Torpaq əkinə hazırlanaraq üzvi gübrə verilir. Suvarma damcı üsulu ilə aparılır. Belədə həm suya qənaət edilir, həm də su bitkilər arasında bərabər paylanır, torpaq qaysaqlamır, alaq otlarının inkişafı dayanır. Zərərvericilərə və xəstəliklərə qarşı mübarizə də vaxtında aparılmalıdır. Məhsul yığımına mart ayında başlanacaq. Bu il məhsul bol olsa, gələn il əkin sahələrini 3 hektar da artırmağı qarşısına məqsəd qoyub.
Sabir ƏLİYEV,
"Azərbaycan”
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Növbəti köç karvanı Füzuliyə çatıb
29 Aprel
ABŞ dövlət katibinin Yaxın Şərqə səfəri başlayır
29 Aprel
Azərbaycan ABŞ-də multikulturalizm festivalında uğurla təmsil olunub
29 Aprel
İranın Şərqi Azərbaycan əyalətində baş verən partlayışlarda 10 nəfər yaralanıb
29 Aprel
PSJ 12-ci dəfə Fransa çempionu olub
29 Aprel
Azərbaycanın iki gimnastı Serbiyada beş medal qazanıb
29 Aprel
Azərbaycan nümayəndə heyəti Dünya Badminton Federasiyasının illik toplantısına qatılıb
29 Aprel
Bu ölkə Türkiyə ilə sərhəddə hərbi baza yaradır
29 Aprel
BMT iqlim dəyişikliyinin əməyin mühafizəsi və sağlamlığa təsiri haqqında hesabat təqdim edib...
29 Aprel
Qarabağda istifadəyə verilmiş hava limanlarının təhlükəsizliyi yeni texnologiyalarla təmin edilir...
29 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!