Qayğı var, tələb də artır
Daşkəsən rayonunda genişmiqyaslı abadlıq və quruculuq işləri gedir. Burada 15 tikinti obyektindən yeddisi məktəblərin payına düşür. Bu il Bayan kəndində və Daşkəsən qəsəbəsində müasir üslubda inşa edilmiş binalar istifadəyə verilmişdir.
Daha beş məktəb binasının tikintisi isə ilin sonuna kimi başa çatdırılacaq. Hazırda şəhərin mərkəzində 5 nömrəli uşaq bağçası əsaslı təmir edilir. Xoşbulaq kəndində Gənclərin Təlim və İstirahət Mərkəzi inşa olunur.
Dövlətin qayğısı və köməyi sayəsində dağlar diyarında abadlıq və quruculuq işləri getdikcə geniş miqyas alır. Rayonun mərkəzində və Quşçu qəsəbəsində hər birində 16 mənzilli yaşayış binasının, Alunitdağ qəsəbəsində elektrik yarımstansiyasının tikintisi aparılır. Çovdar Qızıl Zavodunun və statistika idarəsinin yeni inzibati binasının inşasında son tamamlama işləri görülür.
"Daşkəsən rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən üç min nəfər əhalinin yaşadığı 13 yaşayış məntəqəsini birləşdirən Zağalı-Kollu-Çıraqlı 31 kilometrlik avtomobil yolunun çəkilişi də sürətlə davam etdirilir. Uzaq dağ kəndlərinə bu cür rahat yolun çəkilməsi bu yollardan istifadə edən müəllim və şagirdlərin sevincinə səbəb olub.
Qeyd edək ki, rayonumuzda təhsilə qayğı yalnız yeni məktəb binalarının tikintisi, yolların təmiri ilə bitmir. Burada qüsurlar araşdırılır, onların aradan qaldırılması üçün əməli işlər görülür.
Məsələn, elə bu günlərdə yeni dərs ilinin başlanması ilə əlaqədar keçirilən toplantıda ayrı-ayrı yerlərdə qazanılan nailiyyətlər qeyd olundu, mövcud nöqsan və həlli vacib problemlərə diqqət yetirildi. Qeyd olundu ki, rayonun bəzi məktəblərində tədris prosesinin təkmilləşdirilməsinə, şagirdlərin dərslərə davamiyyətinə, müəllimlərin pedaqoji fəaliyyətinə nəzarət işi pis təşkil olunmuşdur. Xüsusən Alunitdağ, Yuxarı Daşkəsən, Daşkəsən, Quşçu qəsəbə, Çanaqçı, Mollahəsənli, Qabaqtəpə, Qaraqullar, Qazaxyolçular kənd tam orta məktəblərində bu sahədə əsaslı işlər görülməli, tədrisdə dönüş yaranmalıdır.
Sahib ƏHMƏDOV,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Zelenski: Ukraynaya 10 il ərzində dəstək vermək üçün ABŞ-la danışıqlar aparılır
29 Aprel
İrpendə “Azərbaycan Günü” keçirilib
28 Aprel
Prezidentin Mətbuat xidmətinin məlumatı
28 Aprel
QDİƏT PA-da Türkiyə heyətinin rəhbəri: Ankara ABŞ və Aİ-nin Cənubi Qafqaza münasibətindən narahatdır...
28 Aprel
Ukrayna ordusu Donetskin 3 yaşayış məntəqəsindən geri çəkilib
28 Aprel
“Nizami” Kino Mərkəzində “Azərbaycanda Rusiya Kinosu Günləri”nin bağlanış mərasimi keçirilib...
28 Aprel
Premyer Liqa: "Qəbələ"nin mövsümü sonuncu pillədə bitirməsi dəqiqləşib
28 Aprel
Türkiyənin aparıcı partiyalarından birinə yeni sədr seçilib
28 Aprel
Akademik avarçəkmə üzrə Azərbaycan millisinin üzvü “Paris-2024”ə lisenziya qazanıb
28 Aprel
Bəzi dağlıq ərazilərdə havanın qısamüddətli az yağıntılı olacağı gözlənilir
28 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!