17 Fevral 2026 12:28
197
CƏMİYYƏT
A- A+
Qaradağlı faciəsindən 34 il keçir  

Qaradağlı faciəsindən 34 il keçir  


Xocavənd rayonunun Qaradağlı kəndi 1992-ci il fevralın 17-də erməni silahlı birləşmələri tərəfindən işğal edilərək yandırılıb, dinc əhaliyə qarşı soyqırımı törədilib.

AZƏRTAC xəbər verir ki, 34 il əvvəl Qaradağlıda baş verən bu qətliam erməni millətçilərinin təxminən 200 il ərzində azərbaycanlılara qarşı həyata keçirdiyi etnik təmizləmə və soyqırımı siyasətinin davamı, Azərbaycan türklərinə qarşı bəslənən dərin nifrətin nəticəsi olub.

Qaradağlı sakinləri ötən əsrin 90-ci illərinin əvvəlində Qarabağda baş qaldıran erməni separatizminin ilk qurbanlarından olublar. 1990-cı il noyabrın 24-də Xocavənd–Xankəndi yolunun 6-cı kilometrliyində erməni quldurları tərəfindən 3 kənd sakini vəhşicəsinə qətlə yetirilib. 1991-ci il yanvarın 9-da kəndə gələn “UAZ” markalı avtomobil atəşə tutulub, 1 nəfər öldürülüb, 4 nəfər yaralanıb, onlardan 2-si sonradan aldığı xəsarətlərdən vəfat edib.

Həmin ilin martın 8-də kəndin yaxınlığında daha 2 nəfər qətlə yetirilib. İyunun 28-də kəndin yanındakı fermada 3 kişi və 3 qadın olmaqla 6 sakin diri-diri yandırılıb.

1991-ci il sentyabrın 8-də Ağdamdan Qaradağlıya gələn sərnişin avtobusu atəşə tutulub, 40-a yaxın sərnişindən 2 kişi və 6 qadın həlak olub.

1992-ci il yanvarın 8-də isə kəndin yaxınlığında daha bir azərbaycanlı qətlə yetirilib.

1991-ci il dekabrın 19-da Xocavənd kəndinin, 1992-ci il fevralın 12-də isə Şuşanın Malıbəyli kəndinin işğalından sonra növbəti hədəf Qaradağlı olub. Kənd tam mühasirəyə alınıb, vəziyyət getdikcə ağırlaşıb.

1992-ci il fevralın 14-də erməni silahlı dəstələri xarici muzdluların, xüsusilə Xankəndidə yerləşən keçmiş sovet ordusunun 366-cı motoatıcı alayının texnikası və canlı qüvvəsinin dəstəyi ilə Qaradağlıya sonuncu dəfə hücum ediblər. Kənddə olan 104 mülki sakin və 14 hərbi qulluqçu dörd gün ərzində son gülləyə qədər müqavimət göstərib. Döyüşlər zamanı biri qadın olmaqla 14 nəfər həlak olub. Silah-sursatı tükənən sakinlər əsir götürülüb.

Beləliklə, 1992-ci il fevralın 17-də Qaradağlı kəndi tam işğal olunub. İşğal zamanı 118 nəfər əsir götürülüb, 33 nəfər yerindəcə güllələnib. Ümumilikdə əsir götürülənlərdən 68 nəfər öldürülüb, 50 nəfər ağır işgəncələrdən sonra azad edilib. Əsir düşənlər arasında 10 qadın və 2 məktəbli olub. Azad olunanlardan 18 nəfər sonradan aldığı ağır xəsarətlərdən vəfat edib.

Qaradağlıda törədilən cinayətlər nəticəsində kənddə ümumilikdə 91 nəfər qətlə yetirilib, iki ailənin hər birindən 4 nəfər öldürülüb, 43 ailə ailə başçısını itirib, 146 uşaq yetim qalıb. Kənd sakinlərinin hər on nəfərindən biri erməni vandalizminin qurbanı olub. İşğal nəticəsində 200 ev, mədəniyyət evi, 320 yerlik orta məktəb, 25 çarpayılıq xəstəxana, tarixi, dini və mədəni abidələr, qəbiristanlıq dağıdılıb, 800-ə yaxın sakin məcburi köçkün düşüb.

Qaradağlı kəndi 2023-cü il sentyabrın 19–20-də həyata keçirilən antiterror tədbirlərindən sonra işğaldan azad edilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan Premyer Liqası: “Sabah”ın çempionluq şansı açıqlanıb  

12:31
17 Fevral

Allahşükür Paşazadə: Dünya üçün sülhün təşviqindən vacib heç nə ola bilməz  

12:29
17 Fevral

Ötən ay 30 min şəxs aktiv məşğulluq tədbirləri ilə əhatə olunub  

12:28
17 Fevral

Qaradağlı faciəsindən 34 il keçir  

12:28
17 Fevral

Mütəxəssis: Düzgün planlaşdırılmış qidalanma ilə Ramazan orucu əksər insanlar üçün faydalı ola bilər  

12:22
17 Fevral

Bakı metrosunda gücləndirilmiş iş rejimi tətbiq olunacaq 

12:21
17 Fevral

Qafqaz Müsəlmanları İdarəsi Ramazan ayının təqvimini açıqlayıb  

12:17
17 Fevral

Ruben Vardanyan 20 il müddətinə azadlıqdan məhrum edilib

12:13
17 Fevral

Polşa Ukraynada münaqişə bitdikdən sonra cinayətkarlığın artacağını gözləyir

12:01
17 Fevral

Azərbaycan–Serbiya strateji tərəfdaşlığında yeni mərhələ

11:56
17 Fevral

Paytaxt rayonlarının icra başçıları məsuliyyətə çağırılıb

11:41
17 Fevral

Nikol Paşinyan Anna Akopyan ilə rəsmi nikah müqaviləsi bağlayıb

11:38
17 Fevral

Bu gün böyük qəzəlxan Əliağa Vahidin doğum günüdür  

11:34
17 Fevral

“Könüllülərin Karyera düşərgəsi” yekunlaşıb  

11:28
17 Fevral

Çin Xalq Respublikasının Sədri Zati-aliləri cənab Si Cinpinə  

11:21
17 Fevral

Gürcüstan tarixində ilk dəfə Qış Olimpiya Oyunlarında gümüş medal qazanıb

11:19
17 Fevral

Azərbaycan və Mərakeş arasında təhsil sahəsində cari əməkdaşlıq məsələləri müzakirə olunub  

11:13
17 Fevral

Ötən gün 35 cinayətin açılması təmin edilib  

11:03
17 Fevral

Azərbaycan- Serbiya münasibətləri: əməkdaşlığın yeni istiqamətləri  

10:54
17 Fevral

Azərbaycan neftinin qiyməti yenidən 70 dolları ötüb 

10:53
17 Fevral

Dünya birjalarında neft qiymətləri müxtəlif istiqamətlərdə dəyişib

10:42
17 Fevral

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!