17 Fevral 2026 11:41
204
CƏMİYYƏT
A- A+
Paytaxt rayonlarının icra başçıları məsuliyyətə çağırılıb

Paytaxt rayonlarının icra başçıları məsuliyyətə çağırılıb


Bakı Şəhər İcra Hakimiyyətində paytaxtın rayon icra hakimiyyətlərinin başçıları və şəhər kommunal xidmətlərinin rəhbərlərinin iştirakı ilə növbəti müşavirə keçirilib.

Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, müşavirədə şəhərin sanitar təmizliyinin və yaz-yay mövsümünə hazırlığının vəziyyəti, əsaslı təmir, abadlıq və yaşıllaşdırma işləri, habelə qanunsuz tikintilərlə bağlı məsələlər müzakirə olunub.

İclasda çıxış edən Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov bildirib ki, rayon icra hakimiyyəti başçıları ərazilərində mövcud nöqsanları operativ şəkildə aşkar edib aradan qaldırmalı, məsuliyyət və təşəbbüskarlığın günün əsas tələbi olduğunu daim nəzərə almalıdırlar.

Müşavirədə Suraxanı, Qaradağ və Xəzər rayonlarında təsərrüfat məsələlərinin vəziyyəti kəskin tənqid edilib. Qeyd olunub ki, bu rayonların bəzi qəsəbələri ümumşəhər standartlarından geri qalır. Yol verilmiş nöqsanlara görə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısına töhmət, Xəzər Rayon İcra Hakimiyyətinin başçısına isə şifahi xəbərdarlıq elan edilib.

Toplantıda paytaxt rayonlarında təmizlik, abadlıq və yaşıllaşdırma sahəsində görülən işlər də müzakirə edilib. Novruz bayramına hazırlıq və işlərin daha da təkmilləşdirilməsi üçün müvafiq tapşırıqlar verilib.

Müşavirədə rayonlarda qanunsuz tikintilərin monitorinqinin nəticələrinə dair video və fotomateriallar nümayiş etdirilib. Bu mövzu ətrafında geniş müzakirələr aparılıb, aşkarlanmış qanun pozuntuları əyani şəkildə təqdim olunub. Bildirilib ki, bu cür hallar əsasən Sabunçu, Qaradağ, Xəzər və digər rayonlarda qeydə alınıb. Qanunsuz tikintilərlə mübarizənin gücləndirilməsi məqsədilə aidiyyəti üzrə tapşırıqlar verilib.

Qeyd edilib ki, müşavirədə verilən tapşırıqların icrasına Bakı Şəhər İcra Hakimiyyətinin monitorinq qrupu tərəfindən nəzarət olunacaq. Yaz-yay mövsümünə hazırlıq məqsədilə xüsusi qərargahın yaradılması və görülən işlərin nəticələrinin iki ay ərzində yenidən müzakirəyə çıxarılması qərara alınıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan Premyer Liqası: “Sabah”ın çempionluq şansı açıqlanıb  

12:31
17 Fevral

Allahşükür Paşazadə: Dünya üçün sülhün təşviqindən vacib heç nə ola bilməz  

12:29
17 Fevral

Ötən ay 30 min şəxs aktiv məşğulluq tədbirləri ilə əhatə olunub  

12:28
17 Fevral

Qaradağlı faciəsindən 34 il keçir  

12:28
17 Fevral

Mütəxəssis: Düzgün planlaşdırılmış qidalanma ilə Ramazan orucu əksər insanlar üçün faydalı ola bilər  

12:22
17 Fevral

Bakı metrosunda gücləndirilmiş iş rejimi tətbiq olunacaq 

12:21
17 Fevral

Qafqaz Müsəlmanları İdarəsi Ramazan ayının təqvimini açıqlayıb  

12:17
17 Fevral

Ruben Vardanyan 20 il müddətinə azadlıqdan məhrum edilib

12:13
17 Fevral

Polşa Ukraynada münaqişə bitdikdən sonra cinayətkarlığın artacağını gözləyir

12:01
17 Fevral

Azərbaycan–Serbiya strateji tərəfdaşlığında yeni mərhələ

11:56
17 Fevral

Paytaxt rayonlarının icra başçıları məsuliyyətə çağırılıb

11:41
17 Fevral

Nikol Paşinyan Anna Akopyan ilə rəsmi nikah müqaviləsi bağlayıb

11:38
17 Fevral

Bu gün böyük qəzəlxan Əliağa Vahidin doğum günüdür  

11:34
17 Fevral

“Könüllülərin Karyera düşərgəsi” yekunlaşıb  

11:28
17 Fevral

Çin Xalq Respublikasının Sədri Zati-aliləri cənab Si Cinpinə  

11:21
17 Fevral

Gürcüstan tarixində ilk dəfə Qış Olimpiya Oyunlarında gümüş medal qazanıb

11:19
17 Fevral

Azərbaycan və Mərakeş arasında təhsil sahəsində cari əməkdaşlıq məsələləri müzakirə olunub  

11:13
17 Fevral

Ötən gün 35 cinayətin açılması təmin edilib  

11:03
17 Fevral

Azərbaycan- Serbiya münasibətləri: əməkdaşlığın yeni istiqamətləri  

10:54
17 Fevral

Azərbaycan neftinin qiyməti yenidən 70 dolları ötüb 

10:53
17 Fevral

Dünya birjalarında neft qiymətləri müxtəlif istiqamətlərdə dəyişib

10:42
17 Fevral

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!