23 İyul 2020 00:29
965
SİYASƏT
A- A+
“Qarabağsız, Ağdamsız Azərbaycan yaşaya bilməz”

“Qarabağsız, Ağdamsız Azərbaycan yaşaya bilməz”


Ağdam deyəndə göz önünə cənnət-misalı Qarabağ gəlir - qartalların qıy vurduğu, başı qarlı uca dağlar, durnagözlü bulaqlar, qayalara çırpıla-çırpıla üzü arana can atan dəlisov çaylar, nəğməkar şəlalələr, gül-çiçəkli yamaclar, yaşıl ormanlar...

...Poetik-lirik lövhələrlə Qarabağı, o cümlədən onun ürəyi hesab olunan Ağdamın firavan günlərindən çox yazılıb. Hüsnünə dastanlar qoşulub, mahnılar bəstələnib. Qarabağda doğulan körpələr muğamla, segahla dil açıb, nəğməkar, bəstəkar... olublar.

Bu gün isə, daha doğrusu, 27 ildir ki, o bəxtəvərlikdən və xoşbəxtlikdən yox, Qarabağın taleyinə yazılan əsirlik, girovluq, qarabağlıların həsrətli baxışlarından danışılır, yazılır.

Qarabağ, o cümlədən Ağdam haqqında illər öncə Ümummilli Lider Heydər Əliyevin söylədiyi fikir bütün zamanlarda aktual olacaq: "Qarabağsız, Ağdamsız Azərbaycan yaşaya bilməz”.

Əlbəttə, Azərbaycana canı-qanı ilə bağlı olan Ulu Öndərin bu müdrik fikri, verdiyi qiymət heç də yalnız o yerlərin əsrarəngiz təbiəti ilə bağlı deyildi. Tarix yaradan şəxsiyyət Qarabağa, Ağdama həm də Vətən, xalq üçün yetişdirdiyi layiqli övladlarına görə yüksək dəyər verirdi.

Günəş şüaları ilə nurlanmış işıqlı, ağ ev - Ağdam

Ağdam ilk yaşayış məskəni kimi eramızdan əvvəl birinci minillikdə yaranıb. "Ağdam” sözü qədim türk dilində "kiçik qala” deməkdir. Uzaq keçmişdə bu ərazidə yaşamış türkdilli qəbilələr özlərini müdafiə etmək üçün əsasən kiçik qalalar tikirdilər. Zaman keçdikcə bu şəhərin adının mənası dəyişib. XVIII əsrin birinci yarısında qarabağlı Pənahəli xan bu şəhərdə özü üçün ağ daşdan imarət tikdirmək barədə əmr verib. Həmin imarət uzun müddət ətraf kəndlərin sakinləri üçün nümunəyə çevrilib. Bu mənada "Ağdam” günəş şüaları ilə nurlanmış işıqlı, ağ ev deməkdir.

Ağdam inzibati rayonu isə sovetləşmə dövründə, konkret olaraq 1930-cu ildə yaradılıb. Sahəsi 1094 kvadrat kilometr olan rayonun coğrafi relyefi əsasən düzənlik, qismən dağlıqdır. Azərbaycanın qədim, füsunkar təbiətli torpağı olan Qarabağın mərkəzində - Qarabağ dağ silsiləsinin şimal-şərq ətəklərində, Kür-Araz ovalığının qərbində yerləşir.

1988-ci ilin son aylarında Ermənistandan öz ata-baba yurdlarından, daha sonra Dağlıq Qarabağ Muxtar Vilayətindəki doğma, isti ocaqlarından silah gücünə, amansızcasına, vəhşiliklə qovulub didərgin salınan on minlərlə azərbaycanlı məhz Ağdam rayonuna pənah gətirmişdi.

1992-ci ildə Dağlıq Qarabağı bütünlüklə işğal edən Ermənistan sovet qoşunlarının dəstəyi ilə ətraf rayonlara da hücum etdi. Xüsusən Ağdama olan hücumların ardı-arası kəsilmədi. 1993-cü il may ayının 11-dən etibarən şiddətlənən hərtərəfli hücum və təcavüz iyul ayının 23-də Ağdamın süqutu ilə başa çatdı.

Şücaətlə döyüşən ağdamlıların və Ağdam uğrunda şəhid olan Vətən övladlarının ruhu da o gün əsir düşdü, girov qaldı. Neçə-neçə böyük sənətkarı, elm-mədəniyyət xadimlərini yetişdirən torpağın bir hissəsi yağı caynağına keçdi.


Ağdamın qara günlərinin kulminasiyası


1994-cü il mayın 12-dək davam edən hərbi təcavüz nəticəsində ermənilər Ağdam rayonunun 846,7 kvadrat kilometr, yəni ümumi ərazisinin 77,4 faizini işğal etdilər. Ağdam şəhəri və 87 kənd vəhşiliklə darmadağın edildi. Müdafiəsində 5 min nəfərdən çox şəhid və əlil olan, minlərlə insanın fiziki şikəstlik qazandığı Ağdamın 120 min nəfərdən çox əhalisi isə öz doğma ev-eşiyindən qovularaq məcburi köçkünə çevrildi.

Qarabağın ağ imarətli Ağdamının qara günlərinin kulminasiyası: 1993-cü il, 23 iyul tarixi! Qarabağın zümrüd tacı, Qafqazın Konservatoriyası sayılan Şuşa, qartallar yuvası, laçınlar oylağı Laçın, ardınca Qarabağın qala qapısı Kəlbəcər Ermənistanın məkrli, çirkin, təcavüzkar siyasəti nəticəsində işğala məruz qalandan sonra hədəf Ağdam idi. Təklənsələr də, ağdamlılar doğma yurdun sipərinə çevrilmişdilər - düşmənlə canlı sədd yaratsalar da, yağılar "arxalı köpək” kimi quduzlaşmışdı. Təəssüf ki, o ağır günlərdə baş verən siyasi hadisələr Qarabağı və onun övladlarını taleyin ümidinə qoymuşdu...

Nankor ermənilər havadarlarının köməyi ilə Ağdamı odlara qalayıb viran qoymaq üçün bu fürsətdən istifadə etdi. Həmin tarix ağdamlıları Ağdamsız, Azərbaycanı Qarabağsız qoydu. Ərazisinin dörddəüç hissəsi işğal olunan Ağdam rayonunun əhalisi respublikanın əksər bölgələrinə səpələndi, uzun illər ağır şəraitdə, çadırlarda, yük vaqonlarında yaşamağa məhkum oldular.

Azərbaycan Prezidenti İlham Əliyev 2003-cü ildə hakimiyyətə gələrkən ölkədə bir dənə də olsun çadır şəhərciyinin qalmayacağını söylədi. Qarşıda duran mühüm problemlərin həllinin vacibliyini qeyd edən dövlət başçısının qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması üçün həyata keçirdiyi çox mühüm və təxirəsalınmaz tədbirlərdən ağdamlı məcburi köçkünlərə də pay düşdü: Ağdam ərazisində hər cür infrastruktura malik 18 yeni qəsəbə salındıqdan sonra ölkənin, demək olar ki, əksər bölgələrində müvəqqəti məskunlaşan ağdamlı məcburi köçkün ailələri öz dövlətinə və Prezidentinə minnətdarlıq hissi ilə doğma rayona, rahat, geniş və işıqlı mənzillərə köçdülər. Məhz bu qayğının nəticəsidir ki, Ağdam rayonu ərazisində 100 min nəfərə yaxın ağdamlı yaşayır, yurd həsrəti çəkmədən.


Burada sənət də var, sənəkarlıq da


Azərbaycanın özü qədər qədim tarixə malik Qarabağın yüz illərlə formalaşmış özünəməxsus simvolları az deyil. Bərəkətli torpağı, zəngin və halal süfrəsi, tarixi-mədəni simvollar sırasında musiqi, xalçaçılıq və atçılıq Ağdam üçün xüsusilə xarakterikdir.

Dövlət başçısının bütün bölgələrə səfərləri tarixə, yaddaşlara yazılacaq qədər əhəmiyyət daşıyır. Çünki bu səfərlər həmin bölgələrin sosial-mədəni inkişafına güclü təkan verir. 2018-ci ilin payızında Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın Ağdam rayonuna növbəti və tarixi bir səfəri də yadda qaldı. Əslində, bu qədim diyar Ulu Öndər Heydər Əliyevin siyasi hakimiyyətdə olduğu hər iki dövrdə daim dövlət qayğısı görüb, ağdamlılar bunu heç vaxt unutmayıb. Lakin Azərbaycan Prezidenti İlham Əliyevin növbəti tarixi səfəri bəzi vacib məqamları ilə yaddaşa yazıldı.

Təbii ki, Qarabağın, o cümlədən Ağdamın rəmzi, şöhrət simvollarından biri, bəlkə də birincisi musiqidir. O da gizli deyil ki, Ağdam Azərbaycanın musiqi mədəniyyəti tarixinə dünya şöhrətli görkəmli sənətkarlar verib. Bu ulu məkanda doğulub boya-başa çatan mədəniyyət və incəsənət korifeyləri, musiqiçilər, o cümlədən görkəmli muğam ustadları da dillərdə dastandır.

Heydər Əliyev Fondunun təşəbbüsü ilə Ağdamın hazırda mərkəzi sayılan Quzanlı qəsəbəsində milli memarlıq ənənələrini özündə əks etdirən möhtəşəm Muğam Mərkəzinin tikilərək sənətsevərlərin istifadəsinə verilməsi rayonun mədəni həyatında son dərəcə əlamətdar bir hadisəyə çevrildi.

Qarabağın dilboz atlarının şöhrəti tarixən Avropanı fəth edib. Təəssüf ki, Ermənistanın işğalçılıq siyasəti Ağdam Atçılıq Zavoduna da məcburi köçkünlük həyatı yaşatmışdı. Dövlət başçısının imzaladığı sərəncamlar əsasında "Qarabağ Atçılıq Təsərrüfatı” MMC üçün 35 hektardan artıq ərazidə müasir tələblərə cavab verən Qarabağ Atçılıq Kompleksinin tikilməsi, əlbəttə, bu sahəyə qayğının bariz nümunəsidir.

Qarabağın şöhrət simvollarından biri də xalçaçılıqdır ki, bu uludan-ulu sənət Azərbaycan milli mədəniyyətinə töhfə verməkdədir. Onun qorunub saxlanılması, inkişaf etdirilməsi üçün dövlət zəruri qayğını əsirgəmir. Dövlət başçısının təşəbbüsü ilə "Azərxalça” ASC-nin Ağdam filialının burada fəaliyyət göstərməsi də təsadüfi deyil. Bu, ilk növbədə 150 nəfərdən artıq xalçaçılıqla məşğul olanlar üçün yeni iş yerləri deməkdir.

***

...Bu gün də işğalçı Ermənistan Azərbaycan sərhədlərini təxribatla pozmaqda, Tovuz rayonu ərasində dinc əhalini hədəf seçməkdədir. 1992-1993-cü illərdən fərqli olaraq bu gün təcavüzkarın uğursuzluqla qarşılaşması Azərbaycan Ordusunun və xalqının hakimiyyətlə bir cəbhədə olmasını təsdiqləyir. Bu isə o deməkdir ki, Ermənistan işğal altında saxladığı Azərbaycan ərazilərində duruş gətirə bilməyəcək. Uzaqda olmayan o gün, bütünlüklə qarabağlılar, o cümlədən ağdamlılar üçün əsl qələbəyə çevriləcək. Qarabağdan yenə də könülləri oxşayan musiqi sədaları Şuşaya, Laçına, Kəlbəcərə, işğal altında qalan digər torpaqlara da yayılacaq...

Məhəmməd NƏRİMANOĞLU,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Quru Qoşunlarında “Konstitusiya və Suverenlik İli” ilə bağlı tədbirlər keçirilib  

19:26
15 Dekabr

Ali Məclisin payız sessiyasının növbəti iclası keçirilib  

19:24
15 Dekabr

Baş prokuror Qətərdə işgüzar səfərdədir  

19:21
15 Dekabr

ADSEA abonentlərə müraciət edib  

19:20
15 Dekabr

Cəlilabadda vətəndaşların daşınmaz əmlakla bağlı müraciətlərinə baxılıb  

19:10
15 Dekabr

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi BMT Sivilizasiyalar Alyansının 11-ci Qlobal Forumuna tərəfdaşlıq edib  

18:26
15 Dekabr

Suveren yaşıl istiqrazlar üzrə İşçi Qrupun ilk iclası keçirilib  

18:23
15 Dekabr

UNESCO-nun mənzil-qərargahında memar Əcəmi Naxçıvaninin 900 illiyinə həsr edilmiş sərgi açılıb  

18:16
15 Dekabr

Hakan Fidan: Türkiyə vasitəçilik sahəsində dünya liderləri sırasındadır  

18:11
15 Dekabr

Azərbaycanda pambıq yığımı yekunlaşır, sahələrdən 356 min tona yaxın xam pambıq yığılıb  

17:43
15 Dekabr

"Sualtı Hücum Dəniz Xüsusi Təyinatlısı" kursunun buraxılış mərasimi keçirilib  

17:41
15 Dekabr

Agentliyin əməkdaşları qan verdilər  

17:35
15 Dekabr

Ukrayna ilə bağlı sülh planı ətrafında nə baş verir?

17:26
15 Dekabr

İdmanımızın yeni ulduzu

17:25
15 Dekabr

Xalq yazıçısı Elmira Axundovanın Ulu Öndərə həsr olunmuş “Sizin aranızda ən böyük dissident mən idim” adlı ikicildlik kitabının təqdimatı keçirilib  

17:16
15 Dekabr

Dövlət Gömrük Komitəsinin sədri Zaqatalada vətəndaşlarla görüşüb  

17:07
15 Dekabr

“Azəriqaz”: 5 kənd və 11 massiv qazın verilməsi ərəfəsindədir 

17:06
15 Dekabr

Azərbaycanda bu il İKT sektorunda göstərilmiş xidmətlərin ümumi dəyəri 8,1 faiz artıb  

17:02
15 Dekabr

Misli Premyer Liqasında XV turun növbəti oyunu keçirilib  

16:44
15 Dekabr

Şəxsiyyət vəsiqəsi, pasport, sürücülük vəsiqəsi və nəqliyyat vasitələrinin qeydiyyatı üzrə xidmətlər onlayn təqdim ediləcək  

16:42
15 Dekabr

Osman Mert: Bakıda keçirilmiş Birinci Türkoloji Qurultay türk dilçiliyinin inkişafı üçün xüsusi əhəmiyyət kəsb edib  

16:39
15 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!