25 May 2025 09:00
456
CƏMİYYƏT
A- A+
Qarabağda büsat var

Qarabağda büsat var


Bu yerlərdə indi sükutu tanklar, toplar yox, yolçəkən maşınlar, kənd təsərrüfatı texnikaları pozur


Qəhrəman Azərbaycan əsgərinin qanı, canı bahasına, Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyevin polad iradəsi, müdrik siyasəti sayəsində işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur sanki ömrünün ikinci baharına qovuşub. Yazın bu oğlan çağında Qarabağ və Şərqi Zəngəzur sözün bütün mənalarında cənnəti xatırladır. 

Zirvəsi qarlı dağlar, gül-çiçəkli yamaclar, nəğməkar şəlalələr, durnagözlü bulaqlar adamın ruhuna sığal çəkir. Ana təbiətin bu sirli - sehrli, ecazkar tablosu qarşısında, ixtiyarsız bütün qayğıları unudub fərqli bir dünyaya, gözəlliklər aləminə düşürsən. Baharın ilıq nəfəsi, təmiz dağ havası, könül açan, gözoxşayan mənzərələr gözünlə, nəfəsinlə canına hopur, içində qeyri-adi bir rahatlıq, hüzur yaradır.

Bax 30 il ana təbiətin, doğma yurdun bu şirin nağılına həsrət qalmışdıq. Sinəmizə çalın-çarpaz dağlar çəkilmiş, insanlığın üz qarası olan faşist xislətli ermənilər bu cənnət misalı yurdumuzu odlara qalamış, viran qoymuşlar. Sanki cəhənnəm alovu yandırıb-yaxmış, külə çevirmişdi bu kəndləri, şəhərləri. Namərdlər daş üstə daş qoymamışlar. Körpələri, ixtiyar qocaları, günahsız mülki insanları amansızlıqla öldürməkdən zövq almışlar, rahatlanmışlar elə bil.

Qisas qiyamətə qalmaz deyib babalarımız. Qalmadı da! Qüdrətli sərkərdə, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordumuz erməni cəlladlarının tökdüyü nahaq qanların, tarixdə analoqu olmayan bir vandallıqla xarabalıqlara çevirdikləri kəndlərin, şəhərlərin, yaşı əsrlərlə hesablanan tarixi abidələrin, tövlə kimi istifadə etdikləri məscidlərin qisasını layiqincə aldı. Cəmi 44 gün davam edən, qələbə ilə nəticələnən bu müqəddəs savaş xalqımızın çiynindəki 30 illik ağır xəcalət yükünü götürdü, dövlətimizin ərazi bütövlüyünü bərpa etdi! Bir cümlə ilə ifadə etsək, deyə bilərik ki, ilahi ədalət zəfər çaldı!

Siz haqqın təntənəsinə, ədalətin qələbəsinə baxın! Neçə vaxtdı Bakıda bir məhkəmə gedir. Qarabağı odlara qalayan, Xocalı faciəsini törədən, kəndləri, şəhərləri viran qoyan, günahsız insanları kütləvi şəkildə qətlə yetirən insan qiyafəli şeytanlar - erməni cəlladları ədalət məhkəməsi qarşısında necə də miskin görünürlər.

İllər keçəcək, zaman dəyişəcək, dünyaya yeni nəsillər gələcək. Bu ədalət məhkəməsi tarixin unudulmaz ibrət dərsinə çevriləcək. Olanları unutmağa, yaddan çıxarmağa heç kəsin haqqı olmamalıdır. Düşmən bu gün də qisas ehtirasları ilə alışıb yanır, əli çatan, sözü keçən ölkələrdən silah-sursat toplayır, hayıf çıxmağa hazırlıqlar görür. Ancaq düşmən bir şeyi unutmasın. Yaddaşında saxlasın ki, yeni təxribatlara getsə, alacağı zərbə daha ölümcül olacaq.

Gəlin yazın bu oğlan çağında nikbin notlara köklənək, özümüzdə xoş ovqat yaradaq. Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın mayın 10-da Ağdama növbəti səfəri hələ də bölgədə yüksək ovqatı qoruyub saxlayır. Bu bir həqiqətdir ki, dövlət başçısının Qarabağa, Şərqi Zəngəzura hər səfəri əlamətdar hadisə kimi yaddaşlara həkk olur. Böyük qayıdışı sürətləndirir, bölgədə aparılan genişmiqyaslı quruculuq, təmir-tikinti, bərpa-abadlıq işlərinə yeni impuls verir. 

Növbəti Qarabağ səfəri Ulu Öndərin doğum gününə təsadüf edirdi. Heç şübhəsiz, bu bir təsadüf deyildi. Müqəddəs ata yolunu, cahanşümul bir liderin siyasi kursunu ləyaqətlə davam etdirən qeyrətli övladın qürurla hesabat verməsi üçün seçilmiş ən münasib məqam idi. Ümummilli Liderin yaddaşlarımıza həkk olunmuş bir ifadəsi var - inanıram ki, mənim başa çatdıra bilmədiyim işləri İlham Əliyev həyata keçirəcək. Ulu Öndər yanılmamışdı. Onun yarımçıq qalan bütün arzularını İlham Əliyev şərəflə yerinə yetirdi. Qarabağın və Şərqi Zəngəzurun işğaldan azad edilməsi ata Heydər Əliyevin ruhuna oğul İlham Əliyevin, eləcə də bütöv bir xalqın ən böyük ehtiramı idi.

Ermənilərin ruhlar şəhərinə çevirdiyi, bir evin də salamat qalmadığı Ağdam indi büsbütün yenidən qurulur. Bura yeni dəmir yolu çəkilmiş, Avropa standartlarından da üstün olan avtomobil yolu inşa edilmişdir. Şəhərdə və kəndlərdə rahat mənzillər tikilir, istehsal müəssisələri yaradılır, tarixi abidələr bərpa edilir, müasir infrastruktur qurulur. 

Prezident İlham Əliyev Ağdam Muğam Mərkəzinin açılışında demişdir: "Bu gözəl tədbirin mayın 10-da keçirilməsi, təbii ki, rəmzi məna daşıyır. Bu gün Ulu Öndər Heydər Əliyevin doğum günüdür. Mənim üçün, hər bir vətənpərvər insan üçün əziz bir gündə bu tədbiri keçirmək, əlbəttə ki, böyük məna daşıyır. Ulu Öndərin bütün həyatı, bütün fəaliyyəti Azərbaycan xalqına, dövlətinə həsr edilmişdir və bugünkü Azərbaycan onun əsəridir".

Bəli, bugünkü güclü, qüdrətli, dünyada sayılıb-seçilən, mötəbər tribunalarda səsi diqqətlə dinlənilən, bütün Qafqazın lider dövlətinə çevrilən Azərbaycan Ulu Öndər Heydər Əliyevin tarixin ağır sınaqlarından, zamanın fırtınalarından məharətlə çıxardığı, onun varlığı uğrunda həyatını, sağlamlığını qurban etdiyi, Prezident İlham Əliyev tərəfindən dinamik inkişaf yoluna çıxarılan, ərazi bütövlüyü etibarlı şəkildə bərpa edilən, dünyada söz sahibinə çevrilən güclü, qüdrətli bir dövlət kimi qəbul edilir. Nə xoş ki, azərbaycanlıyıq, nə xoş ki, bütöv Azərbaycana sahibik.

Yenidən qurulan, tikilən, bərpa edilən, abadlaşdırılan təbii ki, təkcə Ağdam deyil. İşğaldan azad edilmiş bütün Qarabağ, Şərqi Zəngəzur bu gün nəhəng inşaat meydanına çevrilib. Keçilməz dağların altından tunellər çəkilir, bölgədə daha bir aeroport inşa olunur, fabriklər, zavodlar qurulur. Müharibənin xarabalıqları üzərində yeni kəndlər, şəhərlər salınır. Uzun illərin həsrətinə son qoyub doğma yurda qovuşanların sayı hər gün bir boy da artır. Laçında, Cəbrayılda, Ağdamda, Füzulidə... yeni mənzillərə, evlərə köçənlər dövlətin qayğısından çox məmnundular. Niyə də olmasınlar?! Yeni salınan yaşayış məntəqələrində normal həyat şəraiti, müasir infrastruktur yaradılır. Yeni sakinlər köhnə yurdda, doğma məkanda özlərini çox xoşbəxt hiss edirlər.

Keçmiş məcburi köçkün Səkinə Hacıyeva deyir ki, Ağdama qovuşmağı dünyaya yenidən gəlməyi kimi dəyərləndirir: "İndi şəhidlərimizin də ruhları şaddır. Onların qanı tökülən bu torpaqlar daha düşmən tapdağında deyil. İndi biz bu yerlərə gül-çiçək əkəcək, bağ-bağça salacağıq. Ağdamı cənnətə döndərəcəyik. Dövlətimizə, Prezidentimizə, yenidən Ağdama qayıtmağımızda əməyi olan hər kəsə minnətdarıq!"

Bəli, bu gün Qarabağda büsat var. Barıt qoxulu bu yerlərdə indi sükutu tankların, topların səsi yox, yolçəkən maşınların, ekskavatorların, minalardan təmizlənmiş torpaqları şumlayan traktorların gurultusu pozur.


Lazım QULİYEV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Xəzər dənizində zəlzələ olub

21:28
13 Dekabr

Ölkə ərazisinin bəzi yerlərində küləkli hava şəraiti müşahidə edilir  

20:48
13 Dekabr

Azərbaycanın ilk milli tankerinin istismara verilməsindən 6 il ötür  

19:23
13 Dekabr

Ümummilli Lider Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilib

18:47
13 Dekabr

Premyer Liqa: “Şamaxı” “Zirə”yə, “Sabah” “Turan Tovuz”a qalib gəlib  

18:32
13 Dekabr

Qərbi Azərbaycan İcmasının Ağsaqqallar Şurasının ilin yekunlarına dair hesabat yığıncağı keçirilib  

17:59
13 Dekabr

Milli Aviasiya Akademiyasında Böyük Britaniya ilə əməkdaşlığın genişləndirilməsinə dair görüş keçirilib  

17:06
13 Dekabr

Qahirədə 8-ci beynəlxalq İdman Sənayesi və İnvestisiya Forumu işə başlayıb  

16:55
13 Dekabr

Hərbi attaşelərlə cari ilin yekununa dair toplantı keçirilib

16:25
13 Dekabr

Prezident Ərdoğan: Rusiya ilə Ukrayna arasında sülh uzaqda deyil və biz bunu görürük  

16:09
13 Dekabr

Ukrayna saytında Ümummilli Lider Heydər Əliyevin anım günü ilə bağlı məqalə dərc edilib  

15:45
13 Dekabr

Rumıniyada məhkəmə sistemində kəskin islahatlar gözlənilir  

15:31
13 Dekabr

Ali Məclisin Hüquq siyasəti komitəsinin iclası keçirilib

15:09
13 Dekabr

Analitik: Avropa Ukraynadan başlayaraq strateji muxtariyyətini bərpa etməlidir

15:01
13 Dekabr

Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb  

14:36
13 Dekabr

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir - XƏBƏRDARLIQ

14:31
13 Dekabr

DGK: Mobil telefonda gizlədilmiş qızıl külçələr aşkarlanıb

14:19
13 Dekabr

Ümummilli Lider Heydər Əliyevin anım günü ilə bağlı Belarus Milli Kitabxanasının binası videoproeksiya edilib

13:57
13 Dekabr

Bakıda “16-cı NATO günləri” keçirilib  

13:45
13 Dekabr

QMİ sədri BMT Sivilizasiyalar Alyansının XI Qlobal Forumunda iştirak edəcək

13:42
13 Dekabr

Azərbaycanla ABŞ arasında enerji əməkdaşlığının yeni mərhələyə yüksəldilməsi müzakirə edilib

13:13
13 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!