25 İyul 2023 09:10
952
SİYASƏT
A- A+
Qarabağ və Şərqi Zəngəzur dirçəlir, Böyük qayıdış sürətlənir

Qarabağ və Şərqi Zəngəzur dirçəlir, Böyük qayıdış sürətlənir

 

Tezliklə işğaldan azad edilmiş bütün ərazilərdə insanlar yaşayıb yaradacaqlar 

 

44 günlük Vətən müharibəsində Azərbaycanın şanlı qələbəsindən sonra qarşıda duran prioritet məsələ 30 il ərzində işğalda olmuş, ermənilər tərəfindən daşı daş üstündə qalmayan ərazilərimizin yenidən qurulması və bərpasıdır. 
İşğaldan azad olunmuş ərazilərin qısa zamanda bərpası keçmiş məcburi köçkünlərin tezliklə öz dədə-baba yurdlarına, əzəli torpaqlarına qayıtmasına hesablanıb. Buna görədir ki, erməni tapdağından azad edilmiş bütün rayonlarda Prezident İlham Əliyevin birbaşa nəzarəti altında sürətli quruculuq işləri görülür.
Dövlət başçısı mütəmadi olaraq Qarabağ və Şərqi Zəngəzura səfərlər edərək yeni-yeni layihələrin əsasını qoyur, açılış mərasimlərində iştirak edir, görülmüş işlərlə yerində tanış olur. Hər iki iqtisadi rayonda aparılan geniş tikinti-quruculuq işlərinin nəticəsidir ki, həm Şərqi Zəngəzura, həm də Qarabağa Böyük qayıdış artıq başlayıb. 
Ötən ilin iyul ayında Zəngilanın Ağalı kəndindən başlayan köç hazırda Laçın şəhəri ilə davam edir. Bu günə qədər isə Ağalı, Tərtərin Talış kəndi və Laçın şəhərində ümumilikdə 1000-dən çox sakin məskunlaşıb. Proses isə davam etməkdədir.
Təbii ki, torpaqlarımızın işğaldan azad olunmasından sonra uzun illər ərzində barbarlar tərəfindən viran qoyulan ərazilərin yenidən qurulması və bərpasının nə zaman başa çatacağı dünya ictimaiyyəti üçün də maraqlıdır. Elə iyulun 21-də Şuşada keçirilən "4-cü Sənaye İnqilabı dövründə yeni media" mövzusunda I Şuşa Qlobal Media Forumunun açılış mərasimində Prezident İlham Əliyevə ünvanlanan suallardan biri də bu istiqamətdə oldu. 
Dövlət başçısı "Əl-Cəzirə" telekanalının jurnalistinin "Qarabağın yenidən qurulması nə vaxt bitəcək və nə qədər çəkəcək?" sualını belə cavablandırdı: "Qarabağın və Şərqi Zəngəzurun bərpası prosesi mərhələlərə bölünüb. Böyük qayıdış proqramı qəbul edilib. Proqramın icrası üçün maliyyə resursları səfərbər edilib. Bu günə qədər infrastruktur və şəhərsalma məqsədləri üçün ilin sonuna qədər nəzərdə tutulan xərclər təqribən 7 milyard ABŞ dollarına bərabər olacaq. Yəni bu ancaq başlanğıcdır. Mərhələlərə bölünən bu proqramın icrasının da nə qədər çəkəcəyini demək çətindir. Çünki birinci mərhələdə bizim əsas vəzifəmiz 8 şəhəri və 100 kəndi yenidən qurmaqdır. Artıq bir neçə yaşayış məntəqəsində insanlar məskunlaşıblar - Zəngilan rayonunun Ağalı kəndində, Tərtər rayonunun Talış kəndində və Laçın şəhərində".
Xatırladaq ki, həm 2021-ci, həm də 2022-ci ildə işğaldan azad olunmuş ərazilərin bərpasına 2.2 milyard manat vəsait ayrılıb. Ötən il isə büdcəyə daxilolmalar nəticəsində dəyişiklik ediləndən sonra yenidənqurma işlərinə əlavə 470 milyon manat vəsait  ayrılmışdı. 2023-cü il üçün isə Qarabağ və Şərqi Zəngəzurda görüləcək işlərə ilkin mərhələdə 3 milyard manat ayrılsa da, dürüstləşmədən sonra daha 2 milyard 260 milyon manat vəsait yönəldilib.
Məskunlaşma prosesinin tədricən getdiyini deyən Prezident İlham Əliyev vurğuladı ki, işğaldan əziyyət çəkən 1 milyon insan öz dədə-baba torpaqlarına qayıtmalıdır: "Onu da bildirməliyəm, biz bərpa işlərinə start verməzdən əvvəl keçmiş məcburi köçkünlər arasında qeyri-rəsmi sorğu keçirdik ki, onlar öz dədə-baba torpaqlarına qayıtmaq fikrindədirlər, yoxsa yox. Sevindirici hal ondan ibarətdir ki, məcburi köçkünlərin mütləq əksəriyyəti müsbət cavab verib. Bu da təbii ki, görüləcək işin həcmini daha da böyüdür və hesab edirəm ki, mərhələli yollarla şəhərlərin bərpası növbəti beş il ərzində mümkün olacaq".

 

Böyük qayıdış proqramı sürətlə icra edilir

 

Daha çox keçmiş məcburi köçkünün qısa zamanda öz yurduna qayıtması üçün "Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası"nda əksini tapan "İşğaldan azad olunmuş ərazilərə Böyük qayıdış" Milli Prioritetinin icrasının təmin edilməsi məqsədilə "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük qayıdışa dair Dövlət Proqramı"ı qəbul olunub. Cəmi 8 aya yenidən qurulan Laçın şəhərində 700 ailə üçün yaradılan şərait də bunun bariz nümunəsidir.
Mayın 27-dən etibarən Laçına qayıdış başlayıb və indiyədək ümumilikdə 503 nəfərin şəhərdə məskunlaşması təmin edilib. Eyni zamanda şəhərdəki əhalinin məşğulluğunun təmin olunması üçün işlərə başlanılıb. Sentyabrın 15-dək məktəb, uşaq bağçası, xəstəxana və digər sosial obyektlər də istifadəyə veriləcək.
Dövlət başçısı forumda  sualı cavablandırarkən növbəti beş il ərzində azad edilmiş bütün şəhərlərdə artıq insanların yaşayacağına əminliyini ifadə etdi. Ölkə rəhbəri vurğuladı ki, şəhərlərin inkişaf planı daha genişmiqyaslıdır: "Çünki məsələn, əgər Ağdam şəhərini götürsək, işğaldan əvvəlki dövrdə bu şəhərdə təqribən 40, bəlkə də 50 min insan yaşayırdı. Bizim baş planımıza görə Ağdam şəhərində 100 minə yaxın insan yaşayacaq. Təbii ki, bütün bunlar mərhələli yollarla ediləcək. Çünki vəsait o zaman xərclənməlidir ki, artıq insanlar oraya getməyə hazır olsunlar".
I Şuşa Qlobal Media Forumunda İlham Əliyevə ünvanlanan suallar arasında "Növbəti 10 ildə Şuşanı necə görmək istəyirsiniz?" sualı da xüsusi diqqət çəkdi. Ölkə rəhbəri  cavabında bildirdi ki, Şuşanın bərpasına başlanılıb, bir müddət öncə baş planı təsdiq edilib və artıq ilk yaşayış layihəsi icra olunur. 
Dövlət başçısı qeyd etdi ki, həmin layihələr çərçivəsində Şuşa sakinləri yenidən evlərinə qayıdacaqlar. "Bununla yanaşı, artıq qeyd etdiyim kimi, Şuşa Prezidentin sərəncamı ilə Azərbaycanın mədəniyyət paytaxtı elan edilibdir və bizim gözləntimiz odur ki, dünyadan çoxsaylı qonaqlarımız olacaqdır, insan axını olacaqdır. Çünki bu, nadir, misilsiz bir məkandır. Burada tarix, mədəniyyət, memarlıq və iqlim vəhdət təşkil edir. Bu, bizim böyük sərvətimizdir. Əlbəttə ki, bu şəhər qaya üzərində qurulubdur, qədim şəhərdir və bu, həqiqətən də, Qafqazın incisidir və Qarabağın tacıdır. Biz hazırda fəal sürətdə tarixi memarlıq abidələrini bərpa edirik. Üç məscidimiz yenidən qurulubdur. Biri bərpa olunub, digərləri yenidən inşa edilib, çünki onlar dağıdılmışdı. Bizim bərpa etdiyimiz ilk tarix-memarlıq abidəsi dahi şairimiz və Qarabağ xanlığının vəziri Vaqifin məqbərəsi idi. O da işğal dövründə ermənilər tərəfindən dağıdılmışdı. Biz onu yenidən qurduq, bərpa etdik. Biz bulaqları bərpa etdik. Artıq beş bulaq su ilə doludur".
Mədəniyyət paytaxtımızda görülən işlərdən danışan Prezident 3-4 il ərzində Şuşanın təkcə Azərbaycanın və Qafqazın deyil, dünyanın ən gözəl şəhəri olacağını vurğuladı.
Baş plan çərçivəsində Şuşa şəhərinin bütün infrastrukturu yenidən qurulur, yeni yollar çəkilir. Sentyabr ayında min şagird yerlik məktəbin açılışı gözlənilir, həmçinin ilin sonuna qədər 90 çarpayılıq xəstəxana istifadəyə veriləcək.
Bununla yanaşı, digər tarixi və mədəniyyət abidələri, mehmanxanalar bərpa edilir və ya yeniləri tikilir. Forum çərçivəsində Şuşaya səfər edən ölkə rəhbəri Daşaltı kəndində də yeni yaşayış kompleksinin və turizm obyektlərinin təməlini qoydu.
Təbii ki, işlər ancaq Laçın və Şuşa şəhəri ilə məhdudlaşmır, işğaldan azad edilmiş bütün şəhər və kəndlərdə geniş quruculuq işləri aparılır. Sürətli bərpa işləri isə insanların mərhələli şəkildə dədə-baba torpaqlarına qayıtmasına imkan verəcək. İlin sonuna kimi Laçının Zabux və Sus kəndlərinə də qayıdış gözlənilir. Ümumilikdə isə bu il və növbəti ildə Laçın rayonunda 10 minə yaxın keçmiş məcburi köçkünün daimi məskunlaşması nəzərdə tutulur.
Qarabağ və Şərqi Zəngəzurda görülən bütün tikinti, quruculuq işləri dövlətin prioritet istiqaməti olaraq keçmiş məcburi köçkünlərin qısa zamanda əzəli torpaqlarına qayıdışına hesablanıb.

Əsmər QARDAŞXANOVA,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Xəzər dənizində zəlzələ olub

21:28
13 Dekabr

Ölkə ərazisinin bəzi yerlərində küləkli hava şəraiti müşahidə edilir  

20:48
13 Dekabr

Azərbaycanın ilk milli tankerinin istismara verilməsindən 6 il ötür  

19:23
13 Dekabr

Ümummilli Lider Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilib

18:47
13 Dekabr

Premyer Liqa: “Şamaxı” “Zirə”yə, “Sabah” “Turan Tovuz”a qalib gəlib  

18:32
13 Dekabr

Qərbi Azərbaycan İcmasının Ağsaqqallar Şurasının ilin yekunlarına dair hesabat yığıncağı keçirilib  

17:59
13 Dekabr

Milli Aviasiya Akademiyasında Böyük Britaniya ilə əməkdaşlığın genişləndirilməsinə dair görüş keçirilib  

17:06
13 Dekabr

Qahirədə 8-ci beynəlxalq İdman Sənayesi və İnvestisiya Forumu işə başlayıb  

16:55
13 Dekabr

Hərbi attaşelərlə cari ilin yekununa dair toplantı keçirilib

16:25
13 Dekabr

Prezident Ərdoğan: Rusiya ilə Ukrayna arasında sülh uzaqda deyil və biz bunu görürük  

16:09
13 Dekabr

Ukrayna saytında Ümummilli Lider Heydər Əliyevin anım günü ilə bağlı məqalə dərc edilib  

15:45
13 Dekabr

Rumıniyada məhkəmə sistemində kəskin islahatlar gözlənilir  

15:31
13 Dekabr

Ali Məclisin Hüquq siyasəti komitəsinin iclası keçirilib

15:09
13 Dekabr

Analitik: Avropa Ukraynadan başlayaraq strateji muxtariyyətini bərpa etməlidir

15:01
13 Dekabr

Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb  

14:36
13 Dekabr

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir - XƏBƏRDARLIQ

14:31
13 Dekabr

DGK: Mobil telefonda gizlədilmiş qızıl külçələr aşkarlanıb

14:19
13 Dekabr

Ümummilli Lider Heydər Əliyevin anım günü ilə bağlı Belarus Milli Kitabxanasının binası videoproeksiya edilib

13:57
13 Dekabr

Bakıda “16-cı NATO günləri” keçirilib  

13:45
13 Dekabr

QMİ sədri BMT Sivilizasiyalar Alyansının XI Qlobal Forumunda iştirak edəcək

13:42
13 Dekabr

Azərbaycanla ABŞ arasında enerji əməkdaşlığının yeni mərhələyə yüksəldilməsi müzakirə edilib

13:13
13 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!