Prezident
Səfərlər
Birinci vitse-prezident
Qəbullar
Fərmanlar
Sərəncamlar
Məktublar
Qanunlar
Tədbirlər
Əlaqə
Azərbaycan Respublikası, Bakı ş., Mətbuat pr. 529-cu məhəllə, 4-cü mərtəbə
(+994 12) 539 49 20, 538-31-11
Qanunsuz rejim özünü buraxmayana, ağ bayraq qaldırmayana qədər antiterror tədbirləri həyata keçiriləcək
İkinci Qarabağ müharibəsindəki məğlubiyyətindən sonra regionda sülhün bərqərar olunması üçün heç bir addım atmayan, əvəzində isə Qarabağdakı separatçı dəstələrə dəstək verən Ermənistana daha bir dərs verildi. Azərbaycan Ordusu Qarabağ bölgəsində lokal xarakterli antiterror tədbirləri keçirərək separatçı qüvvələrin hərbi təyinatlı obyektlərini, uzunmüddətli atəş nöqtələrini məhv etdi.
Azərbaycan dəfələrlə məğlub Ermənistana xəbərdarlıq ünvanlayaraq revanşist qüvvələrin yenidən silahlandırma prosesini dayandırmasını, hərbi təxribatlardan, mina terrorundan əl çəkilməsini tələb edirdi. Ancaq qarşı tərəf hər zamankı kimi oyunbazlıq edərək siyasi şantaja, manipuliyasiyaya əl ataraq diqqətləri yayındırmağa çalışırdı. İki gün öncə Ağdam-Xankəndi və Laçın yolu ilə yüklərin Xankəndiyə keçidinin reallaşması və ermənilərin etirafları Hayastanın "humanitar böhran" iddiasının ifşası ilə nəticələndi. Hayastanın dünya ictimaiyyətinə "həqiqət" kimi sırımaq istədiyi iddiaların ağ yalan olduğu üzə çıxan kimi əsl erməni xisləti özünü göstərdi. Son günlər törətdikləri təxribatlar, mina terroru nəticəsində Daxili İşlər Nazirliyinin və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin əməkdaşları həlak oldular. Sentyabrın 19-da Ağdam istiqamətində atəşkəsi pozmaqla iki hərbi qulluqçumuzu yaraladılar.
Ümumiyyətlə, son bir neçə ayda Azərbaycanın Qarabağ bölgəsindəki Ermənistan silahlı qüvvələrinin birləşmələri tərəfindən ordumuzun mövqelərinin müxtəlif çaplı silahlardan sistemli şəkildə atəşə tutulması, ərazilərimizin minalanmasının davam etdirilməsi, döyüş mövqelərinin mühəndis cəhətdən təkmilləşdirilməsi, eləcə də səngər və sığınacaqların sayının artırılması gərginliyin artmasına səbəb olmuşdu.
Separatçıların döyüş mövqelərinin şəxsi heyət, zirehli texnika, artilleriya qurğuları və digər atəş vasitələri ilə gücləndirilməsi, bölmələrinin yüksək döyüşə hazırolma səviyyəsinə gətirilməsi, səfərbərlik üzrə əlavə bölmələrin yaradılması, kəşfiyyat fəaliyyətlərinin genişləndirilməsi, mövqelərimizin dərinliyinə sızaraq minalardan təmizlənmiş ərazilərin və mülki təyinatlı yolların terror-təxribat məqsədilə yenidən minalanması kimi əməlləri Azərbaycanın Qarabağ iqtisadi regionundakı "boz zona"dan gələn təhlükələrin zərərsizləşdirilməsi və konstitusiya quruluşunun bərqərar edilməsi üçün lokal xarakterli antiterror tədbirləri həyata keçirilməsi ilə bağlı qərar qəbul etməsinə səbəb oldu.
Sentyabrın 19-da günorta saatlarında başlanan antiterror tədbirləri çərçivəsində yalnız ermənilərin legitim hərbi obyektləri dəqiq silahlarla hədəfə alındı və sıradan çıxarıldı. Azərbaycan Müdafiə Nazirliyi yaşayış yerlərinin yaxınlığında atəş vasitələrinin Ermənistan silahlı qüvvələrinin birləşmələri tərəfindən yerləşdirilməsini nəzərə alaraq ərazidə olan mülki əhalini hərbi obyektlərdən kənar durmağa və Ermənistan silahlı qüvvələrinin birləşmələrinə dəstək olmamağa çağırış etdi.
Nazirliyin yaydığı məlumatda bildirildi ki, bu barədə mobil SMS xidməti vasitəsilə Azərbaycanın Qarabağ bölgəsinin erməni sakinlərinə məlumat göndərilib. Eyni zamanda səsgücləndirici texniki vasitələrlə əhali xəbərdar edilir və məlumat vərəqələri paylanılır. Azərbaycan Respublikasının qanunlarına və beynəlxalq humanitar hüquq normalarına uyğun olaraq təhlükəsizliyinə zəmanət verilən inzibati, sosial, təhsil, tibbi, dini və digər obyektlərin mühafizə və müdafiəsi təşkil olundu. Əhalinin təhlükəli ərazidən təxliyəsini təmin etmək üçün Laçın yolu üzərində və digər istiqamətlərdə humanitar dəhliz və qəbul məntəqələri yaradıldı.
Əməliyyat tədbirləri nəticəsində Xocalı rayonu və Qırmızı Bazar istiqamətində Ermənistan silahlı qüvvələrinin birləşmələrinin döyüş mövqeləri, uzunmüddətli atəş nöqtələri, döyüş vasitələri və hərbi təyinatlı obyektləri, separeatçılara məxsus P-18 radiolokasiya stansiyası (RLS), Ağdərə istiqamətində yerləşən Ermənistan silahlı qüvvələrinin 5-ci müdafiə briqadasına məxsus sursat anbarlarından biri, sığınacaq və döyüş texnikası, mülki infrastrukturumuzu hədəfə alan Ermənistan silahlı qüvvələrinin birləşmələrinə məxsus top qurğusu bölmələrimizin sərrast atəşi nəticəsində məhv edildi, Ermənistan silahlı qüvvələrinin birləşmələrinə məxsus hərbi təyinatlı radiotexniki qovşaq zərərsizləşdirildi.
Bütün zamanlarda mülki əhalini hədəfə alan Ermənistan yenə də öz xislətinə sadiq qalaraq Şuşa şəhərini iri çaplı silahlardan, o cümlədən minaatanlardan atəşə tutdu. Törədilən terror hücumu nəticəsində bir mülki şəxs həlak oldu.
Azərbaycan Ordusu, cəsur Azərbaycan əsgəri isə 44 günlük İkinci Qarabağ müharibəsində olduğu kimi bu əməliyyat tədbirlərində də heç bir mükli obyektə, mülki əhaliyə ziyan vurmadı.
Bir sözlə, Azərbaycanın öz suveren ərazisində həyata keçirdiyi kompleks tədbirlər Ermənistan Silahlı Qüvvələrinin hələ də bölgədə olan bölmələrinin hərbi infrastrukturunun məhv edilməsinə, Ermənistan hərbçilərinin tərk-silahı və neytrallaşdırılmasına yönəlib.
Lokal xarakterli əməliyyat tədbirlərinin dayandırılmasına gəlincə isə Azərbaycan Respublikası Prezidentinin Administrasiyası məlumat yayaraq separatçılara yeganə yolu göstərib - antiterror tədbirlərinin dayandırılması üçün qanunsuz erməni silahlı dəstələri ağ bayraq qaldırmalı, bütün silahlar təhvil verilməli, qanunsuz rejim özünü buraxmalıdır. Əks təqdirdə, antiterror tədbirləri sona qədər davam etdiriləcək.
Bir sözlə, Azərbaycan separatçıların yaratmaq istədikləri "boz zona"da bütün hərbi dəstələrin və hərbi obyektlərin məhv edilməsi, separatçıların tərk-silah olunması, konstitusiya normalarının tətbiqi, bölgədə əmin-amanlığın bərqərər edilməsi, təhlükəsizliyin təmin olunması, həmin ərazidə yaşayan insanların Azərbaycan cəmiyyətinə reinteqrasiyası, qanunlara uyğun formada idarəçiliyin formalaşdırılması, bütövlükdə regionun inkişafı ilə bağlı bütün tədbirləri həyata keçirəcək.
Rəşad BAXŞƏLİYEV,
"Azərbaycan"
Prezident: Fransa və onun kimi Qərb dövlətləri işğalı əbədi etmək üçün əllərindən gələni edirdilər
Azərbaycan parlamentinin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin ilk iclası olub
Prezident İlham Əliyev: Cəbrayıl əməliyyatı xüsusi əhəmiyyətə malik idi
Azərbaycan Prezidenti: Azad edilmiş torpaqlarda aparılan işlər miqyasına görə xüsusi xarakter daşıyır
Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib YENİLƏNİB
Sabahın hava proqnozu açıqlanıb
“ASAN xidmət” mərkəzi efiopiyalı nazirdə yüksək təəssürat yaradıb
Azərbaycan və Belarus arasında “Kənd təsərrüfatı məhsullarının istehsalının inkişafına dair birgə tədbirlər üzrə Yol Xəritəsi” imzalanıb
Bakıda istixana qazı emissiyalarında texnologiyanın rolu mövzusunda sessiya keçirilib
Hikmət Hacıyev: Gəncəyə atılan "Skad" İkinci Dünya Müharibəsindən sonra Avropada ballistik raketlərin ilk istifadəsi idi
Göldə gəmi qəzası: 78 nəfər batdı
Kim Çen In xəbərdarlıq etdi
Fernandu Santuş: Elə komanda qurmaq istəyirik ki, qələbələr çox, məğlubiyyətlər az olsun
DSMF: Doqquz ayda 75 mindən çox elektron arayış alınıb
Azərbaycan və Rusiya Xəzər dənizinin dayazlaşması məsələsi ilə əlaqədar ikitərəfli işçi qrup yaradıb
Nazir: Azərbaycanın məqsədi ədalət və bərabərliyə əsaslanan enerji keçidinə nail olmaqdır
COP29 Azərbaycan Əməliyyat Şirkəti beynəlxalq ISO 450001 sertifikatına layiq görülüb
Makrona artıq heç kim inanmır
Türkiyənin ədliyyə naziri Ulu Öndərin məzarını, Şəhidlər xiyabanını və “Türk şəhidliyi”ni ziyarət edib
ABŞ-də ölənlərin sayı 200 nəfərə çatdı
Avropanın Rusiyaya ehtiyacı var
Prezident İlham Əliyev Bakıda Aşıq Ələsgərin abidəsinin açılışında iştirak edib YENİLƏNİB30 Sentyabr 2024
İnkişaf büdcəsi29 Sentyabr 2024
Prezident İlham Əliyev bir daha bəyan etdi28 Sentyabr 2024
Zəfərlə anırıq...27 Sentyabr 2024
VƏTƏNİN ŞƏHİD BALALARI27 Sentyabr 2024
Azərbaycan yeni strateji dövrdə26 Sentyabr 2024
"Azərbaycan"-ın 1918-1920-ci illərdə dərc olunan nömrələrinin transliterasiyası
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!