21 Avqust 2021 01:10
2566
İQTİSADİYYAT
A- A+
Qarabağ dünyanın ən “ağıllı” layihələri ilə yenidən qurulur

Qarabağ dünyanın ən “ağıllı” layihələri ilə yenidən qurulur

 

44 günlük Vətən müharibəsindəki qələbəmizdən sonra qarşıya qoyulan məqsəd işğaldan azad edilmiş Qarabağın bərpası və yenidən qurulmasıdır.

Bunun üçün dünyanın qabaqcıl ölkələrinin təcrübəsindən istifadə etmək lazım gəlir. Müasir dövrün özünü doğrultmuş və təsdiq etmiş yeni konsepsiyası isə “Ağıllı kənd” və “Ağıllı şəhər” layihələridir. “Ağıllı şəhər” (Smart City) və “Ağıllı kənd” (Smart Village) konsepsiyasının hazırlanması ilə bağlı Prezident İlham Əliyev 19 aprel 2021-ci il tarixdə müvafiq sərəncam imzalayıb. Dövlət başçısı Qarabağa səfərləri zamanı çıxışlarında azad edilmiş ərazilərdə şəhərlər və kəndlərin “Ağıllı şəhər”, “Ağıllı kənd” konsepsiyası əsasında qurulmalı olduğunu dəfələrlə vurğulayıb. Bildirib ki, layihə vətəndaşların xidmətlərdən, xüsusən də dövlət xidmətlərindən daha keyfiyyətli şəkildə istifadə etmələrinə imkan yaradacaq.

 

“Əşyaların interneti”,  “Süni intellekt” kimi  texnologiyalar tətbiq olunur

 

Müasir dövrdə informasiya-kommunikasiya texnologiyaları cəmiyyətin inkişafına təsir göstərən əsas amilə çevrilib. Bu texnologiyaların istifadəsi və məlumatların təhlili şəhər və kənd mühitində daha düzgün və operativ qərarların verilməsinə imkan yaradır.

“Ağıllı şəhər” və “Ağıllı kənd” layihələrinin əsas ideyası bütün xidmət və obyektləri vahid sistemdə birləşdirib idarə etməkdən ibarətdir. Nəticədə vətəndaşlar üçün daha asan və təhlükəsiz həyat təmin ediləcək, sosial və iqtisadi keyfiyyət yaxşılaşacaq.

“Ağıllı kənd” və “Ağıllı şəhər”də hər hansı məlumatı toplamaq üçün müxtəlif elektron və rəqəmsal metodlardan, sensorlardan istifadə ediləcək. Əldə olunan məlumat aktivlərin və resursların səmərəli istifadəsinə yönləndiriləcək.

Bu konsepsiyada “Əşyaların interneti”,  “Süni intellekt”, “Blokçeyn” kimi  texnologiyalar tətbiq olunur. Onun əsasında müəyyən komponentlər formalaşdırılır. Məsələn, elektrik enerjisi və su sərfiyyatının elektronlaşdırılıb müəyyən edilmiş yerlərdə toplanmasını misal göstərmək olar. Nəticədə əhali enerji sərf etmədən proqram təminatından istifadə edərək həm öz kommunal tarixçəsini görür, həm də ödənişlərini edir. Dövlət qurumları isə məlumat bazasında yığılan informasiya əsasında optimallaşdırma işləri aparmaq imkanı qazanır. Bütün bu elektronlaşdırma tətbiqi tibb və nəqliyyat sahəsi üçün də keçərlidir. O cümlədən naqilsiz sensor şəbəkələri vasitəsilə şəhər ərazisində çirklənməni elektron xəritə üzərindən müşahidə etmək mümkündür ki, bu da qabaqlayıcı tədbirlər görməyə imkan yaradır.

İlk addım Prezidentin ötən il noyabrın 16-da işğaldan azad edilmiş Füzuli və Cəbrayıl rayonlarına səfəri zamanı atıldı. Səfər zamanı Füzuli - Şuşa, yəni “Zəfər yolu”nun təməli qoyuldu. Bununla da işğaldan azad edilmiş ərazilərdə bərpa və yenidənqurma işlərinə start verildi. Bu ərazilərdə başlanan yenidənqurma işləri Qarabağı cənnətə çevirəcək. Prezident çıxışlarında dəfələrlə bunu vurğulayıb: “Bizim planlarımız böyükdür. Müharibə başa çatıb. Bərpa işləri artıq başlanıb və bu, onu göstərir ki, bizim sözümüzlə əməlimiz arasında bu dəfə də heç bir fərq yoxdur. Biz demişdik ki, torpaqlar işğaldan azad olunandan sonra bu torpaqları tezliklə bərpa edəcəyik. Mən bu yaxınlarda demişdim ki, biz Qarabağ bölgəsində cənnət yaradacağıq və sözümdə dururam”.

 

Yeni quruculuq modeli

 

Qarabağda quruculuq işlərinin aparılması üçün 2021-ci ilin dövlət büdcəsindən 2,2 milyard manat vəsait ayrılıb. Aprelin 26-da Prezident İlham Əliyev Zəngilan rayonuna səfəri zamanı 1-ci, 2-ci, 3-cü Ağalı kəndlərini əhatə edən birinci “Ağıllı kənd” layihəsinin təməlini qoyub. Bununla da, işğaldan azad olunmuş ərazilərdə müasir çağırışlara cavab verən, beynəlxalq standartlara əsaslanan yeni quruculuq modelinin tətbiqinə başlanılıb.

Qarabağda ilk dəfə həyata keçiriləcək layihənin icrası 5 komponent üzrə aparılır.  Onlar yaşayış, istehsal, sosial xidmətlər, “ağıllı kənd təsərrüfatı” və alternativ enerji sahələridir.

Hazırda Zəngilanda  “Ağıllı kənd” layihəsi icra olunmaqdadır. Layihəyə əsasən  kəndlərdə müasir məktəb, bağça, poliklinika və elektron idarəetmə mərkəzləri inşa olunacaq, turizm infrastrukturu formalaşdırılacaq. Həmçinin bütün yaşayış evlərinin, sosial obyektlərin, inzibati və ictimai iaşə binalarının, kənd təsərrüfatı məhsullarının emalı və istehsalı prosesinin alternativ enerji mənbələri ilə təmin edilməsi nəzərdə tutulub. Layihənin icrasında Türkiyə, Çin, İtaliya və İsrail şirkətlərinin mütəxəssisləri də iştirak edirlər.

“Ağıllı şəhər” və “Ağıllı kənd” texnologiyaları vətəndaşların sağlamlığını və rifahını yüksəltməklə bərabər iqtisadi inkişaf üçün yeni yollar da təqdim edir. Bərpa olunan ərazilərdə belə texnologiyaların tətbiqi regionun inkişafını sürətləndirə və həmin regionu investorlar üçün maraqlı edə bilər.  “Ağıllı şəhər” texnologiyaları böyük potensiala malik olan Qarabağ regionunda turizm sektorunu inkişaf etdirmək üçün əlavə imkanlara da yol açacaqdır.

“Ağıllı şəhər” və “Ağıllı kənd” layihələri Qarabağın şəhər və kəndlərində göstərilən xidmətlərin keyfiyyətinin, təhlükəsizliyinin, səmərəliliyinin artırılmasında, informasiya texnologiyalarının tətbiqi, həmçinin  mövcud resursların effektiv istifadəsi və idarə olunmasının təmin edilməsində dayanıqlı inkişafın əsas prioritetlərindəndir. İşğaldan azad olunmuş şəhər və kəndlərdə bu layihələrin tətbiqi regionun yenidən qurulmasını və inkişafını sürətləndirəcək.

İşğaldan azad edilən ərazilərin minalardan təmizlənməsi prosesi başa çatdıqdan sonra yolların bərpası daha da sürətlənəcək. Bundan sonra  yaşayış məntəqələri arasında gediş-gəliş və vacib təminatların çatdırılması asanlaşacaq. İçməli su, sanitariya və irriqasiya sistemlərinin yenidən qurulması isə insanların həyat səviyyəsinin yaxşılaşmasına və sonrakı mərhələdə ailə-ev təsərrüfatlarının genişlənib inkişafına  imkan yaradacaq.

Bir sözlə, “Ağıllı şəhər”, “ağıllı kənd” layihələrinin tətbiqi Qarabağ regionunun tərəqqəsində mühüm rol oynayacaq.

 

Ramilə QURBANLI,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Ukrayna ilə bağlı sülh planı ətrafında nə baş verir?  

17:26
15 Dekabr

İdmanımızın yeni ulduzu

17:25
15 Dekabr

Xalq yazıçısı Elmira Axundovanın Ulu Öndərə həsr olunmuş “Sizin aranızda ən böyük dissident mən idim” adlı ikicildlik kitabının təqdimatı keçirilib  

17:16
15 Dekabr

Dövlət Gömrük Komitəsinin sədri Zaqatalada vətəndaşlarla görüşüb  

17:07
15 Dekabr

“Azəriqaz”: 5 kənd və 11 massiv qazın verilməsi ərəfəsindədir 

17:06
15 Dekabr

Azərbaycanda bu il İKT sektorunda göstərilmiş xidmətlərin ümumi dəyəri 8,1 faiz artıb  

17:02
15 Dekabr

Misli Premyer Liqasında XV turun növbəti oyunu keçirilib  

16:44
15 Dekabr

Şəxsiyyət vəsiqəsi, pasport, sürücülük vəsiqəsi və nəqliyyat vasitələrinin qeydiyyatı üzrə xidmətlər onlayn təqdim ediləcək  

16:42
15 Dekabr

Osman Mert: Bakıda keçirilmiş Birinci Türkoloji Qurultay türk dilçiliyinin inkişafı üçün xüsusi əhəmiyyət kəsb edib  

16:39
15 Dekabr

Dünya Türk Dili Ailəsi Gününün qeyd olunması Türk dünyasının beynəlxalq miqyasda artan gücünün və nüfuzunun ifadəsidir 

16:36
15 Dekabr

Azərbaycan Prezidenti “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan olunması təşəbbüsünü irəli sürüb  

16:34
15 Dekabr

Avstraliya İttifaqının Baş naziri Zati-aliləri cənab Entoni Albanizə  

16:33
15 Dekabr

Azərbaycan nümayəndə heyəti BMT-nin Ətraf Mühit Assambleyasının 7-ci sessiyasında iştirak edib VİDEO  

16:31
15 Dekabr

Prezident İlham Əliyev Azərbaycan ilə Qazaxıstan arasında energetika sahəsində strateji tərəfdaşlıqla bağlı Sazişi təsdiqləyib  

16:17
15 Dekabr

Xarici dövlətlərlə Azərbaycanın iqtisadi əlaqələrində xidmətlərin həcmi 14 milyard dollar təşkil edib  

16:16
15 Dekabr

Avropa İttifaqı Ukraynanın yenidən qurulması xərclərini təkbaşına ödəyə bilməyəcək  

16:15
15 Dekabr

Qlobal geosiyasi mübarizə sona çatmayınca neftin qiyməti qeyri-sabit qalacaq  

16:12
15 Dekabr

Prezident İlham Əliyev Azərbaycan və Maldiv arasında viza tələbinin qarşılıqlı ləğv edilməsi haqqında Sazişi təsdiqləyib

16:11
15 Dekabr

Dövlət maliyyəsinin idarə olunması, rəqəmsal islahatlar və növbəti dövr üçün qarşıda duran vəzifələr müzakirə olunub  

16:06
15 Dekabr

Azərbaycanla Moldova arasında məxfi məlumatın mübadiləsi və mühafizəsi haqqında Saziş təsdiq edilib  

16:03
15 Dekabr

Azərbaycanın və Qazaxıstanın Daxili İşlər nazirlikləri əməkdaşlıq edəcəklər  

15:39
15 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!