08 May 2024 09:41
643
Mədəniyyət
A- A+

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının turizmlə bağlı iclası Azərbaycanın sədrliyi ilə keçirilib  

 

Mayın 7-də Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) Turizm sahəsində əməkdaşlıq üzrə işçi qrupunun videokonfrans formatında keçirilmiş 2-ci iclası Dövlət Turizm Agentliyinin nümayəndələrinin iştirakı ilə reallaşıb.

Bu barədə AZƏRTAC-a Dövlət Turizm Agentliyindən bildirilib. İclas Dövlət Turizm Agentliyinin Aparatının rəhbərinin müavini, Beynəlxalq əlaqələr şöbəsinin müdiri Cəlil Məlikovun sədrliyi ilə keçirilib. İclasda region ölkələrində turizmin dayanıqlı inkişafı, ölkəmizin təşkilata sədrlik edəcəyi 2023-2024-cü illər üzrə planlaşdırılan tədbirlər, təşkilat üzvləri arasında əlaqələrin genişləndirilməsi sahəsində görülmüş işlər, eləcə də cari ilin 22-23 aprel tarixlərində Bakıda Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə keçirilmiş QDİƏT-in turizm üzrə təhsil müəssisələrinin birinci görüşü haqqında müzakirələr aparılıb.

İclas çərçivəsində üzv dövlətlərdən olan iştirakçı nümayəndələr tərəfindən təmsil etdikləri ölkələrin mövcud turizm potensialı haqqında təqdimatlar edilib və müzakirələrin yekununa dair icmal hesabat qəbul edilib.

Qeyd edək ki, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Turizm sahəsində əməkdaşlıq üzrə işçi qrupunun ilk iclası ötən ilin oktyabr ayında keçirilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video