Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisində Azərbaycan nümayəndə heyətinin yeni tərkibi təsdiqlənib
Avqustun 6-da Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin (QDİƏT PM) Baş Assambleyasının onlayn formatda 55-ci plenar iclası keçirilib.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, Azərbaycanı iclasda Milli Məclisin deputatları - QDİƏT PM sədrinin müavini, qurumda Azərbaycan nümayəndə heyətinin rəhbəri Eldar Quliyev və nümayəndə heyətinin üzvü Eldar İbrahimov təmsil ediblər.
Sessiya çərçivəsində QDİƏT Parlament Məclisi Baş Assambleyasının 62-ci Büro iclası keçirilib. Sonra qurumun Daimi Komitəsinin 55-ci iclası işə başlayıb. Daha sonra plenar iclasın açılışı olub. QDİƏT PM-in hazırkı sədri, Gürcüstan Parlamentinin sədri Arçil Talakvadze açılış nitqi ilə iştirakçıları salamlayıb.
QDİƏT PM sədrinin müavini, Azərbaycan nümayəndə heyətinin rəhbəri Eldar Quliyevin sədrliyi ilə keçən plenar iclasda tədbirin gündəliyi qəbul edilib, 2019-cu il noyabrın 20-21-də Bolqarıstanın paytaxtı Sofiyada keçirilmiş 54-cü plenar iclasın protokolu təsdiqlənib, qurumun fəaliyyəti barədə hesabat dinlənilib.
Nümayəndə heyətlərinin yeni üzvlərinin seçilməsi ilə bağlı məsələnin müzakirəsi zamanı Azərbaycan nümayəndə heyətinin 6 nəfərdən ibarət yeni tərkibi təsdiqlənib. Əvvəl nümayəndə heyətimiz 5 üzvdən ibarət olub.
Sessiyada Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) fəaliyyəti barədə məlumat verilib. Məlumatı QDİƏT Daimi Beynəlxalq Katibliyinin Baş katibinin birinci müavini Ebru Barutçu Gökdenizler təqdim edib.
Toplantıda QDİƏT Parlament Məclisi sədrinin müavinləri seçilib.
Sonra tədbirdə müxtəlif mövzularda məruzələr, müvafiq tövsiyələr dinlənilib və müzakirələrdən sonra qəbul edilib.
Serbiya nümayəndə heyətinin rəhbəri İqor Beçiç "Avropa və Asiyanı birləşdirən layihələrin reallaşdırılmasında qanunvericilik dəstəyi (Bir kəmər, bir yol)” mövzusunda çıxış edib. Mövzuya dair tövsiyəni Hüquqi və siyasi məsələlər komitəsinin sədri Mixail Yemelyanov (Rusiya) təqdim edib.
Yunanıstan nümayəndə heyətinin üzvü Sofiya Vultepsi "QDİƏT-ə üzv ölkələrdə maliyyə texnologiyalarının inkişafı” məruzəsi ilə çıxış edib. İqtisadiyyat, ticarət, texnologiya və ekologiya məsələləri komitəsinin sədri Konstantin-Ketelin Zamfira (Rumıniya) mövzu ilə bağlı tövsiyəni təqdim edib.
Rumıniya nümayəndə heyətinin üzvü İoan Vulpesku "QDİƏT-ə üzv dövlətlərdə tarixi səhiyyə müəssisələrinin qorunması və onların müasir dövrdə rolu” mövzusunda çıxış edib. Mədəniyyət, təhsil və sosial məsələlər komitəsinin sədri Mətin Gündoğdu (Türkiyə) müvafiq tövsiyəni təqdim edib.
Yığıncaqda habelə 2019-cu maliyyə ili üzrə Auditor Hesabatı verilib. Baş Assambleyanın 2020-ci il payız sessiyasının vaxtı, yeri və gündəliyi ilə bağlı məsələyə də baxılıb.
İclasın sonunda quruma sədrlik rotasiya üsulu ilə Yunanıstana təhvil verilib.
Bununla da Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin Baş Assambleyası öz işini başa çatdırıb.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Zelenski: Ukraynaya 10 il ərzində dəstək vermək üçün ABŞ-la danışıqlar aparılır
29 Aprel
İrpendə “Azərbaycan Günü” keçirilib
28 Aprel
Prezidentin Mətbuat xidmətinin məlumatı
28 Aprel
QDİƏT PA-da Türkiyə heyətinin rəhbəri: Ankara ABŞ və Aİ-nin Cənubi Qafqaza münasibətindən narahatdır...
28 Aprel
Ukrayna ordusu Donetskin 3 yaşayış məntəqəsindən geri çəkilib
28 Aprel
“Nizami” Kino Mərkəzində “Azərbaycanda Rusiya Kinosu Günləri”nin bağlanış mərasimi keçirilib...
28 Aprel
Premyer Liqa: "Qəbələ"nin mövsümü sonuncu pillədə bitirməsi dəqiqləşib
28 Aprel
Türkiyənin aparıcı partiyalarından birinə yeni sədr seçilib
28 Aprel
Akademik avarçəkmə üzrə Azərbaycan millisinin üzvü “Paris-2024”ə lisenziya qazanıb
28 Aprel
Bəzi dağlıq ərazilərdə havanın qısamüddətli az yağıntılı olacağı gözlənilir
28 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!