Prezident
Səfərlər
Birinci vitse-prezident
Qəbullar
Fərmanlar
Sərəncamlar
Məktublar
Qanunlar
Tədbirlər
Əlaqə
Azərbaycan Respublikası, Bakı ş., Mətbuat pr. 529-cu məhəllə, 4-cü mərtəbə
(+994 12) 539 49 20, 538-31-11
Moskva görüşü Azərbaycanın ərazi bütövlüyünü tanıyan Ermənistanla sülh sazişinin imzalanma prosesinə müsbət impuls verdi
Son bir ay ərzində Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin bağlanması istiqamətində müxtəlif səviyyələrdə görüşlər keçirilir. Bütün bu danışıqlar, aparılan müzakirələr tərəfləri sülh sazişinə nail olmağa bir qədər də yaxınlaşdırır.
Danışıqlar prosesinə nəzər yetirsək görərik ki, hər iki tərəf bəzi məsələlərin həllində razılığa gəliblər. Məsələn, mayın 1-dən 4-nə kimi Vaşinqtonda ABŞ Dövlət katibi Entoni Blinkenin vasitəçiliyi ilə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan XİN başçısı Ararat Mirzoyan arasında aparılan danışıqlarda nazirlər və onları müşayiət edən nümayəndə heyətinin üzvləri "Sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında" ikitərəfli saziş layihəsinin bəzi maddələri üzrə qarşılıqlı razılıq da əldə etdilər.
Tərəflər arasında növbəti görüş isə mayın 14-də Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin təşəbbüsü ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında Brüsseldə oldu. Brüsseldə sayca 5-ci görüşdə sülh müqaviləsi yenidən müzakirə edildi. Bu görüş də əvvəlki görüşlərdəki kimi Azəbaycanın diplomatik üstünlüyü ilə başa çatdı. İlham Əliyev, hər zaman olduğu kimi, mövqeyində dəyişikliyin olmadığını, sülh müqaviləsinin yalnız təklif etdiyi 5 məlum prinsip əsasında imzalana biləcəyini bəyan etdi.
Tərəflər arasında keçirilən 10-cu görüş
Mayın 19-da Moskvada yenidən XİN başçıları səviyyəsində növbəti görüş keçirildi. Sergey Lavrovun iştirakı ilə baş tutan görüşdə Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşması barədə müzakirələr aparıldı. Görüşdə nazir Ceyhun Bayramov və Ararat Mirzoyan Azərbaycan, Ermənistan və Rusiya liderlərinin üçtərəfli bəyanatlarının icrası ilə bağlı mövqelərini təqdim etdilər. Tərəflər həmçinin "Sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında" saziş layihəsi üzərində işi davam etdirdilər. Bundan əlavə, nazirlər arasında hələ də fikir ayrılıqlarının mövcud olduğu mövzular ətrafında konstruktiv danışıqlar aparıldı. XİN başçıları müzakirələri davam etdirmək barədə razılaşdılar.
Ölkə rəhbərləri səviyyəsində növbəti görüş isə Rusiyanın vasitəçiliyi ilə Moskvada reallaşdı. Mayın 25-də Kremldə tərəflər arasında sayca 10-cu görüş reallaşdı. Bunadək tərəflər 5 dəfə Brüsseldə, 2 dəfə Soçidə, 1 dəfə Praqada, 1 dəfə Moskvada üçtərəfli görüşlər keçirmişdilər. Rusiya Prezidenti Vladimir Putinin vasitəçiliyi ilə Moskvada keçirilən 2-ci görüşdə də tərəflər rəsmən bir-birinin ərazi bütövlüyünü tanıdıqlarını bəyan etdilər. Yəni tərəflər 1991-ci ilin Alma-Ata Bəyannaməsinə və Ermənistanın 29,800 kvadratkilometr, Azərbaycanın 86,600 kvadratkilometr ərazisinin toxunulmazlığına birmənalı sadiqliklərini təsdiqlədilər. Bəlli oldu ki, sərhədlərin delimitasiyasının yekunlaşdırılması danışıqlar vasitəsilə baş tutacaq.
Sonuncu Brüssel görüşündə də bu məsələ gündəmə gəlmişdi. Rəsmi Bakının İrəvan üzərindəki növbəti diplomatik zəfəri kimi yadda qalan bu görüşdə İlham Əliyev Paşinyanı həqiqətlərin etirafına məcbur etdi. Brüssel görüşünün ən önəmli məqamı Ermənistanın Azərbaycanın 86,6 min kvadratkilometrlik ərazisini tanıması, bununla bağlı rəsmi açıqlama ilə çıxış etməsi oldu. Bu da onu göstərdi ki, Ermənistan otuz illik işğal siyasətinə, həmçinin postmüharibə dövründəki səylərinə baxmayaraq, Azərbaycandan bir qarış belə ərazi əldə edə bilməyəcəyini anlayır.
Sülh sazişinə nail olmaq üçün imkanlar var
İndi keçək Kremldə baş verən son danışıqlar prosesinə. Bəllidir ki, Rusiya tərəflər arasında sülh danışıqlarının başlanmasını yaradan vasitəçidir. Rusiya regionda sülhün tərəfdarıdır və yeni nəqliyyat-kommunikasiyaların açılmasında maraqlıdır.
Vladimir Putinlə keçirilən görüşdə İlham Əliyev Rusiya tərəfinə minnətdarlığını bildirərək qonşu ölkənin bu istiqamətdəki səylərini çox yüksək dəyərləndirdi. Qalib Komandan bildirdi ki, Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıması barədə Ermənistan rəhbərliyinin bu yaxınlardakı bəyanatlarından, eləcə də Azərbaycan Respublikasının sahəsini konkret rəqəmlərlə göstərməklə ərazi bütövlüyümüzün tanınmasından sonra sülh sazişinin digər maddələrinin razılaşdırılması məsələsi daha asan olacaq. Çünki bu, başlıca amil idi.
Ali Avrasiya İqtisadi Şurasının geniş tərkibdə iclasında isə İlham Əliyev bir daha danışıqlar prosesinə toxunaraq barış müqaviləsinin imzalanması üçün əlverişli imkanın yarandığını söylədi: "Vladimir Vladimiroviçin dediyi kimi və Ermənistanın rəsmən Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıdığını nəzərə alsaq, hesab edirəm ki, sülh sazişinə nail olmaq üçün imkanlar var".
Əlavə edək ki, Moskvada İlham Əliyev öncə qonaq qismində Ali Avrasiya İqtisadi Şurasının geniş tərkibdə iclasına qatıldı. Sonra Vladimir Putinlə, ardınca isə üçtərəfli görüşdə iştirak etdi. İstər Ali Avrasiya İqtisadi Şurasının iclasında, istər Vladimir Putinlə keçirilən görüşdə, istərsə də üçtərəfli danışıqlarda İlham Əliyev bir daha dəmir məntiq və yüksək diplomatik məharət nümayiş etdirdi.
Düzdür, bu səfər zamanı da Nikol Paşinyan köhnə ampluasında qalaraq bəzi məsələlərdə yenə də Azərbaycanı ittiham etməyə cəhd etdi. Amma həm döyüş, həm də siyasət meydanında məğlub olduğu İlham Əliyevdən aldığı tərs şillə baş nazirə həqiqəti bir daha xatırlatmış oldu. Ermənistanın baş naziri əmin oldu ki, Azərbaycan Prezidentinin qarşısında hər mənada acizdir.
Bütün bunların fonunda N.Paşinyan vurğuladı ki, Ermənistan və Azərbaycan bir-birinin ərazi bütövlüyünü qarşılıqlı surətdə tanımaqla bağlı razılaşıblar. Demək olar ki, tərəflər bu əsasda münasibətlərin nizama salınması istiqamətində kifayət qədər yaxşı irəliləyirlər.
Bir həftədən sonra keçiriləcək görüşdə baş nazirlərin müavinləri nəyi müzakirə edəcəklər?
Tərəflər arasında keçirilən üçtərəfli görüşdə Rusiya Prezidenti bildirdi ki, Ermənistan və Azərbaycan arasında müəyyən çətinliklər var, buna baxmayaraq, vəziyyət nizamlanma istiqamətində inkişaf edir.
"Məhz bizim format sayəsində çox şeylərə nail olunub. 2020-ci ildə təkcə hərbi əməliyyatlara son qoyulmayıb, iqtisadi və nəqliyyat kommunikasiyalarının açılması və sərhədlərin delimitasiyası ilə bağlı işə başlanılıb. Bu müddət ərzində çox hadisələr baş verib. Detallara varmayacam", - deyə Putin bildirib. Rusiya Prezidenti qeyd edib ki, regionda nəqliyyat kommunikasiyalarının açılması ilə bağlı qalan məsələlərin həlli üçün Azərbaycan, Ermənistan və Rusiya Baş nazirlərinin müavinlərinin gələn həftə görüşü planlaşdırılır: "Biz indi razılaşdıq ki, bir həftə sonra baş nazirlərin müavinləri görüşəcəklər".
Rusiya baş nazirinin müavini Aleksey Overçuk isə bununla bağlı qeyd edib ki, Ermənistanla Azərbaycan arasında texniki həll olunmamış məsələlər qalıb. Onun fikrincə, bunlar texniki, lakin çox vacib detallardır.
"Söhbət Azərbaycanla Ermənistan arasında sərhədi keçmə prosedurundan gedir. Sərhəd və gömrük nəzarəti necə aparılacaq. Bu, baş nazirin müavinlərinin bir həftə sonra Moskvada müzakirə edəcəyi suallardır", - deyə Overçuk qeyd edib.
Bir sözlə, danışıqlar tərəfləri sülhə bir qədər də yaxınlaşdırdı. İlham Əliyevin müharibədən sonra hər zaman söylədiyi kimi, Azərbaycan daha 30 il İrəvanı gözləyə bilməz. Məhz bu danışıqlar mərhələsini, ümumi razılıqları nəzərə alan İlham Əliyev 2023-cü ili sülh üçün son fürsət kimi dəyərləndirib. Bu səbəbdən də Moskvada keçirilən görüşün iki ölkə arasında münasibətlərin normallaşma prosesinin sürətlənməsinə impuls verdiyini söyləmək olar.
Sonda onu da qeyd edək ki, bu barədə "Frans Press" və "Reuters" agentlikləri Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayevaya istinadən məlumat yayıb. Səfir vurğulayıb ki, Azərbaycan və Ermənistan arasında Moldovanın paytaxtı Kişinyov şəhərində sülh sazişi imzalana bilər. Belə ki, tərəflərin növbəti görüşünün iyunun 1-də Kişinyovda Avropa Siyasi Birliyinin sammiti zamanı reallaşacağı gözlənilir. Səfir məhz həmin sammit çərçivəsində keçiriləcək görüşdə Bakı və İrəvanın sülh sazişini imzalaya biləcəyini istisna etməyib. "Bu, tarixi məqamdır və qaçırmaq olmaz", - səfir söyləyib. Kremlin sözçüsü Dmitri Peskov da oxşar açıqlama verərək yaxın vaxtlarda iki ölkə arasında sülh müqaviləsinin imzalana biləcəyinə işarə edib, lakin dəqiq yer və tarix deməyib.
Hər halda bütün danışıqların tərəfləri sülhə bir qədər də yaxınlaşdırdığı aydın görünür. Əgər bu, baş verərsə, Cənubi Qafqazda sülhün və təhlükəsizliyin təmin olunması və regionda yeni bir dövrün başlanması kimi dəyərləndirilə bilər.
Rəşad BAXŞƏLİYEV,
"Azərbaycan"
Azərbaycan QHT-ləri ABŞ konqresmeni Adam Şiffə açıq məktub yazıb
Prezident İlham Əliyev: Bizə qarşı olan düşmənçilik siyasəti dayanmır
Viktor Orban Aİ-nin iqtisadi kursunu soyuq müharibə adlandırıb
Prezident: Fransa və onun kimi Qərb dövlətləri işğalı əbədi etmək üçün əllərindən gələni edirdilər
Azərbaycan parlamentinin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin ilk iclası olub
Prezident İlham Əliyev: Cəbrayıl əməliyyatı xüsusi əhəmiyyətə malik idi
Azərbaycan Prezidenti: Azad edilmiş torpaqlarda aparılan işlər miqyasına görə xüsusi xarakter daşıyır
Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib YENİLƏNİB
Sabahın hava proqnozu açıqlanıb
“ASAN xidmət” mərkəzi efiopiyalı nazirdə yüksək təəssürat yaradıb
Azərbaycan və Belarus arasında “Kənd təsərrüfatı məhsullarının istehsalının inkişafına dair birgə tədbirlər üzrə Yol Xəritəsi” imzalanıb
Bakıda istixana qazı emissiyalarında texnologiyanın rolu mövzusunda sessiya keçirilib
Hikmət Hacıyev: Gəncəyə atılan "Skad" İkinci Dünya Müharibəsindən sonra Avropada ballistik raketlərin ilk istifadəsi idi
Göldə gəmi qəzası: 78 nəfər batdı
Kim Çen In xəbərdarlıq etdi
Fernandu Santuş: Elə komanda qurmaq istəyirik ki, qələbələr çox, məğlubiyyətlər az olsun
DSMF: Doqquz ayda 75 mindən çox elektron arayış alınıb
Azərbaycan və Rusiya Xəzər dənizinin dayazlaşması məsələsi ilə əlaqədar ikitərəfli işçi qrup yaradıb
Nazir: Azərbaycanın məqsədi ədalət və bərabərliyə əsaslanan enerji keçidinə nail olmaqdır
COP29 Azərbaycan Əməliyyat Şirkəti beynəlxalq ISO 450001 sertifikatına layiq görülüb
Makrona artıq heç kim inanmır
Prezident İlham Əliyev Bakıda Aşıq Ələsgərin abidəsinin açılışında iştirak edib YENİLƏNİB30 Sentyabr 2024
İnkişaf büdcəsi29 Sentyabr 2024
Prezident İlham Əliyev bir daha bəyan etdi28 Sentyabr 2024
Zəfərlə anırıq...27 Sentyabr 2024
VƏTƏNİN ŞƏHİD BALALARI27 Sentyabr 2024
Azərbaycan yeni strateji dövrdə26 Sentyabr 2024
"Azərbaycan"-ın 1918-1920-ci illərdə dərc olunan nömrələrinin transliterasiyası
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!