22 Dekabr 2022 16:26
419
CƏMİYYƏT
A- A+
Qafqazın yeganə zubr ailəsinin hərəkət trayektoriyası mobil tətbiq vasitəsilə izlənir - Şahdağ Milli Parkından reportaj

Qafqazın yeganə zubr ailəsinin hərəkət trayektoriyası mobil tətbiq vasitəsilə izlənir - Şahdağ Milli Parkından reportaj

 

Rəsmlərini Qobustan qayalarında, özlərini isə cizgi filmlərində gördüyümüz Qafqaz zubrlarına indi canlı da baxmaq mümkündür. AZƏRTAC-ın əməkdaşı bir əsrə yaxındır ki, Qafqazda nəsli kəsilən zubrların yenidən çoxaldıldığı Şahdağ Milli Parkının İsmayıllı bölməsində olub. Əməkdaşımızın reportajını təqdim edirik.

Bənzərsiz gözəlliyi ilə hər kəsi heyran edən İsmayıllının Buynuz kəndindən keçərək mənzil başına çatırıq. Öyrənirik ki, bura Cənubi Qafqazda ən böyük milli parkdır. Ölkənin 6 inzibati rayonunun ərazisində yerləşir.

Bura IDEA İctimai Birliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Ümumdünya Vəhşi Təbiəti Mühafizə Fondunun Azərbaycan nümayəndəliyinin təşkilatçılığı ilə ölkəmizə gətirilən zubrların məskənidir. Bu canlılar görünüşcə nə qədər bizona bənzədilsə də, onlardan fərqlənir.

Şimali Qafqazda sonuncu zubr 1927-ci ildə ovçular tərəfindən öldürülsə də, Cənubi Qafqazda isə onların nəsli daha əvvəl kəsilib. Zubrlar vaxtilə Avrasiyada çox geniş yayılmışdı. Ötən əsrin əvvəllərində vəhşi təbiətdə nəsli kəsilmək üzrə olub. Qafqaz zubru kimi tarixdə iz buraxan bu heyvanlar həm dəyişən iqlimin təsiri, həm də ovçuların hücumları nəticəsində təəssüf ki, bölgənin nadir heyvanına çevrilib.

Avropa zubrunun Azərbaycan təbiətinə qaytarılmasından danışan Şahdağ Milli Parkının İsmayıllı bölməsi üzrə sahə müfəttişi Rafael Musayev bildirib ki, reintroduksiya layihələri Azərbaycanda 2010-cu ildən başlasa da, zubrların gətirilməsinin tarixi çox da uzağa getmir: “2019-cu ilə qədər layihə çərçivəsində zubrların adaptasiyası üçün volyerlərin (heyvanların saxlanması üçün meydança) tikilməsi və digər infrastrukturun hazır vəziyyətə gətirilməsi istiqamətində iş aparılmışdır. Sonra zubrlar ölkəmizə gətirilməyə başlandı. İlk olaraq 2019-cu ilin mayında 12 baş zubr gətirildi və Şahdağ Milli Parkının İsmayıllı bölməsində qabaqcadan ayrılmış əraziyə buraxıldı. Adaptasiya ərazisində zubrların qalma müddəti təxminən üç ay nəzərdə tutulur. Üç aydan sonra 300 hektarlıq daha böyük əraziyə, adaptasiyanı uğurla keçdikdən sonra isə parkın İsmayıllı bölməsi üzrə açıq əraziyə buraxılırlar”.

Hazırda burada açıq ərazidə adaptasiya dövrünü tamamlayan 14 baş zubr var. Daha 17 zubr isə 300 hektar ərazidə adaptasiya mərhələsini keçir. Noyabrın 23-də yeni gətirilən 10 baş zubr da var ki, onlar hələ volyerlərdə, yəni nəzarət altında saxlanılır.

Uyğunlaşma dövrü keçən bu canlılar yemlə də təmin olunur. Milli parkın İsmayıllı bölməsi üzrə sahə müfəttişi Rafael Musayevin sözlərinə görə, əlavə yemləmənin əsas səbəbi bu heyvanların sayının artırılmasıdır. Yəni zubrlar vəhşi təbiətdə təbii yemlə qidalandığı təqdirdə iki ildən bir bala verir. Amma yem bol olduğu zaman təbiətdə hər il bala verir. Buna görə də zubrlara əlavə yem verilir ki, sayları daha tez artsın. “Zubrlar quru ot, palıd qozası, digər qüvvəli yemlərlə qidalanır. Həmçinin bu heyvanlar meşə ərazisində vektronik aerokosmik monitorinq metodu vasitəsilə izlənir. Belə ki, ana zubrların boğazına siqnalötürücü xalta taxılıb. Bununla da zubrların hərəkətini telefonda proqram vasitəsilə izləyərək, olduqları ərazini aşkar edə bilirik”, - deyə həmsöhbətimiz vurğulayır.

2019-cu ildən bu günə qədər zubrların sayı 8 baş artıb. Bu barədə danışan Şahdağ Milli Parkı İsmayıllı bölməsinin direktor müavini Cəlil Rzazadə deyir ki, parkın ərazisində ayı, canavar və digər yırtıcı heyvanlar olsa da, onlar zubrlar üçün real təhlükə deyil.

Direktor müavini, bizonlarla zubrların fərqi barədə də məlumat verib: “Zubr və bizonlar fərqli heyvan növləridir. Onların ölçülərində, fizioloji quruluşlarında da böyük fərqlər var. Zubrlar adətən sürü halında gəzdiklərinə görə, vəhşi heyvanlar onlara hücum edə bilmirlər. Ümumiyyətlə, bizon Azərbaycan təbiətinə xas olmayan bir heyvan növüdür və bu regionda heç vaxt yaşamayıb. Zubrlar isə tarixən bu regionda yaşayıb, amma nəsli kəsilib. Bu layihə sayəsində, yenidən Azərbaycan təbiətinə qaytarılır”.

Hazırda Şahdağ Milli Parkının qapıları turistlərin üzünə açıqdır. Bu maraqlı canlıları görmək istəyənlər Qaraməryəm-İsmayıllı-Şəki yolundan Buynuz kəndinə keçməklə parkın İsmayıllı bölməsinə yaxınlaşa bilərlər. Qarabağ müharibəsi iştirakçıları, məktəbli və müəllimlərə parka giriş pulsuzdur. Xatırladaq ki, ümumi ərazisi 130508 hektar olan Şahdağ Milli Parkının 44 min hektarı İsmayıllı bölməsinin payına düşür.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Nizami Kino Mərkəzində “The Oligarch’s Design” sənədli filminin nümayişi olub  

21:58
19 Dekabr

Azərbaycan–ABŞ Strateji Tərəfdaşlıq Xartiyası üzrə Strateji İşçi Qrupunun ilk iclası keçirilib  

21:29
19 Dekabr

Rubio: Rusiya-Ukrayna üzrə danışıqlarda irəliləyiş əldə olunub  

21:13
19 Dekabr

Marko Rubio Ermənistan-Azərbaycan münaqişəsinin həllində ABŞ-ın iştirakından danışıb  

21:09
19 Dekabr

Avropa Parlamenti sülh prosesinə zərbə vurmağa çalışır

21:04
19 Dekabr

Ermənistan vətəndaşlarının məhkəməsi təqsirləndirilən şəxslərin son söz çıxışları ilə davam etdirilib  

20:47
19 Dekabr

Ali Məclisin 2025-ci il payız sessiyasının növbəti iclası keçirilib  

20:36
19 Dekabr

Türk Ədliyyə Təlim Şəbəkəsinə üzv ölkələrin nümayəndələri ilə Baş Prokurorluqda görüş keçirilib  

20:12
19 Dekabr

Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb  

19:49
19 Dekabr

Səhiyyə Nazirliyində beynəlxalq aləmdə yüksək nüfuza malik olan tibb mütəxəssisləri ilə görüş keçirilib  

19:41
19 Dekabr

Milli Məclisdə “İxtisaslı kadr hazırlığı aqrar sektorun inkişafının əsasıdır” mövzusunda ictimai dinləmə keçirilib  

19:31
19 Dekabr

Ali məktəblərə qəbul və buraxılış imtahanlarında iştirak etmək üçün texniki vasitələr hazırlayan və satan təqsirləndirilən şəxslər barədə ibtidai istintaq tamamlanıb  

19:26
19 Dekabr

Ombudsman Aparatında milli amputant futbol komandasının uğurları müzakirə olunub  

19:03
19 Dekabr

Beynəlxalq “AnewZ” televiziya kanalı “The Oligarch’s Design” sənədli araşdırma filmini təqdim edəcək 

18:57
19 Dekabr

Azərbaycan Respublikası Dövlət Neft Fondunun Müşahidə Şurasının iclası keçirilib 

18:53
19 Dekabr

Bu il Müdafiə Nazirliyinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinə 72 min 703 vətəndaş müraciəti daxil olub

18:44
19 Dekabr

Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevdən  

18:25
19 Dekabr

Müdafiə Nazirliyində media nümayəndələri ilə seminar keçirilib  

18:23
19 Dekabr

Ağdamda Manas Dastanı Günü və Beynəlxalq Dağlar Günü qeyd edilib  

18:16
19 Dekabr

Avropa Parlamentinin növbəti riyakarlığı

18:07
19 Dekabr

Elm və təhsil naziri Ağcabədidə vətəndaşların müraciətlərini dinləyib  

18:06
19 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!