19 Fevral 2025 16:26
616
CƏMİYYƏT
A- A+
Prokurorluq əməkdaşlarına və media qurumlarına mükafatlar təqdim olunub

Prokurorluq əməkdaşlarına və media qurumlarına mükafatlar təqdim olunub


Baş Prokurorluqda xidməti vəzifələrini nümunəvi icra etdiklərinə görə Azərbaycan Respublikasının Baş prokuroru tərəfindən həvəsləndirilmiş, habelə “İlin ən yaxşı müstəntiqi”, “İlin ən yaxşı dövlət ittihamçısı” və “İlin ən yaxşı prokuroru” müsabiqələrinin qalibi olmuş prokurorluq işçilərinə, eləcə də “Prokurorluğun dostu” mükafatına layiq görülmüş media nümayəndələrinə mükafatların təqdim olunması ilə bağlı fevralın 19-da tədbir keçirilib.

Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, əvvəlcə Birinci Qarabağ, 44 günlük Vətən müharibələri və Qarabağ iqtisadi rayonunda keçirilmiş antiterror tədbirləri zamanı ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərin, həlak olmuş vətəndaşların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən Baş prokuror Kamran Əliyev 2024-cü ilin ölkəmiz üçün uğurlu il olmaqla yanaşı, çoxsaylı əlamətdar hadisələrlə yadda qalmasını qeyd edib, ötən ilin əvvəllərində Prezident İlham Əliyevin növbədənkənar prezident seçkilərində mütləq səs çoxluğu ilə qalib gəlməsini, o cümlədən xilaskarlıqdan qalibiyyətə yüksələn zəfər salnaməsinin memarı, Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu praqmatik siyasi kursun Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində ölkəmizin sürətli hərtərəfli inkişafının davam etməsini, ölkəmizin regional və beynəlxalq nüfuzunun daha da artmasını xüsusi vurğulayıb.

Qeyd edilib ki, işğaldan azad edilmiş ərazilərdə Prezident İlham Əliyevin rəhbərliyi və onun ən yaxın silahdaşı, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın yaxından iştirakı ilə bərpa və quruculuq işləri uğurla davam etdirilməklə Ağdam, Xocalı rayonlarında və Xankəndi şəhərində ölkə rəhbəri tərəfindən kəndlərin və qəsəbələrin təməli qoyulmaqla, eyni zamanda çoxsaylı ictimai, iaşə, yaşayış, kommunikasiya obyektlərinin açılışları olub. Həmçinin Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu dövlət gənclər siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi respublikamızda gəncliyin inkişaf yoluna işıq salmaqla, gənclərin dövlət quruculuğunda və idarəçiliyində, bir sözlə, ictimai həyatın bütün sahələrində onların güclü sosial təbəqəyə çevrilməsinə səbəb olub.

Mərasim zamanı Prezidenti İlham Əliyevin 30 sentyabr 2024-cü il tarixli sərəncamı ilə təltif edilmiş prokurorluq əməkdaşlarına, habelə Baş prokurorun müvafiq əmri ilə xidməti vəzifələrini nümunəvi icra etməsinə görə həvəsləndirilmiş prokurorluq əməkdaşlarına mükafatlar təqdim olunub.

Daha sonra “İlin ən yaxşı müstəntiqi”, “İlin ən yaxşı prokuroru” və “İlin ən yaxşı dövlət ittihamçısı” müsabiqələrinin təşkili və keçirilmə qaydaları barədə müvafiq olaraq Baş prokurorun birinci müavini Elçin Məmmədov, Baş prokurorun müavinləri Elmar Camalov və Heydər Məmmədov çıxışlar edərək ətraflı məlumatlar veriblər.

Müsabiqələrin nəticələrinə əsasən “İlin ən yaxşı müstəntiqi” seçilmiş Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq idarəsinin mühüm işlər üzrə müstəntiqi Kənan Nəzərova, “İlin ən yaxşı dövlət ittihamçısı” seçilmiş Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin Bakı Apellyasiya Məhkəməsi üzrə prokuroru Anar Ələkbərova və “İlin ən yaxşı prokuroru” seçilmiş Beynəlxalq hüquqi əməkdaşlıq idarəsinin böyük prokuroru Yelena Qasımovaya Baş prokuror tərəfindən diplomlar və mükafatlar təqdim olunub.

Bundan başqa, tədbir çərçivəsində “Prokurorluğun dostu” təltifinə layiq görülmüş media qurumlarına mükafatların təqdim edilməsi mərasimi keçirilib.

Diqqətə çatdırılıb ki, prokurorluq orqanları tərəfindən cəmiyyətdə formalaşan yeni çağırışlara adekvat uyğunlaşma, o cümlədən vətəndaş məmnunluğunun və fəaliyyətdə aşkarlığın, hesabatlılığın və şəffaflığın təmin olunması məqsədilə media ilə işgüzar əlaqələrin möhkəmləndirilməsi prioritet vəzifələrdən biri hesab edilir.

Qeyd edilib ki, həmin tədbirlər çərçivəsində 2024-cü ilin yekunlarına əsasən prokurorluq orqanlarının fəaliyyəti ilə bağlı aşkarlıq və hesabatlılığın ictimaiyyətə operativ şəkildə çatdırılması, prokurorluq orqanları ilə media arasında operativ və səmərəli kommunikasiyanın qurulmasında fərqlənən “CBC” teleradio şirkətinin baş direktoru Vüqar Xəlilov, “Caliber.az” informasiya-analitik portalının baş redaktoru Timur Hüseynov və “Azərbaycan” qəzetinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Bəxtiyar Əzizli “Prokurorluğun dostu” mükafatı ilə təltif olunub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Milli Məclisin kollektivi Şəhidlər xiyabanını ziyarət edib  

11:57
20 Yanvar

Ombudsman Aparatının kollektivi Şəhidlər xiyabanını ziyarət edib  

11:47
20 Yanvar

Prezident İlham Əliyev Davosda “Euronews” televiziyasına müsahibə verib FOTOLAR YENİLƏNƏCƏK  

11:38
20 Yanvar

20 Yanvar şəhidlərinin xatirəsi daim uca tutulacaqdır

10:11
20 Yanvar

Qeydə alınan zəlzələ təkanları təhlükə yaratmır

09:40
20 Yanvar

Azərbaycan ritmini dünyada təbliğ edən sənətkar

09:35
20 Yanvar

Mingəçevir - Kür üstündə nur şəhəri  

09:30
20 Yanvar

Qeyri-neft-qaz sektorunda məhsul istehsalı 5,5 faiz artıb

09:25
20 Yanvar

Azərbaycan qazı inamla Qərbə doğru irəliləyir

09:20
20 Yanvar

Peşə hazırlığı - gələcəyə hesablanmış dövlət siyasəti

09:15
20 Yanvar

Yazarlarımızın qələmində əbədiləşən 20 Yanvar

09:10
20 Yanvar

Azadlığın qanla yazılmış manifesti

09:05
20 Yanvar

Qanla yazılan tarix heç vaxt unudulmur

09:00
20 Yanvar

20 Yanvarın şahidi və şəhidi - qanla suvarılan qərənfil

08:55
20 Yanvar

Şəhid ailələrinə və əlillərə dövlət qayğısı daimidir

08:50
20 Yanvar

Arzusu həkim olmaq idi

08:45
20 Yanvar

Şəhidlər xiyabanından Zəfər meydanına

08:40
20 Yanvar

Azərbaycan xalqının milli yaddaşı və qəhrəmanlıq salnaməsi

08:35
20 Yanvar

Müstəqil yaşamaq istəyinin təcəssümü

08:30
20 Yanvar

Yarımçıq qalan arzular...

08:25
20 Yanvar

Qanla yazılmış şərəfli səhifə

08:20
20 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!