"Prezident İlham Əliyev paytaxtın qəsəbələrinin
daha da inkişaf etdirilməsi ilə bağlı qarşıya ciddi tapşırıq qoyub. Bu tapşırıq
əsasında Bakı şəhəri və onun qəsəbələrinin inkişafı ilə xüsusi proqram hazırlanır”.
Bu fikirləri Bakı Şəhər İcra Hakimiyyətinin
başçısı Eldar Əzizov Sabunçu rayonu Maştağa qəsəbəsinin sakinləri ilə görüşdə səsləndirib.
Prezidentin dövlət qurumları rəhbərlərinin yerlərdə əhali ilə görüşlərinin keçirilməsi
ilə bağlı tapşırığı çərçivəsində reallaşan bu tədbirdə Eldar Əzizov vurğulayıb ki,
dövlət başçısının tapşırığına uyğun olaraq son illərdə Bakının inkişafı, gözəlləşdirilməsi,
müasir infrastrukturunun yaradılması üçün mühüm işlər həyata keçirilir. Paytaxtın
inkişaf strategiyasına uyğun şəkildə aparılan quruculuq işləri Bakının bütün rayonlarını
əhatə edib.
Bakı Şəhər İcra hakimiyyətinin başçısı kimi
əhali ilə ilk görüşünü Mastağa qəsəbəsində keçirən Eldar Əzizov diqqətə çatdırıb
ki, Prezident İlham Əliyev tərəfindən imzalanan sərəncamların, qəbul olunmuş dövlət
proqramlarının həyata keçirilməsi nəticəsində paytaxtda və onun qəsəbələrində xeyli
sayda yeni məktəb, uşaq bağçası, tibb müəssisələri inşa edilib, köhnələri isə əsaslı
təmir olunub. Bakı şəhərində həyata keçirilən "Abad məhəllə” layihəsi çərçivəsində
son 6 ay ərzində 50-dən çox məhəllə əsaslı təmir edilib. Bununla yanaşı, paytaxtda
çoxmənzilli binaların dam örtükləri, girişləri, fasadları əsaslı təmir olunur və
bu işlər hazırda da davam etdirilir: "Əhalinin sosial təminatının gücləndirilməsi,
həyat səviyyəsinin yaxşılaşdırılması istiqamətində görülən bu işlər bir daha təsdiq
edir ki, Azərbaycan Prezidentinin həyata keçirdiyi sosial siyasətin, bu istiqamətdə
atılan hər bir addımın təməlində vətəndaş amili dayanır”.
Sakinlərin problemlərinin öyrənilməsi və
aradan qaldırılması məqsədilə təşkil olunan görüşdə Sabunçu Rayon İcra Hakimiyyətinin
başçısı Adil Vəliyev, Bakı şəhər və Sabunçu rayonu təsərrüfat və digər xidmət sahələrinin
rəhbərləri, Maştağa qəsəbə sakinləri, eləcə də Nardaran qəsəbəsindən gəlmiş ağsaqqallar
da iştirak ediblər.
Görüşdə Sabunçu Rayon İcra Hakimiyyəti başçısının
Maştağa qəsəbəsi üzrə nümayəndəsi Şamil Alıyevin qəsəbədə görülmüş işlərlə bağlı
hesabatı da dinlənilib. Hesabatda son illər bütün ölkə ərazisində olduğu kimi, qəsəbədə
də təhsil, səhiyyə, sənaye və digər sahələrdə mühüm nailiyyətlərin əldə edildiyi
öz əksini tapıb.
"Açıq mikrofon” formatında sakinlərin fəallığı
ilə keçən görüşdə çıxış edən 35 nəfər qəsəbə sakini Bakı şəhərində, eyni zamanda,
Maştağa qəsəbəsində görülən işlərə, onlara göstərilən diqqət və qayğıya görə Prezident
İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını bildirib,
dövlət başçısının həyata keçirdiyi siyasi kursa birmənalı dəstək ifadə ediblər.
Sual və təkliflərini də səsləndirən maştağalılar
qəsəbədə və Savalan massivində yeni qəbiristanlığın salınması, ATS və poçt məntəqəsinin
tikilməsi, qəsəbədə bankomatların sayının artırılması xahişini ediblər. Bildirilib
ki, qəsəbədə məhəllədaxili küçələrin işiqlandırılması, daxili yolların təmiri və
asfaltlaşdırılması, qadınlar üçün iş yerlərinin açılması zərurəti yaranıb. Həmçinin
qəsəbədə su problemi, sənədsiz evlərin rəsmiləşdirilməsi, internet və mobil rabitənin
çox zəif olması sakinləri narahat edən məsələlər sırasındadır. Əhalinin sayının
artması isə bəzi məktəblərdə şagird sıxlığının yaranmasına səbəb olub. Ona görə
də yeni məktəb və ya məktəb binaları üçün əlavə korpusun tikilməsinə ehtiyac var.
Bütün təklif və xahişlər diqqətlə dinlənilib
və verilən suallarla, müraciətlərlə bağlı yerindəcə müvafiq tapşırıqlar verilib.
Bu kimi görüşlərin digər qəsəbələrdə də keçirilməsi
nəzərdə tutulub.
Rəşad BAXŞƏLİYEV,
"Azərbaycan”